Musa Yaqubun
Türkiyədə kitabı işıq üzü
gördü
Ustad şairimiz, dağların,
daşların, qayaların,
dərələrin, düzlərin,
bir sözlə Azərbaycan təbiətinin
tərcüməçisi, onları öz dilində danışdıran
Musa Yaqubun bu günlərdə Türkiyədə
kitabı çapdan çıxıb. Özünün
də xəbəri olmadan türk qardaşımız, araşdırmaçı
İmdat Avşarın
təşəbbüsü və əməyi ilə araya-ərsəyə
gələn “Benim dertlerimin ayakları var” kitabı başdan-ayağa Musa Yaqubun
lirikasına həsr olunub. “Bu dünyanın qara daşı göyərməz”, “Bir gözünü sən əydin, bir gözün mən”, “Dənizləri hasarlayın”
və s. kimi təbiətdən və ictimai əhəmiyyət kəsb edən şeirlərinə öyrəşdiyimiz
Musa Yaqub, həm də incə qəlbli şair kimi lirik şeirlərin
müəllifidir.
Adətən Musa Yaqubu biz dağları, daşları, qayaları tərənnüm edən,
elə o dağlar, daşlar kimi sərt, nəhəng şair kimi tanımışıq. Amma onun
lirik şeirləri də hər bir insanın könül pıçıltısı,
həmdəmi, sevənlərin
yol yoldaşıdır.
Elə ona görə də araşdırmaçı
İmdat Avşar şairin müxtəlif illərdə yazdığı
lirik şeirlərini toplayaraq kitab halına salıb və onun qardaş
Türkiyədə çap
olunmasını təmin
edib. İmdat Avşara qardaş
qayğısı ilə
təşəkkürümüzü bildirir və yenicə çapdan çıxmış “Benim
dertlerimin ayakları var” kitabından bir neçə şeiri oxucularımıza
təqdim edirik. Onu da diqqətə çatdıraq ki, kitaba ön sözü şair Əjdər Ol yazmış və Müsa Yaqub yaradıcılığana yüksək
qiymət vermişdir.
Maraqlı cəhət
bir də odur ki, şeirlər
latın əlifbası ilə, yəni Azərbaycan dilində çap olunub. Amma əksər sözlərin
türkcədə necə
deyilməsini əks etdirən lüğət
isə kitabın arxasında verilmişdir.
Bu da türk
oxucularının Musa Yaqubu
oxuyub, başa düşməkdə yardımçısı
olacaq. 78 yaşlı
ustad şairimizə
can sağlığı, uzun
ömür və yeni-yeni yaradılıcıq
uğurları arzulayırıq.
Yeganə
Balayarqızı
Niyə
gəlmisən
Soldurub bağını, töküb
barını,
Daha şuxdan salıb yarpaqlarını,
Soldurub o
çıraq yanaqlarını
Qış olub, üstümə niyə gəlmisən?
Sən adlı o xanım xatını mənə,
Vermədin öz şahlıq taxtını mənə.
Qıymadın gül, çiçək
vaxtını mənə,
Qış olub, üstümə niyə gəlmisən?
Məni
həsrət qoyan ilk bəhərinə
İndii gəlib məni yada salıbmı?
Gözünün alovu özgələrinə,
Saçının qırovu mənə qalıbmı?
Qış olub, üstümə niyə gəlmisən?
Gözəllik, neylədin o bəxşişini,
Gəlmisən, bəs kimə bəxş etdik onu?
Nə bilim taleyin göndərişini
Qaytara bilmirəm,
nə bildin bunu?
Nə bildin mən bir az ürəyi kövrək,
Qadın baxşında mütiyəm,
lalam.
Nə bildin o həsrət məni əyəcək,
Nə bildin səninçin keçilmiş
yolam.
Qış olub, üstümə niyə gəlmisən?
Ağlayan hirsimi soyutmağamı?
İncik ürəyimi uyutmağamı?
Təkəbbürlü xanım, a nazlı xanım,
Yox, yox, yalvarışı saxla
Allah.
Bu yazıq baxışı
saxla sən Allah.
Di yaxşı, bu dili, bu fəndi
saxla,
Dilinin altında
o qəndi saxla.
Gücün var, keçəni
qaytar, soraqla,
Qış olub, üstümə niyə gəlmisən?
Nə dedin? Ah, bu nə
yanıqlı sözdü!
Bir dayan, gözündə
bu nə torandı...
Ah, mənim ürəyim nə ikiüzlü,
Vüqarımı necə yerə
vurandı!
Bacara bilmədim, özümlə,
heyf!
Qış olub, üstümə niyə gəlmisən?
Saxla həsrətimi
Bir qəfil görüşə,
sevincə kimi,
Saxla ürəyində boğ həsərətimi;
Gəlin
anaların mücrüsündəki
Ən gizli, müqəddəs döyünçə kimi
Saxla bu həsrəti könlündə
saxla.
İslanmış düyün tək
açılmaz olan
Unut bu nisgili boğ
ürəyində boğ
içində.
Təkcə səninkidir, təkcə
səninki,
Əbədi sirr kimi saxla sinəndə;
Lap belə ən yaxın həmdərdinə
də
Deyiləsi deyil deyə biləsən.
Bir az açılasan,
bir az güləsən.
Hə, sonra iş güclə
qarışar başın,
Bu yaxın rəfiqən, o iş yoldaşın
Xırda
bir məclisdə keçən saatla
Ya bir söz söhbətlə,
bir zarafatla
Ərit
həsrətimi, ərit
bir qədər,
Ağlar ürəyini kirit bir qədər.
Sonra da evə gəl,
yır yığış
elə,
Durub dönə-dönə
Şüşələri sil,
Amma pəncərədən boylanma çölə,
Baş qatıb mətbəxə gediş gəlişlə,
Nə bilim bu işlə, ya da o işlə
Bacarsan bir anlıq çıxar yadından
Ərit həsrətimi, ərit bir qədər,
Ağlar ürəyini kirit bir qədər.
Soyut bu nisgili qar
kimi ərit,
Köz kimi, kül kimi, qor kimi
ərit,
Bəs sonra, bəs sonra...
Tək qalanda, tək,
Bilirəm üstümə dağlar
gələcək.
Bu həsrət gözünün
yaşına dönüb,
Sinəndə dəiyrman daşına
dönüb
Alacaq əlindən
hər dözümünü.
İllah
ki, vaxt səni get gələ sala
İllah
ki, özgə bir dərdin də ola,
Bax, onda ürəyin tamam dolacaq.
Bu həsrət çox
ağır həsrət
olacaq.
İllah
ki, hava da tutulsun bir
az,
Həsrətdə görəsən günahı
tamam.
Guya ki, mən olsam
hava tutulmaz,
Hər işin
düz olar, guya mən olsam.
Qəfil
bir görüşə,
sevincə kimi,
Dediyim müqəddəs düşüncə
kimi
Saxla həsrətimi könlündə
saxla;
Gözünə baxmağım olacaq yenə.
Gəlib
gözlərində, baxışlarında
Donan həsrətimi görməsəm,
heç nə!
Təzadlar.-
2014.- 2 dekabr.- S.15.