Hüsnrəğbət bəslənilən böyük ədib anıldı...

 

Böyük sənətkar, görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq puplisist, qoyub getdiyi öz zəngin, bənzərsiz ədəbi-bədii irsi ilə seçilən sevilən, ürəklərdə taxt qurub, yaşayan İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasının inkişafı, onun təşəkkül formalaşması, dolğun bitkin bir mərhələyə yüksəlməsi üçün əvəzsiz xidmətləri olan, ona layiqli töhfələr verən sənətkarlarımızdan biridir.

 

Cəfər Cabbarlı ənənələrinin layiqli davamçısı olan, onu böyük inam, uğurla davaminkişaf etdirən, ona yeni ruh və məna verən, orijinallıq, novatorluq gətirən yazıçı-dramaturq ədəbiyyatımızda lirik-psixoloji dramaturgiyanın yaradıcısı, onun banisidir. Ölməz sənətkar ilk dəolaraq qadın surətini tarixi dram janrının qəhrəmanı seçərək, onu təqdir və yüksək pafosla tərənnüm edir, real, əsl həyatdan götürülmüş gerçəklikləri böyük inamxüsusi şövqlə canlandırır, bununla da geniş oxucu kütləsinin, auditoriyanın rəğbətini qazanır, onun sənətsevər qəlbinə, hiss və düşüncələrinə, duyğularına hakim kəsilməyi bacarır. Bu ədəbi düşüncə və fikirlər böyük sənətkara, görkəmli yazıçı-dramaturqa olan sonsuz sevgi və məhəbbət, hüsnrəbğət, onun anadan olmasının 100 ililk yubileyi münasibəti ilə keçirilən tədbirdə doğma el-obadan, torpaqdan uzaqda, Sumqayıtda müvəqqəti isti sığınacaq tapıb, məskunlaşan, lakin ürəyi yurd həsrəti ilə çırpınan, döyünən Füzuli rayon 7 saylı tam orta məktəbin pedaqojişagird kontingenti arasında da xoş istək, duyğu və hisslər fonunda səsləndirilərək, ona yeni məna, ruhçalar verilib. Bu sözsüz, əvəzolunmaz şəxsiyyətə dərin ehtiram, hörmət və məhəbbətin parlaq təzahürüdür. Azərbaycanın bu görkəmli oğlu indi bir hissəsi əsrlikdə olan Qarabağ torpağının, doğma el-obanın, bu yerin-yurdun yetirməsidir. Sözsüz, o, hər birimiz üçün qürur mənbəyidir.

Tədbirdə çıxış edən, öz ürək sözlərini ədəbi-bədii dillə çatdıran məktəbin direktoru, filoloq Sahilə Məmmədova, pedaqoqlardan Səminə Nuriyeva, Əstarə Qurbanova, Zülfiyyə Tahirova, Kəmalə Mehdiyeva və başqaları görkəmli ədibin həyat və fəaliyətindən, yetişdiyi ədəbi-ictimai mühitdən, onun çoxsahəli, ədəbi- bədii yaradıcılığından, ədəbiyyatımıza, bütövlükdə ədəbiyyatşünaslığımıza bəxş etdiyi yeni töhfələrədən geniş söhbət açaraq onun indiki və gələcək nəsillər üçün çox zəngin, qiymətli bir irs qoyub getdiyini dönə-dönə vurğulayıblar. Söz yox, bu zəngin irsdən, miras qalan ədəbi həyatdan çox şey öyrənmək, götürmək olarondan, bu sənət incilərindən bəhrələnməliyik. Onun yaradıcılıq fəaliyyəti, ampluası çox geniş diapozona malikdir və çoxcəhətlidir. O, ədəbiyyatımızda yanlız yüksək ədəbi-bədii təfəkkürün inikası, təzahürü olan və həyat gerçəkliklərini dolğun, bitkin şəkildə, maraqlı bir dramatik fonda əks etdirən roman, pyes, hekayələr deyil, eyni zamanda kinopovestlər ustası kimi də məşhurdur və bu sahədə bir sıra dəyərli əsərlərin müəllifidir. Onu da deyək ki, böyük yazıçı-dramaturqun ədəbi-bədii yaradıcılığında mühüm yer tutan, ona sönməz şöhrət, məhəbbət qazandıran, tanıdan “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca” “Üçatılan” və s. roman, povestləri bu gün də hər azərbaycanlının, ədəbiyyatsevərin sevə-sevə dərindən mütaliə etdiyi, bəhrələndiyi yüksən sənət əsərləridir, onların stolüstü kitabıdır. Bu əsərlər böyük siyasi-ictimai motivləri özündə əks etdirir. Yazıçının yaratdığı hər bir obraz, surət və süjet sanki geniş bir həyat, yaşam lövhələridir, o canlı aləmdir və bu əsərlərin mənbəyi sözsüz, real gerçəkliyə söykənir, götürülən, təsvir, tərənnüm olunan bu həqiqətlərin parlaq inikası, təzahürüdür. Bütün bu əsərlərdə dramatik fonda təsvir olunan hər şey böyük ustalıqda, xüsusi bədii çalar vasitəsi ilə oxucuya təqdim olunur, onun qəlbinə yol tapa bilir. Onu ram edir. Odur ki, oxucu özünü sanki cərəyan edən bu hadisələrin fonunda, gur axarında və içində görür, o anları bir daha yaşayır, dərindən nəfəs alır, problem və qayğılarına şərik çıxır. Bu, həm də onu baş verən hadisələri dərindən təhlil edib, araşdırmağa, onu öyrənməyə və ciddi nəticə çıxartmağa sövq edir. Bir sözlə, böyük yazıçı-dramaturqun ədəbi-bədii yaradıcılığı tükənməz bir xəzinədir. Və bu fəaliyyət möhtəşəm bir sənət, elm məktəbidir. Bu ədəbi məktəbi sevə-sevə, dərindən öyrənmək, onu təqdir, təbliğ və tərənnüm etmək bütün ədəbiyyatsevərlərin borcudur.

Tədbirdə məktəblilərin böyük ədibə, görkəmli ictimai-siyasi xadimə həsr və onu vəsf, tərənnüm edən ədəbi-bədii çıxışlar da hərarətlə qarşılanaraq ürəkləri riqqətə, ehtişama gətirib. Xüsusilə, məktəbin 9-cu sinif şagirdlərinin böyük zövqlə yazıçının əfsanələr fonunda yazılmış və hər bir uşağın stolüstü kitabına çevrilmişHökmdar və qız” əsərindən bir parçanı səhnələşdirilmiş fonda taşamaşa qoyulub təqdim olunması və onun lirik, həzin çalarlarla nümayiş etidirilməsi rəğbətlə qarşılanıb. Hazırlanmış şeir parçaları da tədbirə qatılanlarda xoş ovqat, böyük coşqu, zövq və görkəmli ədibə hüsnrəğbət, məhəbbət oyatmağa, aşılamağa xidmət göstərib.

 

S.Həsənli

Təzadlar.- 2014.- 16 dekabr.- S.13.