Sevgisindən pay aldığım insan
15 oktyabr Xudu Məmmədovun xatirə günüdür
Yazıma Xudu Məmmədovun bir sözü ilə başlamaq istəyirəm. Deyirdi ki, ideal insan
yoxdur, ancaq ideallaşdırmağa layiq
insan var.
Bu fikri elə Xudu müəllimin özünə də aid etmək olar. İnsanlığı ilə, elmilə, təbiətəvə cəmiyyətə
baxışıyla. O, insanlara sevgi paylamaq ücün doğulmuşdu sanki. Xudu müəllimlə bir dəfə ünsiyyətdə
olan, söhbət edən kəs ömrü boyu ona bağlanırdı.
Qədim
misirlilərin bir atalar sözündə deyilir ki, dahilər
xəsis ola
bilməz. Xudu müəllim ətrafındakılara
sevgisində, münasibətində
belə idi. Onu insanlara İlahi bir qüvvə bağlayırdı. Sadə kənd
adamlarını, onun bağbanını, çobanını,
fəhləsini səbrlədinləyərdi.
İrad bildirməzdi, könül
sındırmazdı, ürək
bulandırmazdı. Demək istədiyini
sadə, anlaşıqlı,
hamıya xoş olan tərzdə, xüsusi ehyamlarla bildirərdi. Söylədiyi bir fikir də
Xudu müəllimin söz acdığımız
cəhətlərini göstərir.
O, deyirdi ki, danışan bir alimə "bu nə danışır, hec nə başa
düşə bilmirəm"
desələr, o, əsl
alim deyil, yox, əgər danışan alimə
"o nə danışır,
onu mən də bilirəm" desələr, deməli,əsl alim odur.
Biz uşaq olarkən
böyüklərimizdən Xudu müəllimin elmindən kimsənin danışdığınıxatırlamıram. Bu, təbii idi. Sadə kənd adamları, təhsillilər belə, onun elmi fikir
dərinliyinə enə
bilməzdilər. Ancaq bu gün də yaxşı xatırlayıram.
Xudu müəllim haqqında hamının ilk sözü
bu olurdu ki, alim Xudu
cox sadə insandır (kəndimizdəəksər
yaşlı adamlar bəlkə də daha düzgün olaraq belə deyirdi, Xudu müəllim
ifadəsini daha cox ziyalılar işlədirdi).
Bəli,
dünya şöhrətli
alim Xudu Məmmədovun necə insan olduğunu ali pedaqoji
təhsil alandan sonra daha dərindən
dərk etdim. Belə ki, dörd
il Ağcabədi
rayonunun məktəblərində
tarix müəllimi kimi fəaliyyət göstərib doğma Mərziliyəqayıtdım. Hələ orta
məktəbin 7-ci sinfində
oxuduğum dövrdən
diyarşünaslıq materialları
topladığımı və
nə vaxtsa kəndimizdə muzey yaratmaq fikrinədüşdüyümü
bilən hörmətli
müəllimlərimdən tarixci alim, yazıcı
Şahlar Həsənoğlu
1985-ci ildə söhbətlərinin
birində bu barədə Xudu müəllimə danışmışdı.
Xudu müəllim də bu məsələyə məmnunluqla yanaşmış
və məşhur arxeoloq İdial Nənimanova Ağdamda olan görüşlərinin
birində mənim haqqımdakı fikirlərini
catdırmışdır. Xudu müəllim yeni bir arxeoloqun
yetişəcəyi ümidi
ilə İdial müəllimin 1985-ci ilin yayında enolit dövrü abidəsi olan Calağantəpə yaşayışyerində işləyəcəyini,
bununla əlaqədar olaraq Ağdam şəhərində "H.Aslanov-40" ünvanında olacağını
Şahlar müəllimin
vasitəsilə mənə
catdırdı... Xudu müəllimin
arxeologiyaya, diyarşünaslıq
materiallarına niyə
bu qədər əhəmiyyət verdiyiniəleyhimizə
yazılmış olan
Z.Balayanın "Ocaq"ından
sonra daha dərindən anladım.
Elminin böyüklüyü
qədər də sadəliyin zirvəsində
olan Xudu müəllim 1985-ci ildəiki
dəfə bizə gəldi. Onun qəflətən bir gənc müəllimin
qapısını döyməsindən
keçirdiyim həyəcanı,
sonralar isə keçirdiyim qürur hissini bu gün
dəyaşamaqdayam. Gəlişi
ilə bizi şərəfləndirən Xudu
müəllimi maraqlandıran,
sən demə, məndə olan diyarşünaslıq materiallarından
iki eksponat imiş.Eksponatlardan biri müəyyənləşdirdiyimizə görə, tunc dövrünün sonlarına
aid olan muncuq (üzərində uzunsov guşəli ulduz işarəli), o birisi isə təqribən 0,3 litr həcmi olan saxsı qab idi (dolca
formasında). O zaman Xudu müəllimi ən cox maraqlandıran
həmin qabın tapılma tarixcəsi oldu. Belə ki, həmin
qab YuxarıQarabağ
kanalından 10-cu sinif
şagirdlərinin (Ağcabədidəki
1 nömrəli orta məktəbindən) tutduqları
və diri cəkisi 120 kq olan balığın mədəsindən cıxmışdı.
Hətta
mədə şirəsinin
qaba göstərdiyi aşılayıcı təsir
də aşkarca bilinirdi. Xudu müəllim həmin qabı həmkarım Rəhbər Tapdıqoğlu
vasitəsilə necə
əldə etdiyim vəqabın balığın
mədəsinə necə
düşə bilmə
ehtimalım haqqında
danışdıqlarımıdinlədikdən
sonra dedi ki, bir də
danış. Təkrarən daha həvəslə sözə başladım
vəXudu müəllim
fikirlərimi bəyənərək
təsdiq etdi. Xudu müəllim aradan 15-20 gün kecəndən sonra yenidən qohumu İsmayılla bizə gəldi. Bu gəlişində Qarabağın
tarixi ilə bağlı ətraflı
söhbətdən sonra
mənə bölgədəki
yer-yurd adlarını,
bu adların etimalogiyasını toplamağı
və xüsusi olaraq "Xunaşin" (Hunaşin), "Ergi",
"Cinhaz", "Şıpartı"
adları ilə maraqlanmağımı tapşırdı.
Xudu müəllimin hər kəs ücün adi bir cağırışı
bəs edərdi ki, can-başla bu cağırışa tələssin. Ancaq bu böyük insanın özü hamıya insanlıq nümunəsi göstərirdi. Bu isə Xudu müəllimin
ruhən, qəlbən
böyüklüyünün və insanlara olan sevgisinin göstəricisi idi.
Onun dostlarından olmuş Bəhmən Sultanlının
dediyi kimi, Xudu müəllim müdrik, ləhcəsi şirin, ağlıiti, dünya görüşü
yüksək, mənəviyyatı
əlcatmaz idi.
Mən ümid
edirəm ki, Qarabağımızın düşməndən
təmizlənməsi Xudu
müəllimin rahatsız
ruhunun dincliyi olacaq. Bu böyük insanın ruhunun dolaşdığıtorpaqlarımızda onun anım günlərinin, yubileylərinin
keçirilməsi ümidilə.
Yusif Millətoğlu, tarixçi-publisist
Təzadlar.- 2013.- 15 oktyabr.-
S.10.