Getmir
Uçurumdur! ...dayan fələk!
...Nədir? Çarxın dala getmir?
Sən qurmasan, hiylə, kələk,
Gedər!
...Xeyir ola,
getmir?!
...Çarx özbaşınadır
məgər?
Gedər, sən istəsən əgər.
...Dala getmir? ...ay hiyləgər,
Döndər sağa, sola. - Getmir?
...Həyasızlıq təmiz
zatda
Ola bilməz, saxla yadda:
- Sən verən mıx bizim atda,
Olan qızıl nala
getmir.
...Birlik var idi
bir vədə.
...Günah kimdə, ...günah nədə?
İndi
Yallı gedəndə
də,
El çox vaxt qol-qola getmir.
Gədə çevrilib bəy
olur,
...Adam dəhşətdən səy
olur.
...İki şeytan həmrəy olur,
İki qardaş
yola getmir.
Evlənəntək oğul gedir,
Olur yada noğul, gedir.
...Papaq gedir, ağıl
gedir,
Başımızdan bəla getmir.
Porsuq ceyrana göz atır,
Qarğa bülbülə söz atır.
Keçi
qurda buynuz atır,
...Şir get
deyir, tula getmir.
Təkani,
qal azarında,
Dinclik harda?! -Məzarında.
...Yaxşı ki, mərd bazarında
Namus, qeyrət
pula getmir.
Günəşin
Hər səhər yuxudan dursam da erkən,
Duymuram istisin, odun Günəşin.
O qədər Günəşə
həsrətəm ki,
mən,
Azadlıq! qoymuşam
adın Günəşin.
İşıqlı dünyanın zülmətindəyəm,
Bir Allah bilir
ki, nə çətindəyəm.
...Çoxdandır üzünün
həsrətindəyəm,
Nazəndə Günəşin, xatun
Günəşin.
Mən sakin olandan dərd
kahasına,
Rast gəldim
zülmətlər əjdahasına.
Qansızlar, razıyam, qan bahasına,
Mənə şüasını satın Günəşin!
Qarşıda illərin var gör neçəsi!
O vaxtda karvanım bəlkə köçəsi.
...Balama deyin ki,
niyyət gecəsi,
Mənimçün adını tutun Günəşin.
Zindanlar içində getdi ömür-gün.
Təkani
günəşsiz günə
demir gün.
İnşallah, ...bəlkə də..., nə vaxtsa..., bir gün,
Doyunca dadaram dadın Günəşin.
Ölüb
Söylə, sənin mənə
qarşı
Sevgin, ay sevgilim,
ölüb?!
...Ölməyibsə, bu lap yaxşı.
Ölübsə, de bilim - ölüb.
Nəsə dəymir gözə
sevgin,
...Nifrət etdi bizə sevgin?
...Mən deyil ki, dözə sevgin,
Çəkinməyib zülm, ölüb.
Sag ola, ancaq
gəlməyə?!
Mən birbaş onu görməyə,
Dedim: gedirəm ölməyə,
Dedilər ki, ölüm ölüb.
Dərd
yaxamdan tutub bərk-bərk,
Saçlarımda dən var tək-tək.
Sanki ağa bürünərək,
Hər ağaran
telim ölüb.
Məni
həsrətdir ağrıdan,
Məni təklikdir qorxudan.
...Bir səhər duram yuxudan,
Görəm... hər nisgilim ölüb.
Təkaniyəm, dad eyləsəm...,
Məcnun
kimi ad eyləsəm,
Birdən
ölüb-zad eyləsəm,
Denən:
- Mənim dəlim ölüb.
Ramiz Mirzəxan oğlu
Sultanov (Ramiz Təkani)
Təzadlar.-
2014.- 25 noyabr.- S.15.