Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 

(Əvvəli ötən saylarda)

 

 

 

12 sentyabr - Telefonda Yaqubun səsi eşidildi:

- Ay xanım, necəsiniz? Əvvəlki xanıma bir xanım da əlavə edim, necədir?

- Yaqub, elə əsl adımı əlavə xanımsız desəniz yaxşı olar.

 

 

 

- Xanım, Məmməd müəllimdən bir şeir xahiş etmək istəyirəm. Siz Azərbaycan qadınlarının vəziyyətini məndən yaxşı bilirsiniz, qadınlar evdə oturublar, heç bir yerə getmirlər, işləri ağırdır, bütün günü xörək bişirir qab yuyurlar. Qadınlar məndən xahiş etdilər ki, onları müdafiə edən bir mahnı oxuyum. Məmməd müəllim belə bir şeir yazarmı?

- Yaqub, bu başdan deyirəm, çətin ki, o, sənin arzuna cavab verə, çünki onu tanıdığım vaxtdan ta bu günə qədər sifarişlə şeir yazdığının şahidi olmamışam. Hər halda sözünü çatdıraram. İkincisi, onun özünün yoldaşı sənin saydıqlarının hamısını yerinə yetirir. O ki, qaldı maşınla görmək, əsarətdən təzə qurtarmışıq, bizim pullularımız respublikanın inkişafı üçün pul buraxmaq istəmirlər. Mahnıların aqibəti necədir?

- İşlər yaxşı gedir məhsuldar işləyirəm. Artıq 7 mahnı hazırdır, 4-ü Sevda xanımın, 3-ü isə mənimdir. Çalış, Məmməd müəllim mənim xahişimi yerinə yetirsin.

 

- Allah eləsin, amma bilirəm ki, yazmayacaq.

Sevda xanım da Yaqubu axtarırdı:

 

- Gülxanım bacı, Yaqubu tapa bilmirəm. “Ayrılmazıq” mahnısını “Dan ulduzu” ilə birlikdə yazmaq istəyirəm. Rəhmətlik Gülarə ilə də neçə mahnı yazdırmışam.

- Sevda xanım, sizdən bir az əvvəl Yaqubla danışırdım. Yerini bilmirəm, bir də danışsa mütləq onu axtardığınızı çatdıraram.

24 sentyabr - Yaqub Zurufçu:

 - Gülxanım bacı, Sevda xanımı tapa bilmirəm, mahnılar gecikir.

- Elə bir-biriniz axtarırsınız. Sevda xanım da sizi axtarır. Sevda xanımla danış. Naxçıvanda görüşləriniz necə keçdi?

 

- Çox gözəl...Yaxşı görüşlərimiz oldu. Orada Məmməd müəllimi yaman çox istəyirlər.

Müsahibələrin çapına başlamışam, yaxşı başlıqlar seçilib. Oxuyuram:

 

Eşitdi, görmədi bu dünya məni,

Gördü, eşitmədi bu dünya məni...

 

 

 

Elə yerləri oxuyub məni ara-bir təzədən o aləmə qaytarırsan, əladır: “Zamanın qulaqları ağır eşidir”, çox gözəl, deyilməmiş ifadədir.

 

Şair sözü,  yol ayrıcında dayanan müdrik qocadır...İnsan arzularını mənzil başına çatdırmağı özünün əzəli vəzifəsi sayır...

Sığmaz dediyimə deyəcəklərim,

Dünyanın qulağı qurğuşun dolu.

Eşidə-eşidə kardı bu dünya

Və görə-görə də kordu bu dünya. 

- Hə, əzizim, belədi dünya!.. Söhbət əsil şairlərdən gedir, elə deyilmi?

- Bəli, elədir, birbunu sənə dəfələrlə demişəm, müsahibələrdə verilmiş suallara cavab öz qələmimin məhsuludur, jurnalistin heç bir əlavəsi yoxdur.

  14 oktyabr - “Səhər görüşləri”ndə Məmmədin ad gününü təbrik etdilər. Telefon səsləndi: - Prezident aparatındandır, prezident Məmməd müəllimi təbrik etmək istəyir. Telefonu Məmmədə verdim,

 

Heydər Əliyevin səsi eşidildi:

- Məmməd, səni 65 yaşın münasibətilə təbrik edirəm, sənə can sağlığı, yaradıcılıq nailliyyətləri arzulayıram. Mənə sözün?

Məmməd də öz təşəkkürünü Prezidentə bildirdi, öz köhnə xasiyyətindən “istifadə edərək” heç bir xahiş etmədi, vəssalam. BirElçin Əfəndiyev təbrik teleqramı vurmuşdu.

Elmiranın çəkdiyi “Ata ocağından od alan poeziyaverilişini də gecə saat 12-yə qalmış verdilər. Verilişdən sonra bəstəkar Sevda xanım bizi təbrik etdi:

- Gülxanım bacı, verilişə çox vurğunluqla baxdım, oxunan şeirlər məni yaman tutdu. Musiqiyə yatan sözlərdir. Cavanlıq şəkillərinizi də gördüm, təəssüfləndim, hayıf o gözəllik, o cavanlıq. Atam həmişə cavanlıq şəkillərinə baxıb deyərdi: - “Pah atonnan, necə gözəl oğlan olmuşammış” - Sevda xanım ürəkdən güldü.

Elmira verilişin Məmməd tərəfindən necə qarşılandığını soruşdu:

- Çəkiliş çox xoşuna gəlib, ancaqdahi” sözünə etiraz edir, - mənə dahi deməsinlər, mən hələ dahiliyə çatmamışam - deyir.

- Məmməd müəllim qoy etiraz etsin, bu sözü təkcə mən demirəm, 7 milyon Azərbaycan xalqının 90 faizi, demək olar ki, Məmməd müəllimə dahi şair deyir. Biz deyəcəyik, qoy dostlar sevinsin, paxıllar o məsələ. Cavab verdi  Elmira.

16-17 oktyabr - Naxçıvanın Bakıdakı nümayəndəliyindən bildirdilər:

- Naxçıvanın daimi nümayəndəliyindədir, Həsən Zeynalovdur, biz sabah Məmməd müəllimin ad gününü keçirmək istəyirik. O, neçə saat otura bilər? Biz camaata saat 2-də demişik.

- Həsən müəllim, iki saatdan artıq otura bilməz - cavabını verdim.

 Aqil bizi nümayəndəliyə apardı, xudmani bir məclis idi. Həsən müəllim bildirdi ki, bu məclisin keçirilməsini Vasif Talıbov tapşırıb. Onun sizə kiçik hədiyyəsi var. Sonra gümüşü rəngdə iki at fiqurunu bağışladı. Görüşdə çoxları, o cümlədən Fəttah müəllim də çıxış etdi:

- Məmməd müəllim həmişə bizim diqqət mərkəzindədir - dedi.

Rəssam Safonov dedi ki, mən Heydər Əliyevin portretini çəkmişəm. Azərbaycanı və azərbaycanlıları çox sevirəm, hətta müsəlman olmağa da razıyam. Sonra Safonov Məmmədin rusca şeirlərini istədi, telefon nömrəmizi götürdü. Söz verdi ki, Məmmədin də portretini çəkəcək.

“Xəbərlər” və “Den” studiyasından çəkilişlər edildi.

20 oktyabr - Axşamüstü bir nəfər jurnalist gəldi, bildirdi ki, “Ulus” qəzetinin redaktoruyam, evin yerini öyrənməyə gəlmişəm. Bir dəstə naxçıvanlı gənclər sizin ad gününüzü təbrik etmək istəyir. Narahatçılıq olmaz ki?

 

 

 

- Məmnuniyyətlə qəbul edərəm - cavabını verdi Məmməd.

Axşama yaxın bir xeyli adam gəldi...

Moskva kanalına baxırdıq. Zuqanov dedi ki, gənclikdə şeir yazırdım.

- Məmməd, eşitdin, Zuqanov deyir ki, şeir yazırdım.

- Deyirəm axı, ona görə başı xarabdı...

 

4 noyabr - Əgər cildlərin çapı reallaşsa, bütün cildlərin əvvəlinə “Ayağa dur, Azərbaycan”, “Bu millətin dərdi-səri”, “Bu millətə nə verdi ki?”, “Ya rəbbim”, “Ata millət, ana millət ağlama”, “Yaxşılar”, “Söznən zarafat eyləmə”  şeirlərimi salmaq lazımdır. Çünki bunlar mənim ana xəttimdir. “Xətainin qılıncını suvardım” var ki, bu fikirlər mənim devizimdir, Millət ağlasa sınar, ağlamaq əvəzinə gərək mübarizəyə qoşulsun, Xətainin qılıncına dönsün.

 Necə yaşamaq, zamanın arxlarını necə adlamaq, sınıq-salxaq körpüləri necə keçmək?.. Düşünsün! Bəs aclıq, yoxsulluq, ağır xəstəlik məngənəsində olan insanların taleyini kim oxuyacaq?  Əli baltalı nadanları, meşələrimizi 5-10 ilin içində çır-çırpıya döndərənləri kim görəcək? Bəs yalanın “aparıcı” qüvvə olduğu  bir zamanda zamanı kim yedəkləyəcək? Ölkəyə “süd arxları çəkdirən” vədəbazları yalan danışmaqdan kim çəkindirəcək? Bunları şair hamıdan əvvəl görür, şair ömrü adi ömür deyil, əsil şair öz ömrünü çox vaxt payız yarpaqları kimi küləklərə yem edir -   əlavə Məmməd.

13 noyabr - Kəndə getməyi qərarlaşdırmışdım. Səhər gördük ki, bərk yağış yağır. Məmməd sevindi:

 

 - Belə havada ancaq axmaqlar evdən çıxar, onsuz da getmək istəmirdim, qalsın ayrı bir vaxta.

- Yaxşı, istəmirsən istəmə, ancaq Milli Məclisdəki çıxışlara bax. İbrahim adlı bir deputat YAP-dan çıxdığını elan etdi. Murtuz müəllim bərk hirslənib.

Bu məsələ Məmmədi güldürdü:

- Gülxanım, o partiyadan çıxan hansı partiya yaradır?

- “Namus” partiyası - cavab verdim.

 

 

 

14 noyabr - Yılmazın ən gözəl məşğuliyyəti əlinə keçəni sındırmaq, evi dağıtmaqdır. Başım Yılmaza qarışmışdı, Məmməd məni çağırdı. 12 noyabr Konstitusiya günü münasibətilə iki nəfər çıxış edirdi. Onlardan Rauf adlısı dedi:

 - SSRİ-nin dağılması əslində çoxdan başlamışdı. Bizdə də azadlıq hərəkatına meyl çox idi. Artıq Məmməd Araz, Xəlil Rza, Bəxtiyar bu münbit şəraiti yaratmışdılar. Hərəkata liderlik etmək lazım idi. Onlar da yetişmişdilər.

O biri jurnalist isə bu azadlığı rusların özlərinin verdiyini söylədi.

17 noyabr - Dirçəliş günü  İsa müəllim bayramı təbrik etdi:

- M. Arazın poeziyasından, Ağalar müəllimin akademik fikirlərindən bəhrələnirik...

 

 

 

Sonra da “Təklənmə” şeirini oxudu.

Mübariz Tağıyev oxuyurdu, Məmməd onun sözlərinə irad tutdu:

- “Dumanlar, çənlər” demək olmaz

- Yəni cəmləşdirmək olmaz - eləmi?

- “ləri” artırmaq olmaz.

Əlimə belə bir misra keçdi: “Ulduzlu göyləri süpürüb dərələrə tökdülər”.

 

 

 

- Əla misradır, vaxt tamam olacaq?

Bir xeyli susduqdan sonra cavab verdi:

- Təsvirimdə belə bir kənddir,  onun ətrafında qurd ulaşmır, quzu mələrtisi, xoruz banı eşidilmir. Həmin misra bu təsvir etdiyim kəndə aiddir.

Boşaldı kürsüdə hər iki sinə,

 

 

 

Bu ona döşədi, o buna dedi.

Üçüncü adam isə hər ikisinə,

Əl çaldı, yan aldı, təbrik elədi.

 

- Elə bil bu gün üçün yazmısan, deyəsən, o vaxtdan  ikiüzlü  adamları görmüşdün.

- Şeir həmişə müasir olmasa, o, şeir deyil.

1 dekabr - İlin axırıncı ayı. İl vaxt başlandı vaxt qurtardı? Nərimanın sözü, - bu da bir zarafat, - deyindi.

Televizorda Əzizə xanım Cəfərzadə onun qardaşlarını danışdırırdılar. Söhbət bayatılarımızdan gedirdi. Məmməd Sarı Aşıqdan bir neçə bayatı dedi sonra da çox heyrətlə əlavə etdi:

 

 

 

- Sənətə bax - çox qəribə formadı bayatılar.

 Səhər yuxudan gümrah durmuşdu, yazıçılara aid bir lətifə danışdı:

 

 

 

- Yazıçıların futbol komandasını yaradırlar. Qapıçılardan biri Mirzə İbrahimov, digəri isə Əli Vəliyev idi. Hücumçu Süleyman  Rəhimov, Süleyman  Rüstəm idi. Əhməd Cəmil isə hakim. Əli Vəliyevin hər dəfə qapısından top keçəndə deyirmiş, vay evim yıxıldı, qapıdan top keçdi. Əhməd Cəmil qışqırıq salırmış ki, qol vurmayın, heç-heçə qurtarın, yoxsa partiyanın acığı gələr.

 

3 dekabr - Televizorda alimlərimiz tariximizin saxtalaşdırılmasından danışırdı. Alimlərdən biri dedi ki, Rusiyayakönüllüilhaq olunmağımızın 150 illiyini qeyd edirdik. Müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan da qonaqlar gəlirdi. Rusiyalı qonaqları mən qarşılayırdım. Rus alimlərindən biri aeroportdaca ikrah hissi ilə dedi:

 

- Mən öz köləliyini bayram edən xalqı birinci dəfədi ki, görürəm.

Bunu eşidən Məmməd belə bir əhvalat danışdı:

 

 

 

- Bu əhvalatı bizə Mirzə İbrahimov danışıb. Bayramın davamı Leninqradda idi. Bizim natiqlərimizgözəl danışıqlarınadavam edirdi. Mənim yanımda oturan bir general məndən soruşdu ki, Mirzə Əjdəroviç, bu danışılan sözlər doğrudurmu?  Mən ayrı cavab verə bilərdim ki... Cavab verdim, bəli könüllü ilhaq olunmuşuq. General bizə bir ana söyüşü fırladıb yarımçıq çıxıb getdi. Cavanlar, görürsünüz biz necə olmuşuq?

Böyük dövlətlər həmişə kiçik xalqları kölə vəziyyətində saxlamağa çalışırlar. İşğal da edirlər. Tarixçi aliməşeirimdə belə məsələlərə toxunmağa çalışmışam.

Bu gün dünyanın çox yerindəqalaça küncündəgizlənibxalqınıpalçıq kimi tapdadanlar azmı? Tarixi saxtalaşdıranlar azmı?

Düşmənlərimiz öznaxışlarınıbu günkü daşa yazıb basdırır, sonra onları çıxarır, dünənin adından haray salır, ağzımızdan dilimizi, ayağımızın altından dədə-baba  torpaqlarımızı oğurlayırlar.

 

 

 

...Bir daşa tarixim yazılıbdısa,

Düz oxu, qoy olsun ikicə kəlmə.

Genişdi - geniş yaz,

Qısadı - qısa;

Üstündən götürmə, üstünə gəlmə...

 

 

 

 

... Bu qala bəlkə bir əsrin günahı

Hər şamda min gözün şamı yanıbdı.

Qalaça küncünə qısılan şahın

Xalqı palçıq kimi tapdalanıbdı...

 

 

 

Onda maymaq tarixçilərimizə şair harayı deyir ki, xalqın tarixini nağıllardan yox, tarixinəl xəttindən”, keçmiş tarixçinin öz əl yazmasından oxu. Tarixin yazılarını tarixin özü yaşadır.

Mən təkrar edirəm, onların ziyalıları ilə bərabər kütləsi çox ayıqdır.

Bunun nəticəsidir ki, torpaqlarımızı itirə-itirə gəlirik.

Yadındamı, Məsud Əlioğlu bizi qonaq çağırmışdı. Sən Rəna xanımla mətbəxdə oturmuşdun. Məclisin gur vaxtında  Yerevanlı orta yaşlı bir kişi gəldi. Onun sözləridir:

“...Siz burada ermənilərə ən yaxşı yerlərdə ev, vəzifə verirsiniz. Ermənistanda isə bizi tamam  qovmağa hazırlaşırlar”.

Hörmət bəslədiyim yazıçılarımızdan biri ona dedi ki,  sən get öz işinlə məşğul ol, biz beynəlmiləlçiyik.

 

Onun nəticəsidir ki...

 

Dolama yollarla Şuşaya qalxanda - şəhərin girhagirində hündür bir təpə var (indi qalıbsa bilmirəm). Ordan üfüqəcən gözəl bir mənzərə açılır. Oradan az qaladünyanın yarısınıgörmək olar. Belə gözəl məkan...

Sivilizasiyanın buaydın, duruçağında bəşər yenə əlini kəsənə əl verir.

İkilioyunlardavam edir. Görəsən, niyə hər şey ikilidir?

Ceyrana gözəllik, ovçuya tüfəng; qurda yırtıcılıq, quzuya yazıqlıq verilib.

İşığı izləyən zülmət, şərəfi tapdalamağa hazır şərəfsizlik!

Nizami kimilərin qələmini kölgə kimi izləyən həsəd, paxıllıq...

 

(Ardı var)

Təzadlar.- 2014.- 13 mart.- S.11.