Ömrün yollarından doğulan yollar: general Ramiz Zeynalov!

 

 

Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Ramiz Zeynalov əsl vəzifə adamıdır

Yollar öz ömrünü, həyatını insanların yol getməsindən, yola çıxmasından, yolda olmasından alırlar... Köhnə bir yolun ayda-ildə bir dəfə tapdalanmasından, ya da bir yol üstündən keçilmiş çəmənlikdən necə yol ola bilər?!

İnsan ayaqlarının səsini, maşınların hənirini, insan köçünü hiss etməyən yollar solğunlaşar, belə yolları ot basar sonda yollar yolluğunu itirdiyinə görəöləbilərlər... Yollar ayaqlardan doğulurdeyənlər yanılmayıblar. Təzə-tər izlər ayaqlardan doğulur, cığır olur, cığırlar böyüyür yola dönür, yollara qovuşurlar...Yolların kənarındaayaq üstəqurumuş ağacların dərdi, təbiətin ağrı-acısı olduğu kimi, kənarı yaşıllığa bürünmüş, istifadə edilməyən yolların da dərdi insansızlıqdır, həyansızlıqdır...

Yolların ölkə həyatında strateji rolu, həyatı əhəmiyyəti, yaşayışın yollarla bağlılığı məlum bir həqiqətdir. Yol sözünün fəlsəfi anlamı həyat sözünü tamamladığını izaha ehtiyacı yoxdur.

Yol sözünün təbiətlə qoşa yarandığı heç bir ucbat, sübut istəmir. Yol sözü, yol özü təbiətin bir parçasının ömrü deyilmi?!

Haqq yolu -Tanrı yolu, ömür yolu-həyat yolu bizi yollara çıxmağa, yaşamağa, yaratmağa səsləyən bir həyati məfhumdur.Yollar ömürdür, yollar taledir, yollar varlığın yaşayışını təmin edən ilkin amil olub, torpağın belinə dolanan, təbiətibağrınabasan min-min qollar deyilmi?!..

İyirmi ildir ki, BDYPİ-nun rəisi general-mayor Ramiz Zeynalovun gözləri yollarımızın üstündədir. İyirmi ildir ki, yollarımızınürəyi”nin rahatlıqla, normal ahənglə vurması Ramiz müəllimin gözlərini güldürüb, qəlbinə bir könül xoşluğu gətirib. Yollarımızınömür yolugözəlləşdikcə, Ramiz müəllimin yolu yaşıl işıqlı olub.

Xalqımızın çox dəyərli övladı, ağsaqqallıq missiyasını hələ cavankən qazanmış Ramiz müəllimə eli-obası həmişə öz xeyir- duasını ürəklə, səmimiyyətlə verib, yolunuz uğurlu olsun deyiblər. El duasını qazanmaqdan gözəl ola bilər ki?!

Hər hansı bir məmurun, bir geniş səlahiyyətli vəzifədə uzun illər çalışması bəzən qısqanclıq yaradır, bəziləri buna mənfi don geyindirib yerində saymaq kimi yanaşırlar guya belə hallar inkişafa mane olur, ətalət yaradır.

Fikir müxtəlifliyinə təbii baxanlardanam. Ancaq, amma lakin bu belədirmi, belə deyilmi sualına-yanaşmanı cavabsız qoyuram... Həyatını-ömrünü yollara səxavətlə pay verən, sadə, səmimi bir insanın, çiyninin üstündəki vəzifə paqonu vətəndaş sevgili ürəyinə ağırlıq salmayan bir generaldan ürəklə söhbət açmağımız həmin düşüncə sahiblərinə ən demokratik ədalətli cavab deyilmi?!

Xalqın həyat səviyyəsinin, yaşayışının ən real görüntüsü yoldur. Hər hansı bir ölkənin iqtisadiyyatının vəziyyətdə olmasının ilkin göstəricisi yollarıdır. Bu yollarda olan hər cür texnikanın idarə edilməsi, sazlığı təhlükəsizliyin təminatçısı, yola xidmət edən, fəaliyyətini yolların üstündə quran üzərinə çox böyük məsuliyyət düşən BDYPİ-nin işini günün tələbləri səviyyəsində qurmağından birbaşa asılıdır.

Hər hansı bir nazirliyin işinin əksəriyyəti kabinetdə həll olunur. Haqqında söhbət açdığımız yolla bağlı olan işlərin sənədlərlə bağlı məsələləri BDVPİ-nin idarə otaqlarında həll olunsa da, yerdə qalan ağır olduğu qədər məsuliyyətli bu işin taleyitəkərlərin üstündədir”, yollardadır.      

Yol haqqında ulu öndərimiz H. Əliyev cənabları çox lakonik tutumlu bir kəlam işlədib: Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır”. Yolun həyat vasitəsi olduğu həm iqtisadiyyatı, mədəniyyəti yaşatdığını bu deyilən cümlədən daha tutarlı demək mümkün deyil.

R. Zeynalovun bu ağır zəhmət tələb edən, operativlik üzərində qurulmuş idarədə uzun illik zəhməti artıq öz bəhrəsini verib. Ölkə iqtisadiyyatının son onillikdə sürətlə güclənməsi nəticəsində yolların dünya standartları səviyyəsində çəkilişi yola məsul idarənin işinin qismən yüngülləşməsinə səbəb olub. İkitərəfli yol sisteminin qurulması yol polisinin işini ən yüksək səvyyədə qurmasına operativliyin təminatına böyük önəm verib.

Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Ramiz Zeynalov əsl vəzifə adamıdır. Bəzən elə olur ki, anlaşılmazlıq üzündən idarəyə müraciət edən bir vətəndaşın işi ləngiyir. Həmin vətəndaş işinin həlli üçün Ramiz müəllimə üz tutmalı olur. Belə hallarda işin müsbət həlli xoş ovqat yaradır. Ötüşən illər ərzində Ramiz müəllimin xarakterini, vətəndaşa yanaşma metodunu mənimsəyən idarə işçilərinin bir devizi budur ki, bu idarəyə müraciət edən heç bir vətəndaş narazı qalmasın.

İdarəetmənin, təşkilatçılığın öz qanunauyğunluğunun olduğu məlum məsələdir. Ramiz müəllimin rəhbərliyi nəzarəti altında bu idarənin tabeliyində olduğu DİN-nazirliyinə narazılıq yüklü şikayət məktubu az hallarda daxil ola bilər. Belə halların olması da təbiidir. Heç şübhəsiz ki, olan yerdə hər hansı bir noqsanın da olması qaçılmazdır. Ancaq belə halların qarşısını almağın yeganə yolu, idarəyə müraciət edən vətəndaşlara diqqətlə, həssaslıqla qayğıkeşliklə yanaşmaqdan başlayır. Odur ki, BDYPİ-nin əməkdaşlarının ən ümdə vəzifələrindən biri insan amilidir.

Rəhbərlik etdiyi idarənin spesifik quruluşunu dərindən bilən, bu təşkilata üz tutanların psixoloji durumundan xəbərdar olan, yaşantılarını keçirən, böyük ürəkli insan olan Ramiz Zeynalov hüquq, polis qayda-qanunlarından kənada bir yazılmamış dədə-baba qanunlarına da yeri düşəndə əməl edir. İnsanın işi düzələndə bir könül rahatlığı qazanır. Ramiz müəllim insan sevindirməkdən zövq alan, etdiyi xeyirxahlıqdan mənən zənginləşən, özünə-vicdanına hesabat verən, qədirbilən birinsanşunasolmağıyla tanınan, öz intellekti ilə fərqlənən ziyalılarımızdandır desək, bu ifadəmiz daha çox yerinə düşər...

İnsan xarakterində yer tutan mənəvi dəyərlərin ən önəmlisi səmimiyyətdir. Səmimiyyət olan yerdə sədaqət, cəsarət və səxavət də olur. Bu vaxta kimi haqqında yazılanlardan, deyilənlərdən və öz şəxsi müşahidələrimdən hiss etmişəm ki, Ramiz müəllim bir səmimiyyət simvoludur. Belə mənəvi dəyərləri hər məmur qazana bilmir. Belə insan - generalların varlıqları cəmiyyətin mənəvi cəhətdən saflaşmasına, zənginləşməsinə və nikbin ruhda inkişafına öz tövhəsini verir. R.Zeynalovun insanlığının-şəxsiyyətinin bir örnək misalı olması, yetişən gənc nəslin əxlaqı, pedaqoji cəhətdən kamilləşməsində bir təkan rolunu oynayır. Gələcəkdə hər hansı bir mövqeyi olacaq gənc övladlarımız bu gün haqqında oxuduğu, eşitdiyi, yerində olan rəhbər bir insanı özü üçün ideallaşdırır.

Yazımızın qəhramanı Ramiz Zeynalovun diqqət, həssaslıq tələb edən, ağır zəhmətli bir idarədə üzün illər çalışması, idarəetmənin mənəvi tərəfinin bütün incəliyinə qədər bilməsi, könül verdiyi, saç ağartdığı bir sahənin əsl mütəxəssisi və ustad bir hüquq-sistem işçisi, istedadlı bir rəhbər olduğu günümüzün faktı olub, göz qabağındakı bir həqiqətin görüntüsüdür.

Bu lirik ricətlərlə başlanan yazımızda ənənəvi olan sadalamalardan yan keçib, qəhrəmanımızın anadanzaman doğulmasından, birinci sinfə nə vaxt getməsindən və əlinin qələm tutan hansı barmağının mürəkkəbə bulaşmasından yazmadıq...

Əslində, bu yazı bir təəssürat və bir ovqat yazısı olub, təqdim etmənin modernləşmiş-müasir növü sayıla bilər.

...Dördnala qalxmış bir kəhərin yüyənini yığmaq, tərəkəmə oğlunun (müəllifin) insaf lüğətinə yad olduğundan, qələm haqqı deyərkən, qanadlı epitetlərə meydan verilərkən, səmimi duyğular sözlə rənglənərkən, fikirlərin “yüyən”ini yığmaq imandan olmazdı...

Ömrünü - Tanrı əmanətini, insanların rıfahı, rahatlığı naminə sərf edənlər xalqın hörmətini, rəğbətini qazanırlar”-cümləsi, ifadəsi Ramiz Zeynalovun şəxsiyyətinin boyuna biçilmiş bir mənəvi libas-mükafatdır”. El duasını qazananları tanrı da qoruyur” kəlamı zamanın sinağından çıxmış həqiqətin bir olan üzü deyilmi?!

***

...Yollar cürbəcür olur - Yerüstü yol, yeraltı yol. Dəniz-çay yolu, hava-səma yolu, ömür yolu-arzu yolubütün yolların başlanğıcı və sonu olan Tanrı yolu...

İslamın yaradıcısı, böyük qüdrət sahibi olan peyğəmbərimiz Məhəmməd (s) buyurmuşdur: “Ev - doğulmaq, ölmək üçündürömür yollardadır.

Daha xırdalamağa ehtiyac qalmır ki, yol -həyat sözünün sinonimidirbu yazıya başlıq seçdiyimiz adı bu şəkildə də demək olar: yolların ömrü, ömrün yollarından doğulur”..

Qəhrəmanımız haqqında deyəcəklərimin daha çoxu ürəkdə qaldı. Yazımın başını yığmaq üçün nəsə bir fikrə də sövqi-təbii ehtiyac duyuldu: “Əsl ziyalı üçün vətənin aşağısı, yuxarısı, ortası olmur”... Tovuzumuzun Qovlar qəsəbəsindən başlanan mənalı ömür yollu, general R.Zeynalov, o taylı, bu taylı torpağımızın boy verən gözəl övladlarından biridir...

Üç nöqtəni təzəcə qoymuşdum ki, 30 il əvvəl yazılmış bir şeirin bir bəndi fikrimdən boylanıb dedi ki, hörmətli generaldan bu bəndlə ayrıl:

 

Yollardan başlayır elə ömür də,

Ömrümüz bənzəyir gülə ömürdə...

Qala,bir söz qalam, elə ömürdən,

O zaman üz olar geri baxmağa,

Bir yol başlamışam üzü sabaha!

 

Üzü sabaha gedən ömür yolunuza aydın, nurlu sabahlar arzulayıram...

 

Nazim

Təzadlar.- 2014.- 13 dekabr.- S.13.