Əlibəy
Azərbaycanın bütün istiqlal aşıqlərinə
Əlibəy Hüseynzadə-
Alovu içindən,
Tüstüsü başından çıxan kəs!
Bütün Turanını bürüyən səs!
Əlibəy,
Ömür boyu yazdın, yaratdın.
Ruhunun havasıyla
Turanını oyatdın.
Sinəndə Günəş boyda ürək,
Əlində susmayan silah-
Dahiliyinə boy verən qələm.
Yazdın ki, bayrağımla əbədi,
Susmayan diləm...
Qələmindən qopan işıq
İstiqlala yaraşıq!
Ürəyimdə həyatımın şirinliyi qədər
Amalına sevgi,
Əməlinə məhəbbət.
Ruhuna dinclik,
Rəhmət və rəhmət!
Sözüm, ovundur məni
Tarixi yazdım daşa,
İzim, ovundur məni!
Axtardığım haqq-ədalət,
Düzüm. ovundur məni!
Yay səhəri oyandım,
Dağ başında dayandım,
Yaşıllığa boylandım,
Gözüm, ovundur məni!
Tuş gələrkən nadana
Dedim,
"qana, qandıra?
Dilləndi handan-hana,
Dözüm, ovundur məni!
Nəvəm, dilim dilində,
Bayrağım da əlimdə,
Kaş,
bu bahar elimdə
Gəzim,
ovundur məni!
Dərdimdir zilimdəki,
Yusifdir zülümdəki.
Duadır
dilimdəki,
Sözüm, ovundur məni!
Analar düşərsə övlad
gözündən
Analar təmizlik, paklıq sinvolu,
Sevgisi məhəbbət
qaynağı imiş.
Dünyanın özünə dəyər
gətirən
Sanıram xöşbəxtlik qonağı
imiş.
Dünya
yerləşəndi, dünya
sığandı
Analar açdığı
zərif qollara.
Atdığı su sevgi olub çilənər
Övlad arxasınca hər gün yollara.
Yanında uşağıq, yanında
körpə,
Gəlsə də lap yüz
il yaşımız
üstə.
Köçsə də dünyadan
hansısa yaşda,
Duası həmişə başımız
üstə.
Tənbehi, iradı həyat
dərsimiz,
İnciməz övladlar heç vaxt sözündən.
Dünyanın özünə bədbəxtlik
gələr,
Analar düşərsə
övlad gözündən.
Yusif
Millətoğlu
Təzadlar.- 2014.- 6 dekabr.- S.15.