Azad bir quşdum...

 

Dünən tanınmış xanəndə Səxavət Məmmədovun doğum günü idi

 

Azad bir quşdum,

Yuvamdan uşdum,

Torpağa düşdüm,

Bu gənc yaşımda.

Hər dəfə mərhum müğənnimiz Səxavət Məmmədovun bəstəkar Əfrasiyab Bədəlbəylinin, Cəfər Cabbarlının sözlərinə bəstələdiyi”Azad bir quşdum” mahnısını dinlədikcə, gənc xanəndənin acı taleyi, vaxtsız ölümü   məni olduqca mütəəssir edir. Elə bil sağlığında hiss edibmiş ki, cavan yaşında dünyasını dəyişəcək,elə buna   görə də bu mahnı ilə kəm taleyini elə beləcə də yanıqlı oxuyurdu. Səxavət ürəyinin səsilə öz sənət dünyasını öz millətinə oxudu və qiymətli səsini həmişəlik bizlərə yadigar qoyub, özünün oxuduğu kimi, gənc yaşında torpağa düşdü. Amma bu gənc yaşında Səxavət musiqi aləmində təkrarsızsənət yolunu yaratdı.Heç kəsi təkrar etmədən getdiyi bu yolda nələr yaratmadı,nələrə qadir olmadı bu zəif cüssəli insan ürəyi. Ürəyinin istəyi ilə ifa etdiyi muğamlar, xalq və bəstəkar mahnıları minlərlə dinləyicilər tərəfindən sevildi, rəğbətlə qaşılandı və onların ruhunu oxşadı. Milli musiqimizə gətirdiyi yeni nəfəslər,təkrarsız zəngulələr, boğaz xırdalıqları onun sənət yolundakı qabarıq məziyyətlərindəndir. Xanəndənin nadir istedadı, onu arxasınca  yüksək sənət zirvəsinə aparıb çıxara bildi. İstedadının və zəhmətinin hesabına az vaxt ərzində ölkənin adlı - sanlı müğənnilərinin sırasına yüksələrək xalqın sevimli müğənnisinəçevrildi, adı dillər əzbəri oldu. Xarici ölkələrə muğam üçlüyü ilə  (Qaval; Səxavət Məmmədov  Tar; Möhlət Müslümov, kaman; Fəxrəddin Dadaşov) etdiyi qastrol səfərləri zamanı xalqımımızın qədimdən bəri süzülüb gələn, ana südü kimi saf, təmiz, olduqça zəngin milli musiqimizi dünya xalqlqrına çatdırılmasında və təbliğ olunmasında fədakarlıq göstərdi və minlərlə əcnəbi dinləyicilərin alqşıları ilə qarşılandı. Səxavət sənətini sonsuz istəklə sevrdi, o klassik muğam ifaçılarının musiqi irsini həssaslıqla öyrənib mənimsədi və onların musiqi irsini yüksək həvəslə davam etdirdi. Asəf Zeynallı adına musiqi məktəbində muğam ustası, respublikanın xalq artisti Hacıbaba Hüseynovun sinfində təhsil aldı və bu çeşmədən bəhrələnərək daha da zənginləşdi. A. Zeynallı adına musiqi məktəbində təhsil alan zamanlararda, təsadüfən onun muğam müəllimi Hacıbaba Hüseynovunonun haqqında olan söhbətinin şahidi oldum. Söylədi ki,dərs dediyim uzun illərərzində nə qədər tələbəm olub, hazırda 12 tələbəm var onların içərisində gözəl səsi,istedadı ilə fərqlənən, özünə qarşı tələbkar olanı ancaq Səxavət Məmmədov olub.

Səxavətin sənəti ilə şəxsiyyəti üst-üstə düşürdü və bir birini tamamlayırdı, mən deyərdim ki,onun sənətkarlığı yaşından daha da qabağa getmişdi. Sadə, təvazökar, səmimi, dosta qarşı mehriban idi, etibar və dəyanətinə söz ola bilməzdi.Döstunun dərdini öz dərdi hesab edər, özünü heç zaman üstün tutmazdı.Onun xislətindəki bu keyfiyyətlər, şəxsiyyətinə həmişə dəyər gətirər və onu sevdirirdi. Cavanlıq vaxtlarından ünsiyyətimiz tuturdu,onun şəxsiyyətini və sənətini düzgün qiymətlədirdiyim üçün mənim münasibətimi həmişə qiymətləndirərdi. Tənqidi səmimi qəbul edər və deyilənlərdən düzgün nəticə çıxarardı, lovğalığı, yalan danışmağı heç xoşlamazdı. Eqoizm sənətin düşmənidir- deyərdi. O zamanlar yeganə xanəndə idi ki, toy şənliklərinə dəvət olunanda heç zaman qiymət danışmaz və bunu özünə sığışdırmazdı.

Muğam və təsniflərə gəlincə, o muğamlarımızı mükəmməl bilirdi. Hər dəfə muğam oxuyanda yeni  bir şey kəşf edirəm deyirdi, nə qədər zəngindir bizim muğamlarımız, onlara əlavə etmək mümkün deyil. Səxavət xalq yaradıcılığına,müraciət edərək, unudulmuş  bir çox xalq mahnılarının əksəriyyətini ifa edərək onlara yeni nəfəs verdi . Xüsusən “Azərbaycan maralı” xalq mahnısını özünəməxsus ustalıqla ifa edərək, ona yüksək sənət bəxş etdi və  sənət açarını isə özü ilə apardı.Zil, şaqraq səsinin olması ona imkan verirdi ki, zərb muğamlarınıtələb olunan səviyyədə oxusun.Heyratı ritmik muğamı, xanəndədən zil səs, güclü nəfəs və ifaçılıq bacarığı tələb edir. S.  Məmmədov bu ritmik muğamı şaqraq zəngulələr vurmaq, səlis boğaz xırdalıqları etməklə, şərqdə ən güclü muğam ifaçıları; Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskinin davamçılarından biri kimioxumuşdur.Beləliklə, ən ciddi, ağır, zil səs tələb edən “ heyratı” ritmik muğamı gənc xanəndənin ifasında əvəzsiz, təkrarsız səslənmişdir.Hələ tələbə olduğu zaman, Bayatı Şiraz muğamını ifa etmiş, dilruba şöbəsini yüksək tembrli səslə gəzişərək, zəngulələr vurmaqla, muğamı özünəməxsus səsləndirmişdir. Onun ifa etdiyi “Şur”, “Rast”, “ Bayatı şiraz”,” Mirzə Hüseyn  segahı”,” Dəşdi” və başqa muğamları Səxavət klassik üslubla ifa etmiş, hər dəfə öz sənətkarlığınıgöstərmişdir. Oxumaq, ifa etmək azdır, ifa etdiyin muğamı və yaxud xalq mahnılarını dinləyiciyə çatdırmaq, onların zövqünü oxşamaq bacarığı olduqça vacibdir. Bu xanəndədən ustalıq, söz seçimi, aydın diksiya, yüksək səhnə mədəniyyəti və gözəl səs tələb edir.Bu məqamları xanəndə həmişə bacarıqla yerinə yetirmiş, muğam ifaçılığı zamanı ustalıq göstərmişdir. Uzun illər S. Məmmədovu tarda müşayət etmiş, respublikanın xalq artisti Möhlət Müslümov söyləyir ki, 8-12 saat töy şənliklərində olduğumuz zaman 4-5 dəfə eyni muğamın oxunmasını sifariş verərdilər,ancaq S. Məmmədov eyni adlı muğamı hər dəfə oxuduqça muğamlara  yeni ruh verərək, onları bir-birindən fərqli ifa edərdi ki, dinləyici yorulmasın. Onun boğaz  xırdalıqlarını heç bir muğam ifaçısında görmədim.Xalq mahnılarını olduqça sevirdi, bu mahnıları ifa etməkdən doymaz, onları milli varlığımız hesabedırdi.

Bir dəfə onun maşınında evə gedirdik,kəndimizin girəcəyində mən “ Kəndimiz ay kəndimiz” mahnısını züm-zümə etdim. Həssas olan Səxavət bu mahnını yenidən oxumağı xahiş etdi.Bu mahnı olduqça xoşuna gəldi, bəs indiyə qədər bu mahnını  niyə oxumamışam? İki həfdədən sonra həmin mahnını radioda gözəl səslə ifa etdi.

Xanəndənin   yüksək ustalıqlqla ifa etdiyi “ külək”mahnısı minlərlə dinləyicilərin ürəyinə yol tapdı,onlara sevinc bəxş etdi,könül rahatlığı gətirdi.Ancaq həssaslıqla düşündükdə bu mahnının da gənc müğənninin taleyi ilə yanıqlı notlarlasəsləndiyinin bir daha şahidi olursan .

 Külək, niyə belə əsirsən, külək?

Niyə ümüdümü kəsirsən külək?

Doğurdan da gözlənilmədən külək çox güclü əsdi, belə gölənilməzliyi ilə neçə-neçə Səxavət sevərləri həmişəlik intizarda qoydu.

Sağlığında dövlət siferaları tərəfindən sənətdə göstərdiyi zəhmətinə görə heç bir  ada layiq görülməsə də, Səxavət Ulu xalqının qəlbində özünə əbədi heykəl ucaltdı. Onun aydın siması, sadə davranışları, insanlara qarşı olan səmimi münasibəti və milli musiqimizə olan sönməz məhəbbəti Azərbaycan xalqının yaddaşında daımyaşayacaqdır. Bizə elə gəlir ki, gözəl sənətkarımız Səxavət Məmmədovun sənət yolu, bu cığıra təzəcə qədəm qoyan neçə-neçə həvəskar müğənnilər üçün əsl örnək məktəbi olacaqdır.

Ruhu şad olsun, Ulu Yaradanımız Tanrıdan millətimizin qəlbində Səxavətə və onun ölməz sənətinə sönməz məhəbbət arzulayıram. . .

 

VASİF  MƏMMƏDOV

 

Moskvada fəaliyyət göstərən ŞƏHRİYAR ədəbi-mədəni Cəmiyyətinin sədri, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü.

 

Təzadlar.- 2013.- 24 oktyabr.- S.10.