Dekabrın 14-ü Xudu Məmmədovun doğum günü idi

 

Tanınmış insanlar Xudu Məmmədov barədə nə deyirdi?

image here

(Əvvəli ötən sayda)

 

...Dünya şöhrətli alim Xudu Məmmədov barədə çoxsaylı fikirlər mülahizələr var. Onun elmlə sənətin, insanlıqla mədəniyyətin mənəviyyatın vəhdəti barədə fikirləri həmişə aktual olub.

Rafiq Əliyev, professor:

- ...Yanılmıramsa, 1977-ci ilin qışı idi. Bakıda o qədər qar yağdığı hələ yadıma gəlmir. Bir nəqliyyat işləmir - avtobus, tramvay, avtomobil... O vaxt Azərbaycanda cəmi bir televiziya vardı, orda Xudu müəllimlə mənim müştərək verilişimiz efirə çıxırdı - “Elm həyat”. Gördüm tezdən zəng vurub ki, gedirik? Təəccüblə deyirəm, necə? Mən yuxarıdaDrujbakinoteatrının yanında, o isə Az.TV- nisbətən yaxın - dəniz kənarında yaşayırdı. Qayıtdı ki, qol-qola verib piyada qalxarıq. Çıxdıq ekrana. Mövzumuz beləydi: “Sistem onun quruluşu”. Fərqi yoxdu, cəmiyyətdə, ya təbiətdə. Xudu müəllim simmetriyadan danışdı. Dedi: “Ailədə, dostluqda, cəmiyyətdə, harada olur-olsun, simmetriya pozulursa, sistem dağılır”. Sonra studiyadakı lövhəyə böyük hərflərlə yazdı: XALQ, QALX. Ardınca da dedi: “Görürsüz, hərflərin düzümü dəyişir ayrı-ayrı mənalar verir”. Mən əlavə elədim ki, düz deyirsiz, Xudu müəllim, mərkəzləşmiş dövlət heç vaxt yaşaya bilməz, o, mütləq dağılmalıdır. Söhbət 1977-ci ildən, Sovet dövründə gedirdi... Onda verilişi studiyada lentə yazdırmaq söhbəti yox idi, hər şey efirə canlı verilirdi. Xudu müəllim arada bir qulağıma pıçıldadı ki, bizi burdan salamat buraxacaqlar, ya yox, bilmirəm...

***

Xudu Məmmədov özü isə yazırdı:

İnsan bir hüceyrədən böyüyərkən insanlığın təkamül yolunu həm maddi, həm psixoloji cəhətdən təkrar edir. Bizim dünyaya, keçmişə, gələcəyə münasibətimiz bu yolla formalaşır. Vaxt getdikcə mənsub olduğumuz ailə ilə eyniləşirik: dərdimiz, düşüncəmiz, dostumuz, düşmənimiz bir olur. Elə vaxt gəlir ki, biz öz millətimizlə eyniləşirik, onun keçmişi bizim keçmişimiz, onun gələcəyi bizim gələcəyimiz, onun dərdi bizim dərdimiz olur. Bu vaxt biz insanlıqla eyniləşirik. Bu mərhələləri hiss etmədən yaşamaq onun ən ibtidaisində ilişib qalmaq deməkdir.”

Ağdamdakı Çay evinin tikilməsi zəruriyyəti necə yaranmışdı?

 

Sadıq Murtuzayev,

Ağdam KP-nin keçmiş 1-ci katibi:

- O dövrdə Ağdam məscidi bütün bölgədə fəaliyyətdə olan yeganə məscid idi. Qonşu bölgələrdən gələn dindarlar üçün bir xidmət obyekti tikdirmək lazım gəlirdi. Lakin onu birbaşa məscidə xidmət kimi həyata keçirmək artıq söz-söhbətə səbəb ola bilərdi, kommunist rejimi buna heç imkan verməzdi. Xudu müəllimlə məsləhətləşdik ki, məscidin qarşısında kiçik bağda “ÇAY EVİ” adı ilə bir bina tikilsin. Qısa vaxtda Xudu müəllimim bu binanın layihəsini maketini hazırladı. Bir neçə aya əzəmətli çay evi hazır oldu.

***

Ustad Bəxtiyar Vahabzadənin Nurəddin Rzanın xahişi ilə yazdığı Xudu bəyin xatirəsinə ithaf etdiyi “Ay dədəşeiri:

...Mənim beş qarışlıq dar mənzilimdən

Dünyanın dərdləri gəlib keçərdi.

Məhkum taleyilə bu əsir Vətən

Bizim qəlbimizi dəlib keçərdi...

 

...Kiçik bir otağa necə sığardı,

Yurdun özü boyda dərdi, zilləti?

Düzü, hövsələdən bəzən çıxardım

Əbədi sananda o əsarəti...

 

...Balaca otaqda böyük dahilər

Bizim yanımızda dövrə vurardı.

Onların sözləri qəlbə nur çilər,

Bizə dərdimizi unutdurardı..

***

Ustad Məmməd Arazın Xudu Məmmədov barədə xatirəsindən (G.FətəliqızınınÖmürdən yarpaqlaradlı xatirələr kitabından):

- Xudu haqqındaTəzadlarqəzetində mənim kiçik bir yazım var. Əvəzolunmaz adam idi Xudu. Çox sakit, lakin sakitliyin altında fırtına. Mən nəşriyyatda müavin işləyəndə onunQoşa qanadkitabını çap etdim. Özü təvazökarlıq edib deyirdi ki, bir şey deyil. Əksinə, kitabda çox gözəl fikirlər var. Heç bir sətrinə toxunmadım, əslində toxunmaq olmazdı, buna mənəvi ixtiyarım da yox idi. Rəhmətlik Zeynal müallimi Xudu ilə müqayisə etmək olar. Fərq isə bu idi ki, Zeynal müəllim bir az çılğın idi, Xudu isə sakit. Hər ikisi maraqlı adam idi.

Xudunun yoldaşlarından biri belə bir xatirə danışırdı:

- Biz dərslikləri, proqramları müzakirə edirdik, bu haqda Xudu müəllimin fikrini öyrənmək üçün ona sual verdik. Xudu müəllim gülə-gülə belə cavab verdi:

- Kəndimizdə mənə bir naxırçı sual verdi ki, Xudu müəllim, mənə otardığım heyvanların sayına görə pul verirlər, bəs üçün müəllimlərə dərs dedikləri uşaqların sayına görə pul vermirlər? Bax bu məsələni proqrammaya salarsınız...

Unutsaq, unudularıq...

 

Sonda: iki gün əvvəl dünya şöhrətli alim Xudu Məmmədovun doğum günü idi... Azərbaycanın TV-lərini izlədim. Başı şou əhlinə, “semiçkareklamına, bəzi müğənnilərin ərə gedib-boşanmasına s. qarışmış milli TV-lərimizin heç birində Xudu Məmmədovun barəsində bir kəlmə eşitmədim. Amma bu TV-lərdə Afrikadakı atışmadan, Yəməndəki avtoqəzadan, Hindistandakı nəsə bir xəstəlikdən iki nəfərin ölməsindən... süjetlər verirdilər... Azərbaycanın milltimizin xalqımızın adını dünyaya elmi ilə tanıdan bir alimin adı yada düşmədi. Ya unutqanıq, ya da... Ya da ki, milli kimliyimizdən aralanmış fərdlərə çevrilməkdəyik. Heyiflər olsun!

Növbəti saylarımızda görkəmli alim Xudu Məmmədovun aforizmlərindən bəhs ediləcək. Alim 30-40 il əvvəl bu günümüzü görün necə təsvir edirmiş...

Asif Mərzili

Təzadlar.- 2014.- 16 dekabr.- S.9.