Qazax rayonu
haqqında nə bilirik?
Ehtimal
olunur ki, rayonun əsası VIII əsrdə ərəb sərkərdəsi
Mərvan ibn Məhəmməd tərəfindən qoyulub
(İkinci
hissə)
(Əvvəli
ötən saylarda)
Tədqiqatın nəticəsi barədə “Sağalmaz
yaraların yeganə məlhəm” adlı məqalə ilə
mətbuatda çıxışlar etmişəm. Həmin materialın tezisi
Türkiyənin İstanbul şəhərindəki
Yıldız Texniki Universitetinin “Dunya mımarlık ve
senetında turkler” uluslararası sempozyumu və
Başkiriyanın Ufa şəhərindəki Tarix, Dil və
Ədəbiyyat İnstitutunun təşkil etdiyi Beynəlxalq
Konfrans tərəfindən bəyənilmiş və simpozium
və konfransın proqramına daxil edilmişdir. 2012-ci ildə isə “Qız qalalarının yerinin
müəyyən olunmasının Qızıl qaydası”
mövzusunda Özbəkistandakı Beynəlxalq Konfransda
çıxış etmişəm və tezisi orda çap
olunub.
Arxiv
materialları
Qazax rayonunda tədqiqat aparmamışdan qabaq və tədqiqat
aparıb tyekunlaşdırdıqdan sonra da Azərbaycan
Dövlət Tarix Arxivində xeyli işləməli oldum. Çünki,
arxivdə çar Rusiyasından qalma xeyli qiymətli arxiv sənədləri,
daha doğrusu XIX əsrin sonlarında yeni salınacaq Qazax
şəhərində tikiləcək evlərin layihələri
var idi. Onların şəklini çəkiub
toplasam da onları araşdırma, diqqərlə öyrənmək
və alınan informasiyaları ümumlləşdirmək
lazım idi. Bu zaman çox qəribə
tarixi faktlar ilə rastlaşmışdım. Bunlardan birincisi Qazax şəhərinin yaranması
tarixi ilə bağlı idi. Yuxarıda
qeyd etdiyim və digər rəsmi sənədlərdə onun
şəhər kimi 1909-cu ildən formalaşması idi.
Bu söhbət hətta bir qisim tədqiqatçıları
ifrat dərəcədə qıcıqlandırır və
narahat edirdi də. Odur ki, bu sahə ilə bağlı
bir qisim rəsmi yoldaşlarla rəsmi qaydada, yəni onlarla
olan telefon danışıqlarını yazdırmaq,
müzakirə zamanı olan şəkilləri çəkdirməklə,
danışığı yazdırıb sonra istinad etməklə
iş aparmalı oldum. Çünki bilirdim ki,
yenilik həmişə kəskin ziddiyyətlərlə
qarşılaşıb və mənim fikrim də
qarşılaşacaq. Bunlar
aşağıdakılardır:
1. Qazax
şəhəri 1909-cu ildə deyil, 1871-ci ildən sonra formalaşıb.
2. Şəhər kimi onun baş
planı olub və o, 1871-ci ildən sonra təsdiq olunub;
3. Yeni təşkil
olunan Qazax şəhəri qədim yaşayış məskəni
olan Qazağın ərazisində deyil qədim
yaşayış yeri Ağstafanın ərazisində
salınıb;
4. Qazax
şəhəri təkcə qazaxlılardan təşkil
olunmayıb, şəhər kimi olduqda onun ilk sakinləri
arsında Qazağın başqa-başqa kəndlərindən
olan imkanlılar, iran vətəndaşları, Tiflisdən
olan adamlar, Yelizavetpoldan yəni Gəncədən və s. olan
imkanlı adamlar olublar;
5.
Ağstafanın ərazisində salınacaq Qazax şəhərində
bir ədəd belə bina Yelizavetpol Qubeerniya İdarəsinin
Tikinti şöbəsi tərəfindən təsdiq
olunmamış tikilməyib. Bu layihələrin hər birini
general-mayor olan Yelizabetpol qubernatoru özü nəzarətdən
keçirib və öz imzası ilə təsdiq edib.
Bu dediklərimizin
sadəcə söz yığnağı olan mülahizələr
deyil, real həyat həqiqətlərinə söykənən
məntiqi nəticə olduğunu oxucuların diqqətinə
çatdırmaq üçün Mərkəzi Dövlət
Tarix Arxivibndən əldə etdiyim bir neçə layihəni
oxuculara təqdim edirəm.
Bu gördüyünüz layihə Qıraxkəsəmən
kənd sakini Əliməmməd Ələsgər oğlunun
dükanının və yaşayış evinindir. Həmin layihəni
üstündə iki dərkənar var. Onlardan layihənin
sağ tərəfində olan və quberniya mühəndisi tərəfindən
imzalanan dərkənarın mətni aşağıdakı
kimidir:
“Na
osnovanii pravil utverjdennım bıvşim Namestnikom Kavkazskim 29 ənvarə
1871 qoda, jitel sel.Kraxkesaman Ali
mamed Alesker oqlı obəzan soverşenno okonçit postroyku po
nastoəhemu proektu vo vnov obrazuemom qorode na Akstafe v teçenii
trex let sçitaə k 11-mu avqusta 1886 qoda.
Qubernskiy
injener:”
İkincisinin
yəni, layihənin sol tərəfində olmaqla general-mayor
qubernator tərəfindən imzalanaraq təsdiq olunan dərkənarın mətni
siə belədir:
“Proekt sey
rassmotren za
ispravleniəmi krasnımi çernilami odobren
Stroitelğnım Otdeleniəm Elizavetpolğskaqo Qubernskaqo
Pravleniə po protokolu ot 11-qo
Avqusta 1883 qoda za ¹ 153.
Qubernator,
Qeneral-mayor: “.
Bu mətnlərdən birincisində bizi təəccübləndirən
hissənin altından xətt çəkməklə onu
yağlı şriflə vermişik: “vo vnov obrazuemom qorode na
Akstafe”. Bu mətn iki məna verə bilər: birincisi yeni salınan bu şəhər
ola bilsin ki Akstafa çayının kənarında
salınsn, ikincisi isə yeni salınan bu şəhər
çox ehtimal ki, qədim yaşayış məskəni
Akstafanın yerində salınmış olsun. Birinci
mülahizə qismən də olsa özünü
doğruldur. Belə ki, Qazax şəhəri
həqiqətən də Ağstafa çayının sağ
kənarındadır. Belə isə niyə
onda “na reke Akstafa” və ya “ryadom s reke Akstafa”
yazılmamış olsun? “Reke” sözünün mətnə
əlavə olunması o qədər də mürəkkəb
bir iş deyil. Odur ki, bizim şübhələrimiz ikinci
mülahizənin üzərində dayanır: çox ehtimal
ki, indiki Qazax şəhəri qədim yaşayış məskəni
olan Ağstafanın yerində əvvəlcə Novo-Akstafa,
sonra isə Qazax
kimi adlandırılmaqla planlı şəkildə
salınmışdır. Qədim
Ağstafanın adı isə yeni yaradılan dəmiryol
stansiyasına verilmişdir Çünki həmin dövrdə
yəni, 1883-1900 illərdə Bakı-Tiflis dəmir yolu da
çəkilirdi. O dövrdə çar rusiyası
üçün belə dəyişiklikləri etmək bir o
qədər də çətinlik törətmir və əhəmiyyət
kəsb etməyirdi. Onlar necə istəyirdilər,
elə də edirdilər.
Bu mülahizəmizin nə dərəcədə
doğru olub-olmamasını yoxlamaq üçün bəzi mənbələrə
üz tutduq. Birinci müraciətimiz Azərbaycan Milli Arxivinin Elmi
Məlumat kitabxanası oldu. Həmin
kitabxanada bilavasitə belə problemlərlə hər gün
rastlaşan kitabxananın müdiri Yeganə xanım
Cabbarlı oldu. Yeganə xanımın özü
üçün də bu problem hədsiz dərəcədə
maraqlı olduğundan o, vaxt
itirmədən arxivdən bizə hər ildə bir nömrəsi
buraxılan “Kavkazskiy kalendarğ” adlı jurnalın 1888, 1902,
1907, 1909, 1912 illərdə
buraxılan nömrələrini gətirdi. Onların
bizə aid olanların bu problemlə bağlı hissələrinin
surətlərini çıxartdı. Sabah bütün
qalanların hamısının surətin
hazırlayacağına söz verdi. Mən
elə ordanca, yəni Milli Arxivinin Elmi Məlumat
Kitabxanasından Qazax mədəniyyət və Turizm
Şöbəsinin təcrübəli mütəxəssisi
Nofəl müəllimlə, akademik Teymur Bünyadovla və tədqiqatçı
alim Firuzə xanımla telefon əlaqələri yaradıb
onlara yığcam məlumatlar verdim. Teymur
müəllimlə və Firuzə xanımla görüşməyi
planlaşdırdıq.
“Kavkazskiy
kalendarğ” jurnalının 1888-ci ildə buraxılmış 44-cü sayında olan “Alfavitnıy
ukazatelğ” başlıqlı materialında Rusiya
imperiyasının bütün qəza və quberniya şəhərlərinin,
Qafqazda 2000 nəfərdən çox sakini olan kəndlərin,
tarixi yerlərin, çay və hündürlüyü belə
göstərilməklə dağların, hətta
tanınmış ərazilərin belə hansı qəza və
quberniyada olmaları barədə yığcam, ətraflı
məlumat verilir(50). Həmçinin qeyd olunur
ki, həmin mətndə dağ, çay, ölkə
adları kursivlə, yaşayış məntəqələrinin
adı adi formada, qəza idarələri yerləşən
şəhərlər qara yağlı rənglə, quberniya
şəhərləri isə iri yağlı şriflə
yazılır. Həmin materialda Akstafa ilə
bağlı nə material varsa olduğu kimi veririk:
“Akstafa, prav.protok r. Kura.
Akstafinskaə, post. i jel.-dor. st.
Elisaf. qub.,Kazaxsk. uğezda.
Akstafa, sel. Kazax. Uğez., Elisaf. qub.
(sm. Kazax);
vıs. 1004 fut.”(50)
Mətndən aydın görsənir ki, Akstafa Qazax qəzasının
kəndi olmaqla Qazax qəzasının idarəsi yerləşən
kənd olduğu üçün yağlı qara şriflə
verilmişdir.
Qazaxla
bağlı olan yazı bizim dediyimiz mülahizəni bir daha
aydın şəkildə təsdiq edir:
“Kazax
(Novo-Akstafa), s. mestopreb. Kazaxsk. uğezd. prav. Kazaxsk. u. Elisav. q.”
Burdan
aydın görsənir ki, 1888-ci ildə indiki Qazax şəhəri: Novo-Akstafa, yəni Yeni-Akstafa
adlanırmış. Hansı ki, həmin
dövrdə Qazax şəhərində tikiləcək
binaların layihələri Yelizavetpol quberniyasının
xüsusi nəzarətindən keçməklə təsdiq
olunurdu. Odur ki, istinad etdiyimiz bu iki
mətn yuxarıda dediyimiz
mülahizəni tamamilə
təsdiq edir. Buna baxmayaraq bir neçə
mənbəni də nəzərdən keçirək.
Maraq
doğuran mənbələrdən biri də “Kavkazskiy
kalendarğ” jurnalının 1907-ci ildə çapdan çıxmış
63-cü nömrəsidir(54). Həmin
nömrənin 32-ci səhifəsindən başlayaraq Qafqazda
olan kəndlərin əlifba sırası ilə
siyahısı verilr. Həmin materialın 34-cü səhifəsində
“Akstafalğə”-nın əvvəlki
siyahıdakı 2297 saylı kəndin bir hissəsi olduğunu
görürük. Əvvəlki
siyahıdakı 2297 sayla isə “Dözkişləqskoe” kəndidir.
Belə çıxır ki, “Akstafalya”
Düzqışlaqın bir hissəsi olmaqla həmin kənddə
84 tatarın yaşadığı bildirilir. Həmin siyahının davamı olaraq 59-cu səhifədə
hədsiz dərəcədə maraqlı faktla
rastlaşırıq. Birdən birə 4 ədəd
“Kazaxlı” kəndi, iki ədəd “Kazaxlar”, bir ədəd
“Kazaxbəyli”, bir ədəd “Kazax-Elçilər”, bir ədəd
isə “Kazax-Rəhimlər” kəndi
olduğu görsənir. Bir sözlə “Kazax”
adı ilə bağlı 9 kənd qeydə alınıb.
Onların qarşılarında olan nömrələrə əsasən
araşdırdıqda məlum oldu ki, onlardan ikisi- 2303 nömrəsi
ilə olan “Kazaxbekli” kəndi,
2309 nömrəsi ilə
olan “Kazaxlı” kəndi Qazax qəzasına
aiddir. 2303 nömrəli “Kazaxbekli” kəndi Çaylı kəndinin
bir hissəsi olmaqla həmin kənddə o dövrdə 166
tatar, 2309 nömrəli kəndi
isə Qazax qəzasının Pirili kəndinin bir hissəsi
olmaqla orda isə 150 nəfər tatar yaşayırmış.
Həmçinin diqqətinizə bir məqamı
da çatdırmağı özümüzə borc bilirik.
Həmin siyahıda Kazax sözü ilə bağlı bizim ərazilərimizdə
9 kənddən ikisi Qazax qəzasından,
üçü Yelizavetpol qəzasından, ikisi Cavanşir qəzasından,
biri Karyagin qəzasından, və s. qəzasından qeydə
alınmışdır.
Bu layihələri təqdim etdikdən sonra onların təsdiq
olunma tarixlərinə nəzər saldıqda bizə məlum
oldu ki, ilk təsdiq olunmuş layihə Qazax şəhərində
tikiləcək türmənin layihəsidir. Həmin layihə
1873-cü ildə təsdiq olunub və üç il müddətinə
tikilməsi tələb olunub. Pravoslav kilsəsinin isə layihəsi
1888-ci ildə təsdiq olunub. Məntiq özü idarəetmənin
mexanizmini güzgü kimi açır: əvvəlcə
qadağa, məhdudiyyət, türmə, sonra isə ibadət,
mənəviyyat.
Bizim əldə edə bildiyimiz arxiv materiallarından məlum oldu ki, tikilməsi nəzərdə tutulan Qazax şəhəri üçün çox ehtimal ki, 24 kvartal nəzərdə tutulubmuş. Hər kvartalda maksimum 12 sahə olurmuş, onda cəmi 24 kbartalda 300-ə yaxın sahə nəzərdə tutulmaqla təsdiq olunubmuş. Biz isə hal hazırda qədim Qazax şəhərindən 150-yə yaxın yaşayış binası müəyyən edə bilmişik. Qalan binalar deməli ya sökülərək yenidən qurulub, ya da uçub dağılmışdır. Binaların hər biri 100 ildən yuxarı bir tarixi dövrü yaşadığından özündə tarixin acılı-şirinli dövrlərini: çar rusiyası, sovetlər və müstəqillik yaşatdığından onları qorumaq hər birimizin müqəddəs borcudur.
Əlihüseynli
Sabir Tağıyev,
AMEA-nın
Memarlıq və İncəsənət İnstitutunun
Memarlıq abidələrinin qorunması və bərpası
problemləri şöbəsinin böyük elmi
işçisi
Təzadlar.-
2013.- 12 sentyabr.- S.15.