Mənalı ömrün akkordları

 

Şair, publisist, tədqiqatçı Teyyub Qurbanın “Ömür yolları” (Bakı, Ol nəşriyyatı, 2013) kitabını ötən ilin maraqlı nəşrlərindən hesab etmək olar.

 

İllərlə yanlış yazılan tariximizdən yaxşı bilmədiyimiz hər birimizə maraqlı olayların, hadisələrin, mətləblərin qaranlıq tərəfləri burada arxiv sənədləri əsasında həyat faktlarına istinad etməklə humanizm və ədalət idealı mövqelərindən mürəkkəbliyi və ziddiyyətləri ilə dürüstlük, dəqiqlik, gerçəklik cəhətdən əsaslandırılaraq tətbiq edilir. Teyyub Qurban öz vətəndaşlıq mövqeyini, dərin xəlqiliyini idafə etməklə yanaşı, həm də xalqın mənafeyinə xidmət etmiş, məhz buna görə də xalqın etimad və hörmətini qazanmış, xalq tərəfindən sevilmiş qəhrəmanlarının - Hacı Zeynalabdin Tağıyevin, Məhəmməd Əmin Rəsulzadənin, Nəriman Nərimanovun və s. şəxsiyyətlərin müdafiəsinə keçir”.

Yuxarıdakı parça bu günlərdə işıq üzü görmüşTeyyub Qurban-80: biblioqrafiya” (Bakı, ADPU-nun mətbəəsi) kitabında verilmiş “Səsimə hay verən var” məqaləsindən götürülüb. Yeni nəşrdə (müəllif uzun illərdən bəri Teyyub Qurbanın yaradıcılığına böyük maraq göstərən Mədinə Vəliyevadır) professor Şamil Salmanovun, publisist Mehriban Rzayevanın, əməkdar jurnalistlər Əlirza Balayevin və Əliabbas Əlimədətoğlunun oçerkləri, yubilyar haqqında ürək sözləri yer alıb. Onlar qüdrətli qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fədakar ziyalı, tədqiqatçı, tanınmış şairictimai xadim Teyyub Yarməmməd oğlu Qurbanın 60 ildən artıq bir dövrü əhatə edən zəngin və dəyərli yaradıcılığını sevgi və sayğılarla araşdıraraq yüksək qiymətləndiriblər.

1956-cı ildən tanıdığım Teyyub Yarməmməd oğluna həmişə rəğbət bəsləmişəm. Vətənpərvərliyinə, sadəliyinə, cəsarətinə, mərdliyinə, haqq tərəfdarı olduğuna görə. Hər dəfə rastlaşanda ən yaxın adamım kimi salamlaşır, müsbət enerji alıram ondan. Onun yaradıcılığına həmişə böyük maraq göstərmiş, məhsuldarlığına heyran olmuşam. Ötən əsrin altmışıncı illərində oxucuları şeirləri ilə feyziyab edirdi. Sonralar isə aktual məqalələri, kitabları ilə tanındı. Uzun illər Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırovun həyat və mübarizəsinə həsr olunmuş “Düşmənlərindən güclü şəxsiyyət” kitabını oxuduqdan sonra isə Teyyub Qurban gözlərimdə nəhəngləşdi. Bu əsəri həqiqətlər toplusu, böyük şəxsiyyətə qondarma məhkəmə yapanlara qarşı ittiham aktı, eləcə də bilik xəzinəsi adlandırsam, yəqin ki, mübaliğəyə yol vermərəm. Həmin kitabın təqdimatı zamanı müəllifə təşəkkürümü bildirmişəm, bu gün, 80 illik yubileyi münasibətilə ona minnətdarlığımı çatdırmaq istəyirəm. Bir müzakirə zamanı həmin kitab, orada əksini tapmış arxiv sənədləri opponentimin “kürəyini yerə vurmaqda” karıma gəldi. Heyrətamizdir, 20 il sərasər məmləkətimizin başçısı olmuş, respublikanı, xalqımızı şər qüvvələrdən qorumuş böyük şəxsiyyəti bu gün nəinki böyüməkdə olan nəsil, hətta yaşlı insanlar da kifayət qədər tanımır, tanıyanlar isə unudublar. Burası da qəribədir ki, qəddarlıqda tayı-bərabəri olmayan tiranlar - iri bir şəhəri yerlə yeksan edib bütün əhalisini qılıncdan keçirən Çingizxan, Bağdadda 90 min insanın həyatına son qoyan Teymurləng, eləcə də Napoleon, Hitler, Mussolini kimi diktatorlara Azərbaycan Sovet Ensiklopediyasında yer verilib, “müstəbid” Mir Cəfər haqqında isə heç nə yazılmayıb.

Sanki belə bir adam olmayıb. Teyyub Qurban var olsun ki, həqiqətləri aşkara çıxararaq oxucuların ixtiyarına verib.

Yubilyarın digər əsəri maraqlı dəyərlidir, oxucunu dərindən düşünməyə sövq edir. Əgər bu kitabları oxusanız, həm bilik qazanarsınız, həm yeni dost. “Teyyub Qurban - 80: biblioqrafiyakitabı bu baxımdan etibarlı bələdçiniz ola bilər. M.F.Axundov adına Milli KitabxananınDiyarşünaslıq elmi biblioqrafiyaşöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş bu göstərici 3 hissədən ibarətdir. Birinci hissədə şairin kitabları, dövri mətbuatda məcmuələrdə çapdan çıxmış əsərləri, elmi-tənqidi publisistik məqalələri, tərcümələri, redaktə etdiyi əsərlər toplanıb. Göstəricinin ikinci hissəsində isə müəllifin həyat yaradıcılığı haqqında materiallar öz əksini tapıb. Üçüncü hissədə T.Qurbanın rus dilində nəşr olunmuş əsərləri haqqında olan ədəbiyyat verilib.

 

Əliabbas Əlimədətoğlu

Təzadlar.- 2014.- 16 dekabr.- S.13.