Söz adamı Məmməd İlqarla bir gün
Məmməd İlqar:
“Şair də 60 yaşdan
sonra şeir
yazarmı?”
(Bu yazını xəstəliyə qalib gələndən sonra sağlamlığını yavas-yavaş bərpa edən şairin evindən reportaj adlandırmaq, bəlkə də daha doğru olardı...)
...Şairlərin indiki “defisit” vaxtında eşitdik ki, dəyərli şairimiz, ağır taxtalı söz ustadı Məmməd İlqar beyin insultu keçirib. Mütəxəssislərin söylədiyinə görə beyin insultu iki cür olur. Biri beyinə qan sızma, o biri isə, beyinə qanın işləməməsidir. İkinci variantda, səhhətində ciddi problemlər yaratmaqla yanaşı, xəstənin beynində yaddaş pozğunluğu da əmələ gəlir. Ünlü şairimiz Məmməd İlqarı məhz ikinci xəstəlik haqlamışdı. Bu səbəbdən həkimlər müalicə dövründə şairin effektli müalicəsi baxımından, onu narahat etməmək, həyacanlandırmamaq üçün, hətta ən yaxınları ilə belə görüşlərə məhdudiyyət qoymuşdular. Ancaq buna baxmayaraq, yaxın dostum, şairin bacısı oğlu Rasimdən və oğlu Babəkdən Məmməd İlqar barədə mütəmadi məlumatlar alırdım. Onu da öyrənmişdim ki, Şairin məşhur “...Sən gülün üstündə arıya bir bax, Gör gülün nazını nə gözəl çəkir...” təcnisində dediyi kimi, oğlu Babək də xəstəliyinin böhranlı anlarında atasının başına pərvanə tək fırlanaraq, onun bütün nazını, qayğısını yoruldum- demədən çəkib.
İndi şükürlər olsun, çətinliklər arxada qalıb. Yaranmış cüzi yaddaş zəifliyi də aparılan intensiv müalicələr nəticəsində artıq aradan qalxmaqdadır.
Odur ki, şairlə çoxdan arzuladığım görüşə yollandım. Məmməd İlqara tez-tez baş çəkən, maraqlı söhbətləri ilə onu darıxmağa qoymayan gənc həmyerlisi və həmkarımız Həmid Ormanlı da mənimlə birlikdə şairin görüşünə gəlmişdi. Sumqayıtdakı evinin həyətində, təzəcə qızarmağa başlamış albalı, yetişmiş ağ və qara tut ağaclarının əhatəsində gözəl bir görüşümüz alındı. Artıq bir balaca yaddaş zəifliyi olmasa, sanarsan ki, Məmməd İlqar elə əvvəlki duzlu-məzəli, sözlü-söhbətli Məmməd İlqardır. Düzü əvvəldən qərara gəlmişdim ki, şairi yormamaq üçün yazını müsahibə janrında hazırlamayacağam. İstədim hər şey təbii olsun. Ona görə də Məmməd İlqarın ömür-gün yoldaşı, xəstə vaxtlarında bir an da olsa, yanından çəkilməyən Fatma xanım birinci çayı gətirən andan diktafonu işə salıb, stolun üsyünə qoydum. Bununla da diktafonun varlığını unudub, çay və yemək süfrəsi arxasında Məmməd İlqar, oğlu Babək, həmkarımız Həmid Ormanlı ilə birlikdə müxtəlif mövzularda çox maraqlı, yadda qalan söhbətlər edərək, deyib, güldük. Bəli, həmin gün ömrə yazılan mənalı günlərdən biri oldu. İnanıram ki, yemək-içmək süfrəsi arxasında şairlə olan söhbətimiz həm Məmməd İlqarı, həm də bütün poeziya sevərlərin ürəyincə olacaq.
-Məmməd müəllim, xoş gördük. Bəs mən eşitmişdim xəstələnmisən, amma görürəm, maşallah, elə əvvəlki Məmməd İlqarsan, nə var, nə yox?
- Canın sağ olsun, çox sağ ol, yaxşıyam.
Həyətdə qoyulmuş stolun arxasında yerbəyer olarkən yaranan sükutu şair pozdu:
-Ayə, nə var, nə yox, niyə danışmırsınız?
- Məmməd müəllim, indi danışacağıq, özü də nə qədər desən... Sən hələ de görüm, özünü necə hiss edirsən?
- Mən özümü “vışşı” hiss edirəm.
- Bax bu, mənim xoşuma gəldi, afərin. Deyirlər xəstədir, əşi, belə də xəstə olar?
- Olanda olur...
Həmkarımız Həmid Ormanlı söhbətə qoşulur:
- Üç nəfər xəstə var. Xəstə Qasım, xəstə Bayraməli...
Məmməd müəllim onun sözünü kəsir:
- Biri də xəstə Məmməd...
H.Ormanlı:
- Yox, xəstə Dəmirçioğlu.
E.Məmmədli:
- Rəssam Məmməd Dəmirçioğlunumu deyirsən?
H.Ormanlı:
- Hə, onu deyirəm. Məmməd əmi bir təcnisinin axırında “xəstə Dəmirçioğlu, onu arı göndər”- deyərək müraciət edib, onu nəzərdə tuturam. Məmməd əmi şükür allaha, lap yaxşıdır.
E.Məmmədli:
- Məmməd müəllim,
yaradıcılığın nə yerdədir? Təzə nəsə yaza bilirsənmi?
- Nə bilim, olanda olur, olmayanda
olmur.
- Sənin şeirlərindən
bəzi məclislərdə,
müəyyən dairələrdə
əzbər söyləyirəm
və hamınin çox xoşuna gəlir. Yadındadırmı, əvvəllər tez-tez müxtəlif məclislərdə olurduq
və orada mən çox sevdiyim Məmməd Arazdan, Məmməd İsmayıldan, Söhrab
Tahirdən şrirlər
deyərdim. O zaman
məndən soruşardılar
ki, bəs Məmməd İlqardan niyə demirsən? Cavab verərdim ki, Məmməd İlqar nə vaxt öz
kitabını avtoqrafla
mənə versə, onun da şeirlərindən
söyləyəcəyəm. Bu tənqiddən nəticə çıxarıb,
növbəti tədbirlərin
birində “Quzey qönçəsi” kitabını
mənə verdin.
- Vermişəmmi sənə
o kitabdan?
- Bəli!
- Hə, nə yaxşı, canın sağ olsun sənin.
-İndi yeri gələndə o kitabdan
həm lirik şeir, təcnis, həm də digər ictimai əhəmiyyət kəsb
edən şeirlərindən
çox həvəslə
söyləyirəm. Elə indi
yol gələndə oğlun Babəkə, həmkarım Həmidə
həmin şeirlərdən
maşında söyləmişəm.
- Çox sağ ol, çox sağ ol!
Oğlu
Babəkə üz tutur:
- “Quzey qönçəsi”
ikinci kitabdır, eləmi?
Babək:
- Bəli, ata! “Qaratel” də
üçüncü kitabdır.
-Yəqin o kitabdan mənə verəcəksiniz,
eləmi?
M.İlqar:
- Əlbəttə! Babək,
həm “Quzey qönçəsi”ndən, həm
də “Qaratel”dən bir neçəsini ver Elçin müəllimə, qoy
dost-tanışlara da
hədiyyə etsin.
- Çox sağ
olun, təşəkkür
edirəm. Amma mən belə
başa düşdüm
ki, Məmməd İlqarın indiyə qədər cəmi üç kitabı çıxıb. Bəs niyə?
Babək:
- Şeirləri çoxdur,
amma atam kitab çıxartmağa
həvəsli olmayıb. Sadəcə özünü reklam etməyi xoşlamır.
- Çox təəssüf
edirəm ki, Məmməd İlqar kimi bir söz
ustadının az kitabı çıxıb. Şeirin
bölgüsünü, hecasını,
hətta sözün şəkilçisinin yox,
kökünün qafiyyələnməli
olduğunu bilməyənlər
ildə 3-4 kitab çıxarıb, Beynəlxalq
Mətbuat Mərkəzində
də təqdimat mərasimi keçirirlər.
- Atam hələ 40-45 yaşında deyirdi ki, adam
da 60 yaşdan sonra şeir yazar?
(Hamımız gülüşürük)
Mən isə əlavə edirəm:
- Babək bəy, sən mütləq oğul
kimi yox, müasir dillə desək, bir prodüsser, ya menecer kimi Məmməd
İlqarın şeirlərini
toplayıb, bir neçə kitab çap etdirməlisən.
( Yenə gülüşürük)
Babək
buna söz verir və üzümü
Məmməm İlqara
tuturam:
- Məmməd müəllim,
Məmməd Araz son ana qədər şeir yazıb, Məmməd İsmayıl
75-ni aşırıb,
amma hələ də gözəl şeirlər yazır. Yeri gəlmişkən deyim, Məmmədlər arasında
mənim üç sevimli şairim var. Məmməd Araz, Məmməd İsmayıl
və Məmməd İlqar. Məmməd Aslanı bura
aid etmək istəmirəm.
M.İlqar:
- Mən isə aid edirəm. Məmməd Aslan yaxşı
şairdir.
- Əvvəla, Məmməd
Aslan yaxşı şair olmaqdan çox yaxşı danışır. Danışanda da özündən
başqa heç kəsə imkan vermir. İkincisi isə, Məmməd
Aslanın şeirlərində
şeirin bütün
qanunauyğunluqları yerli-yerində
olsa da, içində dövrümüzün
ictimai- siyasi həyatı, kəsərlilik,
oxucunu düşündürən
məntiq, bir sözlə fəlsəfə
yoxdur. Məmməd
İsmayılın şeirlərində
nə qədər desən fəlsəfə
var. Məmməd İlqarda
ondan az olsa da, var. Amma
qoy heç kəs inciməsin, Məmməd Araz isə başdan- ayağa fəlsəfədir.
H.Ormanlı:
- Elçin müəllim, sən bizi topun
ağzına verirsən
haa..
- Həmid bəy, mən Sovet dövründən, yəni
1983-cü ildən mətbuatdayam
və özüm şeir yaza bilməsəm də, şeirdən az-maz da olsa, başım
çıxır. Üzdə olub,
özünü təsdiq
etmiş şairlərin
şeirlərindən bir
çoxunu əzbər
bilirəm. Məmməd Aslanın məndə hələ Sovet dövründə aldığım
kitabları var. Əgər
o kitablardan bir dənə də olsa, şeiri əzbər bilmirəmsə,
deməli, orada heç nə yoxdur. Burada şair olan
Məmmədlərdən söz
düşdüyünə görə Məmməd Aslandan danışdım.
Amma tanınmış, şeirlərində
isə, məntiq, fəlsəfə olmayan belə şairlərimiz çoxdur.
Həmid bəy, qulaq
asın, mən sizə elə qonağı olduğumuz Məmməm İlqarın
“Qara camaat” şeirini söyləyim.
Şair televizordan bir sənətçi xanımın dilindən bu sözü eşidib və görün təsirlənərək
nə yazıb:
Qara camaat
Bu ifadəni teleekrandan, çox məşhur bir sənətçi xanımın dilindən eşitdim
Qara camaatıq biz, xanım-
Anadan olduqmu - qaragünlərik!
Bizim bundan ayrı adımız olmur...
Biz də gül açırıq - qara güllərik-
Bizim qırmızımız, ağımız
olmur!..
Niyəsə hey seçir, sinçələyirsiz-
Talelər fırlanır ələyinizdə.
Siz ağlar belə ki, ağ
eləyirsiz-
Qara qanlar axır ürəyimizdən.
Daşlara çırpıldı çiliklənmədi,
Sitəmli sevdalar boy atmadımı?
Atdıq
zülmətlərə Məlikməmmədi-
Qara qoç
belində qayıtmadımı?!
Daşır peymanamız, dolur
onda ki,-
Kökünü görmürük çox
bəlaların.
Qaraca balalar ölür öndə ki-
Ağ olsun günləri ağ balaların.
Dözürük dağına qara
yellərin,
Alıb
getdiyini sağ gətirincə..
Çözürük ağını
qara yolların,
Qara gözlərimiz ağ
gətirincə.
Haqqa həsr edirik ömrü, həyatı,
Qara canımıza hər divan
olur!..
Taxta qaldırırıq ağ camaatı-
Qara başlarımız
nərdivan olur.
Əşşi, nə dəyişər
bu güzar-giley-
Qara camaatıq, xanım əfəndi!
Bizim baxtımıza ağ
deyilən şey,
Bir yol qismət olur-o da kəfəndi!!
Həmid bəy, bu şeirin fəlsəfəsini açmağa saatlarla vaxt lazımdır. Məmməd Aslanın şeirlərinin içərisindən buna bənzər bircə dənə şeir tapa bilərsənmi? Əlbəttə yox.
M.İlqar:
- Şeirimi söylədiyinə görə çox sağ ol. Canın sağ olsun. Amma Məmməd Aslan çox gözəl şairdir, çox gözəl də şeirləri var.
- Məmməd müəllim, mənim dediklərim bir oxucu kimi subyektiv fikirlərimdir, etalon ha deyil.
Bayaqdan bizə bir neçə dəfə dadlı, ətirli çay gətirən( Bir də ki, yayın istisində çay nədir, say nədir?) şairin ömür-gün yoldaşı Fatma xanım yemək-içmək dəstgahının əlamətləri olan boşqabları, çəngəl-qaşıqları və badələri stola gətirməyə başladı. Deməli, yemək-içmək süfrəsi arxasında Məmməd İlqarla daha qızğın söhbətlər olacaq.
Artıq Fatma xanımın bir neçə növ dadlı, ləzzətli xörəkləri süfrəni bəzəyir. Elə buradaca məlum olur ki, həkimin səlahiyyətli nümayəndəsi, evin komandiri Fatma xanım şairə araq içməyi qadağan edib. Yəni Məmməd İlqara səhhəti ilə bağlı hələ ki, araq içmək olmaz. Amma Qazaxdan gətirilmiş və təmiz çəkilmiş çaxıra qadağa yox idi. Təbii ki, badə qaldıraraq, ilk sağlığı, işığına yığışdığımız, söz ustadı Məmməd İlqar söylədi və aldı görək nə dedi?
(Davamı
növbəti sayda)
Elçin MƏMMƏDLİ
Təzadlar.-
2014.- 14 iyun.- S.10.