Əliş Ləmbəranski - millətin fəxri,
iftixarı
Ömrünü vətəninə,
xalqının rifahına həsr etmiş
Əliş Cəmil oğlu Ləmbəranskinin
anadan olmasının 100 illik
yubileyinə həsr olunur
(Əvvəli ötən saylarda)
Məlum olduğu kimi, bu yaxınlarda Prezident İlham Əliyev tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyəti, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətləri olmuş Əliş Cəmil oğlu Ləmbəranskinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, 2014-cü ilin mayın 10-da Əliş Cəmil oğlu Ləmbəranskinin anadan olmasının 100 ili tamam olur. Odur ki, “Təzadlar” tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin həyat və fəaliyyətinin müəyyən hissəsinin canlı şahidi olmuş dəyərli ziyalı Nizami Hacı Aslanoğlunun “Millətin fəxri, iftixarı” adlı xatirə-yazısını təqdim edir.
...Əliş Ləmbəranskinin 1966-cı ilin əvvəllərində “Xəzərdəniztikinti” trestinin müdiri B.A.Şextmanın matəm yığıncağında (O, Moskvada “Metropol” otelində qəflətən vəfat etmişdir. “BBC” hadisəni geniş yaymışdır) onun görkəmli inşaatçı, yorulmaz təşkilatçı, insanpərvər, vicdanlı bir şəxs olduunu, onun şəxsində Bakının peşəkar bir rəhbər kadrını itirdiyini bildirdi.
Ə.Ləmbəranski Moskvada vəzifəyə təyin olunandan sonra da xalqımızın ona qarşı məhəbbəti azalmırdı. Tezliklə onun sədası Özbəkistanın paytaxtından gəldi. Qədim Daşkənddə baş verən dəhşətli zəlzələnin nəticələni aradan qaldırmaq məqsədilə Sovet hökumət tərəfindən komissiyasının rəhbəri təyin edilmişdir. Onun şəhərsalma, mənzil, məişət tikintisi sahəsindəki geniş təcrübəsi və təşkilatçılıq bacarığı nəticəsində elə ilk ildə 1 milyon kv.metr-dən çox yaşayış evləri tikildi. Yeni mikrorayonlar, massivlər salınmağa, şəhər yenidən qurulmağa başladı. Daşkənddə yeni mərkəz yaradıldı. 2 km-lik meridional açıq meydan ansamblı şəhəri daha müasirləşdirdi, gözəlləşdirdi. Ə.Ləmbəranski ittifaq miqyasında daha da məşhurlaşdı.
Bir dəfə mərhum hüquqşünas Rasim Əkbərovla rastlaşdım (Əliş müəllimin dayısı oğlu). O, tanınmış “Vəkil Hacı” dayının oğlu idi. Xoş-beşdən sonra tez-tez Moskvaya gedib-gəldiyim halda (ildə 1-2 dəfə ), nə əcəb Əliş müəllimlə görüşmədiyimi soruşdu. Doğrusu, istəryirdim, amma çəkinirdim.
1969-cu ilin may ayı idi. Moskvaya ezam olunmuşdum. Özümü toplayıb Əliş Cəmil oğluna zəng etdim və tanışlıq verdim. Axşam saat cəkkizin yarısında zəng etməyimi söylədi. Deyilən vaxtda zəng etdim, telefon məşğul idi. Beş dəqiqə sonra, saat 8-ə qədər fasiləsiz zəng elədim, ancaq telefon məşğul idi. Bəlkə?.. Yox! Axırıncı cəhddə telefonu götürdü və üzr istəyən kimi tələsik izahat verdi. Azərbaycan yanğınsöndürənlərinin rəhbəri Konstantin Vladimiroviç Tkaçenko Kreml xəstəxanasında vəfat etmişdir. Onun təyyarə ilə Bakıya göndərilmə məsələsini Vəli Yusifoviçlə (Azərbaycan KP MK birinci katibi Axundov V.Y.) məsləhətləşirmiş. Söhbət uzun çəkib. Maşın təklif etdi. Mən yaxında olduğumu, gələcəyimi dedim...
Məni evində çox mehriban qarşıladı. Sorğu-sual elədi. “Azərneftzavodları” Birliyindən sonra artıq 10 ildir ki, “Xəzərdəniztikinti” trestində işlədiyimi söylədim.
“Sizin trestin əsasını qoyan və onun birinci rəhbəri Boris Aronoviç Şextman ittifaqda tanınmış hidrotexniklərdən olmuşdur. Bakı üçün də çox işlər görmüşdür. Binədə Bakı aerovağzal kompleksi, Xəzər dənizində ilk Bakı-Krasnovodski gəmi-bərə tikintisi onun sayəsində vaxtından əvvəl yerinə yetirildi. Sizin trestin bəxti gətirib, ikinci müdiriniz Əlimuxtar Hüseynzadə inşaatçı ailəsində böyüyüb. Savadlı, təcrübəli, ləyaqətli adamdır. Bakını çox sevir, onu gənc yaşlarından tanıyıram. Nərimanov prospektinin qurucusu adlandırıram onu (Neftayıranları, nəqliyyatçıları və daha bir neçə adamı soruşdu məndən). İsa necədir, ondan xəbərin varmı?” - deyə sual etdi (“Pravda” qəzetində nəqliyyat kontorundan tənqidi məqaləyə görə direktor və baş mühəndis vəzifədən götürülmüş, partiyaçı olduğuna görə İsa Əliyev həm də partiyadan xaric edilmişdi. Görünür, bu hadisə Əliş Cəmil oğluna təsirsiz ötüşməmişdir).
Xeyli işsiz qaldıqdan sonra onu tapdığımı və mənimlə yüngül bir işdə olduğunu söylədim. Cavabımdan razı qaldı. Əliş müəllim elə bir şərait yaratdı ki, mənim bütün sıxıntılarım yox oldu. Bu görüşdən çox şad və məmnun oldum. Əliş Cəmil oğlu eşitdiklərimdən, oxuduqlarımdan qat-qat yüksəklikdə dayanan alicənab, mötəbər, ziyalı bir şəxs imiş.
Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK birinci katibi seciləndən sonra Əliş müəllimin də Bakıya qayıtması sədası yayıldı. Hətta danışırdılar ki, Ə.Ləmbəranski Brejnevin və Kosıginin yanında söhbətdən keçib.
Nəhayət, H.Əliyevin dəvəti ilə Əliş Ləmbəranski 1970-ci ildə Bakıya qayıtdı və tikinti sahəsi üzrə Hazirlər Soveti sədrinin müavini təyin edildi. Əliş Ləmbəranski daha böyük təcrübə, enerji və həvəslə işə başlamışdı. Sevinənlər arasında “Xəzərdəniztikinti” (fevral 1971-ci ildən “Azərbaycannəqliyyattikinti”) trestinin kollektivi də vardı. Bakının ən görkəmli meydanında partiya və hökumətin nəzarətində olan üç mühüm obyekt inşa edirdik. Tikintisinə 1959-cu ildə başlanılmış “Bakı dəniz vağzalı” sifarişçilərin etinasızlığı ucbatından uzun müddət maliyyələşdirilmədiyindən “saqqallı” obyektə dönmüşdür. Belə vəziyyət trestimizin, eyni zamanda respublikamızın göstəricilərinə mənfi təsir edirdi. Əvvəlcə Ləmbəranski onu “buraxılış obyekti” kimi MK bürosunun qərarına saldırdı. Hər kəsin məsuliyyəti artdı. İlin axırında meydanda abadlıq işləri görüldü, hasarlar söküldü, gecələr cil-cıraqlar yandırıldı, bakılılar sinəsini Xəzərə açmış görkəmli “Dəniz vağzalları”nın tamaşasına axışırdılar. Bu ərəfədə nələr oldu? Gecədən xeyli kecmiş binanın qarşısında 3-4 qara “Volqa” maşınından xeyli adam düşüb içəri girdilər. Bizə məhəl qoymadan baxış keçirməyə başladılar. Biz yır-yığış edib binadan çıxdıq və kənardakı şəbəkədən işıqlanmanı söndürdük, meydan qaranlığa qərq oldu. Səhər gələnlərin Azərbayçan Xalq Nəzarəti Komitəsinin məsul işçiləri və obyektin güya “yarımçıq” təhvil verilməsi haqqında aldıqları məlumat yoxlanılırmış.
Sırada Azadlıq Meydanını bəzəyən üz-üzə dayanmış “Azərbaycan”( “İnturist”) və “Abşeron” mehmanxanaları, Saraykina küçəsində ki, (İstiqlal), MK-nın “İnzibati binası”, qeyri-standart yaşayış binaları, MTN-in əzəmətli binası, Azərbaycan dəmir yolunun inkişafı obyektləri, o cümlədən Ağdam-Xankəndi dəmir yolunun tikintisi dayanırdı. On il ərzində Əliş Cəmil oğlu yorulmadan digər mühüm tikintilər kimi, hamilik etdi və işi şərəflə başa vurdu.
Əliş Cəmil oğlunun fəaliyyəti nə iş icraçısının, nə də müdirin, mühəndisin işindən idarət idi (“İnturistin” otaqlarının bütün açar-qıfıllarını telefon zəngi ilə Finlandiyadan təyyarə ilə gətirtmişdi). Ona geniş dünya görüşünə, yüksək təcrübəyə malik, insanlarla səmimi olması, mehriban münasibəti, ən çətin prolemləri belə həll etmək qabliyyəti... böyük kömək idi.
Xatırlayıram, “Azərbaycan” mehmanxanasının ikinci mərtəbəsində tikintinin əsas memarı məşhur akademık Mikayıl Hüseynovun qoluna girib zalda gəzirlər. Bir azdan cavan layihəçilər gəlir və elə layihənin üstündə işi asanlaşdıran, həm də xoşagələn təkliflər yaranır. Belə hallar “Abşeron”da da baş verirdi. Əliş Cəmil oğlu digər dahi sənətkarla, xalq rəssamı Mikayıl Abdullayevlə dostluq edirdi. Rəssamın mehmanxananın 1-ci mərtəbəsində əlilə yaratdığı keramik mozaika kompozisiyası sonradan vəhşicəsinə sökülüb dağılsa da, uzun illər xatirələrdə qalacaq dahi sənət nümunəsi idi.
Buradan ötüb keçdikcə Əliş Cəmil oğlunu toza burunmüş rəssamla ayaqüstü söhbətlərini görüncə xəcalət təri məni basırdı. Tikintilərdə ən çox istifadə olunan Daşkəsən mərməri və Travertin idi. Bəzən köməkçi işçilərdən biri Ləmbəranskinin apardığı müşavirələrdə materialların gecikdirilməsini dodaqaltı eşitdirirdilər. Məsələ də yerində həll olunurdu. Bir dəfə mərmər zavodunun direktoruna müraciət etdi ki, özü gedib tələsdirsin, o da getdi. Güclü qar yolları örtmüş, külək fırtına törətmişdi, zülmət çökmüşdü. Əliş Cəmil oğlu yenə gəldi, narahat idi. Tikintinin rəhbəri Əlimuxtar Hüseynzadə onu arxayınlaşdırdı və biz direktoru və materialları gecəykən maşınla şəhərə çatdırdıq. Bəzi köməkçi idarə müdilərinə onun yanına maneəsiz getmək üçün öz “vizit” vərəqəsini təqdim edərdi. Belə bir hörmətə layiq görülmüş birisi tapşırıqları vaxtında yerinə yetirmirdi, aldadırdı, riyakarlıq edirdi. Ona hirslənmişdi. Soyadı Vilayətov, Diyarov, Mahalov, ya da nəsə. “Mahalav”, ya da “Krayov” hardadır?” - deyə soruşdu. Onu tapıb gətirdilər. - “Bizitkam”ı ver bura. Yanıma gəlməyə səni məhrum edirəm” (rusca) deyib, vərəqəni cırıb atdı. O şəxs sanki şad oldu. Biz onun qəlbinin incidiyinin fərqinə vardıq. Krayova “yazıq” dedik.
Azərbaycan dəmir yolunun inkişafının mühüm tikinti obyekti olan “Nasosnı qatarların çeşidləmə stansiyası” üzrə Dəmiryolu idarəsində Əliş Ləmbəranski müşavirə aparırdı. Əslində Əliş Cəmil oğlu əvvəlcə tikinti ilə tanış olmasa, vəziyyəti yerində öyrənməsə müzakirəyə keçməzdi. Buna biz neçə illər idi öyrəşmişdik. İndi isə yoldaşlar onu bərli-bəzəkli, əzəmətli rəis kabinetinə dəvət etmişdilər. “Azərnəqliyyattikinti” trestindən müdir müavini, mən, iki tikinti idarəsi müdiri, Moskvadan isə bizim Baş idarə müdirinin müavini, çox təcrübəli, ötkəm, qocaman mütəxəssis A.S.Xmelnitski iştirak edirdi. Geniş masa arxasında təmtəraqlı forma - geyimdə, müavinlər, digər rəhbər işçilər və rəis əyləşmişdi, qonağa da yer verdilər. Biz də yer tapıb oturduq. Mən qarşıda görüləcək işləri sadalayır və konkret vədlər verirdim. Bu arada dəmir yolunun o zamankı təsadüfi, səriştəsiz rəisi Əliş Ləmbəranskiyə müraciətlə trestin vədlərinə inanmadığını söylədi. Müşavirə qaydasına uyğun gəlməyən nəzakətsiz edilmiş bu hərəkətə əvvəldən də mühitdən xoşlanmayan Ləmbəranski hirsləndi, sifəti qızardı. Bu əsnada Xmelnitski Əliş Cəmil oğluna müraciətlə onların öz vədlərini yerinə yetirmədiklərini dedi. Rəis boyun qaçırdı. Xmelnitski protokola qol çəkdiyini göstərdi. Rəis potokolun ona soxuşdurulduğunu (?) (“podsunuli”) söylədi. Ləmbəranski cəld ayağa qalxdı, yığıncağı bağlı elan etdi və otaqdan çıxdı... Bu o deməkdir ki, Ləmbəranski haqsızlıqla, yalanla heç vaxt barışmırdı və belə insanlara qarşı çox sərt mövqedə dururdu.
Burada yazımı
sona yetirmək istəyirəm. Yoxsa, Əliş Cəmil
oğlu ilə birgə işləyən
daha geniş xarirələr danışa
bilən inşaatçı
dostlarım məndən
inciyərlər.
Haradasa oxumuşam ki, Bakıda ən çox bina tikən məşhur neft milyonçusu mərhum Ağa Musa Nağıyev deyirmiş ki: “Kim tikir, Allah onun ömrün uzadır”.
Allah ona rəhmət eləsin! Uzun ömr sürmək
üçün bununla
bərabər, həm
də saf qəlbli, təmiz vicdanlı, aşağı
nəfsli olmaq lazımdır. Əliş
Cəmil oğlu 85 il yaşadı
və onun insan, vətən sevgisi tükənmədi...
Nizami Hacı Aslanoğlu
Təzadlar.- 2014.- 3 may.- S.7.