Aşıq Şəmşirin yaradıcılıq irsinə böyük məhəbbətin təcəssümü

 

 

Kəlbəcər adı çəkiləndə gözümün önünə əvvəlcə əzəmətli dağlarbu dağların qoynunda yazıb-yaradan Dədə Şəmşir gəlir.

Kəlbəcər adı çəkiləndə gözümün önünə əvvəlcə əzəmətli dağlarbu dağların qoynunda yazıb-yaradan Dədə Şəmşir gəlir.

XIX əsrin sonu, XX əsrin əvvəlində formalaşan Kəlbəcər ədəbi mühiti də elə Dədə Şəmşirlə yaşıddı.

Aşıq Şəmşir Qurban oğlu Qacayev 1893-cü il martın 16-da Kəlbəcərin Dəmirçidam kəndində Qurban Məşədi Məmmədalı oğlunun ocağında dünyaya göz açmış, sənətin ilk sirlərini də atasından öyrənmişdi. Şair Qurban oğlunun qeyri-adi istedada malik olduğunu görüb ona hansı ustadlardan nəyi və necə öyrənməyin yollarını göstərmişdi.

Sənətin sehrini, sirrini böyük ustadlardan öyrənəndən sonra artıq 1915-ci ildən etibarən Aşıq Şəmşir müstəqil aşıqlıq etməyə başladı. Məclisdən-məclisə, toydan-toya yetkinləşdi, püxtələşdi. O, artıq gənclik çağlarında öz elində, obasında tanınır, sevilirdi. Amma Aşıq Şəmşirin bütün Azərbaycana və bütövlükdə saz-söz aləminə bələd olması, şübhəsiz ki, Səməd Vurğunun Kəlbəcəri ziyarəti ilə bağlıdır.

1955-ci il Kəlbəcər üçün, Aşıq Şəmşir üçün uğurlu oldu. Avqust ayında Azərbaycanın qüdrətli şairi Səməd Vurğun Kəlbəcərə - “İstisuya gəldi, həmin ayın 5-də Boyaqlı Turşsuyunda Aşıq Şəmşirlə görüşdü. Aşıq Şəmşir sazının zilini zil, bəmini bəm eləyib bədahətən söylədiyiXoş gəldin” rədifli qoşması ilə Səməd Vurğunu salamladı.

Səməd Vurğun aşığın bu şirin avazından, sehirli səsindən sonra, elə bil, ağrılarını unutdu, canlandı, ilhamlandı, azar-bezarını büsbütün unutdu, “Kazbekqutusunun üstünə “Aşıq Şəmşir, Dəlidağdan keçəndə” misrası ilə başlayan “Məni” rədifli şeirini yazaraq o zaman Kəlbəcər rayonunun prokuroru işləyən, əslən qazaxlı olan el şairi Paşa Salahlıya verib dedi: “Ayə, Paşa, qadan alem, bunu saxla, axşamkı görüşdə oxuyaram”.

Elə həmin gün rayon mədəniyyət evində şairlə görüş zamanı sonda söz Aşıq Şəmşirə verildi. Heç kəsin, hətta Səməd Vurğunun da gözləmədiyi halda Aşıq Şəmşir Səməd Vurğunun qoşmasına yazdığı “Səni” rədifli qoşmasıyla səhnəyə çıxdı.

 

 

 

...Günbəgün gül açır Vaqifin bağı,

Bir çox şairlərin ana torpağı,

Səmədin məskəni, şeirin ocağı,

Kamala yetirib o Qazax səni.

 

 

 

Şəmşirlə görüşün qaldı yadigar,

Unutmaz qədər canında can var,

Səndən dərs almağa diyarbədiyar,

Gəzirəm əlimdə şam-çıraq səni.

 

 

 

Aşığın bu ülfəti Səməd Vurğunu elə vəcdə gətirdi ki, səhnəyə yeridi, aşığın sazını öpdü, belinə qol dolayıb ayaqlarını yerdən üzdü, üç dəfə fırladıb yerə qoydu, dedi ki, mən dünyanı gəzib-dolaşmışam, çox görüşlərdə olmuşam, amma indiyəcən belə heyran olmamışam, belə sevinc hissi keçirməmişəm!

Bundan sonra Aşıq Şəmşir Dədə Şəmşir oldu, yenidən doğuldu, boy verdi, yaşayıb-yaratdı.

1957-ci ildə yazıçıların plenumu Aşıq Şəmşiri yekdilliklə Azərbaycan Yazıçılar İttifaqına üzvlüyə qəbul etdi. Elə həmin il Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə onaƏməkdar incəsənət xadimifəxri adı verildi.

Bundan başqa, ustad aşıq anadan olmasının 80 illiyi ilə əlaqədar 14 mart 1973-cü ildəŞərəf nişanıordeni ilə təltif olunmuşdur.

Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında zəngin nümunələr yaratmışdır. Kəlbəcər ədəbi mühitini gözəl bilən Dədə Şəmşir ağız ədəbiyyatının, şifahi yazılı ədəbiyyatımızın nadir bilicisi kimi öz fərdi yaradıcılıq məktəbini yaratmışdır. Aşıq Xalıqverdi, Aşıq Allahverdi Qəmkeş, Aşıq Qardaşxan kimi 40-dan çox saz-söz sənətkarının yetişməsində, kamilləşməsində, püxtələşməsində ustadın böyük rolu olmuşdur.

Şəmşir Sənubər”, “Cəlal Minayə”, “Misir Sənəmkimi dastanların, “Poladadlı nəzmlə yazılmış qəhrəmanlıq dram əsərinin, “Əsli Kərəmdastanının səhnələşdirilmiş müəllifidir Dədə Şəmşir!

Onun özünün yazdığı neçə-neçə şeir, qoşma kitabları bu gün oxucuların stolüstü kitabına çevrilərək sevilə-sevilə oxunur.

Dədə Şəmşir 1980-ci il fevralın 10-da 87 yaşında sevə-sevə vəsf elədiyi bu dünyayaəlvidadedi.

Özündən sonra zəngin irs qoyub getmiş Dədə Şəmşirin yaradıcılığı sevilə-sevilə öyrənilməklə yanaşı, hazırda bu barədə bir-birindən maraqlı tədqiqat əsərləri yazılmaqdadır.

Elə yazıçı-publisist Cəmilə Çicəyin ustad aşıq Dədə Şəmşirin yaradıcılığı ilə bağlı xüsusilə son illərdə bir-birinin ardınca çap olunanKəlbəcərin saz qalası” (2013), “Arı çiçəyə gəlib” (2013), “Sən dağlardan ayrılmadın” (2013), “Sazımız ağlayır dağlar başında” (2013) kitablarının hər biri böyük zəhmətin, yuxusuz gecələrin, gərgin axtarışların nəticəsidir. Bir aşıq-şair haqqında dörd kitabın araya-ərsəyə   gətirilməsi, eləcə Azərbaycanın ən məşhur ədəbiyyat, elm xadimlərinin, tədqiqatçıların, şəmşirsevərlərin ustad aşıq haqqında qiymətli fikirlərinin, xatirələrinin toplanması böyük fədakarlıqdır. Bu, əlbəttə, Dədə Şəmşirə, onun zəngin yaradıcılıq irsinə böyük sayğı, hörmət məhəbbətin təcəssümüdür.

Aşıq Şəmşirin dünyaya gəlməsinin 120 illiyinə ərməğan kimi nəzərdə tutulan bu kitablar sazımıza, ustadlarımıza onların qazandığı uğurların göz önündə bir daha sərgilənməsi deməkdir.

XüsusiləKəlbəcərin saz qalasıyazısında anasının göyərçinə dönmüş ruhuyla söhbəti bu xalqın yarasının qaysağını qoparmaqdır. Cəmilə sanki analarının məzarı əsir düşmüş bütün övladların adından danışır: “Anacan, səni itirdikdən sonra başımıza çox müsibətlər, çox bəlalar gəldi. Bu ağır itki yarası sağalmamış (ana itkisinin yarası sağalarmı?) qızıldan qiymətli torpaqlarımız yağı tərəfindən işğal olundu, dərdimizin üstünə ağır dərd yükləndi. Müqəddəs məzarın da əsir düşdü. Bu, qəlbimizə çalın-çarpaz dağ çəkdi, öz yurdumuzda köçkünə çevrildik. Səni o dağların qoynunda gözü yolda qoyduğumuz üçün bizi bağışla, bağışla bizi, ana!..

Dədə Şəmşirin sazı nalə çəkirdi. Simlərdən qopan ah-nalə daş ürəklərdə əks-səda verir, zirvələrdə ildırım kimi şaqqıldayır, göz yaşına dönür, bulaqlara qarışaraq axıb-çağlayıb gedirdi. Elə bil ki, Dədə Şəmşirin ruhu Səməd Vurğunu, Məmməd Arazı, Zəlimxan Yaqubu, Bəhmən Vətənoğlunu, Sücaəti... bu dünyada olub-olmayanları haraylayırdı...”

Cəmilə Çiçəyin gənc pedaqoq, filoloq, tədqiqatçı kimi uzun illər ərzində bu böyük həcmli işləri həyata keçirməsi sevindirici haldır.

Cəmilənin ayrı-ayrı kitablarda çap olunmuşAşıq Şəmşir yaradıcılığında insan amili”, “Aşıq Şəmşir şeirində dil el gözəlliyi”, “Aşıq Şəmşir yaradıcılığında dini-bəşəri motivlər, adilikdə qeyri-adilik”, “Ağdabanlı şair Qurbanın söz zirvəsiməqalələrində ustad aşığın yaradıcılığı hərtərəfli təhlil edilir, yeni, orijinal fikirlər söylənilir. Bu məqalələri Aşıq Şəmşir yaradıcılığına yeni, tamam fərqli baxış da adlandırmaq olar.

Aşıq Şəmşır bu yazılarda təkcə el aşığı, el ağsaqqalı kimi deyil, fitri istedadlı mütəfəkkir, fikir, söz adamı kimi oxucuya təqdim edilir.

Kitabların hər birində yekun kimi verilmiş son söz dərin ictimai məna məzmun kəsb etməklə yanaşı, bizi Dədə Şəmşir ruhuna sadiq qalmağa, əsirlikdə qalan yurdlarımız uğrunda mübarizə aparmağa səfərbər edir.

Yenicə çapdan çıxan bu kitablar Aşıq Şəmşir irsinin tükənmz bir mənbə gənc nəslin bu qüdrətli sənətkarın yaradıcılığına tez-tez müraciət etməli olduğunu bir daha ortaya qoydu.

Kəlbəcərin saz qalasıkitabının üç dilə tərcümə olunmuş “Son söz əvəzi yerinəyazısında son dərəcə incə, bir dillə ənənə, varislik məsələsinə toxunulmuş, oxucunu gələcək nəsilləri düşündürəcək bir hissə, bir duyğuya, bir halallığa kökləmişdir. Dünənini, keçmişini unutma! Dədə Şəmşir ocağında bala Şəmşir kimi layiqli vətən övladları yetişir. Varislik ənənəsi bax budur. Cəmilə Çiçək yazır: “Dünyada qalan hər şey yadigardı. Əkilən ağac da, çəkilən yol da, tikilən ev ... Dədə Qorquddan yadigar qalan saz-söz möcüzəsi gör neçə illər, neçə qərinələrdi ki, insanları heyrətə gətirir. Miskin Abdaldan Ağdabanlı şair Qurbana, Qurbandan Dədə Şəmşirə yadigar qalan o sazı, o sözü ustad sənətkar elə ucalığa qaldırdı ki, o sazın, o sözün qanadında Kəlbəcər göylərə ucaldı. O adın işığını, o sazın sehrini yaşatmaqsa Dədə Şəmşirin nəticəsi bala Şəmşir Şəmşirliyə nəsib oldu. Ad həm babalardan bizə qalan oddu. Ona görə doğulan oğullaraodqoruyandeyirlər. Deməli, Dədə Şəmşirin adını, qəlbinin odunu yaşatmaq missiyası bala Şəmşirdədi. Sazı Kəlbəcərimizin simvolu edən Dədə Şəmşirin adını yaşatmaqsa böyük məsuliyyət, haqq-saydı. Düşünürəm ki, bu məsuliyyəti, bu haqq-sayı Şəmşir Cavidoğlu həmişə hiss edəcək, adı, soyadı ilə qürur duyacaqdır”.

Gənc tədqiqatçının böyük, titanik zəhmətinin bəhrəsi olan bu kitabları gözdən keçirərkən bir insanın ləyaqətlə, şərəflə görə biləcəyi işin həcminə, tutumuna, əhatə çevrəsinə heyrət etməli olursan.

Cəmilə Çiçəyin bir institutun aylarla görə biləcəyi işi ortaya qoyması  həm bizim gənc tədqiqatçılara çağırışdı. Qoy onlar da zəngin mənbələrimizə baş vursunlar, axtarışlar aparsınlar, yeni-yeni dəyərli əsərlər üzə çıxarsınlar.

Bu kitablar el-oba qarşısında, Kəlbəcər qarşısında, Dədə Şəmşir ucalığı qarşısında bir müqqədəs borcdur. Bu övladlıq borcunu ləyaqətlə yerinə yetirdiyinə görə Cəmilə Çiçəyə şəmşirsevərlər adından dərin təşəkkürümüzü bildirir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

 

Məhiyəddin ABDURRƏHMANOV,

Kəlbəcər RTŞ-nin müdiri

Təzadlar.- 2013.- 26 sentyabr.- S.12.