Böyük arzumuz - Bütöv Azərbaycan

 

(Allahın adıyla)

...500 yüz il öncə paytaxtı Təbriz şəhəri olan Bütöv Azərbaycan dövləti qurulmuşkən Çaldıran döyüşü (1514) ilə başlamış, 290 il öncə (1722-24) Çarlıq Rusiyasının (I Pyotrun) Azərbaycan xanlıqlarını işğal etməyə başlaması və erməniləri Xəzərətrafı ərazilərə məskunlaşdırması ilə milli faciələrimizin əsas təkanverici zərbəsi olan (1828) bölünməmizdə xarici amillər də işə düşmüşöz xanlığını vətən bilənlərin təcavüzkar qarşısında belə birləşə bilməməsi isə həlledici rol oynamışdır. İndi isə 7 yerə bölünmüş, 80%-i yadlar əlində, 20%-də müstəqil dövləti olan, amma yenə xanlıq təfəkkürü ilə idarə olunan bir məmləkətdə ömür sürüməkdəyik.

Artıq 7 ildən çoxdur ki, Azərbaycan türklərinin yurd salıb yaşadığı tarixi ərazilərdə hər cür üsullarla susdurulan, sındırılan Azərbaycan xalqının cəsarəti qəzəb halında, ehtiyatlılığı qorxaqlıq şəklində üzə çıxmaqdadır. 2015-ci ilə hazırlaşan erməni, kürd terror təşkilatlarının planları müqabilində, (D. Perincək başda olmaqla “Tələt Paşa Komitəsinin”, A.Nağı başda olmaqlaQarabağ Azadlıq Təşkilatı”nın fəaliyyətləri xaricində) doğrulmayan ümidlər və Milli şüur kasadlığı üzündən “vətəndaşlıq və mənəvi keyfiyyətlərini itirərək'' (Ə.Qəşəmoğlu) uçuruma yuvarlanmaq ərəfəsində olan xalqımızın heç olmasa possionarlığa yaxın 10-15 %-ni tezliklə taleyüklü, səfərbəredici bir ideya, istiqamət ətrafında birləşdirə, təşkilatlandıra bilməsək, “milli kodlarımızı yeniləyib sistemləşdirməsək” (S. Cəlaloğlu) “Dərdimiz yetim qalsa bizdən sonra kim çəkər” (Xudu Məmmədov) durumuna düşəcəyimiz qaçılmazdır.

Milli hədəfimiz olmalı olan milli, islami, demokratik, Bütöv Azərbaycan dövləti qurmaq, milli-mənəvi dəyərlərimizi qorumaq və Əhməd bəy Ağaoğlu başda olmaqlaDifai fədailəri”nin 1905-ci ilin, Nuru Paşa başda olmaqla Qafqaz Türk-İslam ordusunun 1918-ci ilin yazında Gəncədən başlamış olduğları mübarizənin nəticəsi olaraq qurulmuş ADR-AXC ərazisinin bərpası(Qarabağ, Göyçə, Zəngəzur) uğrunda çarpışacaq Allahsevər, vətənsevər, millətsevər, azadlıqsevər nəsil yetişdirməkdən ötrü Bayrağımızda təcəssüm olunmuş aşağıdakı yönümlərə əsaslanan Müasir Milli Məfkurə işləyib hazırlamaq gərəkdir:Göy rəng-türklüyümüz, yaşıl rəng-müslümanlığımız, qırmızı rənğ-azadlığımız, 8 guşəli ulduz (günəş)-dünyaviliyimiz, aypara-ziyalılığımız. Bəli, Dərbənd, Borçalı, İğdırlı ,otaylı-butaylı bütöv Azərbaycanın tarixi ərazisində yaşayan bütün yerli xalqları, millətləri, ümmətləri əhatə edəsi, keçmişimiz, bugünümüz, gələcəyimiz arasında körpü olası,özülü ötən əsrin əvvəlləri Ə. Huseynzadə, Ə. Ağaoğlu, M.Rəsulzadə və b. tərəfindən Milli bayrağımızla qoyulan, əsrin sonu-H. Əliyev, Ə. Elçibəy sağlığında formalaşmağa başlayan dolğun bir Milli igeologiya... Türk-islam gələnəkləri ilə müasir-bəşəri prinsipləri uzlaşdıran Bayrağımızda təsbit edilmiş bu milli məfkurəmizə əsaslansaq, ölkədə Milli-islami-sosial demokratiyanın hakim olduğu Cumhuriyyət tipli dövlət quruluşu tətbiq etmək qarşıya məqsəd olaraq qoyulmalıdır. Milli yolumuzun hədəfi o taylı-bu taylı, iqtidarlı-müxalifətli bütün yurddaşlarımıza yiyə durası, milli-mənəvi dəyərlərimizə, yerüstü-yeraltı sərvətlərimizə sahib çıxası, könüllərdə ölüsünə rəhmət, dirisinə hörmət qazanan, cəmiyyətin bütün iddialı fərdlərinin, zümrələrinin, firqələrinin qatıla bildiyi qarışıq seçki sistemi olanprezidentli parlament respublikası” tipli milli-demokratik bir hakimiyyətdir. Və hakimmiyyətin basqısı və xarici təsirlər altında deyil, ədalətli qanunlar, təmənnasız yardımlar çərçivəsində fəaliyyət göstərərək cəmiyyətin maddi və mədəni inkişafına, dəyər və hüquqların qorunmasına, nəzarət və təşəbbüslərin tətbiqinə, vətənimizin və tariximizin təbliğinə, dərdlərimizin və problemlərimizin həllinə yardımçı olan - müstəqil informasiya vasitələri və yazarlar; müstəqil hüquq müdafiəçiləri və vəkillər; müstəqil iqtisadi təşşəbbüskarlıq və mülkiyyətçilər; müstəqil ruhani icmaları və dindarlar; müstəqil elm, mədəniyyət mərkəzləri və araşdırmaçı, yaradıcı insanların birləşdiyi ictimai institutlar.

Buna görə də səfərbəredicilik yönümləri olan 1. Millilik 2. İslamilik 3. Demokratiklik 4. Ədalətlilik 5. Azərbaycanlılıqla quruculuq yönümləri olan 1. Hüquqi Dövlət 2. Milli Təhsil 3. Güclü Ordu 4. Sağlam Ailə 5. Doğru Din bilginləri toplanıb bir ictimai qurumda birləşməyi vicdan və vətəndaş borcu bilməlidir. İlkin olaraq mümkünlük çərçivəsində və mövcud ərazidə, müsbət nümunə və müştərək model formalaşdıraraq 1. Dövlət müstəqilliyi, 2. Vətəndaş cəmiyyəti, 3. Milli mədəniyyət, 4. Sosial iqtisadiyyat və 5. İnsan hüquqlarının tətbiqinə nail olmaq üçün Milli Mərkəz statusluBütöv Azərbaycan uğrunda Bilginlər birliyi” adıyla təşkilatlanmaq təşəbbüsündə bulunmaq olardı.

Beləcə, millət olaraq iki yol ayrıcında və uyğun olaraq Allahın təqdirləri (varlıq aləminə hakim olan qaydalar toplusu) qarşısındayıq: Ya tənbəl və tamahkar, bir-biriləri ilə didişən, təbii gücünü səmərəsiz işlərə sərf edən, zamanını və mühitini tanimayan, öz xeyrini düşünüb başqalarını unudan, Allahsızlığa və əxlaqsızlığa yuvarlanan, nəticədə, parçalanaraq, işğal edilərək əsarət altına düşən millətlər kimi gec-tez bədbəxt və məhv olmalı və ya da zəhmətkeş və savadlı, milli taleyi haqqında düşünən, sinfi fərqləri aradan qaldırmağa çalışan, insan şəxsiyyətini qiymətləndirən, varlıları yoxsullarının haqqını ödəyən, vətənini və qeyrətini qoruyan, nəhayət, dövlətini quraraq öz qanunlarına əməl edən millətlər kimi rahatlıq və tərəqqi halında yaşamalıyıq... “Millətlərin taleyində isə onların istəyindən başqa bir şey amil sayılmır. Çünki qəza -qədər millətə, insana yox, onların seçdiyi yola aid olan bir məsələdir”. (“Dini suallara cavablar” kitabından).

Bütün türk dünyasına anladılmalıdır ki, onların dünyada həqiqi söz sahibi olması güney Azərbaycanın azadlığı ilə bütöv Azərbaycanın bərpasından” (A.Mədətoğlu) və Türkiyədə milli dövlətin qurulmasından asılıdır. Əbülfəz Bəyin bəlirlədiyi, Türk-İslam dünyasının birlik qapısı olan Bütöv Azərbaycan Cumhuriyyəti hədəfli - həqiqi hakimiyyət bölgüsüseçkili hakimiyyət, maariflənmiş cəmiyyət və qarşılıqlı məsuliyyət, sosial ədalət və nizamlı islahatlar yolumuz dünyada gedən prosesləri anlayan dəyərli aydınlarımız sayəsində, milli taleyimizi düşünən Dünya Azərbaycanlılarının qatılımıyla, əsas əngəl saydığımız beynəlxalq basqı və biganəliyi aradan qaldıraraq, Güneydə və Quzeydəki ölkədaxili müşkülləri həll edərək uğurlu sonluğuna yetişər, Allahın izniylə.

Cabir Albantürk

şair-publisist

Təzadlar.- 2014.- 13 dekabr.- S.10.