Dağlara yaraşan şair...

 

Gec tanıyıb tez isinişdiyim könül dostlarımdan biriçağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən olan gözəl şairimiz Ədalət Nicatdır. Əvvəlcə Ədalətin kənd səmimiyyətinin, Qubadlı torpağı kimi halallığının, Qubadlı bulaqları kimi saflığının, kövrəkliyinin sehrinə düşmüşəm.

Daha sonra yaradıcılığını sevdim. Sevdim ona görə ki, Ədalətin sözüözü kimidir - saf, səmimi, kövrək, milli... Ədalətin şeirlərində vətən eşqi, torpaq məhəbbəti, yurd sevgisi, el-obaya bağlılıq, sadə, halal insanların saf duyğuları, rastlaşdığımız müşküllər, günümüzün, güzəranımızın, zamanımızın əcaiblikləri, dövrümüzün çətinlikləri, övlad həsrəti, vətən yanğısı, Qubadlı niskigis. mövzular mühüm yer tutur. Bir sözlə, Ədalət qardaşımızın şeirlərinin məzmunu müasir həyatımızla səsləşir. Ədalətin şeir dili sadə və aydındır...

Məmləkətimizin dilbər guşələrindən sayılan Qubadlının uca dağlarından, şiş qayalarından, zümrüd meşələrindən, güzgü göllərindən qopub gəlib Ədalət. Bu gün Ədalət duruluğu üçün ilk növbədə o təbiətə borcludur. Odur ki, çox istərdim Ədalət Allahın verdiyi gözəlliklərini - saflığını, mərdliyini, insanlara və vətənə sevgisini daha da gücləndirmək üçün Sumqayıtdan dağlara çəkilməlidir, təbiətə doğru getməlidir. Çünki tarixən təbiət formalaşdırıb türkün həyat tərzini, insani keyfiyyətlərini. Ədaləti dağlardan, bulaqlardan, saf insanlardan, çoban tütəyinin səsindən, bir sözlə, el-oba, yalaq həyatından ayırmaq olmaz. Təbiətdə, köçərilikdə insanın psixologiyası və əxlaqı daim təmiz hava alır deyə sağlam qalır.

Sən bizə hələ çox lazımsan, Ədalət Nicat. Bu gün , sabah da, yüz il sonra da... Şəhərdə yüz illərlə Ədalət qalacaqmı? yazıq ki, yox. Sən üzünü qibləyə, qəlbini göylərə tutdüğün kimi qalmaq üçün dağlara çəkil, qardaşım, yaxşımı?

Sən dağlarla bir görən qardaşın:

 

 

Əkbər Paşa Xudulu

Təzadlar.- 2014.- 1 mart.- S.15.