O dünyanın adamı…

 

 

Əziz dostumuzun pak ruhu isə hər gün xoşbəxtliyini tapdığı Zaqatalaya, canından da artıq sevdiyi həyat yoldaşına və bir cüt qız balasına baş çəkmək üçün gəlir

Biz dünyadan gedər olduq,

Qalanlara salam olsun.

                    Yunis İmrə

Yafəs Məmmədov. Həzrət Nuhun üç oğlundan birinin ismiylə İslam Peyğəmbərininsovetləşdirilmişadını ifadə edən bu iki kəlmə əslində onu tanımayanlara heç demir. Həqiqi mənada tanıyanlar deməli, anlayanlar üçünsə tamam başqa bir aləm, ömür boyu qarış-qarış kəşf ediləcək ada idi haqqında söhbət açdığım şəxsiyyət.

Ümumiyyətlə, qarşılıqlı insani münasibətlərə ehtiyatla yanaşdığımdantanımaqməsələsi üzərində xeyli dayanmalı, qənaətimiəslində”, “həqiqi mənadasözləri ilə  möhkəmləndirməli oldum. Çünki bəşər övladının faciəsi məhz belə tələsik rəy verməkdən başlanır, mahiyyətinə varmadan taleyüklü sualları başımızın işarəsiylə tələm-tələsik cavablandırır zaman-zaman da ağrısını çəkirik. Sonrakı peşmançılıq isə heç vaxt fayda vermir. İndi tez-tez ötənləri xatırlayarkən gözlərim qarşısında aydın şəkildə canlananlardan biri Odur - azacıq əsəbi, küskün, ərkyana qaşqabaqlı; amma dik qamətdə, vüqarlı.

Bizim tanışlığımızın təməli keçən əsrin səksəninci illərində qoyulmuşdu. Hələ orta məktəb şagirdiykən ZaqatalanınQırmızı bayraqqəzetində məqalələrlə çıxış edirdim. Növbəti cızma-qaramı redaksiyaya aparanda qəzetin məsul katibi Zenfira Nəsibova bildirdi ki, rəhbərliyin nəzərini çəkmisən, Partiya Komitəsi təbliğat-təşviqat şöbəsinin təlimatçısı Yafəs müəllim yazılarını oxuyub, imza sahibinin kimliyi ilə maraqlanır (indi daim tənqid atəşinə tutduğumuz həmin dövrün gələcəyə can atanlara dayaq durmaq, cüzi istedad işartısını belə, himayə eləmək kimi necə gözəl xüsusiyyətləri vardı). Beləcə, görüşdük 15 illik yaş fərqinə baxmayaraq, arada səmimiyyət, məsləhət, fikir mübadiləsi körpüsü yarandı. O, təkcə mənim yox, bütün yaradıcı gəncliyin, kimsəsizlərin, haqqı tapdananların yanında idi. Hər yerdən əli üzülən yüzlərlə adam son ümid yeri kimi qapısına üz tuturdu. Rayon mətbəəsində şəraitinin ağırlığı, maaşın isə azlığından narazı qalan kollektivin müdafiəsinə qalxaraq, rəhbərlik səviyyəsində düşmənlər qazanması da yəqin, çoxlarının yadından çıxmayıb. 

Ən böyük sərvəti sadəliyi müstəqilliyiydi desək, yanılmarıq. Bəzən ətrafında kəmfürsətlər, vəzifəsindən sui-istifadəyə çalışanlar görünüb-itsələr , dostluq sferasını halal zəhmət adamları - fəhlələr, kolxozçular, müharibə iştirakçıları təşkil edirdi. Sadə insanlarla oturub-durmaqdan, bir stəkan çay içməkdən, həmsöhbət olmaqdan çəkinməz, bunu özünə ar bilənlərdən acığı gələrdi. Bir dəfə ailəsi ilə birgə bizim Muğanlıdakı evimizin qapısını döydü. Rəhmətlik anam tut ağacının kölgəsində süfrə açdı, mərhum atamla dünyanın dolaşıq yolları, gələcək peşəyönümüm barədə xeyli söhbətləşdilər. Sonradan bildim ki, “sabahına ümid bəslədiyiyeniyetmənin valideynləri, ailə vəziyyətiylə yaxından tanış olmaq istəyibmiş. 1989-cu ilin dekabrında mən keçmiş İttifaq qoşunlarında hərbi xidmətə yollanarkən onunla vidalaşmaq məqsədilə vaxt tapıb ikinci ali təhsil aldığı Ali Partiya Məktəbinin yataqxanasına üz tutdum bu diqqət nümayişindən razı qalaraq hətta kövrəldi ...

 

 

 

Zahirən sakit, təmkinli görünsə , içərisində bir təlatüm, vulkan vardı Yafəs müəllimin. Məlum ideologiya daşıyıcılığına rəğmən, hüdudsuz azadlığa malik idi. Bu ali keyfiyyət sahiblərinə isə susqunluq, yarınmaq, mövqesizlik, manevr eləmək tamamilə yaddır; çünki ən azı vicdanın səsi cidd-cəhdlə lazımi məqamda obyektiv sözün deyilməsinə addımın atılmasına çağırır, problemə seyrçi qalmamaqdan ötrü zəmin hazırlayır. Həm vətəndaş, həm məsul şəxs kimi qismətinə Azərbaycanın keşməkeşli dövrləri yazılmışdı. Ləyaqətli bir komsomol katibi, kommunist olaraq, partbiletin altında gizlənənlərin cinayətkar hərəkətlərini - rüşvətxorluq, rəqəmlərin şişirdilməsi, talançılıq, iqtisadiyyatın çökdürülməsi sairi sakitcə seyr edə bilmirdi. Neqativ halların qarşısını almaq isə gücü çərçivəsində deyildi.  Ölkəmizin müstəqillik qazanmasına ürəkdən sevinirdi, amma rus buxovunu qırıb ingilis boyunduruğuna girməyimizi şəhidlərin qanına təhqir sayırdı. O illərdə müəyyən vaxt AXC üzvləriylə işləmək məcburiyyətində qaldı. Lakin bildiyimiz kimi, həmin komandada hazırlıqlı kadrlar yox səviyyəsində idi mütəmadi şəkildə səhvlərə, səriştəsizliklərə, haqsızlıqlara yol verilirdi. Məhz belə hallarda məsələyə təcili müdaxilə edər, etiraz səsini ucaltmaqdan çəkinməz, ədalət prinsiplərinin qorunmasına çalışardı.

 

 

 

O, ixtisasca coğrafiyaçı olmasına baxmayaraq, yazı-pozu adamı idi. Vaxtaşırı qələmə sarılıb təbiət, vətənpərvərlik, gənc nəslin təlim-tərbiyəsi mövzusunda maraqlı məqalələr hazırlayardı. SSRİ Jurnalistlər İttifaqı kimi nüfuzlu təşkilata üzv qəbul olunmuşdu. Sinəsində xalqımızın zəngin folklor nümunələri, Aşıq Ələsgər, Dirili Qurbani, Hüseyn Saraclı, Xındı Məmməd başqalarının qoşmalarından, müasir poeziya seçmələrindən ibarət xəzinə vardı. Elə buna görə yaradıcı insanlara sayğı bəsləyər, aydınların dolanışığı, sosial rifahı qayğısına qalardı. Zaqatalada yaşadığım zaman bir dəfə küçədə rastlaşdıq, rayon Mədəniyyət İdarəsinin müdiri işləyirdi. Məşğuliyyətimlə maraqlandı, dedim, işdən çıxmışam, yenisini axtarıram. Söylədi ki, Tikiş fabrikində klub (üç nəfərlik kiçik kollektiv) müdiri yeri boşdur, maaşı elə çox deyil, amma tapana qədər çörəkpuluna yetər. Beləliklə, mən dost qayğısı sayəsində 5-6 ay müddətinə mədəniyyət sahəsində özümü sınadım.

 

 

 

Yafəs Məmmədov bu fani aləmdə mənəvi cəhətdən əzab çəkə-çəkə cəmi-cümlətani 44 il (1956-2000) dayandı (“Dünya duracaq yer deyil, ey can, səfər eylə.” İ.Nəsimi). Allaha ağır getməsin, istəsəydi bu rəqəmi 20-30 il uzatmaq imkanı varıydı. Ancaq istəmədi, əksəriyyətin primitivliyi, biganəliyi, riyakarlığı, yaltaqlığı üzündən onsuz da hər gün ölüb dirilirdi. Min üzü olan, üstünə düşən işığa görə tez-tez rəngini dəyişən buqələmun kütlə bu insanı anlamaqda çətinlik çəkirdi. Deməli, sadəcə tanımaq, anlamaq imkanından da məhrum qalmışdı. İdrak xəstəliyinə tutulmuş toplumda yaşamağa məhkum olunanlar isə müxtəlif vasitələrə meyl eləməklə dərdlərini unutmağa çalışırlar...

 

 

 

Uzaq keçmişdə mövcud olmuş Atlantida adlı bir ölkə - qədim sivilizasiyalar məskəni barədə çox danışılıb, hətta fantastik kitablar yazılıb; indi təxmini nişan verilən yerində okean dalğalanır. Hər dəfə əziz dosum barədə düşünəndə də heç vaxt görmədiyim həmin əlçatmaz məkanı xatırladığımdan yazının əvvəlində “kəşf ediləcək ada” ifadəsini nahaqdan işlətmədim. Bəli, Yafəs müəllimin payına həqiqətən Atlantida taleyi, ömrü yazıldı. Yeganə fərqlə ki, birinin üstü suyla, digərinin torpaqla örtülüdür. Amma Allaha and olsun, bu, zahirən belədir, Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndindəki məzar yalnız onun cismindən ötrü qazılıb. Azad şəkildə asimanlara pərvazlanan pak ruhu isə hər gün doğma yerlərə - məhəbbətini və xoşbəxtliyini tapdığı Zaqatalaya gəlir, canından da artıq sevdiyi həyat yoldaşına və bir cüt qız balasına baş çəkmək üçün...

 

 

 

Yerin rahat, ruhun şad olsun, qardaş!

 

 

 

Dərin ehtiramla:

 

 

 

Qurban Cəbrayılzadə 

Təzadlar.- 2014.- 6 may.- S.13.