Görkəmli alim İlham Rəhimovun
“Cinayət və cəzanın fəlsəfəsi” kitabı təqdim
olundu
Akademik Mənsumə Məlikova: “Bu kitab hüquq elmində yeni bir sahəyə pəncərədir!”
İyunun 24-də Bakıdakı “Hilton” otelində Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun rus dilində yeni çapdan çıxmış “Filosofiya prestupleniya i nakazaniya” kitabının Azərbaycan dilinə tərcümə edilmiş variantının (“Cinayət və cəzanın fəlsəfəsi”) kitabının təqdimatı keçirildi.
“Təzadlar”ın əməkdaşlarının da iştirak etdiyi tədbirdə elm xadimləri, deputatlar, ictimaiyyət nümayəndələri, səfirlər, digər tanınmışlar iştirak edirdi. Mərasimi giriş sözü ilə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açdı. İ.Məmmədzadə sözügedən kitabın indiki dövrdə mühüm əhəmiyyət kəsb etdiyini və gənclərimizin hüquqi şüurunun formalaşmasında mühüm rol oyanayacağını xüsusi qeyd etdi. Alim “Mən əminliklə deyirəm ki, İlham müəllimin bu kitabını oxuyan istənilən adam hansısa cinayəti törətməkdən çəkinəcək, yeni bir insanlıq fəlsəfəsini duymağa başlayacaq”, deyərək kitabın dəyərli bir əsər olduğunu diqqətə çatdırdı.
Sonra söz AMEA-nın müxbir üzvü, BDU-nun kafedra müdiri, professor Məsumə Məlikovaya verildi. “Bu kitab hüquq elmində yeni bir sahəyə pəncərədir!”, deyən alim öz çıxışında kitab haqqında maraqlı fıkirlərini söylədi, onu əhəmiyyətli monoqrafıya kimi yüksək dəyərləndirdi.
Kitabın elmi redaktoru, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov isə çıxışında kitab haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, öz strukturuna görə 2 fəsil, 9 yarımfəsil, nəticə və əlavələrdən ibarət olan bu kitabda cinayət anlayışı və mahiyyəti, cinayətkar davranışın səbəbləri, cinayətkarın şəxsiyyəti, cinayətkarlığın gələcəyi, cəzanın dini-fəlsəfi mahiyyəti, ölüm cəzasının dini-fəlsəfı əsasları və s. məsələlər araşdırılmışdır: “Kitabda maraqlı cəhətlərdən biri oradakı qanun, cinayət və cəza haqqında verilmiş aforizmlərdir. Burada müxtəlif mütəfəkkirlərin söylədiyi ibrətamiz ifadələrin, atalar sözlərinin hər biri oxucunu cinayət və cəzanı fəlsəfi, psixooji və sosioioji cəhətdən düşünməyə vadar edir”.
Təqdimat mərasimində AMEA-nm Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, Mirağa Cəfərquliyev, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Cinayət hüququ və cinayət prosesi” şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyev, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfıqə Əzimova, BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev və başqaları çıxış etdilər. Natiqlər cinayət və cəzanın müxtəlif istiqamətləri haqqında maraqlı fikirlər söyləyərək bu monoqrafiyanın hazırkı dövrdə gənclərimizin hüquqi şüurunun formalaşmasında mühüm rol oynayacağını qeyd etdilər, kitabın müəllifinə gələcək elmi yaradıcılığında uğurlar arzuladılar.
Sonda söz kitabın müəllifi professor İlham Rəhimova
verildi.
İ.Rəhimov tədbir iştirakçısı olan
bütün qonaqları salamlayaraq qısa nitq söylədi:
- Əziz
dostlar!
Ötən dəfəki təqdimatda dediyim kimi, əslində
bu kitab bizim görüşümüz üçün bir bəhanədir. Düşünürəm
ki, hələ bundan sonra da sizinlə yenidən
görüşmək imkanımız olacaq. Sizlərə təqdim olunan kitaba gəlincə isə,
onu deyə bilərəm ki, mən ömrümün ötən
illərinin çoxunu elmi fəaliyyətə həsr
etmişəm, elm mənim üçün bütün məşğuliyyətlərdən
cəlbedici olub. Son illər bir alim-vətəndaş
olaraq, hüquq elminə bağlılığımdan əldə
etdiyim üstünlüklərdən həyatımızın
digər sahələrini öyrənmək üçün
istifadə etmək barədə çox fikirləşirdim.
Xeyli vaxtdır, müqəddəs
kitabımız Qurani-Kərimi oxuyur, öyrənir, oradakı
hüquqa aid məsəblərlə bağlı elmi əsər
yazmaq barədə düşünür, lazım olan
materialları toplayırdım. Mənim
Qurani-Kərimə üz tutmağımın bir səbəbi
də hüquq sahəsində tətbiq olunan bir çox
prinsiplərin Quranda öz ifadəsini tapması idi. Ona görə, Müqəddəs
Kitabımızın ayələrinə bir hüquqşünas
mövqeyindən yanaşaraq, hər dəfə də yeni-yeni
fıkirlər tapırdım. Ancaq mən
bu əsərimdə təkcə Qurandan deyil, eyni zamanda
İncildən də sitatlar gətirməklə,
İslamın və Xristianlığın cinayətə
baxışını göstərməyə
çalışmışam. Fikrimcə,
kitabı daha sanballı edən və dəyərini
artıran cəhətlərdən biri də məhz hər
iki müqəddəs kitabdakı İlahi kəlamlardan gen-bol
istifadə edilməsidir. Bununla demək istəyirəm
ki, insanın hərəkətlərinin nədən
qaynaqlandığını hələ heç bir elm sonadək
müəyyən edə bilməyib. Yəni,
başqa sözlə, insan hələ də özünü dərk
edə bilmir və yalnız özünün
yaratdıqlarını sonadək dərk edə bilir. Özünüdərkin
mümkünsüzlüyünün də açarı elə
buradadır-insan özünü yaratmadığı
üçün daxili dünyasını anlamaqda acizdir.
İnsanı yalnız Tanrı anlaya bilər.
Hər birinizə minnətdarlıq edərək,
yeni görüşlərin tezliklə olmasını diləyirəm.
***
Qeyd edək ki, “Filosofıya prestupleniya i nakazaniya” (“Cinayət
və cəzanın fəlsəfəsi”) kitabı 2013-cü
ildə Sankt-Peterburq şəhərində rus dilində
çapdan çıxmış və 2014-cü ildə Azərbaycan
dilinə tərcümə edilərək Bakı şəhərində,
“Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən
çap edilmişdir. Nəfis şəkildə nəşr
olunmuş kitabda cinayət hüququnun cinayət və cəza
ilə bağlı olan başlıca problemləri tədqiq
edilmiş, cinayətin mənbəyi, cəzanın mahiyyəti,
cinayətkarlığın, cəzalandırmanın gələcək
məsələləri haqqında geniş şərh
verimişdir. Kitab hüquq üzrə ali məktəblərin
tələbələri, magistr və doktorantlar, müəllimlər,
hüquq-mühafızə orqanlarının əməkdaşları,
cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər
və praktiki fəaliyyətlə məşğul olan mütəxəssislər,
eləcə də, filosoflar, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla
mübarizə problemi ilə maraqlanan oxucu kütləsi
üçün nəzərdə tutulmuşdur.
Xüsusi
qeyd: professor İlham Rəhimovun çıxışı və
tədbirin video görüntüləri tezadlar.az saytında və
yootube-də tərəfimizdən yerləşdirilmişdir,
müəllif hüquq “Təzadlar”a aiddir.
Bəs cinayət və cəzanın fəlsəfəsi
haradan keçir?
Professor
İlham Rəhimov bu suala kitabın “Giriş”
bölümündə belə şərh verir:
...Cəza
problemi üzərində uzun müddətli işləməyimlə
başa düşdüm ki, hər hansı bir elm sahəsi
haqqında heç bir bilik tam əhatəli ola
bilməz. İnsan sosial-təbii, maddi və mənəvi
aləmin heç bir reallığını sona qadər
öyrənə bilmək iqtidarında deyildir. Ancaq o, həmişə həqiqəti dərk etməyə
cəhd edir. Bu isə məlum olduğu
kimi, bu və ya digər problemin dərin və uzun müddətli
tədqiqatı nəticəsində mümkündür.
Mən cəza probleminin mahiyyətinə dərindən
nüfuz etdikcə, bu mürəkkəb fenomenin dərk edilməsində
ancaq hüquqi yanaşmanın məhdud olduğu qənaətinə
gəldim, bu isə araşdırma prosesində cinayət
hüququ va kriminoloji çərçivədən
kənara çıxmağın zəruriliyini ortaya
çıxardı. Eyni zamanda başa düşdüm
ki, cinayəti və onun səbəblərini fəlsəfi cəhətdən
dərk etmədən cəzanı və onun mahiyyətini
anlamaq mümkün deyildir. Çünki yalnız cinayətin
nə olduğunu bilməklə insan davranışları və
bundan doğan reaksiyanı cəza adlandırmaq mümkün ola bilər. Bu prinsipial müddəalardan
çıxış edərək cəza
anlayışını cinayət və onun səbəbləri
ilə birlikdə nəzərdən keçirməyə
çalışdım. Bu istiqamətdə
problemə yalnız hüquqi deyil, həm də fəlsəfi
mövqedən yanaşdım. Nəticədə
qeyd edilən problema dair daha əvvəl söylədiyim bəzi
fikirlərdən daşınmalı oldum. Lakin
özümə amerikalı filosof, şair və publisist Ceyms
Rassel Lovelin: “Yalnız ax-maqlar va ölülər öz fikirlərini
heç vaxt dəyişmirlər”, - sözləri ilə təsəlli
tapdım.
Mən cinayət və cəza problemləri ilə
bağlı həqiqəti tapacağıma tam əmin deyildim,
çünki bu sahədə elmi mübahisələr, əvvəlki
kimi, hələ də səngimək bilmir. Mən
yalnız öz əqidəmi yeni arqumentlərlə
yoxlamağa cəhd etməyi qarşıma qoydum. Görəsən, mən bunu bacara biləcəyəmmi?
Hegelə görə: “Həqiqət axtarışında cəsarət
və ağlın gücünə inam fəlsəfə ilə
məşğul olmamın ilk şərtlərindəndir. İnsan özü özünə hörmət etməli
və özünü ən üstün, ən dəyərli
şeylərə layiq bilməlidir. Ruhun
gücü və sirri haqqında nə qədar yüksək
fikirdə olsaq belə, yenə də bunlar kifayət etmir.
Kainatın gizli mahiyyətində elə bir
güc yoxdur ki, idraka müqavimət göstərə bilsin.
Kainat insanın qarşısında öz təbiətinin
dərinliklərini və sərvətlərini açmalı
və ona bunlardan həzz almağa imkan verməlidir.
İlk əvvəl mövcud tədqiqatın predmeti olan
cinayət və cəzanın fəlsəfəsi mənə
tamamilə anlaşılmaz görünürdü. Bu isə kifayət
qədər fəlsəfi tərif və anlayışlara
müraciət etməyimə səbəb oldu. Bu anlayışların çoxluğu və mürəkkəbliyi,
bəzən məni qorxudaraq tədqiqat işindən
yayınmağa gətirib çıxarırdı. Buna
baxmayaraq mən idrakın biliksizlikdən-biliyə, dərkedilməzlikdən-idraka
və sirdən-həqiqətə doğru irəliləyən
bir proses olduğunu bilirdim. Vaxtilə Leninqrad Dövlət
Universitetində müəllimimiz olmuş akademik C.Ə.Kərimovuıı
söylədiyi: “İdrak da dünya, həyat, varlıq, o cümlədən
hüququn varlığı kimi sonsuzdur” - müdrik fikirləri
məni həmişə
düşündürmüşdür.
Eyni zamanda mənə tam aydın olmuşdur ki,
seçdiyim idrak yolunda çoxlu çətinlik və maneələri
aşmalı olacağam. Əvvəlcədən qeyd edim ki, bizim sələflərirnizin
gərgin və şərəfli əməyi olmasaydı, biz
öz gücümüzlə qabağa irəliləyə bilməzdik.
Bunu da yada salmaq lazımdır ki, Q.Leybnitsin
“İdrak keçmişin oğlıı, gələcəyin
atasıdır” - fikri dünyanm təkamül qanununun bir ifadəsidir.
Qeyd edək ki, dünyada və bizim həyatımızda
elə bir şey yoxdur ki, əvvəllər bu haqda deyilməmiş
olsıın.
Hansı ki hər bir yeniliyin keçmişə
aid olduğunu qeyd edirlər. Heç bir
şərh və nəql edilmiş əsər
keçmişdə yaşayan mütəfəkkirlərin əsərləri
ilə birbaşa tanışlıqdan alman təəssüratın
yerini verə bilməz və bir zamanlar ifadə edilmiş
ideyaların həqiqi mənalarını aça bilməz.
Mən fəlsəfə, din, hüquq tarixi, hətta cinayət
və cəza mövzusu ilə əlaqəli digər elmlərlə
tanış olduqdan sonra bu qənaətə
gəldim.
Cinayət
hüququnda hər zaman belə bir sual qoyulmuşdur: Cinayət
və cəzanı yalnız hüquqi çərçivədə
öyrənməklə kifayətlənə bilərikmi? Bu zaman qarşımıza qoyulan məqsədlərə
çata bilərikmi? Cinayət hüququnun əhatəsinin
genişlənməsini tələb edən ilk alimlərdən
biri olmuş professor M.V.Duxovskiyə etiraz edən A.F.Kistyakovski
qeyd etmişdir: “Müallif cinayət hüququna yalnız cinayəti
araşdıran bir elm sahəsi kimi baxmağı doğru
saymırsa, onu ayrıca hadisə kimi qəbul edib səbəblərini
araşdırmırsa, onda bela bir sual vermək olar: elmimizdə
nə edilə bilər ki, ictimai həyatın normalarına
görə biz yalnız cinayəti və onun törədioməsinə
uyğun olan cəzanı öyrənməyə məcbur
olaq'.
Şübhəsiz, cinayət və cəzanın
hüquqi baxımdan öyrənihnəsi nəinki zəruridir,
həm də vacibdir. M.P.Çubinskinin qeyd etdiyinə görə
“bunu birdəfəlik yadda saxlamaq lazımdır ki, hər bir
islahatçı təklif qəbul və icra edilməlidir”.
Ancaq bizə
bu istiqamətdə cinayət və cəza
anlayışlarının təməlində duran psixi və
fiziki amillər, hətta cinayət törətmiş şəxsin
əxlaqı, vərdişləri,.cinayətə
meyilliliyi və cinayət əməllərinin üsulları
haqqında məlumat lazımdır. Bundan
başqa, cinayətkarın özünü etik və
hüquqi normalara uyğun aparması və bu istiqamətdə
törədilən cinayətə görə cəzanın
hüquqi tənzimlənməsi fəlsəfi yöndən əsaslandırılmalıdır.
Çünki cinayət hüququ bu istiqamətdə
mühüm əhəmiyyət kəsb edən zəruri məlumatlar
və biliklər vermir. Buna görə də
biz insanın cinayətkar davranışını izalı
edib, cinayət və cəzanın mahiyyətini dərk etmək
istəyiriksə, digər elmlərin nailiyyətlərindən
də istifadə etməliyik. Burada söhbət
cinayət hüququ problemlərinin öyrənilməsi və
şərh olunması məqsədilə qeyri-hüquqi elmlərin
metod və vasitələrindən istifadə edilməsindən
gedir. Onların bu elmə daxil edilməsi
haqqında heç nə iddia edilmir. E. Ferrinin “Gələcəyin
bütün ədliyyə sistemi cinayətkara sosial mühitdə
hərəkət edən bir biokimyəvi şəxsiyyət
kimi baxacaqdır” fikri bütün bunlara əsas verir. Bu səbəbdən heç bir kompromis cəhdlərə
yer verilmir. Elmin tərəqqisi
üçün zəruri olan yeni üsullar “Cinayətin -
mücərrəd hüquqi mahiyyət kimi - öyrənilməsini
imkansız edir”1 - iddiaları həqiqəti əks etdirməyən
ifadələr kimi dəyərləndirilə bilər. Bununla belə, müasir ədliyyə sistemi
cinayatkarın şəxsiyyətinin təyin edilməsində
psixologiya, psixiatriya, genetika və tibb kimi elm sahələrinin
nəticələrindən istifadə etməklə, cinayəti
hüquqi və fəlsəfi mahiyyətdə dəyərləndirir.
Daha doğrusu, hazırda cinayətin törədilməsi
və cəza ilə əlaqəli problemlər təkcə
kriminoloji və cinayət hüququ elmlərinin deyil, həm də
fəlsəfə, sosiologiya, psixologiya və ilahiyyat sahələrində
ən çox diqqəti cəlb edən problemlərdən
hesab edilir.
Bəzən bu və digər anlayışın gündəlik
təcrübədə geniş istifadə olunmasına
baxmayaraq, ona tərif vermək çox çətin və hətta
mümkün olmur. Buna görə də adi insanlar cinayət,
ümumiyyətlə, cinayətkarlıq haqqında söhbət
zamanı bu anlayışların mahiyyətinə və məzmununa
varmırlar. Onlar üçün bu qəbildən
olan anlayış və ifadələr anlaşıları və
sadədir. Bu isə onlara bir-birlərini
çox yaxşı başa düşmək iınkanı
yaradır. Müqəddəs Avqustin yazırdı: “Məndən
bu və digər anlayışların mənaları
haqqında soruşmasalar belə, mən söhbətin nə
haqqında getdiyini bilirəm. Məndan
onların mənalarını başqa insanlara anlatmağı
xahiş edəndə isə, bunu edə bilmirəm”.
Cinayət və cəza anlayışlarının
mürəkkəbliyi və çətin başa
düşülməsi onların fəlsəfi mahiyyəti ilə
izalı olunur.
Bu işin mürəkkəb olmasına baxmayaraq
bu fenomenlərə yanaşmada onların fəlsəfi mahiyyətlərinin
açılması üçün hər şeydən əvvəl,
inteqrativ və bununla birlikdə dərin fəlsəfi
yanaşmalara ehtiyac hiss edilir.
Y.V.Qolik
qeyd etmişdir: “Hüquqşünaslığın fəlsəfi
problemlərinin təfərrüatlarına varmaq istəyən
insanlar çox maraqlı, eyni zamanda “təhlükəli” yola
qədəm qoyacaqdır. Məsələ
burasındadır ki, fəlsəfə hər hansı bir
problem haqqında fikir birliyinə malik olmayan elmlər
sırasına daxildir. Çox vaxt burada
fikirlər o qədər bir-birindən fərqlənir ki, bəzən
burada hər hansı bir istinad nöqtəsi tapmaq olmur. Burada mübahisələr onilliklər, yüzilliklər
deyil, hətta minilliklər boyu davam edə bilər”.
Rus alimi V.İ.Vernadskinin: “Başa
düşürəm ki, yanlış və aldadıcı
yolla irəliləmək məni dərinliklərə aparacaq.
Lakin mən o yollarla getməyə bilmərəm.
Çünki düşüncəmin hər bir
buxovu məndə nifrət doğurur. Mən
düşüncəmi əvvəlcədən
cızılmış yolla getməyə məcbur edə bilmərəm.
Bu yol məni maraqlandıran sualların
qoyuluşundan yayındırmamalıdır. Məhz bu kimi axtarışlar və yönəlmələr
hər bir elmi fəaliyyətin əsasını teşkil
edir” bu fikirlərini tamamilə ədalətli hesab edib, tədqiqatçılara
elmi fəaliyyətin əsası kimi tövsiyə edirəm.
Mütəfəkkir insanlar elm və təcrübənin
birmənalı cavab tapa bilmədiyi bir çox problemlərə
aydınlıq gətirməyə
çalışmışlar. Fəlsəfənin
vəzifəsi isə bu sııalları araşdıraraq,
imkan daxilində onları cavablandırmaq olmuşdur. Bu dünyanın quruluşu necədir? O
inkişaf edirmi? Bu inkişaf qanunlarını kim
və nə təyin edir? İnsan ölümə
məhkumdurmu? İnsan həyatdakı vəzifəsini
dərk edə bilirmi? İnsanın idrak
imkanları necədir? Yəni bunu
birbaşa deməyə haqqımız çatır ki, bəşəriyyətin
bütün nailiyyətlərində fəlsəfənin
dolayı olsa da, əhəmiyyətli rolu olmuşdur. Fəlsəfə ümumi və çoxşaxəli
olduğundan, insan öz həyatının hər hansı bir
sahəsində onsuz keçinə bilmir. Belə
ki, “Elmin istənilən sahəsi bizi əhatə edən məkanda
qeyri-müəyyənliklə əhatələnir. İnsan bu sahəya daxil olduqda, elmi məkanı tərk
edib abstrakt düşüncəya qapanır. Bu abslrakt düşüncələr də fəlsəfənin
bir hissəsidir. Hətta bütün
bunları fəlsəfə hesab etmək mümkündür”
(B.Rassel).
Məlum olduğu kimi, fəlsəfə özündə
bir çox sahələri əhatə edir. Bunların
arasında qanunvericilik prinsiplərinin nəticələrini
araşdıran hüququn fəlsəfəsi də vardır.
Unutmamaq lazımdır ki, xeyir və şər
məsələləri, ədalət anlayışı fəlsəfənin
bir sahəsi olan etikaya aiddir, daha doğrusu, ədalət
hüquqi deyil, etik kateqoriyadır. Deməli,
bunlar hüquqi deyil, etik kateqoriyalardır. Eyni
zamanda “cinayət” və “cəza” anlayışları fəlsəfi
kateqoriyalara aid edilməlidir. Çünki
hüquq və onunla əlaqədar olan elmlər, xüsusən,
cinayət hüququ və kriminologiya bizi maraqlandıran suallara
cavab vermək iqtidarında deyildir. Fəlsəfə
bütün elmlərin, o cümlədən hüquq elmləri
və onun problemlərinin araşdırılması
üçün əsas elmi baza rolunu oynayır. Məsələn,
qisas, cəzalandırma, əzabvermə və s.
anlayışları ancaq fəlsəfi prizmadan dəyərləndimək
mümkündür.
Tanınmış
hüquqşünas və sosial fəlsəfənin bilicilərindən
biri olan E.V.Spektorskinin aşağıdakı fikirləri diqqəti
çəkir: “Hüquqşünaslıq elmi fəlsəfənin
üç sahəsi - etika, metafizika və qnoseologiya ila
sıx əlaqəlidir. Dantenin əsərinda şeytanın bəyan
etdiyi kimi: “Tu non pensavi ch' io leice fossi” - Sən
şübhələnmədin ki, mən məntiq-şünasam!
Bu baxımdan hüquq elmi də bəyan edə bilər: “Sən
şübhələnmədin ki, mən filosofam!” Bu ifadənin başa düşülməsi onu
yüksəltməli, tez-tez səslənən qınaqlardan
qurtarmalıdır. Çünki deyirlər
ki, fəlsəfə yalnız ümidsizlik aşılayan bir
sahədir. Bunu anlamaq həm də məsuliyyəti
artırır. Belə olanda gərək
hüquq elmi fəlsəfəyə və onun problemlərinə
böyük diqqətlə yanaşsın. Vaxtilə Platon qeyd edirdi ki, “fəlsəfəya
marağın olmaması əslində həqiqi biliyin deyil,
özündən razı olan nadanın yanaşmasıdır,
hüquqşünasda bunun olmaması isə artıq onun
öz peşə işinə etinasız münasibət bəslədiyinin
əlamətidir. Bu etinasızlıq ona görə
bağış-lanmazdır ki, onun nəticəsində
hüquq elmi başqa xarici talimlərin müdaxiləsi naticəsində
məhv ola bilər'”.
Bizim qənaətimizə görə yuxarıda deyilən
fikirlər hüquq elminin əhəmiyyətini iddia edən
pozitivistlərin ünvanına istiqamətlənmiş ən
tutarlı cavabdır. Onlar hesab edirlər ki, fəlsəfəni,
etikanı və bu qəbildən olan digər elmləri
hüquq elminə aid anlayışların maahiyyətini
açmaq üçün istifadə etmək olmaz. Hegel
haqlı olaraq qeyd etmişdir: “Huquq elmi fəlsəfənin bir
hissəsidir”.
Doğrudan da, məgər hüquq elmi
anlayışların mahiyyətinin açılmasını
və ya çoxsaylı hüquqi problemlərin dərk
olunmasını fəlsəfəsiz təmin edə bilərmi? Ayrıca,
konkret elmlərin həll edə bilmədiyi bütün nəzəri
məsələlərə fəlsəfənin cavab verməyə
cəhd etdiyini düşünsək, o zaman bunıın
cavabı mənfi olacaqdır. Ancaq
bütün bu elmlərin ümumi əsası və məqsədi
vardır. Bu da təbiətin öyrənilməsi
və onun dərk edilməsi üçün vacibdir.
Ancaq burada Arthamastranm (Qadim Hindistan, b.e.ə. IV əsr) sözlərini
unutmamaq lazımdır: “Fəlsəfə, həmişə
bütün elmlər üçün bir çıraq, hər
bir işin reallaşması üçün bir vasitə və
bütün qaydalar üçün dayaq nöqtəsi hesab
edilir”. Tarix şahiddir ki, bütün zamanlarda məhz
filosoflar insanı düşündürən suallar qoymuş
və bu suallara hüquqdan əvvəl cavab verməyə səy
göstərmişlər. Bu da təbiidir,
çünki fəlsəfənin mahiyyəti “kainat-insan”
müstəvisində olan problemlərdən təşkil
olunmuşdur. Bu səbəbdən cəzanın
obyekti, həm də cinayətin subyekti kimi
çıxış edən insandırsa, onda etiraf edilməlidir
ki, fəlsəfəsiz “cinayat-insan-cəza” sisteminin məzmun
və mahiyyətini izah etmək mümkün deyil. Belə hallarda bəzən hüquq elmləri,
xüsusən də, cinayət hüququ və kriminologiya nisbətən
gücsüz görünür.
Kant qeyd edirdi ki, “fəlsəfə əslində insan
haqqında təcrübi bilikdən başqa bir şey
deyildir”. Bu istiqamətdə fəlsəfə cinayət və
cəzaya, onların mahiyyəti, ümumsosial mexanizmində
olan yeri və rolu, etik normalar baxımından onların
hüquqi təbiətinə bəraət qazandırmalı, mənəvi
və əxlaqi dəyərlər nöqteyi-nəzərindən
baxılmalıdır. Buna görə də
cinayət və cəza haqqında təlimin metodoloji cəhətdən
düzgün tərtibi və cəmiyyətə maksimum təsir
etməsi üçün o yalnız hüquq elmlərinə
deyil, həm də ilk növbədə fəlsəfəyə,
o cümlədən elmi idrakın məqsədyönlü
sistemində birləşmiş bütün humanitar elmlər
məcmusuna istiqamətlənməlidir. Bəzən
bir-birlərini başa düşməyən filosoflarla
hüquqşünaslar qarşılıqlı ittihamlarla
çıxış edirlər. Filosoflar
hesab edirlər ki, hüquqşünaslar müstəqil və
azad fikir irəli sürə bilməzlər, çünki
onlar formal qanunların tələblərinə tabedirlər.
Hüquqşünaslar isə filosofları
formaca gözəl, ancaq praktiki faydalanmadan uzaq ifadələr səsləndirdiklərini
qeyd edirlər.
Ədalət naminə qeyd edilməlidir ki, fəlsəfə
bəzən bir çox hadisələri
hüquqşünaslar tərəfindən birmənalı
qarşılanmayan, həddən artıq çətin
başa düşülən anlayışlar və
kateqoriyalarla ifadə edir. Bu isə onların təcrübədə
tətbiqini çətinləşdirir. Əslində
çətinlik fəlsəfənin özündə deyil, onu
ifadə edən fllosofların ifadə tərzlərindən
irəli gəlir. Paradoks həm də
ondadır ki, fəlsəfi fikir nə qədər çətin,
anlaşılmayan və dolaşıqlı ifadə edilərsə,
o zaman filosof bir o qədər dahi hesab edilir.
Mən əminəm
ki, cinayət və cəza kimi çətin və mürəkkəb
problemin tədqiq edilməsini öhdəsinə götürməyə
cəsarət edən bir şəxs, yalnız bütün
tanınmış hüquqşünasların deyil, həm də
cinayət hüququ institutlarına aid olan dahi filosof, psixoloq,
sosioloq, hətta yazıçıların
araşdırmaları ilə diqqətlə və yaxından
tanış olmahdır. Əlbəttə, burada
unutmaq olmaz ki, hüquq elmləri sistemində fəlsəfə
fundamental elmdir, hansı ki, onunla müqayisədə digər
sahə-lərə aid olan elmlər əsasən daha çox
tətbiqi əhəmiyyət kəsb edir. Bunların
uğurlu inkişafı həm fəlsəfə, həm də
hüququn birliyi və qarşılıqlı təsirindən
asılıdır.
A.Veberə görə, “Fəlsəfə elə bir
gün yaranmışdır ki, həmin vaxt düşüncə
əfsanələşmiş fantastik varlıqlar vasitəsilə
dünyanı izah etməkdən imtina etmişdir. Bunun əvazinə
o, bütün substansiyaları, əbədi qüvvə və
şüurla, ya da onun öz dili ilə desək əsas
başlanğıc və səbəblərlə birləşdirir'1.
Bu səbəbdən hər bir şeyin fəlsəfəsi
o hadisənin yaranma səbəbinin, hətta
varlığının və uğradığı dəyişkənliyin
analizindən ibarətdir. Buna görə
cinayətlə cazanın fəlsəfəsi o zaman
fonnalaşmışdır ki, insan öz davranışı
haqqında düşünməyə başlamışdır.
O davranış haqqında ki, həmin davranışlar digər
insanlara, cəmiyyətə müəyyən zərər
verir və həm də o hadisələrin
qarşısını almaq zəruridir.
Antik dövr filosoflarının qeyd etdikləri kimi, yalnız fəlsəfi kateqoriyaların vasitəsilə biz cinayət və cəzanın mahiyyəti haqqında həqiqətləri əldə edə bilərik. Məhz bu kateqoriyalar cəmiyyətin dərk edilmssi istiqamətində universal metodoloji vasitələrdən ibarətdir.
Bu müddəalardan çıxış edərək fəlsəfi mahiyyət daşıyan aşağıdakı suallara cavab verməyə cəhd edəcəyəm: Qanundan kənarda törədilən cinayət nədir? İnsanın (həm də cinatyətkarın) davranışının səbəblərini və mənbəyini nə təşkil edir? Cəzanın mahiyyəti, mənbəyi nədir? Cinayətkarı necə və nəyə görə cəzalandırmaq olar? Cəzavernə hüququ kimə məxsusdur və bu hüququ kim vermişdir? Ümumiyyətlə, cəmiyyətə cəza lazımdırmı və bunun gələcəyi necə olacaqdır?
Asif Mərzili
Təzadlar.-
2014.- 26 iyun.- S.8-9-10.