İNDİ
MƏNƏM, MƏN!
Mən
neyçün qəribəm bu doğma eldə,
Məhbəsmi dörd yanım, mən ki, boğuldum?
Məlun bir zamanda, məhkum bir ildə.
Allahım, mən neyçün şair doğuldum?
Almaz İldırım
Ulduzlar qan qusur, göylər sağırdır,
Bir anlıq zülmətdə sönür min çıraq.
Mən
indi bildim ki, xeyli ağırdır,
Dünyanı düşünən bir şair olmaq.
Səməd
Vurğun
Mükəddər-mükəddər
gəzdim dünyanı,
Ürəyi şad olan insan görmədim.
Dünən
fərman verən tapşırdı canı,
Bu gün harda qaldı fərman, görmədim.
Ləkə
çoxmu düşüb könül aynama?..
Könlümdə iztirab, əzab görürəm.
Tez-tez
çəkilirəm kəndi dünyama,
Şəhərdə üfunət, çirkab
görürəm.
Sinəmi
açmayın, düyündür, dağdır,
Dağlara qaçıram dağlar əlindən.
Ellər
elə bilir şairi sağdır,
Sağalmazam qurumsaqlar əlindən.
Nələrdən yazmadım, nələr yazmadım?!
Könül xəzinəmi bağlı saxladım.
Ahım
dağı-daşı dələr yazmadım,
Güldüm üzdə, içdə isə
ağladım.
İlham
köhlənimi tərs yəhərlədim,
İlham tükənmədi, köhlən çərlədi.
Dediyim
zamana mən rast gəlmədim,
Zəmanə çərxini tərsə hərlədi.
Cızma-qara
beş-on misra dedimsə,
Necə eldən-elə yayılmalıydım?
Hərgah
haqqı deyən şair idimsə,
Mən də Nəsimi tək soyulmalıydım.
Əlli
yaşı aşırsam da, aşmadım,
Sönən
kösöv təkin tüstüləndim hey...
Vətən
getdi, millət batdı coşmadım,
Qışın
cilləsində istiləndim hey...
Yetər,
könlüm, aşıb keçmə həddini,
Mən şair olmuşam, söylə beləmi?!
Mənin
kimi kimsə bükməz qəddini,
İnsaf ilə dilə gətir qələmi.
Dar daxmada
sözdən saray qurmuşam,
Zamanın
haqq səsi indi mənəm, mən!
Şeiriyyətin
zirvəsində durmuşam,
Dövrün
yeganəsi indi mənəm, mən!
VƏTƏN
DƏRDİ... BİTƏN DƏRDİ...
Dərd
birdimi, dərd beşdimi?-
Ölən dərdi, itən dərdi.
Torpaq məni
götürərmi?-
Ürəyimdə
vətən dərdi...
(Yaralı əsgər harayından.)
Ömrüm
qarda, sazaqdadır,
Mən vətənin sevən dərdi.
Ölüm
məndən uzaqdadır,
Neyçün çəkim kəfən dərdi.
Yaralı
vətən inləyir,
Vətən çəkir nədən dərdi?
Mən vətənin
dərdin çəkim,
Kaş,
çəkməsin vətən dərdi...
Aramızda
çox alçaq var,
Seyr eləyir ötən dərdi.
Onlar vətən
dərdi çəkmir,
Onlar çəkir gödən dərdi.
Fəzailəm,
dili qəməm,
İşlər xain köksə qəməm.
İçdən
çölə çıxsa sitəm,
Tez
görərəm bitən dərdi...
A ZALIM
Yaxşı-yaman
insandan bir ad qalar,
Heç bilməzdim səni belə, a zalım.
Düşünərdim
daş ürəyin yumşalar,
Nə
yığırsan kini belə, a zalım...
Bir vaxt sadiq ərdim sənə, azdımı?
İki oğul verdim sənə, azdımı?
Dərdi dağam, dərdim sənə azdımı?
Var-dövlətə
oldun kölə, a zalım...
Söndürürdün
haqdan yanan çırağı,
Haqq sevənin
qoruyanı var axı...
Fəzailəm,
budur, sözümün sağı-
Tövbə
elə sağsan hələ, a zalım,
Günah
tutma bilə-bilə, a zalım...
Fəzail İsmayıl
BÖYÜKKİŞİ
Təzadlar.- 2014.-
6 dekabr.- S.15.