Məmməd Arazın dəhşətli həyat
hekayəsi: “Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarda)
29 yanvar - İşıqların qənaətlə verilməsi əsas mövzuya çevrilib. ANS-dən işığa görə borclu nazirliklərin siyahisini sadaladılar.
- Məmməd, insanlar niyə bir belə acgözdürlər, bu qədər evləri tikdirib neynirlər?
- Sənin pulun olsa, sən də tikdirərsən...
- Yarımçıq bir bənd şeir və bir misal yazılmış varaq düşdü əlimə.
Haqsız ölüm haqlayanda birini
Mən özüm də günahkaram elə bil.
Bir məqamda yağan qaram elə bil...
Misal isə beləydi: - Xiyar pulu ilə
alınmış eşşək
suda boğular.
2-7 fevral - Akif ailəsi
ilə qonağımız
oldu. Oturan kimi Məmmədin
şeirlərini əzbər
deyib təhlilinə başladı.
- Akif, niyə fikirlərini yazılı
bildirmirsən?
- Yox, mən o məsuliyyəti götürə
bilmərəm...
Polad Bülbüloğlunun 55 yaşını
Moskvada keçirdilər,
sənin 65 yaşını
ancaq Heydər Əliyev zəng edib təbrik etdi. Elə niyə?
- Elə işlərə fikir verib qanını
qaraltma.
Yarımçıq misralar...
Dağ aşıb oxnadı - dağ deyil daha,
Yamacda qayadı, dərədə
daşdı...
Bu qaya nə vaxtsa
dağ imiş, allah,
Səbir
kürəsində əridib
zaman.
Görən nə olacaq bu uçuq çala,
Görən nə qalacaq daş boydalardan?
Göz yaşım bəs eləməz
Özümü ağlamağa...
Sağ ol, vətən,
Məni
unutmağa qoymadın.
Yoluma daş atdırdın,
Yaxşı oğul olardın,
Ola bilmədin.
Mən ki, səni dəyişməz
bilirdim,
Havarıma hay verən bir səs bilirdim.
Ey ömür yoldaşım,
ey könül yarım...
13 fevral - Naxçıvandan
Elman Həbib telefonla bildirdi:
- Məmməd əmiyə təzə çap olunmuş kitabımı göndərdim. Əmi oxuyandan sonra öz fikrini bildirsin.
Telefonu Məmmədə verdim, nə danışdıqlarını
bilmədim.
Vətəndaşlıq fikirlərini belə açıqladı
Məmməd:
-Kiçik bir xidmətlə də yaxşı vətəndaş
olmaq mümkündür.
Bundan ötrü heç bir qəhrəmanlıq lazım
deyil. Sadəcə insanlıq keyfiyyətləri
- bir qocanın əlindən tutmaq, Sabir çağrışlarına
hay vermək, Nəsimi
cəsarətini aşılamaq
və s. - bax bu, vətəndaşlıqdır.
Və hər bir insan özünün
sadəliyini saxlamalıdır.
İşdən özü ilə
bir kitab gətirdi.
- Memar Qiyasinin kitabıdır. Əvvəl
tanımadım, yaman dəyişib. Məni qapının ağzında
görüb qucaqladı.
Böyük şairimizsən,
dedi. Heç yarım saat keçmədi kitabını
gətirdi mənə.
Ermənilərin törətdikləri
cinayəti açan ,
həmişə yadda
saxlamağa sövq edən bir abidə
ucaldıb Türkiyədə.
Kitabda müəllifin bu sözləri yazılmlşdı:
“ Məmməd
Araza kiçik bir yadigar. Böyük sayğılarla və
sevgilərlə.
C.Qiyasi
15. 02. 2000”.
Səhər
verilişlərində Tusi haqqında məlumat verilirdi:
- Rəhmətlik
İslam Səfərli fəxrlə deyərdi ki, o, Tusi nəslindəndir
- dedi.
1-6 mart -
Bu günlər heç bir hadisə və ya əhvalatla
maraqlanmıram. Elə bil yazmaq həvəsim tükənib. “Müsavat” qəzetindən oxudum...
Başlıq belə idi. “Aqil Abbasa həddini başa salmaq
lazımdır”. Yazıdan Məmmədlə bağlı olan
hissəni köçürürəm:
“...Tribunaya
qalxan sədr müavini Güntay Qocabəylinin - “Aqil Abbas
getsin Məmməd Arazı tənqid etsin” deməsi
Əbülfəz bəyin etirazı ilə
qarşılaşdı: “Bura bax, Məmməd Arazla işin
olmasın, o, yaxşı kişidir” - deyərək artıq tənqiddən
təhqirə keçən məclis üzvlərini sakitləşdirdi”.
Burada
küyə səbəb olan bir hadisə görmədim, nə
olsun ki - dedim.
7 mart - Səhər
sürücü “Yeni Azərbaycan” qəzetini gətirdi. Yenə
qəzetin başlığına baxıram: “Əbülfəz Elçibəy
prezidentdən nümunə götürsün”.
Yenə də
müəyyən sətirləri köçürürəm:
“... Daha
sonra Aqil Abbas iclasda Məmməd Arazın adının çəkilməsinə
də mənfi münsibətini açıqladı. O, qeyd
etdi ki, M.Araz haqqında danışan adamın adını
çəkməklə ona şərəf gətirmək istəmir.
Çünki M.Araz kimi böyük şəxsiyyətlə
bu cür cılız iddialarla yaşayan adamın
adının bir yerdə çəkilməsi
özü qəbahətdir...”
8 mart -
Teyzə, sizsinizmi? Mən Salehəm, Türkiyədən
danışıram, Məmməd əmi haqqında kitabım
çıxıb, 300 səhifədir, hamının xoşuna
gəldi. Çap etmək istəyirlər, deyirəm, əvvəl
Məmməd əmi oxusun, baxsın, səhv varsa göstərsin,
sonra çap etdirərik. Gələn olsa göndərəcəyəm.
Doktoransk müdafiə elədim, elmlər doktoru oldum.
İnstitutu da dəyişdirdim.
-
Çox sevindik, Saleh, Bakıya nə vaxt gələcəksən?
- Əsgər
getməliyəm, bəlkə o vaxta kimi gəldim.
11 mart -
Gülxanım bacı, sabah gündüz saat ikiyə
qalmış televizorda yaradıcılıq gecəmi göstərəcəklər.
Məmməd müəllim “Qoş məni dağ küləyinə”
mahnısına qulaq assın. Xuraman oxuyacaq, telefonla bildirdi
Sevda xanım.
- Xuraman o
mahnını çox gözəl oxuyur, nədənsə bir
dəfədən artıq oxumurlar - dedim.
- Bir
başım açılsın, qızıl fonda
saldıracağam o mahnıları. Bir yaxşı müğənni
ilə “Ayrılmazıq” mahnısını da məşq edəcəyəm.
12 mart -
“Qara gözlər” mahnısını oxuyurdular, Məmməd
təəssüfləndi:
- Təkcə
“Qara gözlər” mahnısı qaldı Hüseyn Natiqdən.
-
Hüseyn Natiq? Mən elə bir şair eşitməmişəm,
kimlərlə yaşıddı?
- Səməd
Vurğun dövrünə aiddir. Kimin adamı var o, bir
müddət yadda qalır, bir müddət...Hamı yaddan
çıxacaq, nəsil dəyişir, baxış dəyişir...
- Məmməd,
Hüseyn Adıgözəlin dediyi məsələ nə oldu
görəsən?
-
Türklər yalan danışmaz, görünür, onlara kimsə
maneçilik törədib. Bilirsən ki, məni istəməyən
istəyənlərdən çoxdu. Üstümdən xətt
çəkməyə çalışırlar.
Gecə
dişinin dibindən axan qan bizi yaman qorxutdu. Elman təcili
yardıma apardı, dişinin yerini tikdilər.
19 mart -
Telefonda İlyas Tapdığın səsi eşidildi:
- Məmmədi
də mənim dilimdən təbrik elə, sənin də
bayramın mübarək...
-
Naxçıvandan Elman Həbib də Məmmədi təbrik
etdi.
- Sağ
ol, Elman, biz də sizi təbrik edirik. Məmməd
kitabını oxuyur. Vətənə də bizdən salam!
-
Bacı, onlar Məmməd bulağının
damlalarıdır, əsas qaynaq Məmməd əminin
şeirləridir, biz onun məktəbinin şagirdləriyik,
sağ olun...
21 mart - Səməd
Vurğunun 94 illiyi gəlir. Elə dedilər ki, elə bil adi
bir adamdı, axı Səməd də Səməddir - deyindi
Məmməd, sonra da çətinlik çəkə-çəkə
şeirini əzbər söylədi:
Mən
uşaq deyiləm, xeyli yaşım var,
Bilirəm
söz nədir, məhəbbət nədir,
Mənim
könül adlı bir sevgilim var,
Könülsüz
bir həyat bir viranədir...
-
Şairlərə qarşı bir biganəlik var, niyə
görəsən?
Çiyinlərini
çəkdi Məmməd.
24 mart - Məmməd,
Dədə Qorquda aid yazdığın şeirini qurtar,
köçürüm, oxuduğum bir az çiydir.
Səsini
çıxarmadı.
-
Gülxanım müəllimə, danışan Tənzilədir,
Sabir Rüstəmxanlının yoldaşı, Məmməd
müəllimlə Atatürk litseyinin keçirmək istədiyi
görüş aprelin əvvəlinə qaldı, bir neçə
texniki çatışmazlıq oldu. Məmməd müəllimi
bütün türklər sevirlər. Turan Yazqan deyir ki, elə
balaca, zəif bir bədəndə bu vulkan hardandır...
- Mən
elə bilirəm ki, Məmmədi Türkiyədə
tanımırlar. Tənzilə xanım, qoy türklər
ruslardan nümunə götürsünlər, onlar
ayrılsalar da özlərinə lazım olan sənətkarların
yubileylərini Moskvada keçirirlər. Heç Məmmədi
demirəm, bizim gözəl sənətkarlarımız var,
onlarla görüşlər keçirilmir.
- Yox, elə
demək olmaz, kim ki, maraqlanır, onun yubileyi Türkiyədə
keçirilir. Biz də Məmməd Arazı sevdiyimizə
görə onunla görüş keçiririk. Gecəni Sabir
aparacaq, Sabir deyir ki, o gecə mənim şah əsərim
olacaq. Sizin bir müsahibənizi oxudum, şair
xanımının belə sözü olar “Məmməd
Arazdan başqa şair tanımıram”. Mənim yaman xoşuma
gəldi bu sözlər.
- Sağ
olun, Tənzilə xanım, Məmmədin bütün gecələrini
elə Sabir aparıb.
31 mart -
Qardaşxan özünün yeni kitabını gətirdi.
Avtoqraf yazılmamışdı. Məmməd dedi:
- Nə
bilək bu kitab bizədir?
- Əmi,
avtoqraf ona görə yazmadım ki,
kitabda əsas sənsən. Yazım ki, müəllifdən
müəllifə? Sonra kitaba belə avtoqraf yazdı:
“
Tapındığım şeirin ruhani atası Məmməd
Araza.
30.03.
2000. Qardaşxan.”
1 aprel -
Naxçıvanlı bir dəstə gənc Məmmədin
cavanlıq şəklinə baxıb çəkdikləri
portreti gətirmişdilər. Məmməd zarafat etdi:
- Məni
çəkiblər, Putinə oxşayır, Putini çəksəydilər
mənə oxşayardı.
Çoxdan
idi ki, Aybəniz xanım Məmmədlə görüşmək
istədiyini bildirmişdi. Nəhayət ki, bu arzu gerçəkləşdi:
- Məmməd
müəllim, mən xoşbəxtəm ki, gəlib səninlə
görüşə bildim. Bilirəm, atama yazdığın
şeirə görə səni çox incidiblər. Sizin
yaradıcılığınıza çox hörmətim
var. Sabah saat 1-də Qardaşxanın kitabının təqdimat
mərasimi olacaq, iştirak etsəydiniz çox sevinərdik.
Vallah, bu saatın özündə belə sizin xəstəliyinizə
də paxıllıq edənlər var. Deyirlər ki, kaş
biz də xəstə olaydıq, təki onun şöhrəti
bizim olaydı.
Səməd
Vurğuna aid xatirələrə baş vurdular... çox səmimi
söhbətlər oldu.
Kitabın
təqdimatında iştirak etdik. Aybəniz xanım təşkilat
məsələlərində püxtələşib. Bir
qadın mənə yaxınlaşdı:
-
Hüseyn Cavidin ev muzeyində Turan xanımla bir yerdə
işləyirəm. Məmməd Arazın bütün
yaradıcılığını, demək olar ki, əzbər
bilirəm. Xoşbəxt qadınsınız, Məmməd
Arazın hər misrasında, hər şeirində, hər kəlməsində
siz varsınız, o mirvarilər sizin boynunuzdan asılıb...
Gülümsündüm:
- Hə
“xoşbəxtəm”, təki xəstələnməyəydi.
Məmmədin
narahat vaxtı başlandığına görə tez
qayıtdıq. Axşama yaxın Söhrab və Qardaşxan
bizdən sonrakı çıxışlar haqqında
danışdılar.
10 aprel
- Hüseyn Adıgözəl təşkil etdikləri
görüşə dəvətnamə gətirdi:
- Məmməd
müəllim, görüşə bütün partiya rəhbərlərini,
prezident aparatını, institut rəhbərlərini də dəvət
etmişik...
Dəvətnamədə
bu sözlər yazılmışdı:
14.04.2000
Rəşid
Behbudov Mahnı teatrı
Saat 6-da
Türk
dünyasının görkəmli şairi Məmməd Arazla
ilgili hazırlamış olduğumuz
törənə dəvət edir, sayğılar
sunarız
Halidə
Adıgözəl: Okul müdiri, 14 aprel, 2000 saat 6-da.
Rəşid
Behbudov Mahnı teatrı,
proqram:
1.
Sayğı dürüşü və İstiqlal
marşı
2.
Konuşmalar
3.
Şerlər
4. Məmməd
Arazın şerlərinə bəstələnmiş
şarqılar
5. Xalq
oyunlaı
6.
Ödül taqdımı
7.
Türk dünyasından Ezgilər
Məmməd
razılaşdı...
11
aprel -
Xanım, mən Məmmədin xətrini çox istəyirəm.
Bir həkim var, Qazaxıstanda işləyib, orada doğulub,
tibet üsulu ilə müalicə edir. Əli Səmədəm. Həkimi
gətirəcəyəm.
- Əli
müəllim, nə vaxt istəsəniz gətirə bilərsiniz.
Deyilən
vaxt Əli Səməd həkimi gətirdi. Həkim xəstəliyin
tarixini soruşdu və fikirləşərəm, deyib getdi.
Saat 6-da
görüş başlandı. Hüseyn Adıgözəl və
xanımı Halidə bizimlə görüşdü.
Atatürk litseyinin şagirdləri ciddi
hazırlaşmışdılar. 8-ci sinif şagirdləri
çaşmadan aparıcılıq edirdilər. Türk və
Kıprıs səfirləri də iştirak edirdilər.
Müxalifətçilərdən Əli Kərim, İsa Qəmbər,
Fazil Qəzənfəroğlu da gəlmişdilər. Amma dəvətnamə
verilmiş başqa məmurları görmədik.
Şagirdlərin
hər çıxışı alqışlarla
qarşılanırdı. Vurğun Əyyub və Sabir
Rüstəmxanlı da çıxış etdilər.
Ağalar Bayram Məmmədin şeirlərini oxudu. Maraqlı
bir gecə alındı.
- Məmməd,
necə bilirsən, müxalifətçilərin orada
olması “toz” qoparacaq - dedim.
(Ardı var)
Təzadlar.-
2014.- 12 aprel.- S.6.