Sadəliyində müdriklik yaşadan sənətkar...

 

Bəzən yazarlar arasında belə bir mülahizə - tendensiya yaranıb ki, yalnız təzə çapdan çıxmış kitablar haqqında söz demək olar. Mənə elə gəlir ki, bu yanlış bir yanaşmadır. Yəni kitab ötən və bu ilin kitabıdırsa, haqqında nəsə yazmaq, söz demək olar, yox, bir neçə il əvvəlin kitabıdırsa, artıq bu kitab barədə yazmaq, indiki oxucuya tanıtmaq olmaz. Niyə?

 

Məlumdur ki, kitab istənilən və lazımi səviyyədə alınmır, oxunmur. Bunun ilkin səbəblərindən biri də həyat tərzidir. İkinci bir səbəbi isə kompüter-internetbu kimi texniki sivilizasiya ilə əlaqələndirmək olar... Amma qənaətim - inamım odur ki, hər cür elektron kitabxana olsa belə, maraqlı bir kitabı əldə tutub, oxumağın yerini heç nə verə bilməz. Nəsr kitabını mütaliə edərkən, obrazların taleyi ilə bağlı düşünənlər içində yuxuya gedib, kitabı da əlindən yerə qoymayıb və kitabla bir yerdə yatmaq halları hər bir yaşlı nəslin zövqlü oxucularının həyatında olub.

Şeir kitablarına də həmin cür yanaşılıb, taleyin bir məqamını xatırladan və yaxud da beynini tərpədən, ürəyi silkələyən bir poetik misranın, bəndin təsiri altında azmı duyğulanmışıq, düşünmüşük?!

Görkəmli fikir adamı, müasir poeziyamızda öz yeri olan, fərdi poetik düşüncə tərziylə seçilən, orjinal deyim ustası olan Mirəfsəl Təbibin “Mütərcim” nəşriyyatında 2007-ci ildə nəşr olunan 250 səhifəlik şeirlər kitabı ilə tanış oldum.

İndiyənə kimi haqqında bir neçə dəfə söz dediyim, yaradıcılığına hörmətlə yanaşdığım və bu böyük şəxsiyyətlə hər bir kitabını mütaliə etdikcə bir daha doğmalaşdım.

Müəllifin “Daha üz çevirmək mümkün deyildir” adlı əlimdə olan bu kitabında gedən sonetvari altılıqlar mənə çox maraqlı göründü. Heca vəzninin onbirliyi ilə yazılmış bu şeirlərin hər birinin öz poetik çəkisi, fikir gücü var. Azərbaycan poeziyasında nadir halda yazılan bu şeir növünün maraqlı tərəfi odur ki, Dünya, Təbiət, Həyat, insanlıq və insan sevgisi barədə öz fəlsəfi fikirlərini verərkən, bir bənddə üz tutduğu mövzudan danışır və ardınca iki müstəqil beyt yazır. Son iki misra şairin mövzuya yanaşması “qapı”nı açan açar rolunu oynayır. Qərb sonet janrı ilə qohumluğu duyulan bu şeir növü bayatımızdan iki misra artıq olsa da, bu şeir növü bayatımızın “əmisi oğluolduğu təsirini bağışlayır. Bayatı, rübai üslublu birinci bənddən sonra gələn qoşa qafiyəli məsnəvi tipli beyt isə şeiri tamamlayır.

Ayrılıqda bir kitab ola biləcək bu altılıqlar bölməsi, geniş poetik nəfəsli Mirəfsəl Təbib yaradıcılıq yolunun bir uğurudur və həm də bu şeir formasının yaşam hüququ qazanması qələm dostumuza məxsusdur.

Hər bir yazılan, “Ön söz”, təhlili məqalə, resenziya, açıq mətub, “son söz” əvəzi kimi yazılar, sənətkarın yaradıcılığının dəyərinin açımına yönəlmiş bir ədəbi missiya olduğu məlumdur.

Kitabdakı səmimi müəllif sözündən sonra 13-cü səhifədə altılıqlar başlayır və 125-ci səhifədə tamamlanır. Deməli, 112 səhifəlik bir bölmə bu tipli yazılara kitabda meydan verib. Bu yazımda, kitabı oxuduqca “üzümə gülən”, “əlimdən tutan” fikirlərin hamısına da olmasa bir qisminə yer ayırmasam, haqsızlıq etmiş olaram.

Son dərəcə iti müşahidə qabiliyyəti, həssas duyumu olan qələm dostumuzuniki yad” məfhuun açımının, poetik mənasının görüntüsünə fikir verək:

 

Ulduzların axıb sönməsi nədir,

Göylərdən “naməlum” enməsi nədir.

Yadın yad olması aydın məsələ,

Doğmanın yadlara dönməsi nədir.

 

Bunları ağılla dərk eləsən sən,

Özəlim heç zaman səhv eləməzsən.

 

Göy cisimlərinin hərəkətini, başqa planetdə yaşayanların yerlə maraqlanmasını, doğmanın yad olub, üzünün dönməsini bədii sualla verən müəllif, bütün bu olaylara ağılın gözüylə baxmağı təlqin edir, - bu nəsihət deyil, ağıl vermək deyil, ağlının sözünə bax, düşün fikri şair məramı olub, hər bir düşüncənin ağılın övladı olduğunun təsdiqə ehtiyacının olmadığının dərkinə bir poetik çağırışdır.

Mirəfsəl Təbib, altılıqlarında istifadə etdiyi, işlətdiyi “gözəlim”, “gülümkimi sözləriylə lirik “mən”i olan gözəlim, gülüm kimi sözlər, bayatımızda işlənən “mən aşiq”, “əzizinəm” ifadələrinin yeni variantı olmaqla, ustad sənətkarımızın poetik tapıntılarının bir növüdür.

Hər bir insanın anaya öz münasibətinin olduğu təbii-insani bir haldır. Amma təqdim edəcəyimiz bir altılıqda müəllif ana qayğısından doğan öyüdü qeyd etməklə, ən şirin ülfətin də ana ülfəti olmasını deməsi ilə yanaşı, ana südünün ən təmiz bir iskir - həyat mənbəyi olduğunu qabarıq verir:

 

Dünyada yaşayan ən qiymətli dürr

Ananın qayğılı bir öyüdüdür.

Ən şirin bir ülfət ana ülfəti,

Ən təmiz olan da ana südüdür.

 

Bunları bilməsə qəlbi qaralar

Gözəlim, dünyanı fəlakət alar.

 

Ana qayğısı, ana ülfəti, ana südü! Heç nəylə əvəz olunmaz mənəvi-maddi bir ehtiyacdır. Bu yerdəDərdəm Qorquddastanından olan bir epizod; ana südü, dağ çiçəyinin qarışığının yaraya məlhəm olması xatırlanır. Qəlbi qaraların bu həqiqəti bilməməyi fəlakətdir. Söylənilən fikir-duyğunun nüvəsində ANANIN müqəddəsliyinin bu şəkildə təqdim edilməsi, aşılanması şair duyğusunun parlaq təhəzzürü deyilmi?!

Mirəfsəl Təbib qələmindən çıxan əsərlərin içərisində qeyri-təbii görünən lövhələr, detallar, bənzətmələr yox dərəcəsindədir. Müəllifin bir lirik altılığını oxuyaq:

 

Xəyanət etmərəm heç zaman sənə,

Canımda xəyanət hüceyrəsi yox.

Olsun ki, kobudluq edərəm,.. yenə

Üzr istəyərəm sonra çox, lap çox.

 

Xətrini tutaram ucadan uca,

Gözəlim, beləcə ömrüm boyunca.

 

Torpağa, toxum düşməyibsə, göyərər?” - fikri, - “canımda xəyanət hüceyrəsi yoxfikrinin məntiqi təsdiqi deyilmi?! Sevdiyinə xəyanət etmədiyi bu bir misrayla öz təsdiqini tapır. Səbəbkarhüceyrəolur, bu isə yoxdur, - deməli yoxdan heç var olmur, - bu isə nəticədir...

yenə bir səmimi etirafa göz qoyaq:

 

Bəzən “can” deyirəm başqalarına,

Bəli “can” deyirəm “can-can” demirəm.

Tək sənsən “can-can”ım, inan sən buna,

İstəsən min, milyon dəfə gəl sına.

 

Təkcə sənə “can-can” söyləyirəm mən,

Gülüm, bu belədir, bilmək istəsən.

 

Can sözü dilimizdə, ünsiyyətdə olduğun şəxsi, cinsindən asılı olmayaraq, əzizləməyin xoş ülfət yaratmağın formasıdır. Adətən danışanın deyil, qarşı tərəfin “can” deməyini görmüşük. Lakin M.Təbib, bu incə ruhlu, nəcib insan ünsiyyətdə olduğu, səmimiyyətinə inandığı insanları da, istər söhbət ərəfəsində, istərsə , telefonda salamdan sonra bir “can” sözüylə çox böyük səmimiyyətlə mükafatlandırır.

Şair bucanmövzusuna təkrarən qayıdır. Növbəti “can” deməsindəqarşında əyilməz başını əyimyanaşmasında, kimsənin qarşısında əymədiyi başını təkcə istəklisi qarşısında əydiyini - ehtiramın ən yüksək formasında bildirir:

Sənə əzizimsən, canımsan deyim,

Qarşında əyilməz başımı əyim.

Sən mənə mehriban bir ülfət göstər,

Mən sənə ən şirin “can-can” söyləyim,

Gözəlim “can-canım”, sən “can-canımsan

Bütün varlığımda axan qanımsan.

 

Bu dəfəki eyni mövzulu altılıqda zərrə qədər təkrar yoxdur. Əvvəlkican”dan sonracanımsözü bütöv işlədilir, sevən daha da irəliyə gedərək, daha da doğmalaşaraq, “bütün varlığımda axan qanımsandeyir. İndiyənə kimi sevdiyinə heç vaxtqanım”san, deyən müəlliflə rastlaşmamışam. Sevdiyindəntərəf-müqabil”indən mehriban ülfət gözləyən, “Mən ən şirin “can-can” söyləyim deyir.

Burada fikir çox aydındır: “can-can” sözü təkrar deyil, təkrir deyil, - söz oynatmasıdır. Belə məqamlar ustalıq istəyir ki, fikri lakonik, yığcam deməklə mətləbini aça - sözü hədəfə - “obyektəçatdıra biləsən...

Bu yazımızda, qüdrətli qələm ustası, sözlərin rəngləriylə əlvan fikirlər - duyğular tablosu yaradan bir böyük sənətkarın yaradıcılığının bir qisminin - altılıqlarının təhlilinə meydan verdik. Şeirin istənilən janrında - formasında öz ilham atını dördnala çapan, ilhamınıncilovunuvaxtında yığıb, fikir düşüncələrinin təmkinini hər vaxt gözləyən, böyük bir türk övladının sənətkar mövqeyinə imkanımız qədərində işıq salmağa, sənət dostumuza, qələm borcumuzu qismən olsa qaytarmağa - ödəməyə çalışdıq...

 

Ol” - deyildi, varlıq əzəl səs sonra,

Hər kəs - bütün bəşəriyyət, kəs sonra,

Bəlkə bu kainatın sonu var,..

Bəlkə yoxsa, bəlkə var, bəs sonra?

 

Bəs sonrasualı min-milyon ildir,

Gülüm, cavabsızdır, məlum deyildir.

 

Bu bəndin başa düşdüyümüz açımına ehtiyac duymadıq. Bəzən hər hansı bir sənət nümunəsini təhlil edib, xırdalayanda, tapılmış, doğulmuş fikir öz bakirəliyini itirə bilər. Dünyanın tanrı nidasıylaOlsözüylə yarandığını eşidib, öyrənmişik... Bu altılıq Mirəfsəl Təbib kimi bir Övliyanın - mütəfəkkirin, şairin-filosofun dünya dərkinin peyğəmbərcəsinə çəkilmiş əksi - lövhəsidir!!!

Daha üz çevirmək mümkün deyildirkitabında yer tutmuş 112 səhifəlik bölməsinin 13-cü səhifəsindən 25-ci səhifəsinə gəlib çıxdıq. Cəmi 12 vərəq-səhifəyə nəzər saldıq. 12-səhifədən bir neçə nümunə verib, şair fikrinə söykək kimi təhlilinə can atdıq... Əgər şair dostumuz Mirəfsəl Təbib - böyük Ürək İstedad sahibi (həyatda, ədəbiyyatda), təkcə haqqında danışdığımız bu bir şeiri - altılığını yazmış olsaydı belə, yenə cəmiyyətə şair-filosof töhfəsini vermiş olardı...

Çox istərdim ki, son dərəcə təvazökar olan Mirəfsəl Təbibinşairin kitabxanasıseriyasından (sovetlər dönəmində belə bir rubrikalı kitablar çap olunurdu) yaxudSeçilmiş əsərləradı altında dövlət qayğısıyla kitabları nəşr olunsun. Belə bir yanaşmadan isə, yalnız üzvü olduğumuz cəmiyyət qazanardı...

***

Sadəliyində bir müdriklik yaşadan, həyatını, ömrünü məğrurluqla yaşayan, təmənnasız ömür sürüb, yazıb-yaradan, İnsan adını varlığıyla şərəflənirən, bir yaradıcı ziyalımıza, filosofumuza insanlıq istedadlı böyük sənətkarımıza, yaşının 70 illiyi ilə əlaqədar olaraq, layiq olduğu adın - dəyərin - qiymətin verilməsinə mənəvi-zəruri bir ehtiyacın olduğu qənaətindəyəm...

NAZİM

Təzadlar.- 2014.- 16 dekabr.- S.11.