Daş salmalı başımız var
Şərəfsizsə nəyə gərək
Deyək, doxsan yaşımız var.
Yaraşarmı göz gedəndə
Deyək, budur qaşımız var.
Əməl saxta, sözlər yalan,
Azalıbdır dərdə qalan.
Süfrəyə haram qoyulan
Fəxr edəkmi aşımız var?
Təəssüf dedik itənə biz,
Buyur dedik yetənə biz.
Qıymadıqca Vətənə biz
Daş salmalı başımız var.
Daş salmalı başımız var.
Sevgim içimdə tufan
Milli Qəhrəman Mübariz İbrahimova
Qayçılanır torpağımız-
Budur biçimdə tufan?
Sinəm altda boğulur
Naləm içimdə tufan.
Fələk qatır başımızı,
Zəhər edir aşımızı.
Yola tökür daşımızı,
Edir köçümdə tufan.
Düz olanı kim əyir?
Sınıq qəlbə kim dəyir?
Ürək bir ömür ödəyir,
Bu, bir əlçimdə tufan.
“Gül əkib tikan dərdim,
Fil çəkməyən var dərdim”.
Vətənə can ödədim-
Sevgim içimdə tufan.
Sən kişisən, deməli
Sifətin də görünmür,
Nə saqqalın, nə bığın.
Yayda, qışda açıqdır,
Başında yox papağın.
Qadına bənzər üzün,
Saçın da bir az uzun...
Görkəmin də gülməli,
Sən kişisən,
deməli.
Lap pəhləvan kimisən,
Boy-buxunun yerində,
Bir doxsandır
lap boyun.
Biri böyük, biri kiçik-
İki dəfə
olub toyun.
Belə
də olmalıdır-
Kişi bu yoldan keçməli.
Toylarından görünür,
Sən kişisən,
deməli.
Bəxtin
yaxşı gətirib,
Eşitdim var vəzifən.
İşində “sevdiklərin”
Olur sənə
əyilən.
Özün də sına-sına
Sındırmısan çoxunu.
Qapırsan onun-bunun
Əlindən var-yoxunu.
Hələ bir öyünürsən:
Əyilməzi əyməli!..
Əməlindən görünür,
Sən kişisən,deməli?
Özün əsl riyakar,
Sevirsən yaltaqları-
Onlarla əlbir olub
Nə istəsən
edirsən.
Düzü qoyub bir yana,
Əyri yolla gedirsən.
Gözləyirsən, umursan
Hamı səni sevməli.
Umduğundan görünür,
Sən kişisən,
deməli.
Sənintək yırtıcılar
Düşüb sərvət dalınca.
Sənintək görməmişlər
Çoxalıbdı yamanca.
“İt yiyəsin tanımır”,
Sağında “qap-qap” gedir.
Kim nə bilir danışır,
Solunda “hap-gop”
gedir.
Katibən qoşa-qoşa,
Qaşı-gözü sürməli.
Katibəndən görünür -
Sən kişisən,
deməli.
Yerini bilməyənə,
“Kişiyəm” deyənlərə,
Bu gün xalqın içində
Yusif baxıb kənardan
Bildirir nifrətini,
O, verir qiymətini:
- Torpaqlar işğal altda,
Qarabağa getməli!
Onda hamı
deyəcək.
Sən kişisən
deməli.
Bu dətən torpağını
İndi
azad etməli,
Onda hamı biləcək
Biz kişiyik deməli.
Sən, kişisən
deməli.
Ay itlərə daş atan
Yersiz, acı, düşünmədən
danışaraq ara qatan və bəzi insanları “insanlıqdan”
çıxaranlara və
belələrinin toruna
düşənlərə
Ay itlərə daş atan,
Yatan iti oyatma.
Qızışdırsan boğuşar,
Dayan, aranı qatma.
Ay itlərə daş atan,
Öz yoluna davam et.
Hamıya
təhlükədir
Ayılanda yatan it.
Yatan itlər oyansa
Yolçu yolundan qalar.
Yolçu yolun dəyişsə,
Yolunu uzaq salar.
Sözünü də daş kimi
Hara gəldi tullama.
Sonra da bir axmağı
Söz dalınca
“yollama”.
Atılan
daşlar ilə
Çox yatanlar ayılıb.
Atılan
daşa qaçan
“Ağılsız it” sayılıb.
Ağıllılar gedəcək
Öz işinin
dalınca.
Sakitlik nədi bilməz
Sarsaq qisas alınca.
Mən sözümü söylədim,
Hərə oz payın seçər.
Bir də ki, sən
unutma:
- İt hürər, karvan keçər.
Yusif Millətoğlu,
şair, publisist
Təzadlar.- 2014.- 2 oktyabr.- S.15.