Nizaməddin Şəmsizadə - 60 yaşlı müdrik

 

Bir var müdrik elmlər, bir var mistik elmlər. İnsan zəkasının gücü yalnız yer həqiqətlərini dərk etməyə qabildir, bu, həyatdan, kitabdan, müəllimdən əxz edilmiş müdrik elmlər sayəsində mümkündür. Mistik elmlər şüurdan kənar, kitaba, ağıla sığmayan, bəsirət gözü ilə görünən, beyinlə deyil, qəlblə dərk olunan ilahi-səma elmləridir. Mən 60 yaşa qədər öz ağlım, təfəkkürüm, oxuyub-bildiklərim, yazdığım kitablarla fəxr etmirəm. İndi mistik aləmin sirlərinə vaqif olmaqla, maddi gözəlliyi yox, mənəvi gözəlliyi, ülviyyəti dərk etməyə çalışıram”.

Bu maraqlı fikirlərin müəllifidir müsahibim. Onun adı, imzası oxuculara ölkə ictimaiyyətinə yaxşı tanışdır: Professor Nizaməddin Şəmsizadə.

Siz 1954-cü ilin 30 dekabr tarixində – “At ili”ndə, “Oğlaqbürcü altında, özünüz demişkən, heç bir rəyiniz soruşulmadan ağlaya-ağlaya bu dünyaya təşrif gətirmisiniz. Bu ilin sonunda 60 yaşınız tamam olur. İllər talelər fəlsəfəsinin müəllifi Nizaməddin Şəmsizadə üçün ömür, il, yaş, zaman deməkdir?

İllər talelərə cavabdeh deyil. Mən hələ 40 yaşında verdiyimÖmür mövqeydən başlayıradlı müsahibədə demişdim ki, “ömür illərin sayı ilə yox, əməllərin sanbalı ilə ölçülür”. 60 yaşımda azı 80 yaşlı adamın gördüyü işləri görmüşəm. Allahımın, valideynlərimin, ailəmin, millətimin, dövlətimin qarşısında borclu deyiləm. Dostum, Xalq şairi Nəriman Həsənzadə deyir ki, “Bir şair ömrünü yaşatmaq üçün, bir insan ömrünü qurban vermişəm”. Mən öz ömrüm hesabına 30 kitabın, 200-dən artıq məqalənin, ümumi həcmi 1700 səhifədən ibarət üç cildliSeçilmiş əsərlər”in müəllifi, saysız-hesabsız tele-radio verlişlərinin aparıcısı çıxışçısı, mənalı fikirləri, prinsipial mövqeyi, vətəndaş cəsarəti ilə xalqın dərin nüfuzunu qazanmış ağır taxtalı, saltay bir kişi Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə yetişdirmişəm. Biz çox vaxt deyirik: Zaman keçir. Xeyr, zaman heç yerə keçmir, biz keçirik zamandan. Ruhun kamilliyi qədərdirsə yaşın da o qədərdir.

İctimai televiziyanınSəhər sovqatıverilişində isə belə demişdiniz: 30 kitabım, ümumi həcmi 1700 səhifə olan üç cildlikSeçilmiş əsərlər”im çap olunub. (Ədəbiyyatşünas alim Qurban Bayramov demiş, “Nizaməddin Şəmsizadə akademik Məmməd Arifdən sonraSeçilmiş əsərləriüç cilddə çap olunan ilk ədəbiyyatşünasdır buna onun mənəvi haqqı var”.) iki əsərinizi – “Azərbaycançılıqmonoqrafiyası (2006) Ədəbiyyat nəzəriyyəsi” (2012) dərsliyinizi çox sevdiyinizi söylədiniz. Niyə?

– “Azərbaycançılıqəsərini mənə tarixi şərait yazdırdı. Sovet imperiyası bununla bahəm totalitar kommunist-bolşevik ideologiyası biabırcasına iflasa uğrayanda ziyalı dostlarım mənə dedi ki, sənTürkçülüyün əsaslarıqismindəAzərbaycançılığın əsasları” yazmalısan. Bu vaxta qədər 1989-1994-cü illərdə mətbuatda çap olunmuşMilli ideologiyamızAzərbaycançılıqadlı silsilə yazılarım rəğbətlə qarşılanmışdı. O zaman mənim əleyhimə yazılar çap olundu. Bəzitürkçülərelə bilirdilər ki, mən azərbaycançılığı türkçülüyə qarşı qoyuram. Mən o zaman da bildirdim, indi bəyan edirəm ki, mən həm cismən, genim-qanım canımla, həm ruhən, mənən türkçüyəm. Buna əminlik üçün eləAzəbaycançılıq”ı oxumaq kifayətdir. Azərbaycançılıqmillətnamə vətənnamədir, bu kitab məni ədəbiyyatşünas çevrəsindən çıxardı, həm tarixçi, filosof, siyasətşünas hüquqşünasazərbaycançı elədi.

Bu gün bütün ali məktəblərimizdə dərslik kimi istifadə olunanƏdəbiyyat nəzəriyyəsimənim elmi-nəzəri cəsarətim, milli elmə töhfəm, nəzəriyyəçi ədəbiyyatşünas kimi 30 illik fəaliyyətimin yekunudur. Bu iki kitabı məhz mən yazmalı idim. Tarix bu çətin missiyanı mənim üzərimə qoymuşdu mən həmin missiyanı şərəflə yerinə yetirdim.

Qloballaşma millətlərin taleyi! – bu problemin çağdaş durumu necədir? Ziyalı milli mədəniyyət münasibətlərinin sonunu necə görürsünüz?

Qloballaşma labüd tarixi prosesdir. Vaxtilə Cavahirləl Nehru deyirdi ki, mən ölkəmin qapılarını bütün mədəniyyətlərin üzünə açmaq istəyirəm. tələb edirəm ki, mənim xalqımın qədim zəngin mədəniyyəti bütün ölkələrin həyatına rahatlıqla daxil olsun. Milliyyətindən, dinindən, dilindən irqindən asılı olmayaraq xalqlar bütün mədəniyyətlərə rəqbət bəsləyir ondan faydalanmağa ehtiyac duyurlar. Görünür bəşəriyyət bir kökdən törəndiyi üçün, vahid bir məcraya da daxil olmaq, öz kökünə qayıtmaq istəyir.

Fəqət mən bu xeyirxah təbii-tarixi prosesdə müəyyən siyasi-imperialist niyyətlər görürəm. Yeni dünya sahmanı yaratmaq, öz resurslarını gücləndirmək istəyən imperialist dövlətlər, xüsusilə ABŞ Rusiya ondan öz xeyirləri üçün istifadə etməyə çalışır. Demokratiya adı altında Şərq-İslam ölkələrində aparılan lokal müharibələr, əslində İslam millətlərini sındırmağa, böyük İslam mədəniyyətini məhv etməyə, onların maddi mənəvi sərvətlərindən faydalanmağa yönəlib. Belə olan halda qloballaşmanın mənfi, hətta təhlükəli nəticələri ortaya çıxır: ABŞ-da demokratiya, Fransada kosmetikaistehsaledilib hamısı Rusiyaya Yaxın Şərq ölkələrinə eksport olunur. Qloballaşmanın əsas tərkib hissəsi olan mədəniyyətlərin inteqrasiyası ideyası milli müəyyənliyi məhv edir. Bu gün mədəniyyətlərin milli müqavimətini artırmağa ciddi ehtiyac var.

Ömrünün 24 ilini Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində elmi-pedaqoji işə həsr etmiş, 16 il buradaƏdəbiyyat dillərkafedrasına rəhbərlik etmiş professor Nizaməddin Şəmsizadə qloballaşma dövrünün bədii ( ümumən!) təhsil prosesini necə dəyərləndirərdi?

Bədii təhsil maarifçiliyin çox önəmli əsas bir istiqamətidir. Böyük tənqidçi V.Belinski yazırdı ki, bütün sənət növlərinin əsasında bədii ədəbiyyat dayanır. Müasir bədii təhsil belədir. Hazırda ADMİU-da bədii təhsilin nəzəri problemlərinə maraq güclənib. Məsələn, Universitetdə filologiya üzrə yeddi elmlər doktoru, professor-iki dram nəzəriyyəsiçisi, iki türkoloq, bir Füzulişünas, bir Cabbarlışünas, bir nəzəriyyəçi ədəbiyatşünas çalışır. Onlar hərəsi öz sahələrində ölkənin görkəmli alimləridir.

Bədii təhsil çətin sahədir. Görkəmli aktyor, künoşünas, rəssam, teatrşünas, rejissor öz sənətini öyrətmək üçün həm peşəkar pedaqoq olmalıdır. Həm yaradıcı müəllimin, həm yaradıcı tələbənin özünəməxsus mühiti, özəl aləmləri var. Onları həm təhsil konsepsiyasının tələbinə uyğun ortaq məxrəcə gətirmək, vahid bir məcraya salmaq, həm yaradıcılıq azadlığına pərvəriş vermək olduqca çətindir.

– 2004-cü ildə 50 illiyiniz təntənə ilə qeyd olundu. Ötən on ildə hansı dəyişikliklər baş verib? 60 illik yubileyiniz olacaqmı?

– Ötən on ildə xeyli qocalmışam. Gur saçlarım seyrəlib. Üçüncü qızıma və dördüncü övladım – oğlum Fəridə toy etmişəm. Böyük qızım Fidan Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Üç nəvəm dünyaya gəlib. Üç cildlikSeçilmiş əsərlər”im, 10 kitabım çap olunub. Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı adına layiq görülmüşəm. Amma bu müddətdə haqsızlığa da məruz qalmışam və bu on ildə heç nəyə təəccüb etməməyi öyrəndim.

2014-cü ildə “Səma” şeirlər, “Sonuncu daxma” hekayələr və esselər, “Müdriklər bunları deməyib” bədii kitablarım, “Həyatımla bağlı adamlartoplusu, “Nizaməddin Şəmsizadə” (biblioqrafiya), “İstorizm v Azerbaydjanskom literaturavedenii” kitablarım çap olunub. Yubileyimin olub-olmayacağı isə təkcə məndən asılı deyil, onu zaman göstərəcək. Kişi üçün Qarabağsız və vəzifəsiz yubiley keçirmək heçasan deyil

– Şəxsiyyətinizdə cəmləşən məziyyətlər necə formalaşıb? İstedadınızın üzə çıxmasında və bu səviyyəyə gəlib çatmağınızda daha çox hansı qüvvənin təsiri olub?

İstedad kimi, şəxsiyyət də Allah vergisidir. Məni Qubanın gözəlliyi və anam Hənifənin sərt təbiəti yetişdirib. Bizim ailə millidini əxlaq qanunları ilə yaşayıb. İnsana cəsarət onun əxlaq və şəxsiyyət bütövlüyündən gəlir. Atam Şəmsəddin deyərdi ki, özgə çörəyi ilə böyüyən oğuldan kişi çıxmaz. Mən dünyaya xeyirxahlıq etmək üçün gəlmişəm. Allah əmanəti olan ruhumun evini-qəlbimi heç bir nəfsə, tamaha qurban verməmişəm. Heç kim mənə, nəyin bahasına olursa olsun, istəmədiyim gördürə bilməz.

Mən heç nədən və heç kimdən qorxmuram. Çünkü bilirəm ki, bütün qorxuların sonunda ölüm dayanır. Adətən deyərlər ki, mən Allahdan başqa heç nədən qorxmuram. Mən Allahdan da qorxmuram. Çünkü Allahı sevirəm. İnsan sevdiyi varlıqdan qorxa bilməz. Əgər qorxursa, onu sevə bilməz. Ehtiras, elm və cəsarət kişinin qalibiyyət bayrağıdır.

– Ailəniz, dostlarınız və estetik maraqlarınız haqqında da bilgi vermənizi istərdim. Hobbiniz varmı?

– Ailəm iftixarımdır. Üç qızım, bir oğlum var. Böyük qızım Fidan yazıçı və mənim yolumun davamçısıdır. Günel ingilis dili müəlliməsi, Ayfər kulturoloq, Fərid iqtisadçı-maliyyəçidir. Beş oğlan, bir qız nəvəm var.

Son illər dost itkisinin ağrıları ilə yaşayıram. İnsanlar yaman xarab olub. Mən çox məşğul adamam. Kimsə mənə zəng vuranda “vaxtım və pulum yoxdur” deyirəm. Problemim tükənməz, vaxtım az, yaşım çoxdur. Şeirlərimdən birində “Alimin peşəsi, pul əndişəsi” misrası var. Heç vaxt hobbim olmayıb. Yazıb-yaratmaqdan, yeyib-içməkdən zövq alıram. Həm bir oxucu, həm də tənqidçi kimi Azərbaycan ədəbiyyatı klassiklərindən FüzuliSabiri sevirəm. Dünya məni darıxdıranda Füzuli sözünün ətəyinə baş qoyuram, dünya mənə iyrənc görünəndə “Hophopnamə”ni açıram. Lev Tolstoy və Dostoyevskiyə pərəstiş edirəm. Müasir yazıçıların əksəriyyəti dostlarımdı... Şairlərdən Mikayıl Müşfiqi, Əli Kərimi və Ramiz Rövşəni oxuyuram. Bu müəlliflərin əsərlərinin ritmi mənim qəlbimin döyüntüsünə uyğun gəlir.

Mənim həyatda ən yaxın dostum, sevgilim SÖZdür. Mən SÖZlə söhbət edirəm. Çünki bədii SÖZ səmimiyyətdən doğulur. Söz yazansözü yozan adam çox xoşbəxtdir. SÖZ həm də zikr, insanı Allaha aparan ən qüdrətli vasitədir.

-Mən də sizə bu yolda Allaha yaxın, Sözə həmdəm olmağı və müdriklik səlahiyyətinə, bütöv Azərbaycana qovuşmağı diləyirəm. Allah heç bir kişiyə Qarabağsız yubiley keçirmək çarəsizliyi yaşatmasın…

Müsahibəni təqdim etdi:

 

Cabir Albantürk

Təzadlar.- 2014.- 29 noyabr.- S.6.