Bir çəngə Ormeşən torpağı

 

 

 

Borçalı mahalı illərdir öz kövrək vaxtlarını yaşayır. İndiki halı ilə qananı ağladır bu ulu torpaq. Bir zamalar ulu ozanlara yön verən, Əmrahın sazında dinən bu mübarək torpağın uca dağları, zümrüd meşələri, buz bulaqları, manşır kişiləri ilə tanınan ellərindən biri də Ormeşən olub. Borçalı mahalının sanki gözüydü Ormeşən eli. Elə indi də elədir əslində - "Dust bivəfa, fələk birəhm, dövran bisükun, düşmən qəvi, tale zəbun" (Füzuli) olmasaydı, lələ köçüb yurdu qalmasaydı, indi də eləydi. Nə yazıq ki, el pələsəng oldu. O vaxtlar üzü bəri birinci qaçanlar, şükür ki, indiüzü geriyə birinci qaçırlar. Bu qaçışlarda olan bir yurda olur, biro yurdu yurd eləyən xaloğlu Şükür kimi, hər gecə Ormeşən deyib göz yaşını yastığa axıdan balaca qardaşım Gündüz kimi, mənim kimi (özümübu köçə qoşmağa haqqım var) və onlarca digər bağrı qana dönən könül admlarına, ruh adamlarına olur. Dünyanın işinə bax ki, hamının böyük riyaziyyatçı, səriştəli təsərrüfatçı olacağını düşündüyü bizim bu Şükür indi şeir yazır. Bunun nə demək olduğunu arif oxucu yaxşı anlayacaq. Ola bilər ki, Şükürün yazdıqlarının böyük ədəbiyyata heç bir dəxli olmasın - razıyam. Ancaq mən, nədənsə, böyük ədəbiyyatdan daha çox Şükürün şeirlərinin yanğısına, saflığına umud bəsləyirəm - ümidliyəm. Şairin yurdu olan kimi, şeirinyurdu var. Şükürün özünün də, sözününyurdunun bir adı var-Ormeşən. Şükürün şeirinin sıxsan Sərxanın, Şam düyənin , Yemliklidağın, Süd bulağın, Əyri qarın, Battaxlının torpağı tökülər. Torpaq müqəddəsdir, torpaq böyükdür - sözə və gözə tökülür. Mürşüdüm Akif Səməd deyirdi ki, torpaq gözə tökülənə kimi sözə tökülsə, sözü əbədiyaşar edər. Torpaq sözü doğur. Necə ki, Şükürün şeirlərini doğub. Şükürün həmin o torpaqdan doğulan şeirlərindən bir neçəsini oxucularla görüşünə gətirmək qərarına gəldim. Mübarək olsun bu görüş.

 

 

 

 Başkeçid

 

 

 

 

 

Şirin xəyalarla yuxuya dalam,

Çin ola yuxular, heç oyanmıyam.

Uşaqlıq çağıma - geri qayıdam,

Çatam arzulara səndə, Başkeçid!

 

 

Çubuqdan at minəm, çıxam yarışa,

Səyirdən obaşa, sürəm bu başa.

Hərdən ilişib yıxılam daşa,

Ağlıyam, göynəyəm, dözəm, Başkeçid!

 

 

Arzularım qalaq-qalaq çinlənə,

Yurdumda toy ola, elim şənlənə.

Biri gəlin köcə, biri evlənə,

Bəzənə qız, qəlin toya, Başkeçid!

 

 

Həsrətin, hicranın qırıla beli,

 

 

Lal olmuş Şukurun açıla dili,

 

 

Qayıda yurduna Ormeşən eli,

 

 

Çağlaya, qaynaya, coşa Başkeçid!

 

 

 

 

 

Gəzəcəksən

 

 

 

 

 

Köçmək istəyirəm, deyən el oğlum,

 

 

Düşüb mahal-mahal el gəzəcəksən.

 

 

Ömürün payız vaxtı, kövrək çağında

 

 

Eldən-elə düşüb yurd gəzəcəksən.

 

 

 

 

 

Pul qazananda üzün güləcək,

 

 

Arvad al geyinib qumaş gəzəcək,

 

 

Saçını kəsdirib, sürmə çəkəcək,

 

 

Arabir özün kef gəzəcəksən.

 

 

 

 

 

Qazanc yoxa cıxıb, pul qurtaranda,

 

 

Qərib yolcu kimi yol qurturanda,

 

 

Bir gün tükənib var qurtaranda

 

 

Başına tökməyə daş gəzəcəksən.

 

 

 

 

 

Dünya başına dar gələcək,

 

 

Qohumlar yad olub, qıraq gəzəcək,

 

 

Ölün urvatsız, ursuz öləcək,

 

 

Pul əlində gor gəzəcəksən.

 

 

 

 

 

Ömürünü küləklər, günlər kəsəcək,

 

 

Arvad naz eyləyib, ağız büzəcək,

 

 

Oğul qəşş eləyib, qız da güləcək,

 

 

Düşüb qapı-qapı pul gəzəcəksən.

 

 

 

 

 

Cox cəkəcəksən qeyri-qalı,

 

 

Vaxtsız ağardasan sacı, saqqalı,

 

 

Dərdini deməyə el ağsaqqalı,

 

 

Gizli ağlamağa, yer gəzəcəksən.

 

 

 

 

 

Döyən olmayacaq bir qapını,

 

 

Bəndəmi, Allahmı bağlayacaq baxtını,

 

 

Axtararsan bir gün kecən vaxtını,

 

 

Bezib onda candan zar gəzəcəksən.

 

 

 

 

 

Eloğlu cox düşüb bərkə-boşa,

 

 

Atdığı oxlari cox dəyib daşa,

 

 

Elindən bərk yapış, yurdunda yaşa,

 

 

Kefi kök, damağı çağ gəzəcəksən.

 

 

 

 

 

Ay mamaoğlu

 

 

 

 

 

İstədim ki, qonaq gələm,

 

 

Üz vermədin, ay mamaoğlu.

 

 

Qurda, quşa yoldaş oldum,

 

 

Çöldə qaldım, ay mamaoğlu.

 

 

 

 

 

Duman gəldi, çiskin aldı,

 

 

Suya dönmüş damda qaldı.

 

 

Yarı canım yanda qaldı,

 

 

Yağılcada, ay mamaoğlu.

 

 

 

 

 

Dost yanında üzüqara,

 

 

Bilmədim gedim hara?

 

 

Belə malı dönsün qıra,

 

 

Lap xar oldum, ay mamaoğlu.

 

 

 

 

 

Sığışmadım sizin elə,

 

 

Düşdüm ağıza, dilə.

 

 

Şükür deyər indən belə

 

 

Biz yad olduq, ay mamaoğlu.

 

 

 

 

 

Görən

 

 

Elin ağsaqqalı, elin şairi

 

 

Qürbətdə, həsrətə dözürmü görən?

 

 

"Vətəndən, torpaqdan, eldən, obadan"

 

 

Şirin xəyalarla yazırmı görən?

 

 

 

 

 

Qaynar bulaq kimi təbi coşqunum,

 

 

Şeirə, sənətə, sözə vurqunum,

 

 

Xəyali göylərdə, fikiri yorğunum

 

 

Sazda şirin-şirin calırmı görən?

 

 

 

 

 

Güman varmı bir gedək dağlara,

 

 

Güllü bağcalara, barlı bağlara,

 

 

Şeirlər qoşmağa, gur bulaqlara

 

 

Ömür vəfa verib catarmı görən?

 

 

 

 

 

Haqlayıb yetirdi yetmişə yaşı,

 

 

Qəlbini verdiyi həyat yoldası,

 

 

Vəfalı, vəfasız dostu, qardaşı

 

 

Kövrələ-kövrələ anırmı görən?

 

 

 

 

 

Şeiri, şeiriyyatı dağlarda qalan,

 

 

Eli sürgün olub, yurdu dağılan,

 

 

 

Təcnisi, qoşması yarımcıq qalan

 

 

Hərdən Şükür kimi yanırmı görən?

 

 

 

 

 

Ay xaloğlu

 

 

Bir dəfə kəndçim, xaloğlu Həmid ORMANLI kefimi soruşdu ki, necəsən, xaloğlu?

 

 

 

 

 

Könül kövrək olur qürbət sıxanda,

 

 

Dərdimi qanar yad, ay xaloğlu.

 

 

Həsrət ürək qırıb, könül sındırır,

 

 

Bəs necə dözürsən sən, ay xaloğlu?

 

 

 

 

 

Cismim qürbətdə, ruhum yurddadı,

 

 

Meylim göy çəməndə, kəhər atdadı,

 

 

Dərdi bölüşməyə sirdas hardadı,

 

 

Tapmıram deməyə söz, ay xaloğlu.

 

 

 

 

 

Öz qoruma icin-icin yanıram,

 

 

Söz deyəni mətləbidən qanıram,

 

 

Kövrələndə qəm sazını çalıram,

 

 

Düşəndə yadıma el, ay xaloğlu.

 

 

 

 

 

Zaman etibarsız, insan vafasız,

 

 

Nəsə alınarmı görən cəfasız?

 

 

Kişi də olarmı yurdsuz-yuvasız,

 

 

Qanana zülmdü, bil, ay xaloğu.

 

Həmid ORMANLI

Təzadlar.- 2014.- 21 iyun.- S.13.