Öldü - deməyin, dostlar...
...Səninlə bir payız günündə tanış olmuşdum. Həmin gündən bir xəzinə tapmışdım. Dünyanın ən varlısı, ən güclüsü sanırdım özümü. Sənin kimi dostu olanın dünyada nə dərdi olardı ki? Üzümü hansı tərəfə çevirsəm səni qiblə kimi görürdüm...
...Bir payız günündə də “ölüm” xəbərini eşitdim... Dünyanın kimsiz-kimsəsiz bir bəndəsinə çevrildim, ləli-gövhərini itirib küçələrdə hər kəsdən bircə xoş kəlməni də qənimət bilib, təsəlli üçün onu eşitməyə gözü dodaqlarda, sözü varaqlarda qalan tənha bir yalqıza döndüm. İlk dəfə sənin “ölüm” xəbərini eşidəndə ölümün nə rəngdə olduğunu bildim. Dünya gözümə sönmüş, çökmüş, bomboz “ölüm” rəngində göründü. Həmin gün hər şey - ot da, gül də, ağac da, daş da gözümdə “ölüm” rəngində idi. Hər şey ağlayırdı mənim könlümdə, dədə, ağac da, gül də, çiçək də, quş da... bütün dilsizlər dil açmışdı mənim içimdə...
Yayın üzü soyuqdu,
Payız tələsdi yaman,
Bir xəbərin
yerinə,
At oynatdı ah-aman.
Çilik-çilik
sükutun,
Səsi
könül qanatdı,
Bu
ağrının havası
İçimizdə
don atdı.
Uçunmaq
uçmaq deyil,
Qan
sızdı dan yerinə,
Ölümünü
geyindi,
Agaclar don
yerinə...
Şair Nurafizdən bu şeiri alanda ürəyim daha da
paralandı.
Dedim sən ki, güclu yazansan, Nurafiz, noolar elə yaz ürəyimin
qanı tökülsün şeirinə. Dünyanın
yaraşığı səniydinmi ki, ay Allah adamı? Səniydinmi bəzəyi, naxışı bu
nimdaş dünyanın? Yoxsa niyə solurdu bu dünya bu
qədər, arxadaş... İlk dəfə sən öləndən
sonra bildim dost itkisi nədir. İndi başa
düşdüm ki, Məmməd İlqar Ağamalı Sadiq
Əfəndinin adı gələndə niyə
için-için ağlayırmış, Məmməd Dəmirçioğlu
Akif Səməddən, Ağamalı Sadiqdən
danışanda niyə qəhər boğurmuş.
İlk dəfə sən öləndən sonra bildim dost
ölümü nə dadır... Nə acı, nə şirin
dərdmiş, arxadaş... Sən öləndən sonra
ölümü də sevməyə başladım... Səni
çox ağladım, çox üzüldüm,
Allahımdan səbr diləmədim özümə, bildim bu
işim heç Tanrıma da acıq getməz, çünki sənin
ölümün sıradan birinin ölümü kimi adi
deyildi ki, məni yandırmaya... Ağladıqca sevdim səni,
yandıqca gəzdim səni, göynədikcə gözlədim
səni... Gözüm yollarda, qulagım səsdə qaldı,
arxadaş, gəlmədin... Gəlmədi, səsin gəlmədi...
Sən ki bu qədər daş ürəkli, insafsız
deyildin, bəs mənə necə qıydın?..
Necə qıydın mənim göz yaşlarıma, dədə...
Hər gün hamıdan gizlicə xəlvətə çəkilib
səni ağladığımı bilərmisən?.. Sənə çox sevdiyin dostun Akif Səməd
dilindən bir ağı yollasam eşidərmisən?..
Mənimlə ilk tanışlığın da Akif Səmədə
həsr etdiyim verlişdən sonra olmuşdu, deyəsən. O qədər içdən
gələn səmimi sözlər dedin ki, doğursu,
özüm-özümü tanımadım ki, mən bu sevgilərə
həqiqətən layiqəmmi? Dedin, bütün verilişlərini
izləmişəm “youtub”da, səni çoxdan axtarırdım
ürəyimdəki sevgilərimi bildirməyə, sağ olsun
Həmid Ormanlı, verdi telefonunu mənə...
- Səsin hələ də qulağımdan getmir, beləcə,
dostlaşdıq, doğmalaşdıq, və bir gün də...
Könlümə
baxdım görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür
binama hörmədim,
Yüksəyim, ucam, hardasan?
Bir
dağı aşıb qalmışam,
Eşqə
yanaşıb qalmışam,
Yollarda
çaşıb qalmışam,
Ələməm, xaçam, hardasan?
Eşqlə
sərsəri gəzirəm,
“Mən”dən
içəri gəzirəm,
Adəmdən
bəri gəzirəm,
Buddayam, hacam, hardasan?
Akifəm,
qəlbimdə ahım,
Qoy,
ahım olsun pənahım,
Bilmirəm
nədi günahım,
Ay məndən
qaçan, hardasan?
...Hardasan,
məndən gedənim, hardasan? Tək bircə
yol yuxuma gir, o səbri özün ver mənə.
İlıq, həlim səsinlə bircə yol telefon aç:
- Necəsən, mənim bacım, ağlayan sənmisən?
Bir də səni belə gözüyaşlı görsəm,
sənə zəng vurmayacam, bir də mənim səsimi
eşitməyəcəksən - de... De, Allah
eşqinə de, mən sənin yoxluğuna dözəmmirəm
axı, arxadaş. Bildinmi bunu, duydunmu bunu, əyan oldumu sənə,
görəsən, sənin yoxluğuna mən qədər
çatdayan olmadı, heç özüm də bilmirdim ki, səni
bu qədər sevirmişəm... Təkcə mənəmmi
səni bu qədər sevən? Gör Tanrının necə
bəndəsisən ki, sənin dünyalar qədər sevdiyin
müəlliminin xanımı öləndə sənin
ayaqların altda dəfn olunmağı vəsiyyət edir... Niyə ki? Sənin ayaqların
altı bu qədərmi müqəddəs bir yer,
qardaşım? Nursan, işıqsan, ocaqsan, pirsən,
birsən, kimsən, sən, ay Allah adamı, kimsən
könlümüzü beləcə özünlə
aparmısan?.. Hər yerdə
gözüm səni axtarır, kimdən səni soruşuram
köks ötürür, mənə toxtaqlıq verir, mənə
baş sağlığı verirlər. Niyə
ki? Mən sənin kiminəm ki? Səni
tanımağımın da bir uzun ömrü yox, çox
kiçicik bir zaman kəsimi... Elə bil min illərdi
səni tanıyıram, elə bil bir ananın
balasıydıq. Məni mənə çox
tapşırırdın, arxadaş, “özünü qoru” -
deyirdin, “sən çox gərəkli adamsan, qız, sən
özünü görə bilmirsən, sən bizə, bu
xalqa gərəkli insansan” - deyirdin... Elə bilirdim
bütün ölkə itirdi səni, bu xalq, bu millət itirdi
səni, doğmaların, dostların itirdi səni... Kim necə
qəbul edir bu yoxluğu bilmirəm, eldən getdin, evdən
getdin, bilmirəm, amma onu bilirəm ki, sən məndən
getdin, arxadaş, məndən, mən “sən” adlı məni
itirəndən özümü heç yerdə tapammıram,
məni məndən alıb gedənim... Səndən sonra
heç nəyin dəyəri yox gözümdə... Səninlə
bağlı içimdə o qədər xatirələrim
yatır, yazdıqca çözələnirəm, hər
xırdaca xatirənin dalınca düşüb, İncə Dərəsi
boyunca qaçıram, səsini, nəfəsini gəzirəm...
İncəli günlərində arxamda uşaq kimi
yüyürürdün, elə narahat idin, Türkiyədən
bağlantını qoşub Maksut Fəryadinin
“layla”sını eşidəndən sonra rahatlaşdın elə
bil... (İncəli günlərində işimizin uğuruna
çalışan, hər an narahatlıq
keçirən, mənimlə bərabər sevinən,
uşaq kimi məsum gülüşünü, nurlu simanı
unudammıram axı, mən ölmüş)... Gəlsin,
Maksudun gəlsin, Günay Yıldızın gəlsin göz
yaşını yaşıma, laylasın laylama qatsın,
“ahımdan fələklər oyansın”, qardaşım... ( Həmin gün Maksut Feryadi Türkiyədən
zəng vurdu - Çiçək xanım, bu gün sənin
yazını oxudum fb-da, Allah eşqinə, deyərmisən bu
xəbər yalandı, nolar, Çiçək xanım,
yalvarıram sənə - ...Göz yaşım məni
boğdu... güclə 2-3 cümlə deyə bildim... - Dedim,
yox, deyəməm, Maksut, deyəməm, aldada bilmərəm səni,
qardaşım... getdi dostumuz, səndən, məndən getdi,
indi doyunca ağla, Maksut Fəryadi istər sazınla, istər
sözünlə boşalt ürəyini ürəyimə,
qardaşım...)
Bu nece
getmektir veda etmeden?
Vaxtsız oldu, gediş vaxtın, Elöfset.
Qardaş
deyib, qardaşlığı tutmadan,
Bes niye sözünden çıxtın, Elöfset?
Xeberini
aldım yaxıldım, yandım,
Kekeledi
dilim, tutuldum, dondum,
Göy
qubbe ikiye yarıldı sandım,
Sen menim dünyamı yıxtın, Elöfset.
Şah
dağının irisiydin o tayda,
Gözlerimin
birisiydin o tayda,
Üreyimin
yarısıydın o tayda,
Meni niye tek bıraxtın, Elöfset?
Gedirsen
get, neynim, get güle, güle,
Qoy menim
feryadım qarışsın yele,
Bu
vaxtsız, vedesiz gedişin ile
Sen meni yandırdın, yaxtın, Elöfset.
Maksut'um, bu yaram tezedir, teze,
Ağrısı, acısı
tökülmür söze!
Neynim, gardaşlığı
çox gördü bize
Menim şansım,
senin bextin, Elöfset.
...Səsin
gələndə torpağım-daşım gülərdi, səsin
gələndə can verən ruhuma can gələrdi, ürəyim
açılardı, bəlkə nə qədər
danışıb dərdləşərdik. Bu dünyada
beş-üç dostumdan biriydin ki, saatlarla danışmaqdan
doymurdum səndən, çünki ruh adamıydın,
könül adamıydın, ağırtaxtalı,
salğarlı-sanballı kişiydin, hər şeyin yerini bilən,
hər şeyi göydə tutan arifiydin, aqiliydin,
müdrikiydin, bir sözlə, bütün dəyərlərinlə
mənim özümüydün, mən elə sən olan “Mən”i
itirdim, arxadaş... Nə şirinmiş adın sənin, nə
şirinmiş dadın sənin, səsin sənin,
ölümün sənin... Ağladıqca sənə daha da
yaxınlaşıram, yandıqca səni daha çox sevirəm,
uzaqllaşdıqca sənə daha çox
yaxınlaşıram, bilmirəm hansı mələyin
qucağında uyumusan... Endirə göylərdən səni,
mənə görüş verə səsini eşidəm,
gülümsər çöhrəni görəm... Səsin,
zəngin gəlmədikcə ölümün mənimçün
gerçəkləşir, indiyəcən inanmırdım
ölümünə... Hamıya, bütün dostlara
deyirdim... Öldü deməyin noolar. Akif Səməd
demiş:
Görsəniz
yoxam deyin,
Ay tək
batmağa getdi.
Öldü
deməyin, dostlar,
Akif
yatmağa getdi...
Öldü deməyin, dostlar, Əlövsət Osmanlı da yatmağa getdi... Mövlanalar öləndə bizi ağlamayın, deyirdilər, deyin, gülün, bayram edin, çünki biz Allahımıza qovuşuruq, deyirdilər... Əslində sənə də qismət olan o mübarək gündü... Yalnız Tanrının sevimli bəndələri sənin kimi quş tək uçar, çox şərəfli bir ölüm qismətlərinə düşər... Hz.Peygəmbər (ə.s.ə) isə üç şeyin qəbir evinə qədər getdiyini deyirdi: ailəsi, malı, əməli. Bunlardan ikisi dönər, birisi qalar. Dönənlər ailəsi və malı, qalan isə əməlidir - deyirdi. Sənin də gözəl ailən, ziyalı övladların və çox mübarək əməllərin qaldı bu xalqa, millətə... Hərənin yaddaşında bir cür yaşayacaqsan, Əlövsət Osmanlı... Mənimsə yaddaşımda salğarlı-sanballı, ağırtaxtalı bir türk kişisi, ağıllı, kamallı, yüksək elmə, biliyə, zəkaya malik bir alim, ən yüksək rütbəli insanlarla döş-döşə gəlib sözü mərdi-mərdanə demək cəsarəti olan ötkəm bir ziyalı, heç kimə əyilməyən, halal çörəkli, düz ürəkli bir insan, hədsiz nəvazişi, təmənnasız mərhəməti ilə bir ovuc torpaq olan dost, dərdimizə-sərimizə şərik sirdaş, sevincimizə, uğurumuza sevinən və qanad açıb uçan mələkmisal uşaq, hər zaman məsləhət və güvənc yerimiz, nur, işıq, ocaq, inanc yerimiz olan, pir kimi qalan Əlövsət Osmanlı... O dünyada övliyalara, peyğəmbərlərə yoldaş olasan, mənə “ölüm”ün üzünü göstərən və dadızdıran qardaşım...
Çiçək
Mahmudqızı
Təzadlar.-
2013.- 26 sentyabr.- S.13.