Əbədiyaşar lider

 

Bu günlər ölkəmizin hər yerində, eləcə də bütün Türk dünyasında xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi, siyasət dünyasının lideri, milli iftixarımız Heydər Əliyevin anım günü qeyd edilir. Zamanın təkəri bizdən uzaqlaşdıqca Heydər Əliyev ucalığı, böyüklüyü bizə daha aydın görünür. Azərbaycanın bügünkü yüksəlişi, dünya birliyində mövqeyinin möhkəmlənməsi, əlaqələrinin gündən - günə genişlənməsi məhz ulu öndərin uzaqgörən siyasətinin, Vətəninə, millətinə olan böyük sevgisinin nəticəsidir. Məhz ümummilli liderin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, dühası Azərbaycanı ucrumdam,faciələrdən xilas etdi və ölkəmizin müstəqilliyini əbədiyyətə çevirdi. Belə şəxsiyyətlər insanların qəlbində əbədi olaraq yaşayırlar. Həyatını xalq, vətən yolunda fəda edənlər heç vaxt unudulmur, xatirələrdən silinmir, həmişəyaşar olurlar.

 

Azərbaycan tarixinin müxtəlif taleyüklüməqamları və mərhələlərində həmişə doğma Vətənimizi ağır sınaqlardan çıxarmaq vəzifəsimüvafiq dövrlərim böyük şəxsiyyətlərinin üzərinə düşüb.Yola saldığlmlz ikinci minilliyin sonuncu yüzilliyi də Azərbaycan dövləti üçün çox keşməkeşli olub. Sovetlər birliyinin süqutundan sonra respublikamız dövlət müstəqilliyini bərpa etdi, lakin bu müstəqilliyi qoruyub saxlayan, onu əbədiyyətə çevirən lider, dövlət xadimi yox idi. Ölkəyə başçılıq edən səriştəsiz rəhbərlərin fəaliyyəti nəticəsində müstəqilliyimiz məhvə doğru gedirdi. Bir tərəfdən erməni qəsbkarlarının Azərbaycan torpaqlarını işğal etmələri və bunun da nəticəsində bir milyondan artıq soydaşımızın öz ata - baba torpaqlarından didərgin düşmələri, digər tərəfdən isə respublikanın daxilində hökm sürən hərc - mərclik, özbaşınalıq, ayrı ayrı şəxslərə xidmət edən qeyri - qanunui silahlı birləşmələr vəziyyəti daha da gərginləşdirirdi. Belə bir vəziyyətdə xalqı arxasınca apara biləcək bir liderə böyük ehtiyac yaranmışdı. Belə ağır bir vaxtda xalq son ümid yeri kimi o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyevə müraciət etdi. 91 nəfər ziyalının imzaladığı həmin müraciətdə deyilirdi: “Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz!”. Ziyalılar ölkədə baş verən özbaşınalıq və hegemonluq barəsində ətraflı məlumat verir və bildirirdilər ki, vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı-yüksək ixtisaslı kadrlar tərk edir. Ulu ondərin diqqətinə çatdırılırdı ki. belə dözülməz bir şəraitdə ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyir. Hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial ədalətdən heç əsər-əlamət də qalmayacaq. Halbuki uzun illər boyu imperiya boyunduruğutotalitar rejim altında inləyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır. Ziyalılar öz müracətlərində qeyd edirdilər ki, bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə, ilk addım olaraq, bunu bir qrup ziyalılar adından biz edirik. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.

Həmişə çətin və ağır məqamlarda Vətəninə, xalqına, millətinə arxa - dayaq olan ulu öndər bu dəfə də “ömrünün qalan ilini xalqına bağışlamağa hazır olduğunubildirdi. O, ziyalıların müraciətinə dərhal cavab verdi və ölkədəki mövcud vəziyyəti təhlil etdi, çıxış yollarını da göstərdi. Ulu öndər ziyalıların müraciətinə göndərdiyi cavab məktubunda müstəqilliyini yenicə bərpa etmiş ölkəmizi böhrandan xilas etmək üçün konkret yollar göstərirdi və belə çətin məqamda xalqla bir yerdə olmağa hazır olduğunu bildirdi, 1993-cü il iyunun 9-da Bakıya gəldi . Bu qayıdış Azərbaycan xalqının qanı bahasına qazanılmış müstəqilliyin qorunub saxlanılması, ölkənin uçrumdan xilası, iqtisadi, siyasi böhrandan qurtulması idi. Heydər Əliyevin dühası, müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, polad iradəsi və gərgin səyi nəticəsində müstəqil Azərbaycanda tədricən həyat öz axarına düşdü.

Ulu öndərin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə sabitlik, əmin - amanlıq yaratdı, hərc-mərcliyin, anarxiyaxaosun qarşısı alındı. Respublikamızın üzləşdiyi ağır fəlakət maraqlı dövlətlərin və düşmənlərimizin yaratdıqları separatçılıq idi. Müstəqilliyimizi istəməyənlər Azərbaycanı xanlıqlara, bölgələrə bölmək, federativ bir respublika yaratmaq istəyirdilər. Azadlığımızın, müstəqilliyimizin beşiyi başında dayanan dahi siyasətçi və zəka sahibi Heydər Əliyev dəyanəti ölkəni, Vətəni, xalqı belə fəlakətlərdən qurtardı. Ulu öndər Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Müdrik şəxsiyyətin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

Məhz ümummilli liderin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verilməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atılması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə edilməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması daimi, əbədi olması bundan da çətindir, deyən görkəmli dövlət xadimi müstəqil Azərbaycan dövlətinin qurucusu kimi dövlətçiliyimizin ideyasını yaratdı. Bütün mənalı həyatını öz xalqına bəxş edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrildi. Azərbaycan xalqı öz görkəmli liderinin müqəddəs xatirəsini həmişə hörmətlə yad edəcək.

Ulu öndərin Azərbaycan xaıqı qarşısında ən böyük xidmətlərindən biri də möhtərəm Prezidentimiz İlham Əliyev kimi intellektual səviyyəli, dərin siyasi düşüncələrə malik, dövlət idarəçiliyini dərindən bilən bir şəxsiyyəti Azərbaycana bəxş etməsidir. Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqa müraciətində bildirmişdir:”...O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasərini və iqtisadiyyatını gözəl bilən, enerjili və təsəbbüşkar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladllarını öz ərtafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən qlobal maliyyə və iqtisadi böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Dünyanın inkişaf etmiş dövlətləri və ən iri şirkətləri bu böhrana məruz qaldıqları halda ölkəmiz bu ağır sınaqlardan məharətlə çıxdı. Möhtərəm prezidentimizin düzgün müəyyənləşdirdiyi iqtisadisiyasi strategiya nəticəsində böhranlı illərdə Azərbaycan öz inkişafından qalmadı. Insanların həyat tərzi yüksəldi, əmək haqları, pensiyalar, sosial müavinətlər artırıldı. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Heydər Əliyev dilimizi, adət-ənənələrimizi, ululardan bizə miras qalan xarakterik xüsusiyyətləri yaşatdı, yad təsirlərdən qorudu. O, dövlət-din münasibətlərinin inkişafına uzaqgörənliklə yanaşdı, tez-tez məscidlərə getməsi, dindarlar, din xadimləri ilə görüşməsi, dini mərasimlərdə iştirak etməsi, dini ənənələrə və abidələrə göstərdiyi hörmət nəticəsində milli ideologiyamızın ayrılmaz hissəsi olan dövlət-din münasibətləri təkmilləşmişdir. Bunun nəticəsidir ki, dini münasibəti müstəqil müəyyənləşdirməkdə, dini etiqada, ibadətdə bu gün ölkənin vətəndaşları qarşısında heç bir manə yoxdur.

Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün sahələrdə böyük dövlət xadimi Heydər Əliyevin əl izləri var. Zəmanəmizin böyük azərbaycanlısı, dünya azərbaycanlılarının liderimüasir türk dünyasının iftixarı Heydər Əliyev xalqını sevən, onunla fəxr edən görkəmli bir şəxsiyyət idi. Onun xidmətlərini tam təfərrüatı ilə sadalamaq, sözlə ifadə etmək, kağız üzərində əks etdirmək mümkün deyil. Çünki bunabir insan ömrü, nə vaxt, nə də insan təfəkkürü kifayət edər. Ancaq etiraf etməli bir həqiqət var, yüz illər keçsə də, ulu öndərimiz hər bir mövzunun müsbət qəhramanı olaraq qalacaq.

Heydər Əliyev qürur hissi ilə deyərdi: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam...”.

Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir öndəri var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcək.

Fatma Əliyeva,

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri

Təzadlar.- 2014.- 11 dekabr.- S.5.