“Erməni soyqırımı” olmayıb
Əlisahib Əroğul:
"Nə qədər erməni-daşnak faşizmi var, onun
ideyalarını yaşadanlar mövcuddur, nə dinclik, nə
sülh bizə qismət olmayacaq”
Gələn il ermənilər cəfəng "erməni soyqırımı" cəfəngiyyatının 100 illiyini qeyd etməyə hazırlaşırlar. Təkcə Avropada deyil, hazırda dünyanın bütün ölkələrində ermənilər bu "soyqırımı" barədə şivən qoparmaqdadırlar. Guya ki, 1915-ci ildə Osmanlı imperatorluğu dövründə Türkiyədə 1,5 milyon erməni qırılıb. Əvvəlcə bu rəqəmi bir neçə yüz min kimi təqdim edən ermənilər sonradan fantastik şəkildə şişirtdilər, "1,5 milyon nəfərə" çatdırdılar. Hazırda ermənilər daha səyli şəkildə cəfəng iddialarını "təsdiq edən" yeni ölkələr axtarışındadırlar. Dünya ermənilərə daim hay verməkdə, onun tərəfini tutmaqdadır. Çox acınacaqlıdır: dünya ikili standartlar burulğanında fırlanır, gecə-gündüz insan haqlarından, milli haqların qorunmasından, dövlətlərin ərazi toxunulmazlığından danışdığı dərəcədə daim erməni kimi məkrli, ikiüzlü bir milləti aşkar, ya gizli şəkildə himayə edir, onun mənasız, cəfəng iddialarını qulaqardına vurur, guya ki, heç nəyi görmür. Gerçəkdir ki, dünyanın bütün bu oyunları türkün özünəməxsusluğuna qarşıdır. Məqsəd Türk Dünyasını daha da sarsıtmaq, ermənilərdən alət kimi istifadə etməklə vəziyyəti gərginləşdirməkdir. Ermənilər isə bir an da olsun, dinc durmur, daim dünyanın qulağını "soyqırım" cəfəngiyyatı haqqında məlumatlarla doldururlar. Türklər vaxtilə ermənilərin bu cəhdlərinə haradasa istehza ilə yanaşmışdılarsa, hazırda vəziyyətin necə gərgin olduğunu duymaqda və görməkdədirlər.
Görəsən, harada səhv etdik? Erməni körpəsinin qulağına doğulduğu gündən pıçıldayır ki, türk sənin düşmənindir. Ancaq biz erməni murdarlığını, fürsətcilliyini, xəyanətkarlığını görəsən, nə dərəcədə balalarımıza başa sala bilirik? Dünya gecə-gündüz səylə qloballaşır, xalqları "doğmalaşmağa" çağırır. Görəsən, dünyanın daim himayə etdiyi erməni ilə türkün belə bir vəziyyətdə doğmalığı necə baş tuta bilər?
Hazırda ermənilərin murdar istəklərinin yeni biçimdə gerçəkləşməsi mərhələsi başlayıb. Bir ovuc erməni bu boyda Türk Dünyasının qarşısında həyasız şərtlər irəli sürür, hədələrlə danışır. Gerçək durum çox gərgindir. Bizi özümüzdən ayıran cəhətlərə, özgəliklərə, erməni məkrinə və sairə qarşı döyüş hər gün mütəşəkkil şəkildə aparılmalıdır. Həhayət, anlamalıyıq ki, bir xalq kimi köklənmədən, özümüzə, ruhumuza tam mənası ilə bələd olmadan bizi qarşıda gözləyən daha böyük təhlükələrdən qurtula bilməyəcəyik. Türk Dünyası görəsən, nə vaxt sözün əsl mənasında bir dünya olacaq? Hə vaxta qədər türklər xilası orda-burda axtaracaqlar? 300 milyonluq Türk Dünyası bütün dünyada sayı on milyon da olmayan erməniyə qarşı niyə həmrəylik göstərə bilməsin? Erməni məqsədinə çatmaqdan ötrü bütün vasitələrdən istifadə edir. Dünyanın ən qədim xalqlarından biri olan türklər nədən onu gözləyən təhlükələrdən vaxtında xəbərdar ola, təhlükələri yenə bilmir? Doğrudanmı hər şey tükənib? Təsəvvür etmək olar ki, bundan sonra hadisələr əvvəlkindən dəfələrlə gərginləşəcək. Deməli, nəticə belə olur ki, təhlükə də içimizdədir, təhlükəli xilas da.
1989-cu ilin martında Ermənistanın Qafan rayonunda Zəngəzurda, Şərur-Dərələyəzdə soydaşlarımızı qanına qəltan edən daşnak Hjdehə abidə qoyulur. Rayon partiya komitəsinin birinci katibi Mkrtıçyan abidənin açılışı zamanı arzularının həyata keçdiyini məmnunluqla belə ifadə edir: "Siz çox zəhmət çəkdiniz. Ancaq respublikanı azərbaycanlılardan təmizləyə bilmədiniz. Sizin böyük arzularınızı nəvələriniz yerinə yetirdi. İndi Ermənistanda heç bir azərbaycanlı (türk-red.) qalmayıb". Bu da erməni vəhşiliyinə, Türklərə qarşı soyqırım törətmələrinə əyani misal.
Tarixçi-alim Azad Rzayevin fikrincə, 20 Yanvar, Xocalı, habelə 1918-ci il martın 31-də ermənilərin Bakıda 10 mindən artıq soydaşımızı qətlə yetirməsi və s. tarixdə analoqu olmayan soyqırımdır: "Ermənilərin həmişə türklərə qarşı soyqırımı həyata keçirməsinə dair əlimizdə çoxlu faktlar var. Faktiki Xocalı faciəsi ilə bağlı çəkilmiş videolentlər, fotoşəkillər, şahidlərin ifadələri və s. bu qəbildəndir. Biz əlimizdə olan faktları indi daha ciddi-cəhdlə dünyaya təqdim etməliyik".
Yazıçı Əlisahib Əroğul isə bu qənaətdədir ki, bu gün erməni məsələsi uydurma "erməni soyqırımı" əfsanəsinə kompensasiya edilir: "Hə qədər erməni-daşnak faşizmi var, onun ideyalarını yaşadanlar mövcuddur, nə dinclik, nə sülh bizə qismət olmayacaq: varlığımız təhlükə altında qalacaq, zaman-zaman torpaqlarımız erməni-daşnak faşizminin təcavüzlərinə düçar olacaq".
Doğrudanmı 1915-ci il aprelin 24-də Türkiyədə yaşayan ermənilər soyqırıma məruz qalıblar? Tanınmış araşdırmaçı İsrafil Məmmədovun fikirləri sübut edir ki, ermənilərin bu ittihamı tamamilə əsassızdır: "1915-ci il aprelin 24-dən 25-nə keçən gecə Türkiyə hökumətinin qərarı ilə ermənilərdən 235 nəfər həbs olundu. Bu "komitəçilər" türklərə qarşı təşkil edilən iğtişaşların rəhbərləri idilər. Az sonra həbs olunanların sayı 800-ə çatdı. Bunların bir hissəsi sürgünə göndərildi, digər hissəsi isə ölümlə cəzalandırıldı. Qərar verildi ki, Türkiyə hökumətinə, xalqına qarşı Türkiyə ərazisində fəaliyyət göstərən komitələr qadağan olunsun. Bu, o deməkdir ki, 24 aprel məsələsi təkcə ermənilərə aid deyildi. Ermənilərin xəyanətkarlığına görə Türkiyə hökuməti qərar verdi ki, onların bir hissəsi köçürülsün, digər hissəsi isə həbs edilsin. Şimaldan cənuba doğru müharibə zonasındakı ermənilər həmin ərazilərdən çıxarıldı. Türkiyənin vəziyyəti o zaman çox gərgin idi. İngilis, fransız, bolqar qoşunları artıq Konstantinopola (İstanbula) çatmışdılar. Türkiyə belə bir ölüm-dirim zamanında həm koalisiya qoşunlarına, həm də ki, rus qoşunlarına qarşı vuruşmalı idi. Hamərd ermənilər məhz Türkiyənin belə bir ağır vəziyyətində ona xəyanət etdilər, arxadan ardıcıl zərbələr endirməyə başladılar. Onlar Türkiyəni məhv etməyə çalışan qoşunlara bələdçilik, tərcüməçilik edirdilər. Rus generalları özləri etiraf edirdilər ki, türklərə qarşı ən fədakarlıqla vuruşan qüvvə ermənilərdir. Məhz bu səbəbdən də 24 apreldən sonra ermənilər fikirləşdilər ki, artıq biz Türkiyə ərazisində erməni dövləti, erməni vilayəti yaratmaq imkanından birdəfəlik məhrum olduq. Ermənilərin məhz 24 apreli "erməni xalqının soyqırımı günü" kimi təqdim etmək iddiaları və bununla bağlı türklərə qarşı ittiham irəli sürmələri, Türkiyənin üzr istəməsini, yüksək məbləğdə təzminat ödəməsini tələb etmələri bununla əlaqədardır".
O dövrdə Fransa hökuməti Türkiyə ərazisində erməni bayrağı ilə üç qondarma dövlət yaradıb. Bu "dövlətlər"in hər birinin ömrü iki-üç ay olub, konstitusiya yaratmağa da vaxt tapmayıblar. Az sonra bunlar Türkiyə tərəfindən ləğv edildi. Rus qoşunları geri qayıdanda ermənilər də geri qayıtmağa məcbur oldular. Bu zaman erməni birləşmələri hədsiz azğınlaşmışdılar. Hətta ruslar qorxdular ki, ermənilər onlara qarşı da vuruşa bilərlər. Ona görə 1917-ci ilin əvvəllərində rus hökuməti qərar verdi ki, erməni hərbi birləşmələri buraxılsın. Geri qayıdan ermənilərin içərisində yerli ermənilər də var idi. Qars vilayəti ərazisində, İrəvan quberniyasına keçid yolunda 82 türk kəndi yerlə-yeksan edildi. Ermənilər yolun bir tərəfində çılpaq soyundurulmuş türk qadınlarını, o biri tərəfində isə nizələrə keçirilmiş uşaqları düzürdülər ki, erməni qoşunları daim bu qanlı səhnələrə baxıb ruhlansınlar. Bundan sonra ermənilər indiki Ermənistan ərazisində, indiki Xankəndi, Bakıya qədərki ərazilərdə yerləşən kəndləri də viran qoymağa başladılar. Sonra məlum 1918-ci il mart qırğınları baş verdi, minlərlə soydaşımız qanına qəltan edildi".
Bəs, "erməni soyqırımı"ndan sonrakı dövrdə Türkiyə ermənilərinin vəziyyəti əslində necə olub? "İki yüz mindən çox erməni bu hadisələr zamanı islamı qəbul edərək Türkiyədə qaldı. Konstantinopol erməniləri Osmanlı hökumətinə qarşı döyüşmədiyinə görə onlara toxunulmadı. Məlumata görə, o vaxtı Türkiyədə 1 milyon 300 min nəfər erməni yaşayıb. Ermənilər isə israr edirlər ki, "genosid vaxtı" Türkiyədə 1,5 milyon nəfər erməni qırılıb. Hətta müəyyən materiallarda həmin dövrdə Türkiyədə 700-800 min erməninin yaşadığı göstərilir. Türkiyə hökuməti həmin dövrdə 300 min ermənini cəzalandırıb, xəyanətkarlığına görə sürgün edib".
Amerika alimi C.Makkartinin fikrincə, həmin dövrdə o ərazilərdə təqribən 600 yüz min nəfər erməni, türklər tərəfdən isə 2,5 milyon nəfər ölüb. Dəhşət burasındadır, lap tutaq ki, ermənilərdən qırılan 1 milyon da olsa, (baxmayaraq ki, belə şey olmayıb) bu rəqəmi dünya başı üzərinə bayraq edərək qaldırıb, ancaq 2,5 milyon türk haqqında qətiyyən danışılmır. Başqa bir alim isə deyir ki, müsəlman-türk əhali tərəfdən 2,5 yox, 3 milyon nəfər qırılıb".
1918-ci il mayın 28-dən 1920-ci il noyabrın 29-dək ermənilərin daşnak hökuməti bərqərar olub. 30 ay ərzində Ermənistandakı bütün azərbaycanlı-türk kəndləri dağıdılıb, əhalisi qırğınlara məruz qalıb: "Türkiyədən gələn erməni qüvvələri hakimiyyətdə idilər. Dro müdafiə naziri idi. Andronik oradakı Azərbaycan-türk kəndlərini yandıra-yandıra Haxçıvana keçdi. Şaumyana teleqram vurdu ki, Haxçıvanı almışam. İstəyirsiniz, buranı lap Rusiyaya birləşdirək. Azərbaycan hökuməti daşnak hökumətinə ultimatum verdi. Daşnaklar dedilər ki, Andronik bizə tabe deyil, ona qarşı heç bir tədbir görə bilmərik. Andronik məğlub olduqdan sonra Ermənistana qayıtdı, hökumətlə yola getmədi. Qılıncını Eçmiədzində qoyaraq Amerikaya köçdü, orada da öldü".
Atatürk dövrünə qədər Türkiyədə vəziyyət belə idi: 1920-ci il avqustun 10-da "Sever" müqaviləsi bağlanır. Həmin müqavilədəki ayrıca bəndə görə, erməni dövləti yaranmalı idi, onun 161 min kvadrat kilometr ərazisi olmalıydı. Türkiyənin 6 vilayəti də ermənilərə verilməli idi. Türkiyə artıq bu müqaviləyə qol çəkmişdi. 12 dövlətin sırasında Ermənistan ayrıca tərəf kimi müqavilədə iştirak edirdi. Ancaq Mustafa Kamal Atatürk müqaviləni qəbul etmədi. 1923-cü ildə bu müqavilə ləğv edildi. İndi ermənilər istəyirlər ki, həmin o müqavilə bərpa edilsin, torpaqlar onlara verilsin. Bu müqaviləyə görə Azərbaycanın bir hissəsi də ermənilərə verilməliydi.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 24 aprel.- S.13.