Sözün incisini ruhunun incisinə düzən Qulu Məhərrəmli
Çağdaş Azərbaycan jurnalistikasının flaqmanı
haqqında dost sözü
Çoxlarının bu gün ekrandan,
radiodan və qəzetlərdən, univeristet
auditoriyasından yaxşı
tanıdğı, təmkinli
səsi ilə, aram-aram danışan, fikirlərində sanki redaktə edirmiş kimi düşüncələrini
bölüşən bir
insan, yəni Qulu Məhərrəmli mənim uşaqlıq dostumdur. O, mənim üçün
bu həyatda ən çox dəyər verdiyim bir şəxsiyyətdir. Onun hər bir uğurunu
öz qələbəm
kimi qəbul etmişəm. İllərin zamanın axarında necə sürətlə ötüb keçdiyinin indi-indi fərqinə varıram. Bu gün çox dəyər verdiyim insanların yaşının
60-ı haqlamasını heç
cürə sindirə
bilmirəm. Çünki uşaqlıq dostlarımla
elə bil ki, Şuşadakı illərimizdə qalmışıq.
Şuşalı illərimiz
Azərbaycanın başqa bölgələrini
deyə bilmərəm,
ancaq Şuşada uşaqlıq illərini yaşamış insanların
düşüncəsi, baxışları,
həyat fəlsəfəsi
tamamilə fərqlidir. Şuşa bizim
üçün, sadəcə,
dünyanın və Qarabağımızın ən
füsunkar guşəsi
deyil, buranın havası, mühiti hər şeyə zərifliklə yanaşma
tərzini erkən yaşlarımızdan ürəyimizə,
duyğularımıza həkk
edib. Şuşada böyüyən insanların hamısı belədir. Burada bir internat məkətbi var idi. Əsasən Qarabağın hər
yerindən imkansız
və ya çoxuşaqlı ailələrin
övladları təhsil
alırdı. Mən də,
bu gün Azərbaycan jurnalistikasının
ünlü isimlərindən
biri olan Qulu Məhərrəmli də burada böyüdük. Beləliklə, illərin dostu olaraq qaldıq. Ona görə ki, Şuşa
mühiti bütün
ruhu ilə bizi beləcə ağuşuna almış
bir ana kimi
bəsləyib. Bizlər bundan
heç zaman şikayət etmədik.
Onu da xatırlatmaq istəyirəm ki, bu gün özlərini
zəngəzurlu sayanların
hamısı qarabağlıdır.
Buna şübhə edənlər Qarabağın
tarixini bir də diqqətlə oxusunlar. Sovetlər Birliyi imperiyası
Ermənistanın ərazisini
böyütmək üçün
Qarabağın Zəngəzur
qəzasının yarısını
Ermənistana birləşdirməklə
bu iki adın
arasında fərqli baxışların formalaşması
siyasətini aparıb.
Qulu Məhərrəmli ilə birgə
böyüdüyümüz mühit özlərini
qarabağlı sayanların son nəsli sayılırıq.
Şuşanın hər qarışı bizim
üçün bir cənnət guşəsi olub. Özümüzü ailə durumumuza görə
imkansızlar sırasında saysaq da, bu mühitdən
heç zaman doymadıq. Dözümlü
və iradəli olmaq, əfəndicəsinə həyatı,
dünyanı dərk etmək sanki Şuşanın bir
parçası idi. Buranın hər
qarışında Nəvvabın, Üzeyir Hacıbəylinin,
Əbdürrəhim Bəy Haqverdiyevin, Nəcəf Bəy Vəzirovun
ruhu şəhərin üstündə ilişib
qalmışdı. Bu ruhun aurasında
yaşamaq və böyümək mənə görə
dünyanın ən ulu müqəddəslərinin şəfqətidir.
Sevgi ilə yoğrulmuş şəfqəti.
Qarabağımızın
ruhunu Bakıya daşıdıq
Qulu Məhərrəmli məndən dörd yaş
böyük olmasına baxmayaraq, sonralar Bakıda tez-tez
görüşürdük. Elə Şuşada
olduğu kimi. Qulu bəy Bakı Dövlət
Universitetini, mən də İncəsənət İnstitutunu
bitirdik. Harada
çalışmağımız bizim üçün
heç bir önəm daşımadı. Biz elə Şuşadakı kimi münasibətlərimizi
daim mehriban və səmimi şəkildə saxladıq. İndi ötən illərimizi xatırladıqca
Qulu Məhərrəmli ilə daha çox öyünürəm.
Biz həyatda nələri qazandıqsa,
hamısını alın tərimizlə əldə etdik.
Onun necə zəhmətkeş olduğunu
çoxları hələ də bilmir. Azərbaycanda
ilk dəfə 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda
namizədlik, 2004-cü ildə “Televiziya dili” haqqında doktorluq
dissertasiyasını müdafiə edib. Bununla
yanaşı, Televiziya və Radio jurnalistikası üzrə
professordur. Düz 29 il AzTV-də
müxtəlif vəzifələrdə
çalışıb. Bu illər ərzində
efirdə, mətbuatda öz sözü və fikri ilə
imzasını möhür kimi təsdiq etmişdir. Bu gün Azərbaycanın dövlət müstəqilliyində
əməyi olan insanların siyahısında onun da
adını qürurla çəkmək olar. Çünki, sadəcə, vətəndaş kimi
deyil, həm də çalışdığı sahədə
çoxlarının qorxub səsini
çıxartmadığı bir dönəmdə Qulu bəy
özünəməxsus üslubda hər zaman açıq
şəkildə sözünü deməyi
bacarmışdır. Onun düşüncələrinin
çəkisini və yükünü duymaq üçün
Qarabağın və Şuşamızın əfəndicəsinə
sözünü ifadə etmək, ritorikasının poetik məzmununu
və xarakterini bilmək lazımdır.
Amsterdamdan
Bakıya salam
Tale elə gətirdi ki, hələ Sovetlər Birliyi
dağılmamışdan öncə Avropaya mühacirət
etmək məcburiyyətində oldum. Qulu Məhərrəmli
ilə əlaqələrimiz və münasibətlərimiz
uşaqlıq illərində olduğu kimi qaldı. Hətta deyərdim ki, daha da genişləndi. Qarabağla bağlı həqiqətlərin Avropada
tanıdılmasında onun sayəsində çox işlər
gördük. Səssiz-səmirsiz. Kimsənin xəbəri olmadı ki, bu nəhəng
işin arxasında Qulu Məhərrəmli dayanıb. Tarixin adsız qəhrəmanları kimi ötən
illər ərzində bu gərgin işi həyata
keçirdi. Dünyanın 60-dan çox ölkəsində
olan Qulu Məhərrəmli səbrlə və təmkinlə
hər yerdə Qarabağ həqiqətlərini tanıtmaq
kimi çox çətin və məsuliyyətli iş
görmüşdür. Bunu da cəsarətlə
deyə bilərəm ki, bu yöndəki
çalışmalarının şahidlərindən biri də
mənəm. Azərbaycan
diplomatlarının görmədiyi işi o, təkbaşına
həyata keçirmişdir. Qulu bəy
Avropa səfərinə gələndə elə bil ki, biz
mühacirlər üçün toy-bayram olur. Çünki biz çox yaxşı bilirik ki, o, Azərbaycanın
xeyri üçün gərəkən hansısa xoşniyyətli
bir missiyanı həyata keçirəcək. Hər zaman bunu arzulamışıq ki, Azərbaycandan
Avropaya gələn ziyalılar, millət vəkilləri, məmurlar
təmsil olunduğu dövlətin maraqlarına söykəmli
ən kiçik bir işi görsünlər. Bunu qətiyyətlə deyə bilərəm ki, biz
belə şeylərin şahidi olmadıq. Kim gəldisə, öz şəxsi maraqları
çərçivəsində hərəkət etdi.
Milli diaspor adına bizləri birləşdirmək
əvəzinə, ayrımçılıq xəstəliyinin
toxumlarını əkmək istəyənlərin sayı
daha çox oldu. Qulu Məhərrəmli isə
elə bil bütün dərdlərimizə dərman olmaq
üçün o müqəddəs missiyanı öz üzərinə
götürərək hamını toparlamaq
bacarığını məharətlə ortaya qoyub. Buna görə də ona milli diasporumuzun arasında
daha çox böyük sayğı var, nəinki iri çəkili,
titullu məmurlara və ya ziyalılara.
Altın
təri ilə qazanılan alim adı
Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikasının
inkişafı yolundakı xidmətlərini görmək istəyənlər
onun əsərlərinin siyahısına baxsalar, bütün
həqiqətlərin bir daha canlı şahidi olar bilərlər. “Radiodramaturgiya dili”,
“Televiziya haqqında etüdlər”, “Televiziya və radio
tamaşaları”, “Televiziya nitqi və ədəbi tələffüz”,
“Radio dalğalarında”, “Ekran və ədəbi dil”,
“Audiovizual nitq”, “Televiziya dili. Spesifika: funksiya və struktur”,
“Kino, televiziya, radio terminləri. İzahlı lüğət”,
“İctimai televiziya: tarix, gerçəklik və prinsiplər”,
“Kütləvi kommunikasiya və dil”, “Televiziya
jurnalistikasının əsasları”, “Azərbaycan efiri: Tarix
və müasirlik”, “Radio dərsləri. Tarix, nəzəriyyə,
təcrübə”, “Jurnalistikanın əsasları”, “Mediada
işlənən alınma sözlər”, “Radio
jurnalistikası”, “Radio jurnalistikası: təməl biliklər”,
“Zamanın rəngləri” kimi çox ciddi və fundamental
elmi əsərlərin müəllifidir. Bu əsərlər,
sadəcə, jurnalist peşəsi üçün deyil,
ümumilikdə ekran və efir siyasətimizin doktrinası
sayılır. Bu əsərlər Qulu Məhərrəmlinin
uzun illər əldə etdiyi zəngin təcrübə, dərin
mütailə və yorulmaq bilmədən
araşdırmaları sayəsində başa gəlmişdir.
Bu əsərləri bilmədən müasir
jurnalistikamızın inkişafı da yox kimidir. Çünki ekran-efirin linqvistik sistemini tanımadan
və onu araşdırmadan, teleradio dilinin funksional və
struktur təhlili də mümkün deyil. Bu
gün mətbuat azadlığı uğrunda peşəkarcasına
mübarizə aparan mütəxəssislərin
siyahısında Qulu Məhərrəmlinin adı fəxrlə
çəkilir. Onun “Vətəndaş
mediasının dəyişən paradiqmaları” və “Yeni
medianın humanitar aspektləri” konsepti həm də virtual
medianın inkişafı üçün vacib şərtlərdən
biri sayılır. Çünki virtual aləmin,
yəni internetin inkişafı bu gün çox sürətlə
irəli getməkdədir. Bununla
yanaşı, virtual aləmdə peşəkarcasına
davranmaq, etika qaydalarını bilmək də çox vacibdir.
Bu gün dünyanın harasında jurnalistika ilə
bağlı toplantılar keçirilirsə, Azərbaycanı
təmsil edənlərin sırasında Qulu Məhərrəmlinin
də səsini bu yüksək tribunalardan eşitmək
hamı üçün xoş olsa da, mənim
üçün bu ikiqat bayram deməkdir. Jurnalistikaya
adi reportyor kimi başlayan Qulu Məhərrəmli bu gün Azərbaycan
mediasının flaqmanına çevirilib. Bu da talenin ona nəsib etdiyi uğurlardan biridir.
Ömrün
uzun yolu
Qulu Məhərrəmli 20-yə yaxın sənədli
televiziya filminin ssenari müəllifi kimi hər zaman yaddaşlarda
qalacaq. Ekran drmaturgiyasının psixoloji özəllikləri
əsasında çəkilmiş bu filmlər beynəlxalq
festivallarda nümayiş etdirilib və mükafatlar da
qazanıb. “Azərbaycan dünya meridianlarında”, “Azərbaycan
qaçqınları”, “Qobustan”, “Okean üzərindən
körpü”, “Müstəqil Azərbaycan”, “Terrorla
üz-üzə”, “Alman Yunus”, “Antropoloji sənəd”, “Məyusluq”,
“Üç dəniz əfsanəsi”, “Azərbaycana namus və
sevgi ilə”, “Dəvətnamə” və başqa filmlərini
buna örnək göstərmək olar.
Qulu Məhərrəmli 30 ilə yaxındır ki,
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
müəllim kimi də fəaliyyət göstərir. Faktiki olaraq
müasir jurnalistika sahəsində çalışan əksəriyyətin
müəllimi olmuşdur. Onun tələbələrinin
də etiraf etidiyi kimi, jurnalistikanın ekran dilini məhz Qulu
müəllimdən öyrənirlər. O,
başqaları kimi xəsis deyil. Çünki
təkcə öz kitablarını deyil, başqa müəlliflərin
də dərs vəsaitlərini öyrənməyi tələbələrindən
tələb edir.
Bu gün Azərbaycan jurnalistikasının ağsaqqalına çevrilmiş Qulu Məhərrəmlinin 60 yaşa çatmasını heç cürə özümə sindirə bilmirəm. Ancaq bunun özü də bir həqiqətdir ki, artıq illərin üstündən zamanın öz təsiri yel kimi ötüb keçir. Mən hər dəfə onu yada salanda və ya görüşəndə Şuşalı illərimizdən savayı heç nəyi düşünmürəm. Elə bil ki, keçmişimizdə necə var idik, beləcə, bütün həyatımızı yaşayacağıq. Şuşada həyat və mühit bizim üçün tamamilə fərqli idi. Ona görə ki, doğrudan da ötən illər ərzində biz heç dəyişməmişik. Sadəcə zamanın özü dəyişib.
Elman Mustafazadə,
“Avropa-Azərbaycanın
Dostları Cəmiyyəti”nin sədri
Təzadlar.-
2014.- 13 noyabr.- S.11.