Akif Səməd işığı
Nəvai Metin: “Akif uca bir dağ idi
və o dağın əzəmətini görmək
üçün uzaqdan baxmaq gərək...”
10 ildir Akif Səməd bu dünyadan
“əl çəkərək” onu sevənlərin iç
dünyasında əbədi yuva qurub. Bu
itki, bu göynərti
azalmaq bilmir. Onun
poeziyası, yaşam tərzi, dostluğa sədaqəti, göylərə
ibadəti, Allaha məhəbbəti - ədəbiyyata,
insanlığa xidmət idi başdan-ayağa. 45 yaşında Rumi müdrikliyinə, Nəsimi zəkasına,
Füzuli eşqinə, Yunis
Əmrə fəlsəfəsinə çataraq
qocalıq - ucalıq zirvəsinə qalxdı Akif Səməd...
Nə
yaxşı ki, onu “öldürən dostlarla” yanaşı,
Akif Səməd sözünə, onun özünə
ölümsüzlük qaytaran dostlar da hələ
yaşayır - İlham Abbasov, Reyhan İnamnur, Həmid
Ormanlı, Məmməd İlqar, İbrahim İlyaslı, Akif
Aşırlı, Məmməd Dəmirçioğlu, Barat
Vüsal... və şübhəsiz ki, dəyərli rəssam
Nəvai Metin. O şəxs ki, Akif Səməd
varlığına əbədilik bəxş etmək naminə
“Akif Səməd” mükafatını təsis etməklə bərabər,
şairin bir-neçə portretini yaratmağa müvəffəq
olmuşdir.
Akif
Səmədin 55 illiyi ərəfəsində müsahibimiz məhz
Nəvai Metindir. Bu dəfə o, tanınmış rəssam
kimi deyil, şairin mənəvi qardaşı kimi
suallarımızı cavablandırmağa razılıq verdi.
- Nəvai
bəy, Akif Səməd dünyasına nə zaman
baş vurmalı oldunuz?
- Onu deyim tam dogru
buyurdinuz. Akif mənin mənəvi
qardaşımdır, həm
də abimdir. Butun dövrlərdə insanı
adamlar göyə də qaldıra bilər, yerə endirib öldürə də bilərlər.
Akif Səməd də elecə. Amma bu da təbiidir,
çünki Akif elə bir zirvə idi ki, hər
yerdən görünürdü.
Görünən dağa çox
söz deyilər.
Akiflə mənim tanişlığım
1985-ci ildən başlayıb.
Halbuki Bakıya bir kənddən gəlmişik.
O zaman mən tələbə idim. O isə gənc ikən “Müəllim” qəzetində çalışırdı.
Beləcə, uzun illər
dostluğumuz davam edirdi, hətta bir yerdə kirələrdə qaldıq.
Onu vurğulayım ki, həyatda mənim formalaşmağımda Akifin
rolu danılmazdır.
O, yolgöstərənim oldu.
İlk dəfə mətbuata Akif təqdim etdi məni. Onu deyim ki, bir
yerdə qaldığımıza
görə bəlkə
də Akif böyüklüyünü dərk
edə bilmirdim. Çünki, dediyim kimi, Akif uca
bir dağ idi və o dağın
əzəmətini görmək
üçün uzaqdan
baxmaq gərək...
Bəli, 10 ildi ki, Akif
aramızda yoxdu. Zaman keçdikcə
Akif əzəməti
daha aydın görünür. Elə bir
gün olmaz ki, onun haqqında
söhbət olmasın,
şeirlərindən parçalar
xatırlanmasın. Bu
o deməkdir ki, Akif sağdir, ölməyib, harasa uzaq səfərə gedib və təəssüf
ki, biz bir daha görüşməyəcəyik.
Amma elə adam var
ki, diri ikən sözü danışılmır, o ki
qaldı öləndən
sonar.
- Çəkdiyin portretlərdən
boylanan Akif Səməd olduqca orijinal və təbii görünür.
Bu əsərləri yaradarkən göydə idiz, yoxsa yerdə?
Axı Akif Səməd hər iki məkanın
“vətəndaşı” idi.
- Akifin portretinə bir neçə dəfə müraciət
etmişəm. Bu, sən gördüyün sonuncu variantdır. Amma özü istədiyi variantı hələ çəkməmişəm.
Qeyd edim ki, hər
onun portretini çəkəndə onunla
söhbətimiz olur, danışırıq... Hətta
bir dəfə yuxuda dedi ki,
niyə şeir yazmırsan? Cavab verdim ki, Akif, mən
hara, şeir hara? Yox, - dedi, - mən
hər gün gələcəm yuxuna və hər dəfə bir şeir gətirəcəm,
yadında saxla, yuxudan duran kimi
yaz ver öz
adından. Bir şeir dedi mənə, “Mən” rədifli şeir idi. Ayıldım, yuxuyla bir yerdə şeir də yoxa çıxdı.
Gözlədim ki, axşam da gələcək,
amma qayıtmadı ki, qayıtmadı...
- Mən onu İncədərəsinin
Əmrəsi, türk
dünyasının Rumisi
adlandırardım, bəs
siz?
- Təkcə İncədərəsinin
yox, elə türk dünyasının
Əmrəsi, Dadaloğlusu,
Qaracaoğlanı deyil,
elə türk dünyasının Akifi oldu. Yeni bir səcdəgah
yaratdı.
- Hansı məqamda hiss etdiniz ki, “Akif Səməd”
mükafatının vaxtı
yetişib? Bu addımı atarkən
hansı yaşantı
sizə rahatlıq vermirdi? Sözügedən
mükafatın neçə
yaşı var və o, hansı meyarlarla yaradıcı insanlara təqdim olunur?
- Düşündüm ki, Akifi təbliğ etmək üçün hansı addımı atmaq olar? Və ürəyimdən
“Akif Səməd” mükafatı keçdi.
Artıq
mükafatın səkkiz
yaşı var. Bunu da deyim ki,
mükafatı xəsislik
edib hər adama vermirəm. Ötən səkkiz ildə cəmi 15 nəfər bu mükafata layiq görülüb.
Onların arasında Bəsti
xanım kimi ziyalılar var. Bu xanım
Akif Səməd haqqında kitab yazıb, araşdırma aparıb. Türkiyədən bir şair layiq görülüb.
O cümlədən Nayma
xanım Qaramanlı da mükafatı alanlar sırasındadır.
Yəni Akifin təbliğində söz demiş ziyalılar var.
- Qazaxı, eyni zamanda Azərbaycanı
şairlə ram etmək
müşkül məsələdir.
Sizcə,
bu baxımdan Akif Səməd könülləri necə
fəth edə bildi - onun cazibə
qüvvəsi nədədir?
- Çıx maraqlıdır
ki, Akif məclisə girəndə
harada oturmağından
asılı olmayaraq görünürdü. Harada otursa,
ora məclisin başı idi... Məclisdə kimlərin olmasından
asılı olmayaraq.
Vurğulayım ki, Akif şeir oxuyanda elə bil təzə
söz deyirdi, hamı diqqət kəsilirdi
- Açıq danışaq, Akif Səməd dostluğa sədaqət etalonu idi... Sizcə, dostları o sədaqətin
müqabilində onun səmimiyyətinə səmimi
cavab verə bilirdimi? “Məni
dostlarım öldürdü”
fikrinə münasibətiniz?
- Bəli, dostluğun etalonu idi: inanırdı
dostlarına. Pis hərəkət
görəndə isə
kövrəlirdi, sınırdı.
Bunun təsiri idi ki, “Məni dostlarım öldürdü”-deyirdi. Çox maraqlı idi
ki, heç kimin haqqında pis söz deməzdi.
Ən pis halda heç nə deməzdi... Fikir vermə, - söyləyərdi.
- Akif Səmədi əbədiləşdirmək
üçün görülmüş
və görüləcək
əməli işlərin
nəticəsi sizi qane edirmi?
- Hələ olduqca az iş
görülüb. Təbii ki,
görülən işlər
belə bizi qane etmir. İnanıram ki, Akif Səmədin yaradıcılığı
və ömür yolu geniş tədqiqat obyekti olacaq.
- Sonda nələri əlavə etmək istərdiniz?
- Əlavə olaraq bildirməliyəm ki, bəzi zadlar Akif haqqında boşboğazlıq edib, onu yeyib-içən kimi qələmə verirdilər... Bəli, Akif Səməd
yeyib-içən oğlan
idi. Masa arxasında yeyib,
içə-içə ölümünə
“xoş gəldin” deməyə hazır idi. Bir çoxları kimi “mən”ini bir qarın çörəyə
satıb alçalmazdı...
Yeri gəlmişkən,
Akif Səmədin 55 illiyi ilə bağlı iri miqyaslı tədbirin hazırlıq işləri
yekunlaşmaqdadır. Şairin anım
gününə Türkiyədən,
İrandan, səfirliklərdən
qonaqlar gəlməklə
sözügedən gecəyə
xoş ovqat qatacaq və onun həyat yoluna işıq salacaq. Qonaqlar arasında Uluslararası
Aktivist Sanatçılar
Birliyinin genəl başkanı Umut Yaşar İşikhanın
iştirakı gözlənilir.
Belə ki, tədbirin uğurlu olmasına əminəm.
Təzadlar.- 2014.- 22 iyul.- S. 14.