Ocaq aşığı
Məhərrəm Huseynli haqqında danışmaq xoşdur mənə. Onu yaxşı tanıyıram deyə fikrimin üstündə qətiyyətlə dayanıram. On ildən çoxdur bir kollektivdə çalışırıq. Ötən hər il onun açılmamış yeni-yeni mənəvi zənginliklərinə ayna salıb, bizi bir-birimizə bağlayır. Məhərrəm bəy Dədəm Qorqud yadigarı ozan-aşıq sənətimizin həm yaxşı təmsilçisi, həm yaxşı təbliğçisi, həm də yaxşı araşdırmaçısıdır.
Tovuzda doğulub. Tovuzda doğulub,
Turana yol alıb. Yerlibazlıq, tayfabazlıq kimi
insanı böyük
mahiyyətindən ayıraraq
cılızlaşdıran cəhətlər
nə yaxşı ki, Məhərrəm bəyə yaddır.
Azmı olub bu “xəstəlik”
üzündən şairliyini,
alimliyini, aşıqlığını
heç eləyənlər?!
Nə yaxşı ki, Məhərrəm Hüseynli
bu bəladan uzaqdır. O, bəziləri
kimi anketcə milli olanlardan deyil. Soruşa bilərsiniz: aşıq olub milli olmamaq
da mümkündürmü?
Razıyam, mümkün deyil.
Bu müqəddəs sənət milli mədəniyyətimizin heç
cür inkarolunmaz tərkib hissəsidir.
Ancaq azmı görmüşük sinəsində
saz gəzdirib öz rayonunu ölkəsi, öz yerlisini milləti bilən xırdaları, cılızları?.. Tərslikdən Məhərrəm
bəyin də belə yerliləri az deyil.
Bəzən onların içindən
də Məhərrəm
bəyə ağız
büzən tapılır.
Məhərrəm bəy isə
dayanmır. Yorulmadan haqq
bildiyi yola davam edir. Sinəsində sazla, əlində
qələmlə müqəddəs
amallar uğrunda döyüşdədir. Bu yolda bir an
da olsa çaşmır,
ləngimir, təngimir.
Türk dünyasının Mikayıl
Azaflı (“Əzablı”
da demək olar) kimi haqq
bağıran ozanının
sənət köynəyindən
keçməyi Məhərrəm
Hüseynliyə getdiyi
yolda yar olur.
Qoca Azaflıyam, dilim var, lalam,
Elə dərd varmı ki, çəkməmiş
olam,
Təbrizdə qardaşım, Sibirdə
balam-
Bax onlar ağartdı saçımı
mənim.
- deyən Qoca
Azaflının sözün
həqiqi mənasında
ən layiqli mənəvi davamçısıdır
Məhərrəm Hüseynli.
Məhərrəm Hüseynli Bütöv
Azərbaycan savaşının
önündə gedənlərdəndir.
Onun milli davada iştirakı
bəziləri kimi kor-koranə özfəaliyyət
xarkteri daşımır.
O, bu gün Bütöv Azərbaycan davasının ən inamlı, ən sədaqətli yolçularını
özündə birləşdirən,
öz fəaliyyəti
ilə İran fars-molla rejiminin kürkünə birə salan, kökünə balta vuran Bütöv
Azərbaycan Ocaqlarının
fəallarındandır. Aşıq olan
ocaqdan çıxar.
Aşıq olanın ocağı
olar. Necə ki, Alı ocağı,
Ələsgər ocağı,
Şəmşir ocağı,
Avdı ocağı, Mikeil ocağı, Kamandar ocağı, Xanlar ocağı, Əli qədəmgahı
(Aşıq Əli Quliyev ocağını belə adlandırır)
var. Bir də var Məhərrəm Hüseynlinin təmsil olunduğu Bütöv Azərbaycan ocağı.
O ocaq ki, bu gün təkcə
Məhərrəm Hüseynlinin
yox, bütün Azərbaycan türklərinin
istisi özünə
çatan ən müqəddəs ocağıdır.
Məhərrəm Hüseynli
öz ocağımızın
aşığıdır, öz ocağımızın
odunu qoruyur... Ocaq köməyiniz olsun!
Həmid ORMANLI
Təzadlart.- 2014.- 13 dekabr.- S.15.