Məmməd Arazlı günlərin kitabəsi:
“Ömürdən yarpaqlar”
Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...
(Əvvəli ötən saylarda)
14-15 oktyabr - Məmməd Araz, doğum
gününü təbrik edirəm. Yeyib-içməyə hara
gedirik?
- Hara istəsəniz.
Ağalar
Bayram telefonla məlumat verdi:
-
Bacı, ayın 20-də Almaz İldırımın 90 illiyinə
aid xatirə gecəsi keçiriləcək. Məmməd
müəllimə həm dəvətnamə var, həm də
məktub, sabah onları gətirəcəyəm.
Eyni zamanda, əminin təzə şeirlərini
də verərsiniz.
- Var, icazə
versə götürərsən.
Ağalar
dəvət və məktubu Məmmədə verdi,
məktubda yazılmışdı:
“Hörmətli Məmməd Araz!
Sizin kimi vətəndaş bir şairi bu təntənəli
tədbirə dəvət etmənin sevinci içindəyik. Əgər gəlmək
imkanınız olmasa, xahiş edirik ürək sözlərinizi
bir neçə cümlə ilə ifadə edib yeni şeirlərinizlə
birlikdə gecəmizə göndərəsiniz.
Vətəndaş
sayğılarıyla;
Güney
Azərbaycan “Aydınlar” cəmiyyəti adından
Böyük Rəsuloğlu.”
Məmməd
fikirli-fikirli əlavə etdi:
-1992-ci il martın 1-də nakam şair Almaz
İldırıma həsr olunmuş bir radio verilişi gedirdi.
Onun bu misrası məni dəhşətə gətirdi.
“Mən tufanla doğulmuşam, tufanla da öləcəyəm”. Bu bədbəxt
öz faciəsini necə obyektiv, necə də poetik harayla
oxucuya çatdırır. O, hər şeydən
keçməyə hazırdır, təki doğma
torpağın bircə qarışında yaşaya bilsin. Onun
bütün harayları bircə nöqtədə duruş
tapır: “Axı mən neyləmişdim
Vətənə? Vətəni sevmişdim.
Vətəni sevməyə görə də insanı öz yurdundan didərgin
salarlarmı?” Bu şair həqiqətən
ildırımdır.
Ağalar
Məmmədin təzə yazılmış “İt qaya
kölgəsində”, “Sınma”, “Azərbaycan”, “Mat-məəttəl
qalmışam” şeirlərini oxudu.
- Əmi, “Sınma” şeirini aparım, elə Almas
İldırımın gecəsi ilə yaxşı səslənər. İndi
keçən dəfəki kimi etmərəm, çap etmək
istəyən qəzetlərin heç birinə şeiri vermərəm.
Heydər Həsənoğlu da gəldi, yaxşı ki
söhbətimizdə iştirak edir, “Müsavat”
partiyasının 80 illiyini keçirirdilər, mənə
söz verildi.
Elə əminin yanından getmişdim gecəyə.
“Dilənçi qaçqın” şeirini
özümlə götürmüşdüm. Zala
müraciət etdim:
- Hörmətli
dinləyicilər, elə bu saat böyük şairimiz Məmməd
Arazın yanından gəlirəm, onun salamını sizə
yetirirəm və təzə yazdığı şeiri sizə
oxumaq istəyirəm. Şeiri oxumağa başladım, zal elə
susmuşdu ki... Şeirin axırıncı
misraları qurtarmamış, zalda bir alqış, bir gurultu
qopdu ki, hamı ayağa qalxmışdı, arada ağlayanlar
da vardı. Yığıncaq qurtarandan
sonra qəzetlərin nümayəndələri məni əhatəyə
alıb şeiri çapa istədilər. Aqil
də məni məcbur etdiyinə görə şeiri “7
gün” qəzetinə verdim.
Ağalar
gedəndən sonra Heydərdən soruşdum:
-
Mükafatı kimə verməli oldun?
- Elə
danışdığımız kimi Nizami Xudiyevi nəzərə
almışıq,
bu saat onun yanından gəlirəm. Ssenarini
yazacaqlar, Nizami çalışır ki, gözəl bir gecə
olsun, bütün elita - bir sözlə bütün rəhbər
işçilər orada olacaq. Təxmini
bir 20 günə hər şey qaydasına düşəcək.
17 oktyabr
- Almas İldırımın xatirə gecəsinə
yazdığı təbrik itməsin deyə gündəliyimə
köçürtdüm.
“Təbrik edirəm.
Bu gözəl
təşəbbüsün hörmətli müəllifləri,
Almas İldırımın poeziyası işığına
yığışan sənət adamları, şeirsevər
oxucular, şairin qohum-əqrəbaları, Sizin
hamınızı ürəkdən təbrik edirəm. Məni bu tədbirdə iştirak etməyə dəvət
etdiyiniz üçün sizə təşəkkürümü
yetirirəm.
Almas
İldırımın taleyi nə cür olub, o, zamanın
hansı fırtınalarına tuş olub - hamısı
aydındır. Taleyin fırtınası bircə
onun qəlbində gizlətdiyi doğma ocaq niskilinə,
doğma yurd həsrətinə, poeziya havarına toxuna bilməyib.
Səhhətim imkan vermədiyinə görə
tədbirdə iştirak edə bilmədim. Almas İldırımın böyük nəfəsli
poeziyasına baş əyirəm.
Dərin
hörmətlə M.Araz”
Bu da yeni deyimdir, yoldaş M.Araz, “taleyin
fırtınası”.
18-21 oktyabr - S. Rüstəmin 90 illiyini anadan olduğu kənddə
- Novxanıda keçirirdilər. Bundan Məmməd bir az
təsirlənmişdi:
- Hə,
dünyanın işinə bax, Süleymanın gecəsini kənddə
- Novxanıda, Səmədin isə Bakıda, özü də
geniş miqyasda keçirtdilər.
- Səmədin
oğlu Yusif deputatdır, vəzifəsi var, sözü
keçir. Süleyman Rüstəmin oğlu Azadın isə ola bilər “dişi kəsmir”. Məmməd
Rahimi isə heç yada salmırlar, - əlavə -etdim,
öz aramızdır, Rahim elə bir şair də deyildi
axı.
- Niyə,
lirik şeirləri var. Sosializm-realizm, deyə bir məfhumu
atdılar ortalığa, şairlər də başladılar
sosializmi tərifləməyə və beləcə də
ölüb getdilər, istedadları da özlərindən əvvəl.
Elman peyk anntenanı quraşdırıb qurtardı.
- Şairlə oturub bir tikə çörək yemək
mənim üçün sevincdir. Şairin qulluğunda
durmaq hamımızın borcudur, gedən torpaqlarımız da
qayıdacaq, biz nəsil görməsək də bizdən
sonrakı nəsil görəcək.
Güldüm:
-
Torpaqların alınmasını gələcək nəslə
saxladığımız üçün
qayıdacağına ümid etməyin. Babalarımız
da getmiş torpaqların qaytarılmasını bizə
ümid edib getmişdilər, ancaq o torpaqların
alınmasını yadımıza da salmadıq.
Əksinə, almaq əvəzinə bir az
da çox verdik. Bizdən sonra gələnlər
də həmçinin. Qəribə
xalqıq. Torpaqları qoyub qaçır,
sonra da başlayırıq bayatı çağırıb,
muğamat oxuyub, ağlamağa. Elman,
soğan olsun nəğd olsun.
Məmməd də sözlərimi təsdiq etdi.
23 oktyabr - Hər bir sözdən kövrəlməyə
başlamışam, içimdə ölən bacım Səyyarə
və anamla danışıram. Ağaların zəngi məni xəyalımdan
ayırdı:
-
Gülxanım bacı, mən ayın 20 Almas
İldırımla bağlı görüşə getmədim,
amma ayın 18-i “Müstəqillik
günü” münasibətilə yığıncaqda mənə
söz verildi, elə ki əminin adını tutdum, zalda
bütün səslər kəsildi. Dedim ki, şair
özü iştirak edə bilmədi, ancaq salamını yetirir
və təzə şeirini də mənə verdi
ki, sizlərə oxuyum. “Sınma” şeirini
oxudum, bir nəfər şair yavaşca zaldan
çıxdı. Elə bil şeir
ünvanına düşdü. Sonra da həmən şeiri aşıq
Şəmşirin 90 illiyinə həsr olunmuş banketdə də
oxudum. Əlavə etdim ki, bir neçə gün bundan əvvəl
şairin görüşünə getmişdim, şairlə
qoşa çəkilən ixtiyarin kim
olduğunu soruşdum, Aşıq Şəmşirdir -
cavabını verdilər. Məclis sözlərimi
və şeiri yaman alqışladı. Şəmşirin
əmisi oğlu birinci sağlığı kəlbəcərlilərin
sağlığına yox, Məmməd Arazın sağlığına
içək. “İçək
məğrur şairin sağlığına”, dedi.
28 oktyabr
- Axşama yaxın Məmməd havaya çıxdı. Saat beşə
on beş dəqiqə qalmış telefon
səsləndi:
- Alo, Məmməd
müəllimi olarmı?
- Evdə
yoxdur, qızım, nə deyim?
- Deyin ki,
prezident bu gün yazıçıları qəbul edəcək,
saat altının yarısında Prezident Aparatında olsun.
Vaxta az qalırdı, binanın ətrafında
fırlandım, tapa bilmədim. Bir uşaq mənə
sorağını verdi:
-
Kişi, tez ol gedək evə, saat 6-nın
yarısında sizi Heydər Əliyev qəbul edəcək.
Paltarını geyindirdim və taksi tutub getdik. Girəcəyə
çatmamış Musa Yaqub və Cabirlə rastlaşdıq.
Polis işçisi yuxarıya zəng
çalıb məni içəriyə buraxmaq
üçün icazə aldı. Beşinci
mərtəbəyə qalxıb gözləmə zalında
oturduq. Söhbət Naxçıvandan düşdü,
dedim ki, Cabir, Naxçıvanda olanda Qabilin bütün
danışıq və hərəkətlərini gündəliyimə
yazmışam.
- Əşşi, Qabil qiyamətdir, - deyə Cabir və
Musa gülüşdülər.
Bir az keçmiş Elçin də gəldi,
söhbətə başladı:
- Məmməd,
yadındadır, rəhmətlik əmim Tofiqlə bizə gəldin.
Atamın görüşünə gəlmişdiniz.
Oturub vurduq, hayıf o günlər, bir də o günlərə, Yazıçılar
Birliyinin gur vaxtlarına qayıda biləcəyikmi?
- Mənim
İlyas müəllimə çox böyük hörmətim
var. 50 il Azərbaycan səhnəsini o
saxladı. Çox alicənab adam və
böyük dramaturqdur - söylədi Məmməd.
Yazıçılar bir-bir yığışdıqdan
sonra zala keçdik. Fatma xanım Məmmədi prezidentə yaxın oturtdu;
Anar, Yusif Səmədoğlu, sonra Məmməd. Prezident ədəbiyyat
haqqında, qurultay haqqında giriş sözü söylədi.
Sonra yazıçıların qurultayı ilə
əlaqədar Anara söz verildi. Anar bu 10 ilin içində
birliyin sədri işləməsindən,
Yazıçılar Birliyinin parçalanmasına yol verilmədiyindən,
150 nəfər gənc yazıçının İttifaqa
üzv olmaq üçün ərizə verdiklərindən
danışdı. Keçmişlə
müqayisədə İttifaqın indiki məhdudiyyətlərindən
də söhbəıt açdı. Sonra
Əkrəm, Qabil, Mirvari xanım danışdı. Söz Sabir Rüstəmxanlıya verildi. Sabir nisbətən mövcud problemlərə toxundu.
Əliyev arada durub Məmmədə
yaxınlaşdı, ondan nəsə soruşub yenə yerinə
qayıtdı. Məni fikir götürmüşdü, Heydər
Əliyevə necə yaxınlaşım ki, ev məsələsini
yadına salım, iclas qurtaran kimi o, gedə bilər.
Prezident
yekun sözündə birliyin işindən razı
qaldığını, cavan yazıçılarla sabah görüşmək istədiyini söylədi.
Yazıçılara ev istəyən
Anarın xahişinə cavab olaraq dedi ki, indi dövlət ev
tikmir. Yenə də bir iş fikirləşərik, bir “Heydər
Əliyev fondu” yaradaq və həmin fonddan
yazıçılara, qəzet və bədii jurnallara kömək
edəm. Hal-hazırda mənim iki mənzilə
imkanım var, onlardan birini Bəxtiyara, birini də Məmməd
Araza verirəm. İki xalq şairinə,
bu, mənim qurultaya hədiyyəmdir.
Sonra Rəfaeli çağırdı, ona sabahdan evin
açarlarının mənzil sahiblərinə verilməsini
tapşırdı. Hamı dağılışdıqdan
sonra Bəxtiyarı və bizi özünün oturduğu
kabinetə dəvət etdi. Söhbət əsnasında
dedim ki, ev məsələsində
hamıdan çox mən sevindim, çünki ev sarıdan
çox əziyyət çəkmişəm və
hal-hazırda da narahat bir evdə yaşayırdıq. Heydər
Əliyev gülə-gülə soruşdu:
-
Çox sevindinmi?
Təbii ki, Məmməd də, Bəxtiyar müəllim
də ona öz təşəkkürlərini bildirdilər.
- Möhtərəm
Prezident, biz çoxdan sizinlə görüşmək istəyirdik,
amma bizi sizinlə görüşdürmürdülər - əlavə
etdim.
Heydər
Əliyev:
- Nİyə, ev
üçün deyildimi? - soruşdu.
Özümü
itirdiyimdən dedim:
- Bəli,
ən çox ev üçün, bir də
elə-belə dərdləşmək üçün...
Heydər
Əliyev cənabları güldü və söylədi:
- Əvvəl hələ bir köç, sonra dərdləşərik.
Evə
çatanda Məmməd sevindiyini gizlətmədi:
- Vallah,
yatıb yuxuda da görməzdim ki, 30 il həsrətində
olduğum bir yerdən mənə ev verilər.
29 oktyabr
- Ağalar xəbər verdi ki, birinci
proqramdan “Qələm” adlı veriliş gedir, “Sınma”
şeirini orada oxumuşam, baxın.
M. İsa
da həmişəki hay-küylə yeni ev
almağımızı təbrik etdi.
- Ay
İsa, heç olmasa qoca vaxtımızda dincəldik. Mən də yazıçı kimi prezidentin qəbulunda
oldum.
- Ən
“böyük” yazıçı sənsən, Gülxanım
bacı, - dedi, İsa.
30 oktyabr - Saat birə işləmiş bizə bildirdilər
ki, evə baxmaq üçün dalınızca maşın
göndəriləcək. Getdik. Evə xeyli tanımadığım adamlar
toplaşmışdı. Rafael müəllim
də gəlib çıxdı. İçəridə
icra başçısı Rüstəmi də gördüm.
Rafael müəllim mənə dedi:
-
Gülxanım bacı, indi gördünüz ki, mənim
qaçmağımın səbəbi nə idi. O kişi evi şairə özü verməli, bu
işi özü görməli idi. Gördünüz ki, o, nə
dedi? Dedi ki, bu, tarixdə görünməmiş işdir ki, mən elədim,
hökümət işçiləri olan binadan şairlərə
ev verdim. Burda da birincilik etdim.
1 noyabr - Səhər çörək alanda bir neçə qəzet də aldım. “Azadlıq” qəzetində olan bir başlıq diqqətimi cəlb etdi: “Şair, hökmdarın hüzurundasan”. Və epiqraf kimi yazılmışdı: - “Azərbaycan Yazıçılar Birliyinin X qurultayı Anarı ömürlük sədr seçdi”. Məqaləni Məmmədə oxudum. Məqalənin bir yerində belə yazılmışdı: - “...Heç kimə sirr deyil ki, bizdə hamı (?) şeir yazır. Şair də, yazıçı da, prokuror da, polis də. Məhkəmə öz hökmünü şeirlə oxuyur. Kəndli buğda əvəzinə qələm götürüb şeir “əkməklə” məşğuldur. Əsgərlərimiz düşmənin bağrını şeirlə yarırlar. Gözəldir. Onunçün də Azərbaycan Yazıçılar Birliyinin bir “Şəhriyar” klubu qədər üzvü var. Dəstə-dəstə cavanlar da üzv olmağa hazırlaşırlar. (Yazıq polis indən belə kimdən nə ala biləcəksən? Hamının cibindən yazıçı vəsiqəsi çıxacaq. Vay,vay...)
Elə bütün bunlara görə də bizim camaat “şair məsələsinə” çox həssasdır. Dövlət başçısı da düz üç gününü şairlərə həsr elədi. Yazıçı sözünü ona görə işlətmirik ki, bizim xalqda yazıçı məsələsi o qədər də dəb deyil. Kimdir roman, povest oxuyan?! Əsas şeirdir: - döşəyirsən gedir. Redaktorumuz Gündüz Tahirli demişkən (indi hamı öz rəhbərindən sitat gətirir, mənə nə gəlib?) bizim jurnalistlər də xəbəri (informasiyanı) şeir kimi yazırlar. Bir də özünüz təsəvvür edin: tutaq ki, Anar televizorda çıxıb yeni povestini oxuyur. Zülm olar, vallah! Həm tamaşaçılara, həm də Anar müəllimə. Dövlət başçısı da ona görə evləri şairlərə - Bəxtiyar Vahabzadəyə, Məmməd Araza verdi, heç gör Əkrəm Əylisliyə ev təklif edən oldu...” (“Azadlıq”, 1 noyabr 1997)”
Bu məqalənin müəllifi Hacı Zamin ağa görəsən niyə belə əsəbləşib, bu cənab bilmir ki, adını tutduğu Əkrəm dəniz qırağında yaxşı şəraitli mənzildə yaşayır, amma Məmməd Arazın yazı masasını qoymağa yeri yoxdur.
Məqalənin məzmununu Aqilə danışdım:
Axşam Heydər Əliyevin yazıçılar qurultayındakı nitqinə qulaq asan Məmməd:
- Rəhbər
belə olar! - dedi.
(Ardı var)
Təzadlar.-
2014.- 22 fevral.- S.6.