Talış ol, ləzgi ol, kürd ol, tat ol, ancaq vətən xaini olma!

 

Azərbaycanda etnik sosiallaşma taktikasının hədəfləri

 

 

  1-ci yazı

 

2001-ci ildən etibarən erməni strateji mərkəzləri Azərbaycanda milli azlıqlardan sosial dayaq kimi istifadə olunması strategiyasını antitürk siyasəti aparan dövlətlərlə birlikdə həyata keçirməyi əsas hədəflərdən birinə çevirmişdir. Bu məqsədlə hələ 1988-1994-cü illərdə Suriya, Livan, Fransa, İran və digər dövlətlər də həmin taktikadan mümkün qədər yararlana bilmişdi. Qafqazda özünün geostrateji hədəflərini açıq şəkildə ortaya qoyan İrəvan hakimiyyəti İran və Rusiyanın maraqlarını da əlavə etməklə daha da irəli getməyi hədəf seçmişdir. Özəlliklə Azərbaycanda yaşayan milli azlıqları antitürk ovqatında və Azərbaycan dövlətçiliyinə qarşı yönəltməklə bu hədəflərə nail olmaq üçünsinergetik sosiallaşmastrateji hədəflərinə ümid edir.

 

 

 

 

 

Milli azlıqdan böyük hədəflərə doğru

 

 

 

 

 

Erməni strateji mərkəzlərinin hazırlamış olduğu doktrinada “Azərbaycanda beyin yuma” hədəfləri yer almışdır. BurayaGüney Qafqazda sülh”, “Xristian missioner stukturlarının inkişafı”, “Milli azlıqların hüquq və azadlıqları”, “Azərbaycanın federal dövlətə çevrilməsi” və digər bölücülük təfəkkürünə hesablanmış strateji proseslər daxil edilmişdir. İlk addım kimi bu yöndə İrəvan təşəbbüsü öz üzərinə götürərək müəyyən infrastrukturların yaradılması üçün səxavətlə maliyyə vəsaitləri də ayırıb. Ermənistan Dövlət Universiteti “İranşünaslıq kafedrası”nın müdiri, Daşnaksütyun Partiyasının beyin mərkəzinin üzvü Qarnik Asatryanın rəhbərliyi altında “Talışşünaslıq Mərkəzi” yaradıldı, daha sonra İran, Rusiya, Belorus, Ukrayna və Qazaxıstanda yaşayan və mənşəcə talış olan vətəndaşları bu prosesə cəlb etməyin layihələri ortaya atılmış oldu. Təbii ki, bu sırada əsas dəstək Rusiyaİrandan gəldi. Öncə İranda “Talış Araşdırmalar Mərkəzi”, daha sonra isə RusiyadaRusiya Federal Talış Milli Mədəni Muxtariyyəti Mərkəzi” (RFTMMMM) qurumları yaradıldı. Beləliklə, həmin təşkilatların çevrəsində digər infrastrukturlar formalşdırıldı. Bir zamanlar Azərbaycan dövlətçiliyinə qarşı Qarabağ savaşında, daha sonra isə TMR (Talış Muğan Respublkası) adlı etnik separatizm adı ilə xəyanətlər etmiş, bu gün Hollandiyada məskunlaşan Əlikram Hümbətov, Ataxan Əbilov, Moskvada özünə siyasi dayaqlar qurmuş Fəxrəddin Əbozadə, İlham Şabanov və digərləri dərhal ermənilərin Azərbaycana qarşı hazırladıqları təxribat ssenarilərində yer aldılar. Çünki talış xalqının adından daim siyasi alver etməklə və bunu özlərinin yaşam mənbəyinə çevirənlər üçün erməni çörəyi göydəndüşmə oldu.

 

 

Erməni strateqləri açıq şəkildə qeyd edirlər ki: “Qafqazda türk faktorunu tamamilə məhv etməyincə Böyük Ermənistan hədəflərinə çatmaq mümkün olmayacaq. Bunun üçün də digər milli azlıqlar hər zaman erməni siyasətinin yanında yer almalıdır. Azərbaycanda milli azlıqları (talış, kürd, ləzgi, tsaxur, udin, avar, rus, gürcü, tat) erməni siysətinin hədəfləri ilə uzlaşdırmaq üçün müvafiq yollar aranmalıdır”.

 

 

Beləcə, talış xalqının adından öz siyasi ambisiylarını dolanışıq mənbəyinə çevirənlərdən məharətlə istifadə olunması ilkin addım kimi ortaya qoyulmuşdur. Bunun ardınca isə, bir tərəfdən İranın hədəfləri və Rusiyanın maraqları da uzlaşdırılmaqdadır. 2005-ci ildə bir ideya kimi ortaya atılmış “Talışstan”, “Avarıstan” və “Ləzgistan” ideyaları, daha sonraAnti Turan Hərəkatı” adı ilə birgə hərəkata çevrilməli idi. Bu hədəflər o dönəmdə baş tutmadığı üçün indiki halda bunu Azərbaycanın daxilinə transfer etmək hədəfləri ortaya atılmışdır.

 

 

 

 

 

İran və Ermənistan cütlüyü

 

 

 

 

 

İran rejiminin dəstəyi ilə ölkənin 19 universitetinin nəzdində “Qafqaz Araşdırmaları” üzrə mütəxəssislər “Azərbaycanda etnik bölücülük” layihələrini  hazırlamışlar. Bunun üçün də Azərbaycan Respublikası ilə sərhəd bölgələrində yaşayan talış xalqını özünün strateji maraqlarına uyğun sosiallaşdırmaq üçün hətta bir sıra infrastrukturları belə yaratmışdır. Coğrafistrateji baxımdan Azərbaycan Respublikasına yaxın olan Gilan vilayətində isə daha genişmiqyaslı tədbirlər həyata keçirilir. Digər yandan isə, Azərbyacanın işğal edilmiş Xankəndi şəhərində İran-Ermənistan işbirliyi nəticəsində yaradılmış “Tolişstane Sədo” AM-9677 dalğasında təxribatlar həyata keçrilir. İranın Bakıdakı səfirliyi bu faktı təkzib etsə də, həmin radio kanalında efirə gedən verilişlərin böyük əksəriyyəti məhz İran “talışşünas” alimlərinin hazırladıqları proqramlar əsasında hazırlanır. Bu barədə “Modus Vivdendi” Mərkəzinin rəhbəri Ara Papyan İrəvanda onun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “İmpulsradiosuna və ermənilərə məxsus olnvoskanapat.infointernet portalına verdiyi açıqlamasında belə etirflarda bulunmuşdur: “BizTolişstane Sədo” radiosunu İrana məxsus “İranşünaslıq-Qafqaz Araşdırma Mərkəzi” ilə birgə bu proyekti həyata keçiririk”.

 

 

Beləliklə, İran üzərindən Xankəndindəki “Tolişstane Sədo” radiosunda efirə verilən proqramlar Azərbaycan ərazisində, xüsusilə Cənub bölgəsində geniş şəkildə yayımlanır. İrəvanda Qarnik Asatryanın baş redaktorluğu ilə dərc olunan   Iran and the Caucasus” dərgisinin bütün saylarında demək olar ki, talışların adı altında geniş mənada bölücülük siyasətinin bütün çalarları açıq şəkildə qeyd olunur. Həmin dərgidə bir tərəfdən İran, digər yandan isə erməni alimlərinin strateji təhlilləri önə çəkilir. Dərginin maliyyə xərclərini isə İranla ciddi biznes əlaqələri olan Hraç Qabrielyanın təsis etdiyiNyksos Foundfondu tərəfindən ödənilir.

 

 

Ermənistan və İran strateji mərkəzlərinin hazırladıqları birgə layihəsi kimi “Xəzərin Qərb Sahilləri” (Azərbaycan Respublikasının əraziləri) proyektidir. Burada qeyd olunur ki: “Xəzər dənizi sahili boyunca cənubda talışlar, mərkəzdə tatlar, şimalda isə ləzgilər yaşayırlar. Bu regon boyunca yaşayan milli azlıqlar arasında antitürk düşüncəsi ictimai proseslərə çevrilməli və Azərbaycanın bir dövlət olaraq mövcudluğu üçün təhlükə mənbəyinə qarşı olmalıdır. Həmin bölgələrdə “milli azlıqların milli-mədəni haqları” adı altında yeni mübarizə taktikası ilə hərəkət edlməlidir. Bu region Ermənistan və İran dövlətləri üçün Azərbaycan dövlətinin çökdürülməsi baxımından çox əlverişli mühitə malkdir”.

 

 

Ötən il noybar ayının 12-13 tarixlərində İrəvanda “Talışşünaslıq Konfransı” adı altında toplantı keçirildi. Əlikram Hümbətov (Hollandiya), Fəxrəddin Abozadə və Məzahir Əhədov (Rusiya), Gavə Fərrox (Kanada), Xəlil Sadeqniya (İran), Q. Ter-Abramyan, S.Markaryan, A.Kirakosyan, R.Amirbekyan, V.Arakelova (Ermənistan) xüsusi məruzələr etdilər. Bu konfransda Azərbaycana qarşı hazırlanmış bütün təxribat materialları qısa müddətdən sonra İran təhlükəsizlik orqanlarına bağlı “kafkaz.irinternet saytında yerləşdirilmişdir. “Farsİnformasiya Agentliyi isə konfrans iştirakçılarının hər birindən xüsusi müsahibələr götürmüşdür. Bununla yanaşı, İrəvan konfrasında əldə olunan razılıq əsasında “sizinbizim pressamız” adlı layihənin ətrafında birgə hərəkət razılığına gəlinmişdir. Bu layihənin müəllifi isə İrəvandakı “ARMACAD - sosial media şəbəkəsi”dir. Beləliklə, 2013-cü ildə Azərbaycana qarşı kənar ölkələrdə hazırlanmış bir çox layihələrin tədricən ölkə daxilinə transfer edlməsi taktikası həm də klassik mənada siyasi prosesləri gündəmə gətirmək üçün hazırlıqlar tamamlanmış oldu.

 

 

 

 

 

Hədəflərə çevrilən mişenlər

 

 

 

 

 

Son bir ildə Azərbaycanda “Azəri-Talış Birliyi”, “Kurden Azerbaycane” (Azərbaycan kürdləri) və digər milli azlıqlara məxsus qurumların yaradılaraq onların ölkə daxilində sosiallaşması prosesləri müşahidə olunur. Belə qurumların xaricdəki yandaşı olan mərkəzlər isə Azərbycanda “milli azlıq sorunları” adı altında prosesləri alovlandırmaq üçün hərəkətə keçmişlər. İrandakı “Qafqaz Araşdırma Mərkəzi” tərəfindən Gilan vilayətində yaşayan giləkləri bir etnos olaraq onların talış xalqı ilə eyni bir toplumu təşkil etdiklərinə inandırmaqla, onları Azərbaycan dövlətinə qarşı özünün strateji hədəflərinə qurban vermək iddiasını sərgiləməkdədir. 

 

 

Kurden Azerbaycane” təşkilatı isə İrəvanda çoxdan hazırlanmış projenin tərkib hissəsi kimi işğal altında olan Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları daxil “Qıızıl Kürdüstan” ideyasını irəli sürməyə başlamışlar. Adı çəkilən rayonların ümumi əhalisinin sayı 800 min nəfərdir. Onların etnik tərkibi 20 min nəfər kürd, digərləri isə türklərdir. Bu sənədlərə baxmayaraq, 1930-cu illərdə Sovetlər Birliyinin rəhbərliyində təmsil olunan və qatı antitürk mövqeyi ilə seçilən Anastas Mikoyanın irəli sürdüyü “Qızıl Kürdüstan” ideyası elə o dönəmdə baş tutmamışdı. Çünki o dönəmdə əhali “Mikoyan projesi”nə qarşı çıxmışdı. Hətta İrəvandakı mətbəələr “Qızıl Kürdüstan” məktəblərində tədris olunacaq dərslik kitablarını belə, dərc etmişdi.

 

 

Zaman-zaman Azərbaycan dövlətçiliyinə qarşı etnik bölücülük siyasətini gündəmə gətirənlər sonucda bu ölkəni tərk etməli olmuşlar. 1988-1991-ci illərdə ermənilər, 1991-1993-cü illərdə Knyaz Mirzoev, Həjar Əsgərov və onların yaxın çevrəsi, 1993-1994-cü illərdə bölücü TMR (Talış Muğan Respublikası) hərəkatını yaratmış Əlikram Hümbətov, Fəxrəddin Abozadə, Ataxan Əbilov, İqbal Əbilov, İlham Şabanov və digərlərinin taleyini örnək göstərmək olar. Bu yarımağıl xəstələr yaşadıqları məmləkətin deyil, dış dövlətlərin strateji hədəflərinin ideoloji nökərlərinə çevrildikləri üçün bu gün acı qürbət taleyini yaşamağa məhkumdurlar. Siyahıya keçmiş “Sadval”çıları da əlavə etsək, xeyli adamın uzağı görməyən düşüncəsinin səbəbləri də bir-bir açıqlanar. Bu gün həmin etnik ayrımçılıq və bölücülük siyasətinin xaricdəki havadarlarının tilovuna düşənlərə də rast gəlmək mümkündür. Onlar üzdə guya mənsub olduqları toplumun milli, dini və mədəni haqlarını müdafiə edirlər. Əslində onlar yüz illərdir iç-içə birgə yaşadıqları toplumlarla üz-göz olmaq, araya nifrin toxumlarını səpmək kimi zərərli bir ideyanın ardınca gedirlər. Bu prosesdə hər zaman olduğu kimi, uduzan tərəf də elə onların özləri olacaqlar. Ermənistan və İran dünyanın qlobal güclərinin oyunlarını lokal şəkildə irəli sürməklə qatı antitürk siyasətini formalaşdırmaq istəyirlər. Tarixən farslar və ermənilər parazitcəsinə yaşamaq prinsipi ilə hərəkət etmişlər. Buna görə də Qafqazda və xüsusilə Azərbycanda digər toplumları öz hədəflərinin mişeninə çevirmək üçün etnik ayrımçılıq siyasətini irəli sürmüşlər. Taldesign.narod.ru, tolish.narod.ru, talfoot.narod.ru, talishvestnik.narod.ru, rostalish.narod.ru, talgram.narod.ru və digər internet resurslarının Ermənistan, Rusiya və İranın maliyyə dəstəyi ilə fəaliyyət göstərməsi də bu faktı sübut edir.   

 

 

Ənvər BÖRÜSOY

Təzadlar.- 2014.- 15 mart.- S.13.