“Qarabağın işğalı türk dünyasına qarşı bir əməliyyatdır”

 

Musa Taşdələn: "Ermənistan bir dövlət olaraq ayaqda durması şansı Azərbaycan Türkiyə ilə dost yaxşı münasibətlər qurmasından çox bağlıdır

Sakarya Universitetinin professoru Musa Taşdələnin BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

 

- Azərbaycan-Türkiyə əlaqələrini necə dəyərləndirisiniz?

- Çox təəssüflər olsun ki, qardaş Azərbaycan 1918-ci ildə qazandığı müstəqilliyi 1920-ci ildə itirdi, həm sevindiricidir ki, 1991-ci ildə yenidən azadlığını əldə etdi. Bundan sonra müstəqil Azərbaycanın qarşısında yeni üfüqlər açılmağa başladı. Düzdü, sovetlər dönəmində Azərbaycanla münasibətlərdə boşluq yarandı əlaqələrimiz yox səviyyəsində oldu. Türkiyə-Azərbaycan münasibətləri 1991-ci ildən sonra yenidən qurulmağa başladı. Azərbaycan Türkiyənin təhlükəsizliyi baxımından həm Qafqaza, həm Orta Asiya ölkələrinə açılan açar ölkədir. Yəni türk dünyası ilə Türkiyə arasında əlaqələri təmin edən bir ölkədir. Azərbaycan qədər güclü olarsa, Türkiyə həm Qafqazda, həm Orta Asiyada o qədər əmin rahat olar. Bu vəziyyət, sadəcə, Türkiyə baxımından deyil, Azərbaycan baxımından da belədir.

Türkiyə Azərbaycanın xarici siyasətində beynəlxalq münasibətlərdə yürütdüyü siyasətdə fərqliliklər ola bilər. Çünki Türkiyə bir NATO ölkəsidir. Coğrafi mövqeyi ilə əlaqədar olaraq Türkiyənin Avropa, Rusiya orta şərq çoğrafiyası ilə strateji münasibətləri mövcuddur. Türkiyənin bu münasibətləri əgər düzgün qiymətləndirilərsə, Azərbaycana da yeni imkan fürsətlər təmin edə bilər. Hesab edirəm ki, hər iki qardaş ölkə arasında iqtisadi, siyasi müxtəlif əlaqələri daha da inkişaf etdirmək lazımdır. Əlbəttə, hər iki dövlətin bir-birindən fərqli siyasətləri olacaq. Çünki hər iki dövlətin tutduğu siyasi kurs, geopolitik mövqeyi dövlətlərlə qurduqları münasibətlər bəzi fərqliliklərin başlıca səbəbidir. Ancaq bu vəziyyət hər iki dövlətin bir-birilərini bir çox cəhətlərdən tamamlaya bilmələri dəstəkləmələri təminedici olmalıdır. Əks halda, xarici siyasətdəki fərqliliklərə görə iki ölkənin arasını vurmaq üçün istifadə edə bilərlər. Çünki həm Qafqaz, həm Orta Şərq, həm Orta Asiyadakı vəziyyət hər iki dövlətin təhlükəsizliyi baxımından çox önəmlidir.

- Türkiyənin Qafqaz siyasətini qiymətləndirirsiniz?

- Hər şeydən öncə bu coğrafiyada Türkiyənin kimlik bağlarıya bağlı olduğu topluluqlar yaşamaqdadır. Qafqazda sülh təhlükəsizliyin güclü olması Türkiyənin təhlükəsizlik məsələsinə böyük təsir göstərir. Ancaq Qafqazın çox hissəsi təhlükəsizlik baxımından problemlidir. Bu baxımdan, güclü Azərbaycan Qafqaz coğrafiyasında təhlükəsizliyin təminatıdır. Türkiyə üçün bu bölgədə ən problemli ölkə Ermənistandır. Bu ölkə işğalçı ölkədir Azərbaycana qarşı təcavüz mövqeyində duran dövlətdir, Xocalı soyqırımını həyata keçirən dövlət imicinin qazanıb.

Ermənistan bütün gücünü dəstəyini Qafqazda təsir imkanlarına sahib olan dövlətlərdən almaqdadır. Ermənistan dünyanın böyük güclərinin Qafqaz siyasətində istifadə olunan alətdir bu güclərdən icazəsiz müstəqil siyasət yürüdə bilməz.

- Ermənistan Qarabağı işğal edib, heç bir sülh razılaşmasına yaxın gəlmir. Sizcə, bu, Ermənistana qazandıracaq?

- Qarabağın işğalına türk dünyasına qarşı bir əməliyyat kimi baxılmalıdır. Nəticədə, Türkiyə-Azərbaycan arasında işğalçı bir tampon bölgə təşkil edilib. Ermənistan hər baxımından zəif bir dövlətdir. Bu gün hədəflərini gerçəkləşdirə biləcək hərbi, siyasi iqtisadi qüvvəsi yoxdur. Bununla yanaşı, bu hədəflərinin beynəlxalq hüquq baxımından da heç bir əsası yoxdur. Keçmişdə erməni təşkilatları böyük hədəflərini təyin etmişdilər. Böyük dövlətlərin dəstəyini alaraq bunu gerçəkləşdirməyə çalışırdılar. Amma olmadı. Dünən parçalanan bir Osmanlı dövləti vardı, bu gün yüksələn türk dövlətləri var. Dünyada iqtisadi demoqrafik olaraq böyüyən, bir çox dövlətin yer aldığı bir islam coğrafiyası var. Ermənistan bəlli bir zamana qədər böyük dövlətlərin yanında yer alsa da, türk dünyasının islam aləminin qarşısını alaraq bu hədəflərini gerçəkləşdirə bilməz. Məsələn, bu gün Ermənistanla İranın müsbət münasibətləri var, amma bunu unutmamaq lazımdır ki, İran bir islam ölkəsidir İran da milyonlarla Azərbaycan türkü yaşamaqdadır. Elə bir proses yaşana bilər ki, İranın bu siyasəti yenidən gözdən keçirmək vəziyyətində qalacağı qənaətindəyəm. Ermənistan bir dövlət olaraq ayaqda durması şansı Azərbaycan Türkiyə ilə dost yaxşı münasibətlər qurmasından çox bağlıdır.

- Maraqlıdır ki, bu gün dünya ictimaiyyəti Ermənistanın işğalını görmür...

- Qarabağ məsələsinin həlli önəmli ölçüdə Azərbaycanın bu məsələni dünya ictimaiyyətinə çıxara bilməsindən çox asılıdır. Amma əvvəl kimlik bağları ilə yaxın olduğumuz türk dünyasında gündəmə gətirməklə yanaşı, müsəlman ölkələrin gündəminə gətirilməsi lazımdır. Yəni Qarabağın işğalı ikinci bir Fələstin məsələsi kimi görə bildiyi nisbətdə dünya ictimaiyyətindən dəstək artar. Xüsusilə, Qarabağdan olan qaçqınları ictimai təşkilatlanma yolu ilə bu məsələni dünya ictimaiyyətinə çıxarılmasına nail olmaq olar. Problemin təbliğatını elə qurmaq lazımdır ki, nəticəni yaxşı əldə edə bilək.

Artıq dünyanın bir çox ölkələrində həm Türkiyədən, həm Azərbaycandan çoxlu sayda insanlarımız yaşayır. Onlar təşkilatlanıblar diaspor şəklində fəaliyyət göstərirlər. Diaspor təşkilatlarımız birgə məsələnin gündəmə gətirilməsinə nail olmalıdırlar. Bundan sonra Qarabağ məsələsi gündəmə gələ bilər. Sadəcə, türk deyil, bütün müsəlman diaspor təşkilatları ilə əlaqələr qurmaq lazımdır. Təkbaşına görmək çətindir məsələni gündəmə gətirmək mümküzsüzdür. İctimai dəstəyi asan qazanmaq üçün daha yaxın ölkələrdən başlayaraq Qarabağ məsələsini gündəmə gətirilməlidir.

 

Elnur Eltürk

Xalq Cəbhəsi.- 2014.- 24 aprel.- S.5.