Universitetlərin
flaqmanı - BDU
BDU-nun
“fiziki”: “Barak Obamanın qəbuluna düşmək,
Abel Məhərrəmovun
qəbuluna düşməkdən asandır”
Bakı Dövlət Universiteti yaranmasının 95 illik
yubileyi münasibətilə Kütləvi İnformasiya Vasitələrinin
nümayəndələri arasında “BDU təhsil, təlim və
elm məkanı kimi” adlı müsabiqə keçirməsini
elan edəndən conra, dərhal qərara gəldim ki, bu
müsabiqədə iştirak edim. Axı ali məktəblərin
flaqmanı olan bu təhsil ocağı ilə bağlı mənim
də xeyli xatirələrim, məlumatlarım, Abel Məhərrəmovun
rektorluğu dövründə BDU-nun elm və
yaradıcılıq məkanına çevrilməsini
sübut edən dəlillərim, sübtlarım yetərincədir.
Amma bu barədə yazmağa nədənsə,
tələsmirdim, fikirləşirdim ki, hələ vaxta var.
Bu
günlərdə səhər 11:30 radələrində “20
yanvar” metrosundan 29 saylı marşrutla “Azərbaycan” nəşriyyatına
işə gələrkən rastlaşdlğım bir mənzərə
müsabiqədə iştirak etməyimi tələsdirdi. Daha
doğrusu məndən arxa oturacaqda oturmuş və söhbətlərindən
birinin riyaziyyatçı, digərinin isə fizik olduğu
görünən iki nəfər orta yaşlı insanın
ucadan etdikləri söhbətlər diqqətimi çəkdi.Bir
az ucaboy, ağsaçlı, başında Slivester Stallonenin
kepkasına oxşayan kepkası olan, eynəkli “fizik”in BDU-nun
dayanacağında düşməyə hazırlaşarkən
dediyi son sözlər müsabiqədə iştirak etməyimi
tələsdirən amil oldu.Həmin sözlər belə idi:
“Barak Obamanın qəbuluna düşmək, Abel Məhərrəmovun
qəbuluna düşməkdən asandır”.
Bilirsiniz, bəzən insanın haqqı tapdananda, ona
layiq olduğu qiyməti verməyəndə insanın əli
işdən soyuyur və fikirləşir, belə davam etməyə
dəyərmi?
BDU-nun və A.Məhərrəmovun fəaliyyətini
yaxından izləmiş biri kimi deyə bilərəm ki, bu
cür deyimlər, səslənən ittihamlar, rektorun nə əlini
işdən soyutdu, nə də unuversitetdə elm və tədrisin
inkişafı üçün nəzərdə tutduğu
yoldan çəkindirdi. Bəs o yol
hansıdır və necədir? Əvvəlcədən
onu deyə bilərəm ki, fəaliyyət göstərdiyi 95
il ərzində BDU heç vaxt A.Məhərrəmovun
rektorluğu dövründə olduğu kimi inkişaf yolu
keçməyib. İndi isə konkret faktlara
keçək.
Abel Məhərrəmov rektorluğunun elə ilk illərində
universitetin görkəmini ən müasir səviyyədə
dəyişdirərək, əsl qabaqcıl universitetlərin
sırasına çıxarmışdır. Bu gün
BDU-nun hektarla ölçülən ərazisi
yaşıllıqlara qərq olaraq, böyük bir istirahət
parkını xatırladır. Axı tələbələrin
elmi biliklərə yiyələnməsi üçün
onlara ilk növbədə şərait
lazımdır.Geniş işıqlı auditoriyalar, təcrübə
keçmək üçün ən müasir
avadanlıqlarla təmin olunmuş laboratoriyalar, tələbələrin
xidmətindədir. BDU-nun yeni 10 mərtəbəli
korpusunun A.Məhərrəmova necə çətinliklə
başa gəlməsi barədə məlumatlıyam. Məlum olduğu kimi, sovet dövründə əsası
qoyulan və bir neçə mərtəbəsi
qaldırılmış həmin korpus müstəqillik dövründə
uzun müddət yiyəsiz qaldı. A.Məhərrəmov
rektor təyin olunandan sonra, həmin korpus üzərində gərgin
işlər getdi. Bu sahənin mütəxəssisləri
işə cəlb olundu, uzun müzakirələr
açıldı. Nəticədə, qərara
gəlindi ki, uzun müddət yağışın-qarın
altında qalmış bu korpusun üzərində tamamlama
işləri görmək olmaz. Bu, gələcəkdə
çox təhlükəli ola bilərdi.
Odur ki, yekun qərar belə oldu: korpus sökülsün və
bünövrəsi təzədən qoyulsun. Bəli,
məhz A.Məhərrəmovun təşəbbüskarlığı
sayəsində bu gün geniş auditoriyalı 10 mərtəbəlı,
yaraşıqlı tədris korpusu tələbələrin
ixtiyarındadır.
Sual olunur, bəs bu auditoriyalarda tələbələr
elmi biliklərə necə yiyələnirlər? Tələbələrin
elmə cəlb olunması üçün hansı
stimullaşdırıcı amillərdən istifadə olunur?
Əvvəla, bu gün ən müasir elektron
kitabxana tələbələrin elmə yiyələnməsi
yolunda böyük rol oynayır ki, bu da A.Məhərrəmovun
tələbələrin elm öyrənməsi yolunda
atdığı çoxsaylı addımlardan biridir.
BDU-nun 17 fakültəsində təhsil alan
25 mindən yuxarı tələbənin hər biri universitet rəhbərliyinin
diqqət və qayğısı ilə əhatə olunub. Dəfələrlə şahidi olmuşam ki, tələbəni
haqsız yerə incidən müəllim A.Məhərrəmov
tərəfindən cəzalandırılıb. Abel
müəllimin tez-tez təkrar etdiyi bir söz var:”Sadist müəllimlərə
bizim aramızda yer yoxdur”.
Təxminən 2002-ci ildə təsadüfən
maraqlı bir hadisınin şahidi oldum. Deməli, A.Məhərrəmov
söz veribmiş ki, qrupda ən yaxşı göstəricisi
olan iki tələbəni imtahansız magistraturaya qəbul
olmasına icazə verəcək. A. Məhərrəmov
dekan, kafedra müdirləri ilə birlikdə auditoriyaların
birinə daxil oldular. Rektor dekandan soruşdu ki,
bu qrupda iki ən yaxşı oxuyan tələbə kimdir?
Dekan iki tələbəni ayağa
qaldırdı. Bu zaman bir tələbə oğlan
ayağa qalxıb dedi: “ Abel müəllim,
mənim bütün göstəricilərim bu iki tələbədən
yüksəkdir, lakin dekan namizədliyimi qəbul etmədi”. Həmin
anda A.Məhərrəmv dekanın astadan
ona nəsə deməyə cəhd etməsinə əhəmiyyət
belə vermədən üzünü tələbəyə
tutaraq soruşdu:
-
Oğlum, hardansan?
Tələbə:
-Ucardan.
A. Məhərrəmov:
- Atan,
anan harda işləyir?
Tələbə:
-Anam evdar
qadındır, atam da fəhlə işləyir.
A. Məhərrəmov
üzünü auditoriyaya tutdu:
-
Uşaqlar, bu oğlan necə oxuyur?
Hamı
bir ağızdan cavab verdi ki, əla oxuyur.
Onda Abel müəllim ikinci sualı verdi:
-Kim istəyirsə
ki, bu oğlan magistraturaya imtahansız qəbul olsun, onda əlini
qaldırsın.
Bütün tələbələr bir nəfər kimi
hamısı əlini yuxarı qaldırdı. Yenə də dekan nəsə
deməyə çalışırdı, lakin A.Məhərrəmov
ona baxmadan üzünü həmin tələbə oğlana
tutub dedi:
- Sən
də magistraturaya imtahansız qəbul olunursan.
Başqa
bir auditoriyada isə A.Məhərrəmv dekanın
təqdim etdiyi iki nəfərdən başqa hamilə olan bir
tələbə qızı görüb dedi:
-Mən səni
də magistraturaya qəbul imtahanından azad edirəm, o birindən
isə qoy səni Allah azad etsin.
Rektorun tələbəyə olan belə diqqətindən
sonra təbii ki, hər bir tələbə
çalışacaq yaxşı oxuyub, yüksək göstəriclərə
nail olsun. A.Məhərrəmovun elmin inkişafı yolunda məhz
bu kimi qayğı və diqqətinin sayəsində BDU MDB və
dünyanın qabaqcıl univrsitetləri sırasına daxil
olub. Bu yaxnlarda “Ekspert RA” reytinq agentliyi
MDB-yə üzv ölkələrin ən yüksək səviyyəli
universitetlərinin siyahısını açıqlayıb.
Reytinq siyahısına 153 ali məktəb
daxil edilib ki, burada Boloniya prosesinin tətbiqi əsas
götürülüb. BDU-nun bu istiqamətdə
bakalavr-magistr hazırlığı qənaətbəxş
sayılıb və qabaqcıl unuvesitetlərin sırasna daxil
edilib . Nəzərə alaq
ki, Ermənistan və Gürcüstan universitetləri
siyahıda yer ala bilməyib.
Bundan əlavə,
Bakı Dövlət Universiteti (BDU) dünyanın 700 ən
yaxşı universitetinin siyahısına daxil ola
bilib. “QS World University Rankings-2011” reytinqinə əsasən,
BDU dünyanın 700 ən yaxşı universitetlərinin
siyahısına düşə bilib. Unutmayaq ki, bu məqsədlə
dünyanın müxtəlif ölkələrindən 2919
universiteti haqqında məlumat təhlil edilib və nəticədə
700 ali məktəb reytinqə daxil olub.
Göründüyü kimi BDU müasir standartlara cavab
verən eimi potensialına görə artıq dünya
miqyasında tanınıb, seçilir. Çünki
elmin inkişafı üçün müasir
texnologiyaların tətbiqi vacib şərtdir ki, bu da BDU-
öz əksini tapıb. Qafqazda ilk dəfə olaraq, məhz
A. Məhərrəmovun təşəbbüsü və təşkilatçılığı
ilə 2002-ci il noyabr ayının 22-də
BDU-da Nüvə maqnit rezonansı laboratoriyası
yaradılmışdır. Laboratoriyada
Almaniyanın “BRUKER” firmasının istehsalı olan bir
çox nuvələri təyin etmək imkanına malik, impuls
rejimində işləyən “BRUKER 300” FT NMR spektrometri fəaliyyət
göstərir. Tələbələr bu
laboratoriyada nəinki müasir elmin sirlərinə yiyələnir,
hətta yeni-yeni elmi tədqiqat işləri aparırlar.
Bundan əlavə, BDU-nun Altıağacda yerləşən
və ən müasir standartlara cavab verən Tədris-təcrübə
və istirahət mərkəzi də yay aylarında tələbə
və müəllimlərin xidmətindədir.
“BDU-da elm və təhsillə yanaşı tələbələrin
asudə vaxtlarının səmərəli keçirilməsi
də rəhbərliyin diqqət mərkəzindədir. Bu məqsədlə
yaradılmış elektron kitabxana, muzeylər, 300 nəfərlik
klub, burada fəaliyyət göstərən rəqs və
müxtəlif özfəaliyyət dərnəkləri tələbələrin
ixtiyarındadır.
“BDU-nun ən məşhur məzunu, dünya şöhrətli
siyasətçi, ulu öndər Heydər Əliyevin muzeyi tələbələrin
sevimli istirahət yerlərindən biridir. Burada tələbələr
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti,
keçdiyi şərəfli ömür yolu, müstəqil
Azərbaycanın yaranıb, təşəkkül
tapmasında bu böyük şəxsiyyətin fədakarlığı
barədə geniş məlumatlar əldə edirlər.
Bundan əlavə,Universitetin tarixi muzeyi,
Faydalı qazıntılar muzeyi, Təkamül təlimi muzeyi,
Arxeologiya muzeyi və dünyada analoqu olmayan Velosiped idman muzeyi
fəaliyyət göstərir. BDU-nun
böyük idman komleksinə isə peşəkar idman
klubları da həsəd apara bilər. Yaşıl
örtüklü mini futbol meydançası, geniş
üzgüçülük hovuzu, voleybol, basketbol, cüdo,boks, güləş, şahmat, dama və s.
zallarda tələbələr idmanla, özü də
çox ciddi məşğul olurlar. Bunun nəticəsidir
ki, tələbələr arasında müxtəlif idman
növləri üzrə respublika, Avropa və dünya
çempionları yetişib.
BDU-da mütəmadi olaraq, şair və
yazıçılarla, tanınmış elm adamları ilə
görüşlər keçirilir ki, bu da tələbələrin
dunyagörüşünün formalaşmasında və
inkişafında böyük rol oynayır. Universitetdə
vaxtilə işləmiş və dünyasını dəyişmiş,
həmçinin hazırda işləyən
tanınmış alimlərin, müəllimlərin yubileylərini
keçirmək artıq bir ənənə halını
alıb ki, bu da A.Məhərrəmovun yaradıcı təşəbbüslərindən
biridir. Təbii ki, belə tədbirlər
elm adamına, ziyalıya verilən dəyərdir ki, bu da tələbələrin
elmə daha dərindən, daha həvəslə yiyələnməsinə
stimul verir.
A.Məhərrəmov göründüyü kimi tələbələrlə
yanaşı, müəllimlərin də qayğısına
qalır.
BDU-dakı pullu fakültələrin hesabına A. Məhərrəmov
həm müəllim, professor heyətinin, həmçinin
bütün texniki işçilərin maddi vəziyyətinin
yaxşılaşdırılmasını, onların yubileylərinin
təşkil olunmasını, həm də universitetdə
aparılan quruculuq-abadlıq işlərinin tam şəffaf
şəkildə həyata keçirilməsini təmin edir.
BDU-da fəaliyyət
göstərən Mexanika-riyaziyyat, Tətbiqi Riyaziyyat və
Kibernetika, Fizika, Kimya, Biologiya, Ekologiya və
Torpaqşünaslıq, Coğrafiya, Geologiya, Filologiya, Tarix,
Beynəlxalq Münasibətlər və İqtisadiyyat,
Hüquq, Jurnalistika, Kitabxanaçıliq-informasiya, Şərqşünaslıq,
İlahiyyat, Sosial Elmlər və Psixologiya fakültələrinin
hər birində tələbələr üçün
yaradılmış yüksək şərait, müasir
texnologiyaların tətbiqi, Avropa standartlarına uyğun
avadanlıqlarla təmin olunmuş laboratoriyalar və s. barədə
danışmağa, yazmğa ehtiyac yoxdur. Əgər
bu gün BDU-nun adı dünyanın 700 ən yaxşı
universitetləri sırasında çəkilirsə, deməli,
“BDU təhsil, təlim və elm məkanı kimi” düz yol
tutub. Universitetimizin dünyanın
qabaqcıl təhsil ocaqları ilə bir sırada dayanması
heç şübhəsiz rektor kimi A.Məhərrəmovun
neçə illərdir apardığı uğurlu təhsil
siyasətinin nəticəsidir. Elə buna
görə də, “universitet”- deyəndə məhz BDU nəzərdə
tutulur. Axı vaxtilə bir univsrsitet- Azərbaycan
Dövlət Universiteti (ADU) olub, qalanlar isə institutlar idi.
Bu gün universitetlər bolluğunda
“universitet”- deyəndə, yüksək elm və təhsil məkanı
kimi yenə də bir univesitet - BDU nəzərdə tutulur.
Birmənalı olaraq demək olar ki, BDU MDB,
Avropa və dünyada qabaqcıl elm ocağı kimi
qazandığı nüfuzuna görə, ölkəmizdə
universitetlərin flaqmanıdır.
Sonda
yazının əvvəlində qeyd etdiyim
“riyaziyyatçı” və “fizikə” üzümü tutub
soruşuram: - Sizə hansı daha çox vacibdir, A.Məhərrəmovun
BDU-nu dünyanın aparıcı universitetləri
sırasına çıxardaraq, Azərbaycanın adını
yüksəltməsi, yoxsa onun qəbuluna düşmək? Sual fiziki və riyazi çətinlik yaratmadı ki?
Elçin MƏMMƏDLİ
Yazı BDU-nun keçirdiyi “BDU təhsil,
təlim və elm məkanı kimi” adlı müsabiqəyə
təqdim olunur
Təzadlar.-
2014.- 6 dekabr.- S.12.