Qobustan və Gəmiqaya dünyanın ilk açıq kitab muzeyidir

 

 

 

 

Qobustan və Gəmiqaya deyəndə, hər şeydən əvvəl, dünya mədəniyyətinin beşiyi yada düşür. Bura ən qədim insan məskəni, ən qədim yaşayış yeridir. Sözsüz ki, dünyanın ən qədim mədəniyyəti də yalnız ilk insanların yaşadıqları ərazidə yaradıla bilərdi.

Təəssüf hissi ilə deməliyik ki, Qobustan və Gəmiqaya bir mədəniyyət beşiyi kimi hələ də lazımınca öyrənilməmiş və dünyaya tanıdılmamışdır. Dünya elmi bir yana qalsın, heç keçmiş sovet respublikalarının, o cümlədən rus və Azərbaycan alimlərinin əsərlərində də Qobustan və Gəmiqaya haqqında söhbətlərə çox nadir hallarda rast gəlinir. Bəşəriyyətəin ən qədim tarixinin doğru-düzgün öyrənilməsində Qobustan və Gəmiqaya qədər zəngin material verən ikinci bir mədəniyyət ocağının olmadığına baxmayaraq, alimlər fakt qıtlığı ilə üz-üzə qalırlar, lakin Qobustan və Gəmiqaya haqqında yenə susurlar. Bunlar bizim öz mədiniyyət abidələrimizə soyuqqanlı, laqeyd, başdansovdu münasibətimizin acı nəticəsidir.

Qobustan nədir? Bu suala hərtərəfli cavab vermək üçün yüzlərlə kitab yazmaq olar. Burada hər daşın özü bir kitabdır. Ona görə “Qobustan nədir?” sualına bircə cümlə ilə də cavab verə bilərik: Qobustan dünyanın ən qədim mədəniyyət ocağı, ilk açıq kitab muzeyidir.

Eyni sözləri Gəmiqaya haqqında da demək olar. Qobustan və Gəmiqaya eyni xalq tərəfindən yaradılmış və bir-birini yaxşı tamamlayan iki mədəniyyət ocağıdır. Hətta onlardan birini digərindən ayrılıqda öyrənmək də doğru deyil.

Qobustan və Gəmiqayadakı yazılı daşların üstündə gəlib bizə çatmış təsvirlərə təkcə şəkil kimi baxmaq kökündən yanlışdır. Birinci növbədə ona görə ki, bu təsvirlərin içərisində çoxlu yazı işarələri mövcuddur. Qobustanı kəşf etmiş və öyrənmiş arxeoloq İsaq Cəfərzadə 29 saylı daşın üstündəki işarələrin mənalarından danışarkan onlardan 23-nün kişinin rəmzi olduğunu söyləmişdir. Onun fikrinə görə, həmin daşdakı yazı və işarələrin heç biri mənasız deyil. Əjdər Fərzəli həmin daşın üstündə 32 işarə olduğunu aşkarlamış, bunları 32 hərfdən ibarət əlifba ilə eyniləşdirmişdir. Onun araşdırmalarına görə, həmin 32 hərfdən 9-u sait, 23-ü samitdir. Ə. Fərzəli 9 saiti qadın səsi, 23 samiti kişi səsi hesab etmişdir ki, bu da İsaq Cəfərzadənin 23 işarənin 23 kişinin rəmzi olduğu haqqındakı fikri ilə üst-üstə düşür.

Qobustandakı 29-cu daşın üstündə Səma gəmisi, onun aşağı hissəsində isə açıq kitaba oxşayan bir təsvir var. Daşın üstündəki hərf işarələri, yazı nümunələri və s. təsvirlər aşağıdakı şəklin doğrudan da kitab olduğunu aydın göstərir. Sözsüz ki, bu şəkil neçə min illər boyu sərt küləklərin, boranlı, tufanlı, qarlı, yağışlı havaların güclü təsiri nəticəsində xeyli korlanmışdır.

Deməli, Qobustanda yaşayan ulu əcdadlarımızın yazı, əlifba və kitab haqqında yetərincə təsəvvürləri olmuşdur. Onlar yazıdan istifadə etmişlər, çox güman ki, əlifba da yaratmışlar. Kitab haqqında düşünmüş, daşların üstündəki yazılarını kitab adlandırmış, hətta kitabın gələcəkdə nə cür olacağını da təsəvvürlərinə gətirmiş, onun təsvirini vermişlər .

Qobustandakı və Gəmiqayadakı daşların üstündə eynioxşar şəkillərə, təsvirlərə və yazı işarələrinə rast gəlinməsi də heç vaxt təsadüfi ola bilməz. Bunlar bir çox məsələləri aydınlaşdırmaq üçün olduqca əhəmiyyətli faktdır və onları lazımınca öyrənməyin vaxtı artıq çatmışdır. Qobustan və Gəmiqaya mədəniyyətləri arasındakı etnogenetik bağlılığa əmin olmaq üçün onların hər ikisində rast gəlinən bir işarəyə diqqət yetirmək kifayətdir:

 

 

 

Gəmiqayada - Qobustanda

 

 

 

Hər iki yazının eyniliyi göz qabağındadır. Onların hər ikisi ut/ot/od kimi oxunur və açımı da od deməkdir.

Qobustan və Gəmiqaya mədəniyyətinin öyrənilməsi dünya elmində yeni bir hadisə olacaq. Köhnə stereotip baxışlara son qoymağın, bəşər tarixinin düzgün mənzərəsini yaratmağın yolu Qobustan və Gəmiqayanın öyrənilməsindən başlayacaq.

 

2.2. Türk xalqlarında yazı və əlifba mədəniyyəti

 

Yazının və əlifbanın tarixi haqqında dəqiq bilgi yoxdur. Yazının nə vaxtharada kəşf olunduğu, ilk əlifbanın nə zamankim tərəfindən yarandığı haqqında hələ də yekdil fikir formalaşmamışdır. Çox qəribədir ki, yazıdan və əlifbadan danışılarkan türklərin adı çəkilmir. Dünya elmində belə bir fikir yaranıb ki, yazının və əlifbanın kəşfində türklərin payı yoxdur. Bəs əsl həqiqət necədir? Tarix özüdeyir? 

Bundan əvvəlki yazıda Qobustanda və Gəmiqayada daşlar üzərində hərf işarələri, hətta sözlər və cümlələr yazıldığını göstərdik. Hazırda bir çox həqiqətləri elmdə qəbul etmək ona görə çətinləşmişdir ki, yüz illər boyu saxta fikirlər insanların beyinlərində kök salmışdır. Ona görə də bu sahədə hələ çox böyükciddi işlər görülməlidir.

1973-cü ildə Buryatiyada paleolit dövrünə aid yazılı Daş nüvə tapılmışdır. Akademik A.P. Okladnikov həmin daşın üstündəki yazının türk əlifbası olduğunu söyləmişdir. A.P.Okladnikov bu tapıntının həm tarixini, həm də türk yazısı olduğunu düzgün müəyyənləşdirərək yazırdı: “1973-cü ildə Buryatiyada aparılan arxeoloji qazıntılar zamanı tapılmış paleolit dövrünə aid Daş nüvə-nukleus üzərində oxunan qədim türk əlifbasının aydın, dəqiq hərfləri bizi dərindən düşünməyə vadar edir. Bu dəqiq yazılar həm də qədim türk döyüşçülərinin Mərkəzi Asiyada və Cənubi Sibirdən Dunay sahillərinədək qəhrəmanlıqlar göstərdikləri dövrlərdən xəbər verir”.

Arxeoloqların bölgüsündə paleolit e.ə. III minilliyə düşür. A.P.Okladnikovun dediyinə əsasən tapılmış yazılar e.ə. III-II minilliklərə aiddir. Bu da o deməkdir ki, e.ə. III-II minilliklərdə, yəni 4500-5000 il bundan əvvəl türk əlifbası mövcud olmuşdur.

Eramızın birinci əsrində yaşamış Roma müəllifi Strabon özünün məşhur “Coğrafiya” əsərində Turdetaniya ölkəsi və bu ölkədə yaşayan turdetanlar haqqında məlumat verərək yazırdı ki, ölkə yerli əhalinin adını daşıyır. Bu əhali ölkənin ərazisindən axan Ana, TağBeltik (Betus) çaylarının ətrafında yaşayır. Strabon yazırdı ki, Turdetanların yaxın qonşuları Turdullardır. Bunlar eyni xalq olduqlarına görə, dillərinin arasında fərq yoxdur, eyni dildə danışırlar. Turdetanlarturdullar İberiya (İber) ölkəsinin əhalisinin bir hissəsini təşkil edirlər. Strabona görə, İber ölkəsi Atlantik okeanın yaxınlığındadır. Bu ölkənin cənub-qərb sərhədləri Herakl yüksəkliyinə qədər uzanır. Bura həm də Avropanın qurtaracağıdır. O biri sahili Liviya ölkəsinin torpaqlarıdır.

Strabonun bu məlumatlarına biganə yanaşmaq olmaz. Onun əlifba haqqında verdiyi bilgilər isə daha böyük  əhəmiyyətə malikdir. Strabonun yazdıqlarından aydın görünür ki, İber ölkəsində çoxlu xalqlar yaşayır onların arasında ən mədəni, ən çox inkişaf etmiş xalq turdetanlardır. Turdetanların çox qədimdən öz yazısı olmuşdur. Bu əlifba 6000 il əvvəl yaradılmışdır. Həmin əlifbada turdetanların yaratdıqları qəhrəmanlıq nəğmələri yazıya alınmışdır.

C.Cəfərov turdetanların türk mənşəli olduqlarını yazır. Avropalı müəlliflərdən İ. Gonsen özünün tərtib etdiyi cədvəldəİber əlifbasıilə Turdetan əlifbasının, onların da hər ikisinin finikiya yunan əlifbaları ilə müqayisəsini vermişdir.

Turdetanların turdulların türk olduqları etnonimlərin kök morfemindən aydın görünür. Hər iki etnonimturkökünü saxlamışdır. Tur türk sözünün köküdür. Tanrı sözü eyni kökdəndir. Skandinaviya xalqlarının Tur/tor Tanrı adı Tanrı sözündən götürülmüşdür. Turan sözünün kökündətursözü durur. Bu söz həm turların ölkəsi, həm Tanrı ölkəsi deməkdir.

Turdetanların turdulların 6000 il bundan əvvəl əlifbalarının mövcud olması ona görə təəccüb doğurmur ki, onların ulu əcdadları hələ azı 15000 il öncə Qobustan mədəniyyətini yaratmışdılar. Qobustan daşlarındakı yazılarda da Qobustan əlifbasının izləri gəlib bizə çatmışdır.

Deyilənlərdən aydın görünür ki, ilk əlifbanı finikiyalılar yaratmamışlar. Bütün mövcud əlifbaların başlanğıcını Qobustandan- türk əlifbasından götürdüyü yuxarıda deyilənlərlə öz təsdiqini tapır.

Türklər sonrakı dövrlərdə bir neçə əlifba yaratmışlar. Onlardan biri uyğur əlifbasıdır. Uyğur əlifbasında zəngin ədəbiyyat yaradılmışdır.Oğuznamə”nin uyğur əlifbası ilə yazılmış bir nüsxəsi gəlib bizə çatmışdır hazırda Paris Milli Kitabxanasında saxlanır.

Uyğur yazısı soldan sağa yazılır. Bu əlifbada 22 hərf işarəsi var. Fonetikasında 10 sait 26 samit mövcuddur. Ə h səsləri geniş yayılmışdır. Uyğur dili morfoloji cəhətdən ümumtürk xassəlidir. Türk dillərinin karluq qrupuna daxildir.

Uyğur yazısından 18 əsrə qədər monqollar mancurlar da istifadə etmişlər. Çinin Daxili Monqolustan Muxtar rayonunda bu yazıdan indi istifadə olunur.

Türklərin yaratdığı digər əlifba Orxon-Yenisey əlifbasıdır. Orxon-Yenisey abidələri bu əlifbada yazılmışdır. Bu əlifbada 35 işarə var. Onlardan beşi 9 saiti, otuzu isə 19 samiti bildirir. 7 samitin hər birinin 2 işarəsi var: incə saitlərlə işlənərkən biri, qalın saitlərlə işlənərkən digəri yazılır. Bütün fonemlər hərflərlə işarə edilir. Sağdan sola yazılır. Orxon-Yenisey əlifbasından 5-10 əsrlərdə istifadə edildiyi göstərilir.

Azərbaycanda geniş yayılmış əlifbalardan biri alban əlifbası olmuşdur. Bu əlifba 5 əsrin ilk illərində yaradılmışdır. 52 hərfdən ibarət olmuşdur ki, onlardan 10-nu sait, 42-si samitdir. Erməni gürcü əlifbaları alban əlifbası əsasında yaradılmışdır. Bu əlifba 5-7-ci əsrlərdə geniş yayılmış, məktəblərdə tədris edilmişdir. Bu əlifba ilə bir çox dəyərli əsərlər yazılmışdır. Türk şairi Dəvdəyin əsərləri bu əlifbada yazılmış, sonra üzü köçürülüb əsli itirilmişdir. 5-6-cı əsrlərə aid Alban təqvimi bu əlifbada tərtib edilmişdir.

Qafqaz albanlarının türk mənşəli olduqları son zamanlar aparılan tədqiqatlarda öz dolğun təsdiqini tapmışdır. İlhami Cəfərsoylunun tədqiqatları bu baxımdan xüsusilə dəyərlidir.

Alban yazısının aradan çıxmasına əsasən ərəb işğalları, Azərbaycanda ərəb hakimiyyətinin möhkəmlənməsi, ərəb dilinin və əlifbasının daha geniş yayılması səbəb olmuşdur. Tarixin müəyyən dövründə alban kilsəsi müstəqil olmuş, heç yerə tabe olmamışdır. Ermənilər tədricən müxtəlif yollarla Üçkilsəyə (Eçmiadzin) toplaşaraq orda möhkəmlənmişlər. XIX əsrdə Üçkilsə erməni katolokosluğunun mərkəzinə çevrilmişdir. 1836-cı ildə Eçmiadzin erməni katolikosluğunun təkidi ilə Peterburq Müqəddəs Sinodu alban katolikosluğunu ləğv etdi. Alban kilsəsi erməni katolikosluğuna tabe oldu. Ermənilər bundan məharətlə istifadə edərək alban kilsələrindəki bütün yazılı abidələri yığib Eçmiadzinə apardılar və onları böyük ustalıqla mənimsəyib öz adlarına çıxdılar.

Alban əlifbası ilə yazılmış minlərlə əlyazmalar bu yolla məhv edilib, özgələşdirildi.

 

 

 

İslam Sadıq

Təzadlar.- 2013.- 3 sentyabr.- S.7.