Yusif Nəğməkarın qələminin səsi...

 

Şair Yusif Nəğməkarın “Qələm səsi” adlı kitabının təqdimatı oldu

 

Tanınmış istedadlı şair, “Qılınc və qələm” və Rəsul Rza adına Beynəlxalq ədəbi mükafatlar laureatı Yusif Nəğməkarın “Qələm səsi” adlı yeni kitabı işıq üzü görüb. Qeyd edək ki, kitabın redaktoru şair Vaqif Bəhmənli, ön söz müəllifi ədəbi tənqidçi Əsəd Cahangirdir.

 

 

 

Kitab beş fəsildən ibarətdir: “ ilmə”, “Çırpdım söz qanadımı”, “Könül idrak savaşında”, “Bal dadı”, “Bəxtiyar” (poem). Bu kitabında da şarini yaddaqalan lirik-fəlsəfi səpkili dərin məzmunlu əsərləri, fərdi üslubu-özünəməxsus, ədəbi-bədii deyimləri, poetik tapıntıları ilə diqqəti cəlb edir. Kitaba müəllifin iri həcmli “Bəxtiyar” poeması da daxil edilib.

 

 

 

Azərbaycan poeziyasının klassiklərindən olan xalq şairi ustad Bəxtiyar Vahabzadəyə həsr olunmuş ilk mükəmməl bədii əsər kimi maraq doğurur. Poemada Bəxtiyar Vahabzadənin həyatının ən yaddaqalan məqamları, vətən və xalq qarşısında əvəzsiz xidmətləri poetik şəkildə öz bədii həllini tapıb.

 

 

 

Yusif Nəğməkar öz düşüncəsinin tipinə görə əsasən lirik şairdir. Bildiyimiz kimi, poema öz janr xüsusiyyəti etibarilə daha çox epik növə məxsusdur, başqa sözlə desək, şeirin romanıdır. Lakin Yusifın hətta “Sizli”, “Alı-Naz, Şahnaz”, “Şər Şənbə”, “Cingiz çini”, “Zal ağacı” vo digər çoxsaylı poemalarına da onun lirizmi sirayət edir, bu əsərləri lirik-epik poeziya örnəklərinə çevirir. Və bu da təbii, məntiqidir. Şair öncə daxili, virtual aləmin, könül dünyasının ifadəçisidir, qalanlar isə daha çox nəsrin işidir. O, kənar aləmdən yazanda da qələmə aldıqlarını hökmən könül süzgəcindən keçirır, onlara ürəyinin qanını qatır. Dahi gürcü şairi Şota Rustavelinin diliylə desək, “mürəkkəbim göz yaşları, qələmim ney olub mənim, sözlərim çox yanıqlıdır, göz yaşardar, ürək dələr...”

 

 

 

Amma lirizmi, virtualizmi ilə yanaşı, Yusif Nəğməkar həm də predmetli şairdir. Şairlər iki cür olur: eyni mövzunun müxtəlif variasiyalarını işləyənlər; bir də hər şeirində yeni mövzuya üz tulanlar. Birinci tip şairlərin əslində bir şeiri, bir mövzusu olur, sadəcə, hər dəfə onu yenidən, yeni baxış bucağından işləyirlər, İkinci tip şairlər hər şeirdə oxucunu yeni bir mövzuya aparırlar. Bir şeirdəki mətləb digərində təkrar olunmasın, hər şeir təsəvvürdə yeni bir aləm, yeni bir dünya açsın, yəni hər şeirin öz konkret mövzusu, məzmunu olsun. Belə şair oxucunu yormur, Yıısif Nəğməkar ikinci tip şairlərdəndir.

 

 

 

Ana haqqında nə qədər şeirlər oxumuşııq - Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Süleyman Rüstəmin, Əli Kərimın, Tofıq Bayramın, Nüsrət Kəsəmənlinin... şeirlərini. Öz romantik vüsəti, möhtəşəm intonasiyası etibarilə Cabbarlının “Ana”sı nəinki milli, hətta dünya poeziyasında misli-bərabəri olmayan bir poetik nümunədir. Və fikirləşirsən, daha ana mövzusunda bundan təsirli nə yaz/maq olar ki? Amma istedad da elə bundadır. Min dəfələrlə işlənmiş mövzuda yeni söz demək, məsələyə fərqli baxıs bucağından baxmaq. Yusif Nəğməkarın “Gizlədin anamın paltarlarını” şeiri öz məzmunu, obrazlar sistemi etibarilə təmamilə yeni və fərqlidir. Anası ölmüş oğul bacılarına müraciətlə “anamın paltarlarını gizlədin” deyə xahiş edir. Müəllif şeirdə hər cür poetik kəsf iddiasından uzaqdır. Sadə, səmimi tona köklənən şeirdə dünyasını dəyişmiş ananın göz dağına çevirlən paltarları ilə bağlı silsilə bədii obrazlar ən əziz adamını itirmiş insanın dərdindən öz-özünə, təbii olaraq doğulur:

 

 

 

Onsuz gülüşüm də qəmdi, nisgildi,

 

 

 

Ağıya köklərəm könül tarıım.

 

 

 

Anam torpaq/ geymiş həsrətli dildi,

 

 

 

Gizlədin anamı paltarlarını.

 

 

 

 

 

 

 

Gizlədin, görməyim bircə gülünü,

 

 

 

Açılmır könlümün gülü haçandır.

 

 

 

Gizlədin donunun o çil-çilini,

 

 

 

O ipək mirəsdi, o çit də andır.

 

 

 

 

 

 

 

Tutun o dəsmalın siz yasını da,

 

 

 

Evində hər şeyə hopurmuş insan.

 

 

 

Əbədi tənhalıqlibasınıda,

 

 

 

Ana itirəndə tapırmış insan.

 

 

 

 

 

 

 

Uşaıqlıq çağıma qaytarın məni,

 

 

 

Analı günlərin tamını duyum.

 

 

 

O iki taxtalı tuman üstünə

 

 

 

Gətirin, bir anlıq başımı qoyum.

 

 

 

Əsərləri ilə yaxından tanış olduqdan sonra bir daha əmin olursan ki, Yusif Nəğməkar sənətkarlıq - yenilikçilik, novatorluq yolundadir. Bu, onun fərdi üslubunda, xüsusilə, poemalarına verdiyi ədəbi quruluşda öz əksini tapır.  O üzdənı biz vərdiş etmişik ki, poemalar proloqla başlanıb, epiloqda bitməlidir. Lakin bütün yaradıcılardan tam fərqli olaraq onun əsərləriən ön ün”lə başlayır, “ön ün”lə, “ünləməilə davam edir, “son ün” “sonlamailə sona yaxınlaşır ən son ün”lə bitir.

 

 

 

Yusif Nəğməkarın poemaları arasında ikisi haqda xüsusi danışmaq istəyirik: “Zal ağacıBəxtiyar”. Elat həyatından bəhs edən məzmununa, fəlsəfi tutumuna, mifoloji ruhuna, obrazlı dilinə, ən nəhayət, aktual vətənpərvərlik ideyasına görəZal ağacışairin poemaları arasında xüsusi yer tutur. Poemanın ən böyük uğuru da məhz bundadır ki, bizə elat həyatından sadəcə danışmır, bu həyatı birbaşa, əyani olaraq göstərir - koçün getməsindən, atların kişnərtisindən, qoyun-quzuların mələşməsindən tutmuş, halal çoban süfrəsi, dəyənək davalarına qədər...

 

 

 

Zal ağacı deyəndə müəllif poemanın qəhrəmanı, Cəbrayılın Xələfli kəndindən olan çoban Zalın dəyənəyini nəzərdə tutur. Bu dəyənək vaxtilə çox erməninin başını yarıb, çox düşməni qanına qəltan edib. Bəs biz niyə topumuz, tüfəngimizlə dəyənəyindən başqa heç bir silahı olmayan çoban babanın qəhrəmanlığını təkrar edə bilmirik? Çünki ona məxsus olan döyüş ruhunu, qələbə əzmini itirmişik. Əsas məsələ silahda deyil, ruhdadır. Poemanın ruhundan doğan əsas müəllif ideyası budur:

 

 

 

O döyüş bir yana, örüş bir yana,

 

 

 

Bu gün o qeyrətə ehtiyacım var.

 

 

 

Kür görüb çağlaya, ya Araz yana;

 

 

 

Neçə yalavacım, neçə acım var.

 

 

 

 

 

 

 

Ruzigar bivəfa, bu dünya-gidi...

 

 

 

İllərlə içimdən ovulmuşam mən.

 

 

 

Ay özgə xamını basdıran igid,

 

 

 

Doğma örüşümdən qovulmuşam mən!...

 

 

 

 

 

 

 

Dünənki şərəfə bəs necə yetək?!

 

 

 

Döyüş yuxuları yozulmalıdır.

 

 

 

Bir gün “ZAL AĞACI” zəfər rəmzi tək

 

 

 

Qırmızı kitab”a yazılmalıdır.

 

 

 

 

 

 

 

Şirin bəhrəsinə boylanıb gendən,

 

 

 

Saysız əsər yazdıq bar ağacına.

 

 

 

Bu atom, neytron, nüvə əsrində

 

 

 

Gör necə ehtiyac var ağacına!

 

 

 

Y.Nəğməkar digər bir əsərində - xalq şairimizə həsr olunmuş ilk poema olanBəxtiyar”da əslində eyni, vətənpərvərlik ideyasını davam etdirilir, sadəcə, bu dəfə poemanın qəhrəmanı ümumtürk dünyasının ünlüsü, ustad şair Bəxtiyar Vahabzadədir. bu fərq əslində, zahiridır, çünki əsl /ziyalı da Nizami demişkən, elə xalqın çobanıdır. Şairin həyatını doğulandan ölənə qədər əks etdirən poemada müəllif  xüsusi seçmə yolu ilə gedir, onun ömrünün ən vacib məqamlarını təsvir edir: Şəkidə doğulub böyüməsi, gənc yaşlarında Səməd Vurğunla rastlaşması, milli birlik ideyasını əks etdirənGülüstanpoemasını yazması ilə bağlı üzləşdiyi məhrumiyyətlər, Qanlı Yanvar hadisələri zamanı xalqın istinad yerinə çevrilməsi, “Şəhidlərpoemasını yazması. Ümumən götürəndə, B.Vahabzadənin poemada xalq ruhunu ifadə edən əsl sənətkar, böyük vətəndaş, böyük insan obrazı yaradılıb. Poemanın kuliminasiya nöqtəsi B.Vahabzadənin ölümdən qorxmadan Bakıda Qanlı Yanvar hadisəsi törətmiş sovet generalının üzünə tüpürdüyü səhnədir. Yusif Nəğməkar bu səhnəni yazan zaman şairin qeyrət anındayırtıcı yağınınüsyankarcasına sifətinə tüpürınəsinı adi tüpürcək yox, “şairin qanlı göz yaşıadlandırmışdır. Bu yeni bədii tapıntıdır:

 

 

 

Şair neyləyəydi - sinəsi duğlı,

 

 

 

O ki öz xalqının bağlı diliydi.

 

 

 

Günahsız /rılan millətin oğlu

 

 

 

Qanlı göz yaşını tüpürməliydi!...

 

 

 

Y.Nəğməkarın görkəmli şəxsiyətlərə həsr etdiyi əsərlər arasında Rəsul Rzanın həyat yaradıcılıq yolundan bəhs edənSizliəsəri özəl mövqeyə malikdir. Adından da göründüyü kimi, poema Anarın R.Rza N.Rəfıbəylinin ağrılı taleyinə həsr olunmuş məşhurSizsizmemuarı ilə dialoq üstündə qurulmuşdur təkcə elə pocmanın adı artıq söz deyir: ömrünü bir şam kimi haqq yolunda əridənlər ölmür, onlar həmişə bizimlədir.

 

 

 

Sizsiz könüldən keçən

 

 

 

Neçə yolu bilmədik.

 

 

 

Sizsiz ötsə anlar...

 

 

 

Bir vaxt SİZLİ dünyada,

 

 

 

Bir gün SİZSİZ dünyada

 

 

 

SİZSİZ qala bilmədik,

 

 

 

Əriyib da solmadı

 

 

 

Bizdə SİZSİZ zamanlar!..

 

 

 

SİZSİZ ola bilmədik,

 

 

 

SİZSİZ ötsə anlar.

 

 

 

BİZSİZ bizli olduğunuzdan

 

 

 

SİZSİZ SİZLİDİR insanlar.

 

 

 

Yusif Nəğməkar intellektual şairdir bu intellektin iki  mənbəyi var. Birincisi, minillərdən qaynaqlanan xalq müdrikliyidir. İkincisi isə Füzulidən tutmuş qədim yunan miflərinəqədər kitablardır. Lakın Yusif Nəğməkarın savadı onun ruhunun alovunda bişdikdən sonra şeirə çevrilir, buna görə çiy tikə bağışlamır. Əksinə, bu şeirlərlə tanış olan oxucu hissə, duyğuya bükülmüş maraqlı elmi informasiyalar alır, mənən zənginləşir. “Kentavr - Mənşeirində olduğu kimi:

 

 

 

Avropanın,

 

 

 

Dünyanın

 

 

 

İndiyə qədər

 

 

 

Ayrıla bilmədiyi

 

 

 

Çox qədim yuxusundan,

 

 

 

Ala gündüzlərini doğan

 

 

 

Alatoran qorxusıından

 

 

 

Hələ

 

 

 

Barmaq silkələdiyi

 

 

 

Kentavr mənəm.

 

 

 

...Qulağını bəri tut,

 

 

 

Sirr açım sənə:

 

 

 

Birdən eşidən olar -

 

 

 

Kentavr kişidən olar...

 

 

 

Çox suala dil aparma,

 

 

 

Yaşıma əl aparma.

 

 

 

Kentavr - mən

 

 

 

Qurd ağzı,

 

 

 

Yurd oğuzıı.

 

 

 

Doğulduğum an -

 

 

 

alatoran.

 

 

 

Şair qlobal düşünür, kiçik bir şeirdə şərq-qərb qarşıdurması məsələsi qoyur və onun bədii həllini verir. Şeirdə antik yunan və qədim türk mifləri sintez olunur, ümumbəşəri vəhdət ideyası irəli sürülür. Əgər hamı insandırsa, bəs onda bu qarşıdurma nə ücündür? Əsl həqiqət isə nə gecə, nə gündüzdə yox, onların həm ayırıcı, həm də birləşdirici zolağı olan alatorandadır. Ümumən götürəndə Yusif Nəğməkar üçün ziddiyyətlərin vəhdəti ideyası olduqca önəmlidir. Şair bununla Tanrı işi görür. Çünki birləşdirmək Tanrıya, ayırmaq isə Şeytana məxsusdurdur. Özündə atla insanı, instinktlə ağılı, qədimliklə bu günü, miflə gerçəkliyi - bir sözlə, ziddiyyətləri birləşdirən Kentavr obrazının şeirə qəhrəman seçilməsi də  bu üzdən məntiqidir.

 

 

 

Yusif  Nəğməkarın şeirlərindəki başlıca xüsusiyyətlərdən biri az sözlə çox məna ifadə etmək, bədii ümumiləşdirmənin gücüdür. Məsələn, onun xalq yazıçısı Anara həsr etdiyi şeir həcmcə o qədər də böyük deyil. Amma Anarın bir yazıçı, ictimai xadim və ziyalı kimi yeri, rolu, ümummən taleyi şeirdə özünün dolğun və hərtərəfli bedii əksini tapıb:

 

 

 

...Ulu türk aləminə

 

 

 

Vurğunluğu boylanar

 

 

 

baxış təkanı eynəyindən.

 

 

 

İnsanlıq, ədalət qovğasında

 

 

 

üstünə ələnən mücadiləsi

 

 

 

qayğı Xəzrisiylə dalğalanar

 

 

 

saçlarında dən-dən...

 

 

 

...Vicdanını,

 

 

 

qəlbini daşa döndərənlərdən

 

 

 

ona atılan daşlar

 

 

 

onun alqışlara, ehtiyaclara

 

 

 

“atdığı” əsərlərinə

 

 

 

həsədin böyüklüyündən atıldı.

 

 

 

Bəzən yaxşılıq etdiklərinin

 

 

 

dönüklüyündən atıldı.

 

 

 

...Amma çox olub ki,

 

 

 

Sabirə, Mirzə Cəlilə... sarı da

 

 

 

əvvəl/ daş atmışıq,

 

 

 

Sonradan daşımızdan utanıb,

 

 

 

bizi oynadan

 

 

 

“dəli şeytan “ın başına

 

 

 

 peşman göz yaşlarımızı

 

 

 

“şabaş” atmışıq...

 

 

 

Bu şeirin mükəmməl məzmun ifadəsindən əlavə, “göz yaşlarımızı “şabaş” atmışıq” kimi poetik obrazlı deyimi də orijinaldır, bənzərsizdir!

 

 

 

İndiyə qədər “Bilsəydim ayrılıqdır”, “Sevgim - mələklər yuxusu”, “Alın yazım”, “Vəslin edamı”, ''Bəsirət gözəli' və digər çoxsaylı şeir kitabları işıq üzü görən Yusif Nəğməkarın yaradıcılığının bir çox tərəflərindən danışmadıq - məsələn, onun xüsusi təqdirə və təhlilə layiq fərqli sevgi lirikası, yaxud şeirlərindəki satirik çalarlardan, dil oyunları, yeni söz yaradıcılığından və s. Hesab edirik ki, bu cəhətlər haqda Rəsul Rza, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Ramiz Rövşən, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə kimi görkəmli şeir və elm adamları lazımınca danışmış, layiqli qiymətlərini vermişlər. Poeziya və fılologiya elmimizin bu görkəmli imzalarının diqqətini çəkmək, rəğbətini qazanmağın özü artıq Yusif Nəğməkarın həm bir insan, həm də bir şair kimi diqqət çəkən uğurundan xəbər verır.

 

 

Təzadlar.- 2014.- 6 may.- S.15.