Akademik Qoşqar Əhmədlinin ölümsüzlüyü...

 

 

 

1975-ci ilin yay günü idi. Aramsız yağan yağışlar davam edirdi. Ağsaqqallar deyirdi ki, son on ildə belə yağmurlu yay olmayıb. Bəzən yaşlı adamlarcanımız bircə dəfə olsa, bu yayda qızınmadıdeyərək gileylənirdilər. Gədəbəy camaatı bizim yaşadığımız kəndin içindən keçən yoldan istifadə edirdi. Havaların yağmurlu keçməsindən sel, su yolları bərbad vəziyyətə qoymuşdu. “QAZ-69” markalı maşından başqa bu yollarda təkəm-seyrək digər maşınlara rast gəlmək olardı. Bizim evimiz yolun kənarında idi. Atamı hamı tanıyırdı. Ona görə evimiz həmişə qonaq-qaralı olardı. Bir axşam şam yeməyindən təzəcə qalxmışdıq ki, kimsə atamı səslədi. Atamla mən tez bayıra çıxdıq. Orta yaşlı, qartal baxışlı, dolu bədənli bir adam maşının yanında dayanmışdı. O, atama salam verib dedi ki, “ay Hüseyn kişi, Allah qonağı qəbul edərsənmi?” Atam gülümsəyib cavab verdi ki, “qonağa da, onu bizə qismət edən Allaha da qurban olum. Buyurun, xoş gəlmisiniz. Gözümüz üstə yeriniz var”.

 

 

 

Tez  irəli yeriyib əl tutdu həyətin darvazasını açdı ki, maşını qapıya salsınlar. Maşından daha bir kişi arıq bir oğlan düşdü. Atam onlarla da görüşüb, “xoş gəldinedəndən sonra evə dəvət etdi. Qonaqlar evə daxil oldular.

 

 

 

Anam süfrəyə çay gətirdi. Arası on dəqiqə çəkmədi ki, inək qaymağını, qoyun pendirini qazanın yarısına qədər dolu olan bozrartmanı qablara çəkib süfrəyə düzdü. Ucaboylu adam qayıtdı ki, “tanış olaq, mənim adım Qoşqardır. Bu qardaşımın adı Şamil müəllimdir, bu oğlan isə Nizamidir. Universitet tələbəsi mənim böyük oğlumdur. Əslim Gədəbəy rayonunun Söyüdlü kəndindəndir. Bakıda yaşayırıq. Hər il kəndə gedib bir az dinçəlməsəm, rahat olamuram”.

 

 

 

Atam qayıtdı ki, olmaya dostum Teymur müəllimin oğlu Qoşqarsan?Düz tapmısan, oyam ki, oyam”, - deyib gülümsədi. Atam Qoşqar müəllimlə, Şamil müəllimlə Nizami ilə qucaqlaşıb öpüşdülər. Elə bil yer-göy onun idi. Atamı Qoşqar müəllim tanıyırmış. Tez mənə göz elədi ki, qoyunun içindəki ən yaxşı erkək toğlunu seçib bayıra çıxart. Sonra dedi:

 

 

 

- Qoşqar müəllim, sizdən bir xahiş etmək istəyirəm.

 

 

 

- Buyur, ay Hüseyn əmi, hazıram.

 

 

 

- Onda bir dəqiqəlik bayıra çıxaq, səninlə işim var. Xahiş edirəm, sözümü yerə salma.

 

 

 

Qoşqar müəllim tez bayıra çıxdı. Atam əlimdən toğlunu alıb Qoşqar müəllimin ayaqları altında qurban kəsdi... Bir azdan evdə yeyib-içmək başlandı, başlandı. Məni mağazaya göndərib içki aldırdı. Düzdür, atam ömründə bir qram da olsa, spirtli içki içməyib, amma qonağa hörmət  əlaməti olaraq süfrəsini boş qoymazdı. O gecə doğrudan da çox ürəkaçan bir gecə oldu. Gecə yarısına qədər söhbət uzandı. Anam qonaq otağında qatı açılmamış yorğan-döşəkləri əziz qonaqlara açmışdı. Qoşqar müəllimin söhbəti mənimlə tez tutdu. Əvvəlcə dərslərimdən sual verdi. Hamısına cavab verdim. Qayıtdı ki, ay Hüseyn əmi, Məhərrəm bizim adamdır. Atam gülümsəyib cavab verdi ki, “hələ sən onun səsini, dastan söyləməsini eşitməmisən. Mən istəyirəm ki, dastan oxumaqdan çəkinib, vaxtını dərslərinə sərf eləsin. Amma sözümə baxmır”.

 

 

 

Bu dəfə Qoşqar müəllim sual verdi ki, hansı dastanı bilirsən. Dedim, “Abbas Gülgəz”i, “Koroğludastanındakı bütün boyları digərlərini. Qayıtdı ki, Abbas Tufarqanlının dastanında bir təxnisi var onu bilirsənmi?

 

 

 

- Bilirəm, amma atamdan utanıram.

 

 

 

- Mən icazə alaram, sən de.

 

 

 

Gülgəz indi, gül gəzindiadlı təxnis formasındakı şeiri əzbərdən dedim. Əlavə bir neçə şeiri mənə söylətdi. Yamanca xoşuna gəlmişdim.

 

 

 

Səhər açılanda atam Qoşqar müəllimin tezdən qalxdığını görüb, soruşdu:

 

 

 

- Qardaş oğlu, deyəsən, gecə yata bilməmisən?

 

 

 

- Yox, yaxşı yatdım. Düzü, bu kəndin mənzərəsi, hər tərəfdən uca dağlarla əhatə olunması məni özünə valeh edib. gözəl görünüşdür - deyə üzündə ilahi bir təbəssüm yaranmışdı.

 

 

 

Atam Qoşqar Əhmədlinin şərəfli ömür yolu, elmdə qazandığı uğurlar, insanlığı, xeyirxahlığı haqqında az eşitməmişdi. Xalq arasında, ali məclislərdə onun xüsusi yeri vardı. Belə insanlar hər əsrdə bir dəfə olar - deyə onu hamıya misal çəkirdi.

 

 

 

Qoşqar müəllim səhər yeməyindən sonra bizimlə sağollaşıb ata yurdu Gədəbəyin Söyüdlü kəndinə gedən zaman atam ondan xahiş erdi ki, hər il gələndə bizə baş çəksin...

 

 

 

Qoşqar müəllim 1976-çı ildə yenə qonağımız oldu. Bu dəfə onunla daha doğmalarımız kimi davranırdım. Mənə bir dəst kostyum almışdı. Orta məktəbi qurtaran kimi gəlib onu tapmağımı tapşırmışdı. İstəyirdi ki, mənim ali məktəbə daxil olmağıma köməklik göstərsin. Aradan az müddət keçmişdi. Amansız ölüm Qoşqar müəllimi ömrünün 50-ci baharında ağuşuna aldı. Yadımdadır. Qoşqar Əhmədlinin ölüm xəbərini radiodan eşitdik. Çox pərişan olduq. Atam Bakıya gəlib Qoşqar müəllimin yas məclisində iştirak etdi. Qayıdanda onun dəfnində iştirak  edən minlərlə insanın ona olan istəyindən danışırdı. Hətta deyirdi ki, bir Səməd Vurğunun, bir Qoşqar Əhmədlinin dəfnində iştirak edən insanların izdihamı qədər çox insan görməyib. Əlbəttə, bu hörməti onların özləri qazanıb. Şərəfli ömür ölümsüzlük qazanmaq belə olur.

 

 

 

Sözsüz ki, bir neçə dəfə imtahan versəm , hüquq fakültəsinə “bal” tələsindən keçə bilmədim. Hərbi xidmətdən sonra BDU-nun tələbəsi oldum. Qoşqar Əhmədlinin ailəsinin, qardaş bacısının, oğlu Nizaminin ən yaxınlarından biri idim.

 

 

 

Haşiyə: Bir gün soruşdum ki, ay Nizami müəllim, oğlun varmı? Qayıtdı ki, qızlarım var, amma onlar da min oğula dəyər. Dedim, mənimlə zarafat eləmə, ürəyimə damıb ki, oğlun olacaq, adını da Qoşqar qoyaçağıq. Doğrudan da aradan bir il keçmədi ki, arxamca kafedraya gəldi. Dedi ki, aşıq (BDU-da çox zaman hamı mənəaşıqdeyə müraciət edirdi. Çünki efirdə konsert salonlarında çox çıxışlar edirdim), de görüm, seyidlikdən sənə pay düşürmü? Gülüb dedim ki, “anam müqəddəs seyid qızıdır, həftədə iki gün mənim günümdür, ağzımdan çıxan sözü, etdiyim niyyəti Allah yerinə yetirir. Bir ki, bəlkə şübhən var?”

 

 

 

Qayıtdı ki, “yox, yox danışırsan, sənə inanmamaq olar? Sənə professor Dəmir Qəmbərovdan icazə almışam. Yığış gedək, arzuların çin çıxdı. Qoşqar dediyin körpə bu gün anadan oldu”.

 

 

 

Bu xəbərdən çox sevindim. O gün bizim xəyallarımız səmada uçan quşa dönmüşdü. Bir az sonra, yəni balaça Qoşqarın anadan olduğunun qırxıncı günün şərəfinə restoranda ustadım Mikayıl Azaflı ilə birgə çalıb, çağırdıq. Respublikada ən dəyərli alimlər bu münasibətlə sevincini bölüşməyə toplaşmışdılar. Professor Qoşqar Əhmədli haqqında dərc edilən kitabda  mənim ona həsr erdiyim şeir dərc edilib.

 

 

 

Hər dəfə Qoşqar Əhmədlinin ad ölüm gününü Qoşqar Əhmədli ailəsi ilə bir yerdə qeyd edirdim. Şamil müəllim mənə əsl ağsaqqallıq edirdi. O, sazı çox sevdiyinə görə bu tədbirlərdə Aşıq Mikayıl Azaflı, Aşıq İmran Həsənov, Aşıq Əkbər Cəfərov, İlyas Tapdıq, Dəmir Gədəbəyli, Rəşid Poladoğlu digərlərinin Qoşqar müəllimə həsr etdiyi şeirləri ifa edirdim. Qoşqar Əhmədli kimi möhtəşəm şəxsiyyətlərdən öyrəniləsi təkcə riyaziyyat elmi deyil, digər insani keyfiyyətlər yarımçıq qaldı. Onun elmi , helmi qoşa vəhdət təşkil edirdi. Qoşqar müəllimin ürəklərdə, yaddaşlarda heykəlləşməsi, ruhi ölümsüzlüyü bu günlərdə hər kəsə örnəkdir. Hər dəfə BDU-nun riyaziyyat fakülitəsinə gedəndə, Azərbaycan Gədəbəy alimlərindən söz düşəndə Qoşqar müəllim gözlərim önündə canlanır.

 

 

 

Allah ruhunu şad eləsin!                                                                                                    

 

 

 

 Məhərrəm HÜSEYNLİ,

Təzadlar.- 2014.- 1 aprel.- S.15.