İtaliya - “xəyallar ölkəsi”ndən
“silinməz” səfər təəssüratları
...Italiya
ecazkar və təzadlı təbiəti olan bir ölkə
kimi təkcə yerli əhali üçün deyil, xarici
turistlər üçün də çox cəlbedici bir
ölkədir. Adriatik dənizinin sahilləri boyunca uzanan
çimərlikləri, göz oxşayan sıra
dağları, cənubunda qızmar yayı, şimalında
şaxtalı qışı-bütün bunlar İtaliyaya qədəm
basan hər kəsi valeh edir.
Belə
bir deyim var: “Arzunu azad et və onun dönüşünü
gözlə...” Bu həqiqətən də belədir!
İndiyədək hələ də “gözoxşayan”, bəşəri
memarlıq və incəsənətin sərvəti sayılan
“valehedici” İtaliyanı görmək hər bir memarın
arzusudur desəm, məncə yanılmaram.
İtaliya-sivilizasiyanın parlaq nümayişi ilə III
minilliyinə qədəm basan, yüksək mədəni dəyərləri
özündə cəmləyən, füsunkar şəhər
və vilayətlərilə, birmənalı olaraq “bəşər
bağı” adlandırılan ecazkar bir ölkədir. Avropada əhalinin
ən sıx məskunlaşdığı ölkələrdən
olan İtaliyada ərəblər, bizanslılar, yunanlar,
normanlar, finikiyalılar və başqa xalqların nümayəndələri
yaşayırlar...
Ötən
ilin payızında məşhur İtalyan brendi kimi dünyada
tanınan “Leardini 1964” şirkətinin təşəbbüsü
ilə AzMİU-da (Azərbaycan Memarlıq və İnşaat
Universiteti) “La bella cucina” adlı “ interyer-dizayn tərtibatı”
üzrə müştərək müsabiqənin
keçirilməsi təklifi qərara alınmışdı.
Müsabiqənin əsas qəyəsini Azərbaycanın mədəni
irsi ilə tanışlıq, ölkəmiszin mətbəx və
yaşam mühiti ənənələrinə olan maraq, zəngin
milli - etnik xüsusiyyətlər, cəmiyyətin müasir tələb
və funksional tələbatlarının
araşdırılması, İtaliya-Azərbaycan milli-mədəni
həyat tərzindəki oxşar və fərqli cəhətlərin
öyrənilməsi, ənənəyə müasir
yanaşma tərzinin müəyyənləşdirilməsi və
s. cəhətlər təşkil edirdi.
Müsabiqənin
maraqlı və “məsuliyyətli” konsepsiyası həm
interyer dizaynı üzrə, həm də, Azərbaycanın
mədəni və etnoloji tarixi üzrə nəzəri bilik
və bacarıqların bütünlüklə “səfərbərliyini”
tələb edirdi. Qalibləri isə “xəyallar ölkəsi”
- İtaliyaya bir həftəlik səyahət gözləyirdi!
Qısa
arayış: “Leardini 1964” şirkəti - İtaliyanın
“elit” mebel və avadanlıqlar istehsalı üzrə, əsasən,
işini ailə ənənələrinə sadiqlik, sənətkarlıq
prinsipləri üzərində quran və “50 il”lik yubileyini
yenicə qeyd edən dünyaca məşhur olan bir şirkətdir.
Şirkətin bu günə qədərki dəyişməz
mövqeyini “Nəfis, təmtəraq və eksklüzivlik” devizi
ifadə edir. “Gianluca Donati” - isə, 1964-ci ildən etibarən
nəinki italyan, eləcə də beynəlxalq mebel
“bazar”ında yaşayış və ictimai məkanlar
üçün “elit” mebel və avadanlıq istehsalı ilə
fərqlənən - Leardini markasının brendidir.
Brendin hər
bir mebel elementində, həqiqi mənada, tarixin və
üslubun dərin “kök”lərini izləmək
mümkündür. Belə ki, şirkətin bütün
kolleksiyalarının dizayn həllində italyan incəsənətini
bütün dünyada məşhur edən, əsasən də
Venesiya və Veronadan vüsət alan bədii cərəyanlar
öz əksini tapır.
Şirkətin
fabrikasındakı emalatxanalarda, istənilən mebel
kolleksiyasının dizaynı üzrə texniki
hazırlığa yiyələnərkən, ustad və sənətkarlıq
izlərini açıq aydın görmək
mümkündür. İstehsal prosesindəki tamamilə əl
işi sayılan sənətkarlıq nümunələri,
artıq real mebelin dəyər və
unikallığının təminatçısı kimi qəbul
edilmişdir. Layihələrin dizayn həllində texnoloji təminata
əsaslanan şirkət layihənin təyinatının “diktə”
etdiyi bütün funksional xüsusiyyətləri müəyyənləşdirməyə
və bütünlükdə, detal və üslub həllərini
dəyərləndirməyə qadirdir. Bütün deyilənlər
bir daha sübut edir ki, yüksək keyfiyyətli mebel - sənət
nümunəsi istehsalına nail olmaq (uzun illər şirkətin
istinad etdiyi yeganə mövqe) bütün məmulatlarda
uzunmüddətli zəmanətə və texniki dəstəyə
təminat verir. Bütün dizayn-konsepsiya və layihə təklifləri
müxtəlif ağac cinslərindən (o,cümlədən,
ekzotik cinslər) və geniş çeşiddə bəzək
materiallarından (mərmər, qranit, travertin və s.
eksklüziv cinslərdən) hazırlanır. Hazırda
şirkət 2 xətt üzrə eksklüziv
araşdırmaları və istehsalı (klassik və
müasir istiqamətlər) həyata keçirir. “Leardini 1964”
şirkətinin sahibi, cənab Franco Leardinidir, onun oğlu
Marco Leardini isə (Marco Leardini 1964) şirkətin və “ailə
səlnaməsi” işinin uğurlu
davamçısıdır.
İştirakçılar
tərəfindən müsabiqəyə göndərilən
(ayrılmış olan müddət ərzində) müxtəlif
konsepsiyalı layihə təkliflərindən müsabiqədə
yalnız 3 qalib 2014-ci ilin yazında münsiflər heyəti tərəfindən
müəyyənləşdirmilmişdir: AzMİU-nun “Dizayn”
kafedrasının məzunu Mərziyə Əhmədova
(müsabiqənin qalibi), “VİP” sinif villa məkanında
yaşam və mətbəx mühitinin interyer-dizayn həlli”
mövzusunda, AzMİU, “Dizayn” kafedrasının dosent əvəzi
Nərgiz Ağayeva (münsiflərin xüsusi seçimi)
“Kiçikqabaritli şəhər mənzili məkanında
yaşam və mətbəx mühitinin interyer-dizayn həlli”
mövzusunda və AzMİU-nun “Dizayn” kafedrasının məzunu
Orxan Əfəndiyev (münsiflərin xüsusi seçimi)
“Konteyner - ev məkanı çəçivəsində
yaşam və mətbəx mühitinin interyer-dizayn həlli”
mövzusunda.
Nəhayət
ki, həyəcanlı məqamlar arxada qalaraq, qaliblər
müəyyənləşdi və bizi “əsrarəngiz”
İtaliya ilə gözləyən görüş baş
tutdu. İtaliya paytaxtında gördüyümüz və
aldığımız təəssüratlar, “Leardini 1964”
şirkəti liderlərinin “qonaqpərvərliyi” ümidlərimizi
daha da üstələdi.
Noyabrın
10-dan 21-dək olan səfər zamanı İtaliyanın qədim
şəhərləri - Verona, Mantova, Ferrara və Veneziyaya
yüksək səviyyəli, maraqlı səyahət
turları təşkil olundu. Səfər çərçivəsindəki
ekskursiyalarda nəinki İtaliyanın, bütün bəşəriyyətin
mirası sayılan nadir memarlıq və sənət incilərilə
yanaşı, həmçinin, İtalyan Qotikası, Barokko və
İntibah, Roman üslubları ilə də yaxından
tanışlıq mümkün oldu. Təbii ki, İtaliya
tarix və incəsənət xəzinələri ilə zəngin
olan füsunkar bir ölkədir. Turistlərin ən çox
ziyarət etdiyi qədim yunan və Roma qalıqları, yaxud da
barokko və Renessans (İntibah dövrü)
memarlığı bir çox İtaliya şəhərlərinin
qürur mənbəyi hesab olunmalıdır. Rəsm əsərləri,
mərmər heykəllər və fəvvarələr Bernini,
Mikelancelo və Rafael kimi sənətkarların adı ilə
bağlıdır. İtalyanların daha çox istiqanlı
olmaları, insanlara qaynayıb-qarışmaları və
qonaqpərvərlikləri də xüsusi qeyd
olunmalıdır. Axı onlar ünsiyyət qurmağı,
şirin söhbət etməyi başqalarından daha
yaxşı bacarır və sevirlər.
Nəfis
italyan mətbəxindən aldığımız təəssüratlar
da bizi valeh etdi. Təəccübləndirici cəhət isə
italyanların qidalanma “mədəniyyəti”nə, “milli” məzmunlu
yeməklərə, şərabçılığa və
nahar zamanı ünsiyyətdən alınan sevinc və
zövq hissinə verdikləri “incə” dəyər və
hörmət idi.
Qeyd edim
ki, bütün ekskursiyalar, dəvət olunmuş bələdçilərin
bu ölkə haqda maraqlı hekayət və “qeyri-adi”
faktların izahı ilə müşaiyət olundu.
Bundan əlavə,
noyabrın 15-də tarixində nümayəndə heyətinin
“Leardini1964” şirkətinin Verona şəhərindəki
mebel istehsalı üzrə fabrik və “sou-room”u ilə
tanışlıq zamanı bir daha məmulatların “əl-işi”
prosesindən keçməsinin “canlı” şahidi olduq. Daha
sonra, “şou-room”da müsabiqə qaliblərinin
mükafatlandırılma mərasimi oldu. Təntənəli təşkil
olunmuş bu mərasimdə Verona şəhərinin Sanquinetto
və Casaleone vilayətlərinin merləri; Alessandro Braqa və
Andrea Gennari cənabları, münsiflər heyətinin sədri,
məşhur memar Luca Bezzetto, şirkətin prezidenti, cənab
Franco Leardini, şirkətin digər üzvləri və yerli
media nümayəndələri də iştirak edirdilər.
Giriş sözü ilə bütün mərasim
iştirakçılarını və qalibləri təbrik
edən münsiflər heyətinin sədri Luca Bezzetto:
seçılmiş layihələrdə bəyənilən;
müasir zamanın duyumu ilə “milli” elementlərin sintezini,
yaşam və mətbəx mühitinin dizaynındakı uğurlu
həlləri və digər özünəməxsus məqamları
vurğuladı.
Bizim
nümayəndə heyəti tərəfindən də, məhz
bizi İtaliyaya dəvət “şərəf”inə layiq
gördükləri, göstərilən “isti” qonaqpərvərlik
üçün bütün müsabiqə təçkilatçıları
və “Leardini 1964” şirkətinin liderlərinə dərin təşəkkürlər
bildirildi.
Təntənəli
mükafatlandırma mərasimindən sonra müsabiqənin təşkilatçıları
və nümayəndələrilə birgə, həmçinin,
“Leardini 1964” şirkətinin biznes-məsləhətçisi,
cənab Moreno Pettenenin iştirakı ilə maraqlı
diskussiya keçirildi. Söhbət zamanı Azərbaycanın
“elit” mebel və avadanlıq satışı “bazar”ının
indiki vəziyyəti, müasir sifarişçi və cəmiyyətin
funksional tələb və tələbatları, həm
İtaliya, həm də Azərbaycanın dizayn-sektorunda
baş verən yenilik və dəyişikliklər haqda fikir
mübadilələri aparıldı. Həmçinin,
müasir cəmiyyətdə hansı üslub və təmayüllərə
verilən üstünlüklər, gələcəkdə
şirkətlə birgə əməkdaşlıq və
müştərək yaradıcı layihələrin
icrasının mümükünlüyü haqda da müzakirələr
aparıldı. Sonda qeyd olundu ki, yeni sosial-iqtisadi münasibətlərin
formalaşdığı mərhələlərdə yaranan
yeni-yeni tələbatlar, öz növbəsində forma və
məzmunca yeni mebel əşyaları və dekor elementlərinin
də yaranmasına səbəb olur, bununla da yeni gözəllik
ideallarını formalaşdırır.
Romaya bir
həftəlik səfərimizin yaddaşımıza
hopdurduğu “silinməz” təəssüratlara və qəbula,
yüksək qonaqpərvərlik nümayişinə görə,
şirkətin nümayəndələri başda cənab
Franco Leardini olmaqla, Camillo Zambelli, İlaria Spiandore, Mariana
Alcaz, Abdellatif Nour və Luca Bezzettoya dərin təşəkkür
edirik. Eyni zamanda, müsabiqənin əsas təşkilatçılığını
öz üzərinə götürən, şirkətin
aparıcı liderlərindən olan, şəxsən cənab
Marco Leardiniyə minnətdarıq və səmimi qəlbdən
mebel dizaynı aləmində daha böyük zirvələri
fəth etməyi diləməyi özümüzə borc
bilirik.
Müsabiqənin
təşkili və ərsəyə gəlməsində əməyi
olan AzMİU-nun rektoru, prof. G.Məmmədovaya, AzMİU-nun
prorektoru, prof. N.Abdullayevaya, AzMİU-nun “Memarlıq” fakultəsinin
dekanı, dosent Z.Məmmədovaya və münsiflər heyətinin
üzvü, AzMİU-nun “Dizayn” kafedrasının baş müəllimi
F.Qasımovaya da “çox sağ olun” deyirik.
Nərgiz
Ağayeva,
AzMİU-nun
“Dizayn” kafedrasının dosent əvəzi, AMİ-nin üzvi,
memar
Təzadlar.-
2014.- 18 dekabr.- S.13.