Kəlbəcərimizin
başucalığı
Qulu Kamalov 1933-cü ildə doğma Kəlbəcərimizin Yelnicə kəndində anadan olub. Kəlbəcər şəhər 1 saylı orta məktəbini bitirib. Ali təhsilini Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) Əmtəəşünaslıq fakültəsində alan Qulu müəllim müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Hazırda isə təqaüddədir.
Dədə Şəmşirlə bağlı xatirələr, qiymətli fikirlər, maraqlı söhbətlər toplayarkən bir ağsaqqal, Kəlbəcər ziyalısı kimi Qulu müəllimə də müraciət etməyi özümüzə borc bildik. O, təşəbbüsümüzü olduqca yüksək dəyərləndirdiyini, bəyəndiyini, alqışladığını bildirib, söhbəti xeyli uzaqlardan başladı. Söylədiyi ibrətamiz əhvalatlar, qəribə həyat detalları, maraqlı əlaqələndirmələr onunla hazırladığımız bu yazını, hesab edirik ki, digər materiallardan, söylənən fikir və xatirələrdən fərqləndirir və oxunaqlı edir.
Onun Aşıq sənətinin qüdrətli nümayəndəsi, ustad sənətkarımız Dədə Şəmşirlə bağlı xatirələri bizi çox kövrəltdi. Çünki bu xatirələrin qoynunda həm də Azərbaycanın qüdrətli şəxsiyyətləri Bəxtiyar Vahabzadə, Xudu Məmmədov var. Amma bütün sualların, söhbətlərin əvvəli, axırı yenə Dədə Şəmşirə gəlib çıxır.
- Qulu müəllim, Aşıq Şəmşiri necə xatırlayırsınız? Bir ağsaqqal, Kəlbəcər ziyalısı olaraq sizin üçün, ümumiyyətlə, Şəmşir yaradıcılığı, Şəmşir şəxsiyyəti hansı mərtəbədə dayanır?
- Çox maraqlı sual verdiniz və olduqca vacib bir məqama toxundunuz. Hər bir ziyalı, hər bir sənətkar, istedadlı, adlı-sanlı şəxsiyyət ilk növbədə doğulduğu yurd-yuvanın, kəndinin, rayonunun, doğma el-obasının başucalığıdır, fəxridir. Bu mənada, Aşıq Şəmşir də daim öz istedadı, ad-sanı, sözü-sənəti ilə Kəlbəcərin başını uca edib. Həmişə rayonumuzun, el-obamızın adına-ünvanına bütün respublikamızda xoş sözlər deyilib Şəmşirə və onun kimi digər istedadlı sənətkarlarımıza görə. Təsəvvür edin, Dədə Şəmşir o qədər ucadır, o qədər qüdrətlidir ki, Kəlbəcərin simvoluna çevrilib. İcazənizlə, fikrimi əsaslandırmaq üçün haşiyə çıxım, bir xatirə danışım, ondan sonra mənim Aşıq Şəmşirə və onun kimi digər kəlbəcərli istedad sahiblərinə hansı münasibəti bəslədiyim, onların mənimçün hansı mərtəbədə dayandıqları sizə tam aydınlığı ilə məlum olacaq.
1985-ci ildə Bəxtiyar Vahabzadə Kəlbəcərə gəlmişdi. Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi İnqilab Nadirov mənə etibar etdiyi üçün dedi ki, bazar günü qonaqlıq təşkil et. İnqilab Nadirov onu da tapşırdı ki, qonaqlıq Səməd Vurğunla Aşıq Şəmşirin görüşdüyü tarixi yerdə - Boyaqlı kəndinin ayağındakı Turşsu bulağının üstündə təşkil olunsun.
Yaxşı tədarük gördüm. Ağdam Rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayev, mərhum akademik Xudu Məmmədov, Şamil Əsgərov, Əli Qurban Dastançı, İnqilab Nadirov gəldilər. İnqilab müəllim Əli Qurban Dastançını göndərdi ki, Zar kəndindən Seyid Əlini də gətirsin.
Əli çəlimsiz, sısqa, başı çiyinləri üstə əsən, gözləri pis görən cavan bir oğlan idi. Nədənsə, Bəxtiyar Vahabzadə Əlini soyuq qarşıladı. İnqilab Nadirov dedi:
- Bəxtiyar müəllim, Səməd Vurğunla Aşıq Şəmşirin ilk möhtəşəm görüşü də bu Turşsu bulağının üstündə olub. Onların deyişmələri dastanlaşaraq dillər əzbərinə çevrildi. Amma Seyid Əlini hansı məşhur şairlə görüşdürürəmsə, heç bir səsi-sorağı çıxmır ki, çıxmır. Xahiş edirəm, yoxlayın, görün bunun “qabında” nəsə varmı?
Əslində İnqilab müəllim Əlinin ilhamının kəramətinə yaxşı bələd idi.
Seyid Əli Bəxtiyar Vahabzadəni beş bəndlik “Salam söyləyir” rədifli şeiri ilə bədahətən salamladı:
Vüqarla, təmkinlə əyib başını
Bu dağlar şairə salam söyləyir.
Torpağın altından qaynayıb coşan
Bulaqlar şairə salam söyləyir.
Şeir,
sənət ki var, uludan-ulu,
O, həqiqət yolu, o, amal yolu.
Könül sazla dolu, nəğməylə dolu
Dodaqlar şairə salam
söyləyir.
Qartallar
öyünər dəyanətiylə,
Uçar
fəzalara öz qüdrətiylə,
Qəlbə nur çiləyən
təravətiylə
İlk bahar şairə salam söyləyir.
Sən mənim bəxtiyar Bəxtiyarımsan,
Sənətdə ən qadir iftixarımsan,
Mənəvi dədəmsən, könül
varımsan,
Nəyim
var şairə salam söyləyir.
Əliyəm, gəlmişəm sənlə
üz-üzə,
Ölməz şeirlərim hikmət, möcüzə.
Duyğular sinəmdə çevrilib
sözə,
Misralar şairə salam
söyləyir.
Və beləliklə,
söhbət qızışdı. Yemək-içmək yaddan çıxdı.
Seyid Əli Bəxtiyar Vahabzadənin şeirlərini
dalbadal deyib təhlillər aparmağa
girişdi. Şairi get-gedə
heyrət bürüyürdü.
Əli hətta Bəxtiyar müəllimin
ayrı-ayrı şeirlərindəki
bir-birinə zidd fikirləri açıb göstərməyə başladı:
- Bəxtiyar müəllim,
siz nəhəng şairsiniz. Pərəstişkarınızam. Ancaq filan şeirinizdə
insan həyatını
bu cür tərənnüm edirsiniz,
digər şeirinizdə
isə həmin fikriniz özünüz tərəfindən təkzib
olunur.
Bəxtiyar müəllim etiraf etdi ki, bəli,
bu, doğrudur, çünki hər bir şeirin yazılmasının öz
ovqatı, öz məqamı var.
Xudu Məmmədov
dinib-danışmadan bu
mənzərəni seyr
edirdi. Sadıq Murtuzayev isə qəsdən söhbətin
axarını dəyişmək
üçün Füzulinin
bir beyt qəzəlini söylədi:
Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə
cüda məni.
Beytin düzgün
ahənglə səslənməməsi
Seyid Əliyə möhkəm yer elədi. O, dərhal üzünü
Murtuzayevə tutub dedi: - Bağışlayın,
kim olduğunuzu
bilmirəm. Amma xahiş edirəm,
Füzulinin ruhuna toxunmayın.
Sonra Seyid Əli həmin beyti düzgün ahənglə özü söylədi (və mənasını açıb
izah elədi. Bu Allah vergilisi Füzulinin ən çətin qəzəllərini açırdı.
Şirin,
poeziya dolu söhbət saatlarla uzandı. Bəxtiyar müəllim orada
yerindəcə Seyid Əliyə cavab şeiri yaza bilmədi. Heyrətindən çaşıb qalmışdı. Durub
onu qucaqlayıb, üzündən-gözündən öpərək dedi: - Əli, ya bazar
günü “İstisu”
sanatoriyasına gəl,
ya da “Yenilik”
qəzeti redaksiyasına
gələr, cavabını
alarsan.
Bir neçə gün sonra Bəxtiyar müəllim Seyid Əliyə xitabən “Əleykəssəlam” şeirini
yazmışdı:
Möcüzə, dağlar da, sən də möcüzə,
Əli, salamına
əleykəssəlam.
Dağlar
ucalıqda eşqini gördük,
Arzuna, kamına
əleykəssəlam.
Qəlbimdə ümiddən şam
yandırmısan,
Şamını məşələ döndərsin zaman,
Bugündən nur alıb sabaha baxan
O ümid şamına əleykəssəlam.
Sənin
ürəyinin döyüntüsündən,
Zəngin
olan dama “yoxsul” dedin sən,
Keçmişəm dünyanın yaxşı-pisindən
O yoxsul damına əleykəssəlam.
Gəl açaq sandığı,
tökək pambığı,
Oldumu qəlbsizin
könül çaldığı?
Dilimin, ağzımın səndən
aldığı
Dadına, tamına əleykəssəlam.
Bəxtiyar, de nədir bu kin, bu qiyam?
Mən sənət
dəlisi, şeir acıyam.
Əli,
döşə gəlsin,
söz möhtacıyam,
Şirin kəlamına əleykəssəlam.
İndi təsəvvür edin. Əli çox
cavan bir istedad sahibidir. Əgər Bəxtiyar müəllim onun istedadına heyran qalırsa, əvvəl soyuq görüşdüyü
üçün təəssüflənirsə,
görün dahi Səməd Vurğun 62 yaşlı Aşıq Şəmşirin istedadını
necə yüksək qiymətləndirib alqışlayır,
ona heyranlığını
ifadə edir. Bax məsələ bundadır! Bu hadisələr
isə doğma Kəlbəcərimizə, el-obamıza
daim başucalığı
gətirir.
- Qulu əmi, eşitdiyimizə görə,
Aşıq Şəmşirin
vəfatından sonra Güllü nənə ilə ustadın tanıdığı bir qadın həyətdə
oturub mehribanca dərdləşir, şirin
söhbət edirmişlər.
Bunları tez-tez belə mehriban görən Qənbər müəllim bir gün deyir: Dədəm sağ ikən yola getmirdiniz, bir-birinizi görməyə gözünüz
yox idi. Xeyir ola,
dədəm dünyasını
dəyişəndən sonra
bu mehribanlıq nədəndi?
Bəlkə siz də Dədə
Şəmşirlə bağlı
zarafatlardan birini söyləyəsiniz?
- Qənbər müəllimlə
yaxın dost olmuşuq.
O, ispalkomun sədri işləyəndə orada
Aşıq Şəmşirin
şeirlərini makinada
yazan Nərgiz adlı bir qız
ustada deyir ki, gözəllərə
şeir qoşursunuz, amma mən sizin
şeirlərinizi makinada
yazıram, heç mənə şeir həsr etmirsiniz. Dədə onun sözünü yerə salmayıb, sonralar şeirlərindən
birində Nərgizin də adını çəkir.
- Bəs Güllü
nənə, görəsən,
narahat olmurmuş belə şeylərdən?
- Xeyr. O, aşıq üçün, şair üçün belə şeylərin normal olduğunu
başa düşürdü,
anlayırdı. Ona görə
də Dədənin hansısa şeirində hansı qızın, qadınınsa adının
çəkilməsi Güllü
nənəni qətiyyən
narahat etmirdi.
Aşıq Şəmşir gözəllik
aşiqiydi. Təbiətin gözəlliyini söz-söz, misra-misra qəlbinə köçürən
bu nəhəng sənətkar şeir yazdığı dağlara,
daşlara, bulaqlara, o bulaqlardan qayıdan çiyni səhəngli qızlara, çiçəklərə,
güllərə əbədi
heykəl qoyurdu.
Cəmilə
Çiçək
Təzadlar.-
2013.- 7 sentyabr.- S.15.