Ağdamda Xudu Məmmədov
parkı salındı
Rayon
İcra hakimiyyətinin başçısı Nizami
Sadıqovun təşəbbüsü ilə ərsəyə
gəlmiş parkın qeyri-adi ümumi quruluşu qonaqlarda və
parka istirahətə gələnlərdə böyük
alimin elmi yaradıcılığı barədə geniş təsəvvür
yaradır…
Bu dəqiqələrdə Ağdamda (Quzanlı şəhəri) dünya şöhrətli alim Xudu Məmmədovun adını daşıyan parkın açılışıdır… Ağdam RİH başçısı Nizami Sadıqovun əməkdaşımıza verdiyi məlumata görə park Xudu Məmmədovun adına və alimliyinə yaraşan böyük bir töhfədir:
-Xudu Məmmədov Ağdamda,
Qarabağda doğulsa
da, Azərbaycan və dünya
elmi üçün
yaşamış və böyük elmi irs qoyub
getmişdir… Bu dəqiqələrdə xalqımızın və Azərbaycan
elminin böyük fəxr
yeri olan alimin adına Ağdamda,
Quzanlı şəhərində Xudu Məmmədov adına park salınması mərasiminə gedirik. İnanıram ki, bu parka gələnlər böyük alim
haqqında daha zəngin məlumatlar əldə
edə biləcəklər… Park Quzanlı
Mərkəzi Xəstəxanasının qarşı hissəsində
salınmışdır, xüsusi
zövqlə, alimin adına yaraşan gözəlliklə və sadəliyi özündə
yaşadan formada ərsəyə
gətirilmişdir… Ən böyük arzumuz isə budur ki, tezliklə Ağdama
qayıdaq və bütün şəhidlərimizin,
bu sırada Xudu Məmmədovun
xatirəsinə ən ən böyük xatirə parkını elə Ağdamda ucaldaq…
Quzanlıdakı bu xatirə
parkında isə Xudu Məmmədovun büstünün qoyulacağı bir guşə də
hazırlanmışdır, tezliklə həmin büstü orada
qoyacağıq…
***
Redaksiyadan: Ağdam rayon rəhbərliyinə vətənpərvərlik
nümunəsi olan belə böyük
bir təşəbbüsünə və
əməlinə görə təşəkkürümüzü
bildiririk.
Həmçinin bir vacib tarixi
məqamı oxucuların diqqətinə yetiririk:
…Rusiya
EA-nın həqiqi üzvü, görkəmli
kimyaçı alim, akademik
Yuri Timofeyeviç Struçkova həsr olunmuş
və 2005-ci ildə Moskvada nəşr edilmiş “×åëîâåê, êîòîðûé íå óìåë áûòü ðàâíîäóøíûì”
(“Biganə qala bilməyi bacarmayan
insan”) kitabında görkəmli Azərbaycan
alimi Xudu Məmmədovun
haqqında indiyədək bilmədiyimiz sensasiyalı faktlar var. Kitab Rusiya Elmlər
Akademiyasının sifarişi əsasında
çap olunub… Kitabda dünyanın bir çox tanınmış alimləri və onların elmi fəaliyyəti
haqqında yazılar yer alıb, o cümlədən Xudu Məmmədovun
da haqqında. Kitabın ayrı-ayrı səhifələrində
Xudu Məmmədovun elmi
fəaliyyəti, onun Azərbaycan elm və ictimai fikrində
tutduğu yer və s. haqqında indiyədək bilmədiyimiz olduqca maraqlı faktlar da açıqlanır. Budur, Y.Struçkovun
həyat yoldaşı, xanım İ.S.Axrem
ərinin yazıb çap etdirə bilmədiyi,
indi özünün redaktorluğu ilə nəşr olunmuş (Y.Struçkov
sağlığında yazsa da, tərtib edərək kitab
şəklində sona çatdıra bilməmişdir)
kitabının 464-cü səhifəsində həyat
yoldaşından bəhs edən xatirəsində
yazır: “...Yuranın Azərbaycanda çoxlu
dostları və alim yoldaşları var idi. O, Xudu
Surxay oğlu Məmmədova
xüsusi rəğbət bəsləyirdi.
Bu bəstəboy insan
öz xalqını və ölkəsini
dəlicəsinə sevirdi. O, vaxtilə Azərbaycan
EA-nın prezidentinə müxalif
mövqedə olmuşdu. Onu
bu mövqeyinə görə faktiki olaraq elmi fəaliyyətdən məhrum etmişdilər.
Lakin şükürlər olsun ki, Azərbaycan EA-da rəhbərlik dəyişdikdən sonra onu laboratoriya
müdiri vəzifəsinə bərpa
etmişdilər... Yura çox maraq və istəklə
danışırdı ki, “Xudu İngiltərəyə elmi
ezamiyyədən qayıdanda özü ilə
iki çemodan kitab gətirmişdi. O, Azərbaycan
xalqının milli ornamentləri ilə
maddələrin atom quruluşu
arasında paralellik apararaq
elmi bağlılıq axtarıb
tapmışdı. Hansı ki, məşğul
olduğu sahə də kristalloqrafiya
idi. Mən şəxsən onun ornamentlərdən ibarət bir kitabını görmüşdüm,
hansı ki, “Azərbaycanın Eşeri” olan Xudu Məmmədov tərəfindən
yazılıb-tərtib olunmuşdu. Heç bir elmi məşğələ, heç
bir inzibati qərar və
ya ailə problemləri onu
Azərbaycanın hansısa ən ucqar bir rayonunda xəstələnmiş
və onu arzulayan qohumu ilə, yaxud bir çobanla belə görüşünün
qarşısını ala bilməzdi... Xudu heç vaxt bu insanların
ölümqabağı onu görmək
arzularını gözündə qoymazdı... Onun yanına hər cür
insanlar gələrdilər, kömək almağa, məsləhətləşməyə.
Yeri gəlmişkən, Xudunun
adı da rus dilinə
tərcümədə “əl tutan, xeyirxah” mənasını ifadə edir...””. Nəhayət, kitabın 466-cı səhifəsində
Xudu Məmmədov haqqında daha bir maraqlı hissə var: 1980-ci illərin sonlarında baş verən hadisələrdən, milli münaqişələr haqqında
danışan müəllif İ.S.Axrem, həyat
yoldaşı, görkəmli alim Y.Struçkovun dilindən yazır:
“...SSRİ məkanında və Qafqaz
ölkələrində faciələr yaşanırdı...
Dəhşətli hadisələr bizim alim dostlarımızdan da yan keçmədi. Xudu Məmmədovun adı
“Erməni xalqının düşmənləri”
siyahısına salınmışdı. Lakin
ermənilər heç cürə onu öldürməyə macal
tapa bilmədilər. Çünki
Xudu Məmmədov 1988-ci ildə qəflətən
ikinci infarkdan
dünyasını dəyişdi...”.
Bu
faktlar bir daha sübut edir ki, Xudu
Məmmədov 1987-88-ci illərdə Rusiyada
və Azərbaycanda rusdilli mətbuatda ermənilərin
İrəvanda və Dağlıq Qarabağda
qaldırdıqları milli münaqişələrə,
əsassız torpaq iddialarına sərt tənqidi
yazıları və tarixi-elmi əsaslandırmaları
ilə cavab verdiyindən ermənilər onun
adını ¸erməni xalqının
düşməni” kimi ölüm
siyahısına daxil ediblərmiş. Lakin göründüyü
kimi, terrorçular onu məhv etməyə macal
tapmamışdılar. Çünki Xudu Məmmədov öz əcəli
ilə də düşmənə bu
imkanı vermədi!
Allah rəhmət eləsin!
A. Məmmədli
Təzadlar.-
2013.- 24 oktyabr.- S.5.