Kitabdan imtahan verilməsi başqa, kitabın imtahan verməsi başqa...

 

 

 

Əziz Övliyahal oğlu Övliyahal Hüseyn Əliyev!

 

Sənin mənə ünvanladığın bir diləyini yerinə yetirdim. Əziz bacın Nəzirə xanım Əliyevanın qələmə aldığı “Göy üzünə pıçıltılar” kitabına dilədiyin redaktorluğu etdim. Bu kitab ailənizdə qalanların, xüsusən müəllifin böyük sayıla biləcək maddi vəsaiti ilə işıq üzü gördü. Redaktor-tərtibatçı kimi hansı çətinliklərdən keçdiyimi təfərrüatla yazmağa ehtiyac duymadım. Kitabın müəllifi olan Nəzirə xanımı təbii ki, yaxşı tanıyırdım. Amma əsərin başlanğıcından nəşrə, sona qədər onun səbri, dəyanəti, mənəviyyatı, ləyaqəti və digər insani məziyyətləri məni çox duyğulandırdı. Bundan əlavə, o, istər-istəməz mənə “utandırmaq” cəzası ilə çox ağır zərbə də vurdu. Ola bilər ki, özü bunun fərqinə varmamışdı.

Kitabda doğum, ölüm, axirət və ondan da ötəki durumlara təmas etməyə çalışılıb. Peyğəmbərlərimizin də, şeytanın da mübarizələrinin altında istək duyğusu mövcuddur. Lakin fərq yaxışını-yamanı istəməkdədir. Əsər bir könüldən qopan gözəllik, ülvilik, insanlıq, yaxşılıq, mənəvilik... və bu kimi məziyyətləri ilə qəlb həyatına çəkib, adından da göründüyü kimi, göy üzünə poetik-fəlsəfi-mənəvi və s. xitablardır. Kitabda övladları dünyasını dəyişmiş valideynlərinə, qardaşlarına, əzizlərinə bəslədikləri ehtiramlar indiki ağır zəmanədə olduqca örnəkvericidir. Anlayış sahiblərinə əhsən!

Təxminən 190 rəngli şəkillərdən (foto-albomdan), 264 səhifədən, qalın cilddən ibarət olan bu orijinal kitabın üzə çıxmasında çoxşaxəli məqsədlərdən əsasları bunlar idi. Sizlərin 1273-cü ildən indiki Füzulinin Babı kəndində türbəsi olan möhtəşəm Babılar sülalənizdən gəldiyinizi araşdırmaq, Qarabağın dərdi fonunda Füzulinin işğal kəndlərini, fərqli itkilərini kitabın yaddaşında saxlamaq, 190-na qədər şəkillə, adlarla, faktlarla nəslinizin-kökünüzün əsərdə heçtam verilməyən (2-ci hissə olacaq) böyüklüyünə ehtiramla diqqət çəkmək, dünyasını dəyişənlərinizin ruhlarını qismən də olsa toxtatmaq, qalanlarınızı müsbət ruhlu enerji ilə yükləmək, doğma dilimizin poetik-nəsr gözəlliklərindən nümunələr vermək və sairələr.

 

 

 

Əziz Hüseyn!

Gözəl atan İzzət əminin, Əntiqə xalanın, qardaşların Əli ilə Malikin (Namiqin 13 yaşlı oğlu Anarın) cisminin uyuduğu məzarlığa gəldim. Mərmərlər üzərində şəkillərə baxdım. Peyğəmbərimizin (s.) vəsiyyətinə uyğun olaraqsusmuş söyləyənləri” dinlədim. Beynimi elə hey bir diqtə döyəcləyirdi: “Nəyə lazım idi bu vaxtsız-vədəsiz qərib ölümlər?”

Oxşar ölümlər bizim ailənin də içinə şaxələndi. Həm də ağır müsibətləri, betərin betərləri ilə... Halbuki bunlar cüzi istisnalarla baş verməyə bilərdi. Əcəllər uzun müddətə təxirə düşər, qəzalar önlənər, müsibətlər betərin betərləri hökmünə keçməzdi. Heyhat!

Əziz Hüseyn! Sinədaşında qızın Günayın bir bəndlik şeirindən çox təsirləndim. Allah səni sevənləri, anlayanları qorusun! Əzizlərinə də rəhmət eləsin! Amin! Heyif ki, səninlə səksəninci illərin o ağır dönəmlərində və sonra da çox zəruri təmasa girə bilmədik. Onda mənfur şayiələr və sairələr bizlərə hökm edə bilməzdi, qardaşım. Bir onu bilirəm ki, dünyasını dəyişənlərə irad tutmaq mənəviyyatdan uzaqdır. Ona görə də etiraf edim ki, varlığımda ömürlük bir xəcalət duyğusu daşıyıram və Ümidimlə yarı ölmüş kimiyəm.

21 sentyabrda 7-ci mikrorayonda il mərasiminə, məlum xeyir-şər evinə, inşaallah, gələcəyəm,. Fikrimcə, insan olan kəs öncə xeyirxah olmalıdır. Dünyada yalnız xeyirxahlığın əleyhinə çıxmaq doğru olmaz. 2001-ci ildə 7-ci mikrorayonda böyük maneələrə baxmayaraq, min bir əziyyətlə, şəxsi vəsaiti ilə o ətrafda yaşayanlar üçün böyük “xeyir-şər” evi tikdirən, əslən Füzulidən olan zatı-kökü təmiz, professor Hatəm Hidayət oğlu Quliyevə, Həsən Hüseyn oğlu Quliyevə, Qaçay Şahmalı oğlu Səfixanova Qadir Allah insani niyyət və əməllərinin əvəzini istəydiyi qədər versin. Doğrudan-doğruya Azərbaycan əsl kişilərdən xali deyil. Bəlkə ona görə də “Azərbay” sözündən sonracansözü gəlir.

 

 

Sənə əlvida demirəm, Hüseyn! Yoxluqda deyil, gözəl ruhlar aləmindəsən.

 

 

Yeri gəlmişkən deyim ki, “Göy üzünə pıçıltılar” əsərinin son səhifəsində adlarına minnətdarlıq bildirilmişlərin heç birinə minnətdarlıq düşmür. Çünki onlar nəinki pullarını iki qat aldı, hətta nanəciblik göstərib, son gündə bizdən gizli kitabın gözəlliyinə xələl gətirən bəzi yamanlıqlar etdilər. Yəni son təmiz variant əvəzinə, əsərin əvvəlki variantını çapa verdilər. Bununla da əsərdə 10-15 hərf səhvi ilə bahəm, 2 şəkil də əlavə olaraq iki yerdə getdi. Üstəlik, rəzillik göstərib, 1 şəklin gözlərinə tuj basıblar. Bunlar azmış kimi əksər rəngli şəkillərin parıltısını qəsdən azaldaraq orijinallığa xələl gətiriblər. Təbii ki, paxıllıqdan doğan məqsəd mənim redaktorluq məsuliyyətimi baltalamaq olub. Bununla belə, kitabda əsas olan ruhdur və həmin əsər orjinallığı ilə seçilir. Onu da deyim ki, şəxsən mən redaktor olaraq rəzillərin otağına girib, necə lazımdısa, “minnətdarlığımı” bildirdim. İndiyə qədər 15 kitabın müəllifi və ya redaktoru olmuşam. Və belə rəzilliyə heç vaxt rast gəlməmişdim. Təbii ki, rəzillər öz məqsədlərinə çatmaq üçün rəzil üsullardan istifadə edirlər. Əlhəzər rəzildən və rəzillikdən...

Qadir Allah neyləyəcək, bu Onun Öz İşidir. Ağlım kəsəndən şahidəm ki, mənə yamanlıq edən heç kəsi bizi Yaradan cəzasız qoymayıb və qoymayacaq da.

 

 

 

Nə isə...

 

 

Kitab mövzusunda təşəkkür Azərbaycan nəşriyyatında yerləşən “Açıq söz” qəzetinin kompüter operatoru Pərvin xanıma və “Oğuz Çap” mətbəəsinin rəhbəri Sabit müəllimə düşür. O, mələk kimi insandır, sözünə cavabdeh, işinə də olduqca məsuliyyətli. Onun ruhuna “Zirvələr şəhərinin” xaslığı hakimdir.

Gözəl kitab çıxartmaq istəyənlərə həmin çap evinin koordinatını yazıram:

 

 

 

Bakı-Sumqayıt şossesi 2 km.,

Tel: (070)748-46-46, (012)342-67-67

 

 

 

Müəllif haqqında onu deyim ki, orta məktəbi Füzuli şəhərində bitirəndən sonra Bədən Tərbiyəsi İnstitutunda ali təhsil alıb. 1980-ci ildə Gəncədə (keçmiş Kirovabadda) İdman OlimpiadasınınSamboüzrə keçirilən yarışının gümüş medalına layiq görülüb. Azərbaycan dünyasıjurnalında bir müddət xüsusi müxbir vəzifəsində çalışıb.

2007-ci ildən Yeni Azərbacyan Partiyasının üzvüdür.

Ədəbi fəaliyyətinə görə AzərKİVİHİ-nin qərarı ilə şairə-pudlisist N.ƏliyevaQızıl qələm”, “İman”, “Ustad sənətkarAzərbacyan bayrağı” Media mükafatları ilə təltif edilib.

Kitabda müəllif Nəzirə xanım Əliyevanın dünyasını dəyişən əzizləri, ümumən insanlıq haqqında hikmətlərlə dolu poema şeirləri, eləcə publisist yazılarına geniş yer verilib. Oxuyan gözlər, düşünən başlar var olsun.

Bu yazı çapa gedərkən müəlliflə əlaqə saxlayıb, onun Qarabağın böyük övliyalarından olan Seyid Əşrəf Ağa haqqında son günlərdə yazdığı bir şeirini aldım. Allahın izni ilə cəddi cəmi Azərbaycana, Türk ellərinə, həmçinin insansevər millətlərə kömək olsun. Amin!       

 

 

 

Övliya Seyid Əşrəf Ağa

 

 

 

 

Çəkildi mir bir sınağa,

Əyilmədi qaranlığa.

Hər bölgəyə, hər oylağa -

Nurdu Seyid Əşrəf Ağa!

 

 

 

 

 

Qan əkildi bu torpağa,

Dağlıq, Aran Qarabağa,

Ruhu bağlı azadlığa -

Hürrdü Seyid Əşrəf Ağa!

 

 

 

Qəlbi durdu, amma Ağa,

Durmadı ta heç ayağa.

Yerdən göyə yol, yolağa -

Qurdu Seyid Əşrəf Ağa!

 

 

 

Örnək oldu halallığa,

Varın yaydı sola-sağa,

Daim cəddi çağrılmağa -

Durdu Seyid Əşrəf Ağa!

 

 

 

Sayğılarla:

 

 

 

Nizami SÜLEYMANOĞLU

Təzadlar.- 2013.- 17 sentyabr.- S.13.