Çingiz Aytmatovun dilimizdə işıq üzü görmüş “Hekayələr” kitabının təqdimatı keçirildi

 

Noyabrın 22-də “Kitab evimmağazasında qırğız yazıçısı Çingiz Aytmatovun dilimizə tərcümə ilə işıq üzü görmüşHekayələrkitabının təqdimat mərasimi keçirildi.

Altun kitabnəşriyyatının təşəbbüsü təşkilatçılığı ilə keçirilən tədbirin aparıcısı şair Dayandur Sevgin qonaqları salamladıqdan sonra yeni nəşrlə bağlı iştirakçılara məlumat verdi. Kitabın tərcüməçiləri şair İbrahim İlyaslıya Təranə Quliyevaya minnətdarlıq edən D.Sevgin İ.İlyaslının şairliklə yanaşı, tərcüməçilik bacarığına da malik olduğunu bildirdi. O, tərcüməçiliyin digər sənət sahələrindən daha fərqli məsuliyyət, gərgin əmək tələb edən yaradıcılıq işi olduğunu vurğuladı.

Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi kitab təqdimatının məhz kitab evində keçirilməsinin önəmli olduğunu dedi. Təqdimatı keçirilən kitabdan Çingiz Aytmatov yaradıcılığından söz açan İ.Fəhmi kitabın uğurlu bir tərcümə nümunəsi olduğunu qeyd etdi. O, müəllifləri təbrik edərək onların tərcüməçilik fəaliyyətlərini davam etdirməsini istədi.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal RzaHekayələrkitabının bu yaxınlarda Qırğızıstanın Azərbaycandakı səfirliyində geniş təqdimatının keçirildiyini xatırladaraq, səfirliyin təşəbbüsü təşkilatçılığı ilə keçirilən tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin Avropa, Amerika ölkələri departamentinin başçısı Kanat Tursunkulovun, Qırğızıstanın Azərbaycandakı səfiri Aydjiqit Buranovun, AYB sədri, xalq yazıçısı Anarın, həmçinin millət vəkillərinin iştirak etdiyini bildirdi. AYB-nin mətbuat katibi kitabın oxucular tərəfindən maraqla qarşılanacığına əminliyini vurğulayaraq müəlliflərə yeni yaradıcılıq uğurları arzuladı.

Şair Vasif Süleyman bildirdi ki, bu cür tədbirlər son zamanlar ölkədəkitab oxuyan yoxdurdeyə şikayətlənənlərin yanılma göstəricilərindən sayıla bilər.

Araşdırmaçı Ənvər Börüsoy bu təqdimatın ona ikiqat sevinc yaşatdığını vurğuladı. Çingiz Aytmatovla dostluğundan uzun müddət bir yerdə olmalarından söz açan Ə.Börüsoy İ.İlyaslının məhz Ç.Aytmatov yaradıcılığına müraciət etməsindən məmnun olduğunu dilə gətirdi. Onun fikrincə, o xalq tarix boyu həmişə qələbə çalır kr, öz mədəniyyətinə sahib çıxır: “Öz mədəniyyətinə sahib çıxmayan xalq həmişə məhvə məhkumdur. Ona görə bizim bir turk olaraq mədəniyyətimizi, mənəviyyatımızı, həyat tərzimizi məhv etməyə çalışırlar. Sanki ölkə bir poliqona çevrilib o poliqonun qarşısında dayanan sizlərsiniz. Siz mənəviyyat insanları olmasa, mənəviyyatımız, milli mənəvi dəyərlərimiz məhv olar. Yaxşı ki, siz varsınız”.

Şabranda fəaliyyət göstərən Xaqani Poeziya evinin rəhbəri şairə Aybəniz Əliyar, şairə Nazilə Gültac, yazar Aləmzər Sadiqqızı, Bakı Avropa liseyinin müəllimi, “Altun kitabnəşriyyatının əməkdaşı Hidayət Allahverdi, “Kulis.az” dərgisinin əməkdaşı Ağa Cəfərli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor köməkçisi Mehman Həsən digərləri çıxış edərək tərcümənin məziyyətləri kitabın əhatə etdiyi mövzularla bağlı öz fikirlərini bölüşərək, müəlliflərə yeni yaradıcılıq üfüqləri dilədilər.

Sonda İbrahim İlyaslı tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlıqla, təqdimat mərasiminə gələn çoxsaylı oxucuları, kitabsevərləri, elm sənət dostlarını, sadə insanları, Bakı Avropa liseyinin şagirdlərini bir arada görməkdən məmnunluğunu təşəkkürlə dilə gətirdi.

Daha sonra oxucularHekayələrkitabı üçün müəllif imzası aldılar.

 

Elbar ŞİRİNOV

Təzadlar.- 2014.- 25 noyabr.- S.15.