Bir yüyrək nağılın dilində...

 

Moskvada şair Elman Tovuzun yaradıcılıq gecəsi keçirildi

 

Bax elə bu sübhün yelinə dönüb,

Uçaydim bir durna telinə dönüb.

Bir yüyrək nağılın dilinə dönüb,

Kaş, durub yanına gələ biləydim!

 

Kaş ki...” bir çarəsizlik sonucunda işlənən, boynumuz təəssüf ilməyində sıxışanda köksümüzdə götürdüyümüz kəlmənin adıdır. Addımı, ahdırmı, kim bilir?!

Kaş ki..., onun dilində edə biləcəyindən daha artığını etməyə can atdığı istəkdir. OnunKaş ki...” ilə başlanan cümlələrində şərtlərə dov gəlib əngəlləri aşmağa çağırış var.

Kaş, gələ biləydimniyyətinin durna səfli söz qatarında, sazın tellərində havalanıb can yaxan, cana yaxın musiqinin qanadında pərvazlanaraq bir “Elman Tovuz nağılı”nın yüyrək diliylə yanımıza - Moskvaya gəldi o gecə. MoskvadaSən məni yuxuda çağır bir axşamçağırışına “Elman Tovuz gecəsiilə hay verdi.

O gecə şairə yuxuların gerçəkliyini yaşatmaq missiyasını üzərinə götürənlərin həm şair qarşısında imtahanıydı sanki. Məkanın məktəb olması, təşkilatçıların, iştirakçıların başlanğıcdakı şagird həyəcanına Bakıdan video görüntü ilə öz gecəsinə qoşulan Elman Tovuzu səsələdi.

beləcə, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin, şairlərin, ictimai xadimlərin KİV nümayəndələrinin iştirak etdiyi, şair Elman Tovuzun yaradıcılıq gecəsi Moskvada 157 saylı Azərbaycan etno-təmayüllü məktəbdən Bakıyacan yol aldı.

Gecədə əvvəl Elman Tovuzun həyat yaradıcılığının qısa bir dönəminə keçid edən videoçarx göstərildi.

Təbdirin bütün ağırılığını məsuliyyətini çiyninə götürən, gecənin təşəbbüskarlarından təşkilatçılarından biri olan - məktəbin metodisti Sevil İsmayılova gecəni açaraq Elman Tovuz poeziyası işığına toplaşanları salamladı. Bu gecənin hazırlığından onun həyəcanından danışaraq Elman müəllimə xoş istəklərini çatdırdı.

Gecənin aparıcısı şairə Afaq Şıxlı Elman Tovuz yaradıcılığından söz açaraq, onun istedadlı, gözəl şair olması ilə bərabər, başqalarına müyəssər olmayan bir çöx müsbət xüsusiyyətlərindən danışdı: “Şair, jurnalist, saz ifaçısı, riyaziyyatçı, inşaatçı... ən başlıcası isə dəyanətli insan, gözəl dost! qədər adam özündə bu keyfiyyətləri daşıya bilər?! Elman Tovuz bütün bu sənətləri üstəlik , insanlığa layiq gözəl keyfiyyətlərin cəmini özündə yaşadan, yaşayan nadir insanlardandır! Mən onun qədər səmimi, sədaqətli, mərhəmətli, özgə dərdinə özününkündən artıq yanan ikinci birinə rast gəlmədim”.

Moskvadakı Kərim Kərimov adına 157 saylı məktəbin direktoru Elmira İsmayılova çıxış edərək, gecənin təşkilatçıları Sevil İsmayılovaya şairə Afaq xanıma - onu Elman Tovuzla tanış etdiyinə görə təşəkkür etdi: “Elman Tovuz onun yaraıcılığı ilə bu gün, elə bu gecədə ilk dəfədir tanış oluram. onu gec tanıdığım üçün təəssüfümü qeyd etmək istəyirəm. Həmyerlimə həsr olunmuş gecəyə məhz məktəbimizin qucaq açmasının ikiqat xoşbəxtliyini, həyəcanını yaşayıram”.

Videobağlantı ilə görüşə qoşulan Elman Tovuzun ekrandan görünməsinə salondan alqış sədaları gəldi. gecənin xoş ovqatını dəyişdi: “Moskvada soyuq diyarda, kiçik bir Azərbaycan qurub, o ocaq başında toplaşmısınız. Bu gün oradan bura həmin istiliyi hiss etdirəm, hiss etdirirsiniz mənə” - sözləriylə bu görüşü təşkil edənləri, iştirakçıları salamlayan Elman Tovuzən cüzi zəhməti keçən hər bir kəsə minnətdarlığımı bildirirəm”, - dedi.

Elman Tovuzun hər zaman qonaqlı-qaralı evində Moskvadan getmişDərvişTeatrının aktyoru Şirzad Pirallahi ekranda göründü. Şairin yaradıcılıq gecəsində yanında olan aktyorumuz bir gözəl hekayətdən doğub yaranmışMəktubşeirini oxumazdan əvvəl “O əhvalatı Elman müəllimin dilindən eşidək”, - deyərək gecəyə qatıldı.

Gecə bir çox yenilklərə, sürprizlərə imza atdı. Afaq Şıxlının Elman Tovuzun sözlərinə bəstələdiyiGülümmahnısı əməkdar tarzən Qorxmaz Axundovun müşayiəti ilə Zəhra Salmanlının ifasında alqışlarla qarşılandı.

Şəhriyar” ƏMC-nin üzvü Abbas Alıyev sazı sinəsinə basıb aşıq havası ilə iştirakçıları Elman müəllimi xəyalların ağuşuna alıb doğma yurda götürdü.

Gecəyə daha bir ərməğanı gənc şairə, jurnalist Nilufər Şıxlı təqdim etdi. NilufərElə insanlar var ki, biz onları sevirik, elələri var ki, bizi çox sevirlər. Bəzən bu istəklər kəsişməyə bilir. Amma bəzən isə qeyd-şərtsiz sevirik sevilirik. Elman əmi mənim üçün o doğmalardandır, mən onu çox istəyirəm. onun da məni çox istədiyinə inanıram, elədirmi, Elman əmi?! -sualıyla şairə üz tutdu.

Sonra isə Nilufər Şıxlı Elman Tovuza maraqlı bir sürpriz edərək, onunYaxın gəlmə, uzaq durmaşeirini rus dilinə tərcümə etdiyini bildirib həmin şeiri söylədi.

Şəhriyarfondunun sədri Nüsrəddin Məmmədov, Azəri-Rus mədəniyyəti həmrəyliyi mərkəzinin rəhbəri Mehman Şükürov gözəl qiraət ustası, ədəbiyyat müəlliməsi Xalidə Səmədova Elman Tovuza ürək sözlərini çatdıraraq, onun şeirlərindən söylədilər.

Qorxmaz Axundovun tarda müşaiyiəti ilə Zahir Balaşovun Elman Tovuzun “Bu gecəqəzəliniMahur təsnifi”ndə ifa etməsi, məktəb şagirdlərinin hazırladığı şeir kopmozisiyaları, rəqs nömrəsi, Afaq Şıxlı Qorxmaz Axundov duetinin - həzin tar səsi şairədən bir şeir nümunəsi qoşalığı da gecənin yaddaqalan məqamlarından oldu.

Oxunan şeirlərin, edilən çıxışların təsiri altında hamı ədəbiyyatın, sözün o sözü sevgiylə, səmimiyyətlə, başdan-başa şəfqət, mərhəmət, insana, insanlığa sevgi aşılayan hissə vasitə edib işlədən Elman Tovuzun xoş aurasında sehrlənmişdi.

Gecə boyu bu təsirdən kövrələn məktəb direktoru Elmira İsmayılova son söz olaraq: “Məişət qayğılarıyla yükləndiyimiz, yorğun hər şeydən qıcıqlandığımız bir zamanda bəzən başqalarının problemlərinin yanından etinasız keçirik. Ta ki, o problemləri özümüz yaşayana kimi. Bax, o zaman insanların təmənnasız yardımına, mərhəmətinə, şəfqətinə ehtiyac duyuruq. Bütün bu sadaladıqlarımı həyat vərdişinə çevirmək hər kəsə bəxş olunan hünər deyil. Elman Tovuzun şeirlərində bunu gördüm, bunu hiss etdirdi. Bu gecə o möcüzəni yaşatdı. Bir anlıq bütün problemləri unutdurdu.Sevgiylə, mərhəmətlə yanaşanda dünya daha gözəl olar”-ı bizə göstərdi”, - dedi.

Elman Tovuz da öz növbəsində ona yaşadılan bu gecə üçün hər kəsə adbaad minnətdarlığını bildirərək, onun şeirlərini belə hərarətlə söyləyən balaları bağrına basıb öpdüyünü söylədi.

Bu unudulmaz gecə Azərbaycan mətbəxi şirniyyatları ilə zəngin çay süfrəsi arxasında, beləcə, sazlı-sözlü davam etdi.

 

Tünzalə Vəliqızı,

Moskva

Təzadlar.- 2014.- 29 noyabr.- S.13.