ATA

 

(poema-epos)

Söhrab Tahirin iri həcmli “Ata” poema-eposu xalqımızın bizim eradan əvvəl olan tarixini, adət-ənənəsini, məişətini və s. özündə əks etdirir. Tarixi sənədlər, Azərbaycanın və bir çox xarici ölkələrin arxiv materiallları əsasında 14 ilə yazılib, tamamlanmış bu poema-epos xalqımızın varlığını dananlara, Azərbaycanın dövlətçilik ənənəsinin olmadığını deyən düşmənlərimizə çox tutarlı bir cavabdr. Ona görə də “Təzadlar” olaraq Xalq şairi, “Şöhrət” ordenli Söhrab Tahirin “Ata” poema-eposunu hissə-hissə dərc etmək qərarına gəldik. İnanırıq ki, ürəyi həmişə vətən eşqi ilə döyünən hər bir kəs bu poema-eposu sevə-sevə oxuyacaq.

(Əvvəli ötən sayda)

 

***

Ovçu çoxlu qan itirdi,

Dirrik nədir, qızıl qandır.

O yıxılıb heysiz qaldı,

Dirrik nədir, qızıl qandır.

 

Şəlalə

 

O, kim idi, nəçi idi,

Qonşu elin gənci idi,

Bir keyəlmiş sancı idi,

Dirrik nədir, qızıl qandır.

 

Gözəl, əl tut, qanı saxla,

Yarasını yandır, dağla,

Tanıq otla sarı, bağla,

Dirrik nədir, qızıl qandır.

 

***

Öç il qaldı qayalıqda,

Qurd dərisi geyən oğlan.

Yuvalandı, obalandı,

Qurd dərisi geyən oğlan.

 

Qızı oldu, sevinmədi,

Oğlu oldu, öyünmədi,

Duruqızı bəyənmədi

Qurd dərisi geyən oğlan.

 

“Qayıt” dedi könlü ona,

Yada düşdü ata, ana,

Qaldı belə yana-yana

Qurd dərisi geyən oğlan.

 

***

Çəkimində kövrək uduq*

Doğma yerlər, doğma ellər.

Hopar gözüm bəbəyinə

Doğma yerlər, doğma ellər.

 

İtkinlikdə tapıntıdır,

İçdən qopan çırpıntıdır,

Göz yaşıdır, yağıntıdır

Doğma yerlər, doğma ellər.

 

Nəfəs

Yaxın dursan obalaşar,

Uzaq düşsən, doğmalaşar,

Gözlərində qorqalaşar

Doğma yerlər, doğma ellər.

 

***

- Mənim yerim-yurdum durur

O dağdan azca o yana.

Çayı, gölü, isti suyu,

Odağdan azca o yana.

 

Ağacları barlı-dolu,

Diklərinin yaşıl yalı,

Gedim ora kəsi* olum,

O dağdan azca o yana.

 

Otu südlü, gölü dərin,

Yaylaqları sulu, sərin,

Adamları diri-diri,

O dağdan azca o yana.

***

-Ay dağlardan o yanlarım,

Məni anın, unutmayın.

Atam, anam, bacılarım,

Məni anın, unutmayın.

 

Ay bulaqlar, ay yamaclar,

Qaqqıldaşan çil turaclar,

Dağ gövdəli göy ağaclar,

Məni anın, unutmayın.

 

Külək, çap get çapa-çapa,

Göz yaşımı götür apar,

Göyərçinim, quşum, çolpam,

Məni anın, unutmayın.

Qurban

 

-Burda sərtdir qayalıqlar,

Qaya kimi sərt ol, ərim,

Hər bir qaya bir gəmidir,

Qaya kimi sərt ol, ərim.

 

Çıx zirvəyə, bax dənizə,

Durub su dağla üz-üzə,

Tanrı bunu verib bizə,

Qaya kimi sərt ol, ərim.

 

Get gəmiylə balıq ovla,

Dalğaları yar, qır, tovla,

Özüntünü uzaq qovla,

Qaya kimi sərt ol, ərim.

 

***

- Mən yal-yamac vurğunuyam,

Su çölüdür duzlu dəniz,

Hanı meşə göz oxşasın,

Su çölüdür duzlu dəniz.

 

Gülüm, sular məni yordu,

Sərt qayalar yıxdı, qırdı,

Hanı mənim yaşıl yurdum,

Su çölüdür duzlu dəniz.

 

Harda qaldı o oymaqlar,

Diş donduran buz bulaqlar,

At çapdığım göy oylaqlar,

Su çölüdür duzlu dəniz.

 

***

-O yerlərdən gələn ərim,

Sən ağlama, mən ağlayım.

Niyə könlün toxdamadı,

Sən ağlama, mən ağlayım.

 

Bu yerlərə uyuşmadın,

Öz evinə qovuşmadın,

Bura sənə yapışmadı,

Sən ağlama, mən ağlayım.

Getmə, Qobu sənsiz qalar,

Getsən üzüm-gözüm solar,

Mən yanında ola-ola

Sən ağlama, mən ağlayım.

 

***

Gücər qaldı çırpım-çırpım

İki yolun ayrıcında.

Hey danışdı öz-özüylə,

İki yolun ayrıcında.

 

Gecə ayıq, gündüz sayıq

Doğmalara üzü soyuq,

Örək oldu ovuq-ovuq

İki yolun ayrıcında.

 

Mən doğmayam, yoxsa atıq,

Çağırmaqdan səsim batıq,

Dözmək olmur bundan artıq

İki yolun ayrıcında.

***

Gördüklərin çəkir səni

Hər görümün* çəkimi var.

Günün, Ayın, Yerin, yurdun,

Hər görümün çəkimi var.

 

Biri dağdır, biri bulaq,

Yadda qalan yaşıl oylaq,

Bir cüt baxış, bir cüt dodaq

Hər görümün çəkimi var.

 

Çəkir səs də, dil də, üz də,

Bəyəndiyin incə söz də,

Qonur istək gözə gözdən

Hər görümün çəkimi var,

 

Mənzərə

 

Çox yalvardı Duru ona

Gedərini söz saxlamaz.

Getmə, dedi, ovçu ərim,

Gedərini söz saxlamaz.

 

Çox gedənlər qayıtmayıb,

Göz yaşını qurutmayıb,

Heç bir işə yarıtmayıb,

Gedərini söz saxlamaz.

 

Getmə, ağlar uşaqların,

Yanar Qobu torpaqları,

Yaxın qoyma uzaqları

Gedərini söz saxlamaz.

 

***

Yolun təkcə bir dili var.

Yola çıxdın dala baxma.

Yolu dindir, dilini bil,

Yola çıxdın dala baxma.

 

Dayanarsan, yol uzanar,

Sinəsindən toz qovzanar,

Dal çevirər yolazana,

Yola çıxdın dala baxma.

 

Yol dirriyi öyrənməkdir,

Yerə-göyə dirənməkdir,

Yollaşmaqdır, törənməkdir

Yola çıxdın dala baxma.

 

***

Yola düşdü qıvraq, iti,

İp cığırlar yola döndü.

Dağ boylandı, qaya busdu,

İp cığırlar yola döndü.

 

Açdı yollar düyünunü

Çöl mehini, dağ çənini,

O göstərdi düz yönünü.

İp cığırlar yola döndü.

 

Gücər gücü yola verdi,

Cığırlardan sap əyirdi,

Neçə-neçə oba gördü

İp cığırlar yola döndü.

***

Yola düşdü, qanadlandı,

“- Ata, ana, bacı, qardaş”.

Qulağına bir səs gəldi,

“Ata, ana. bacı qardaş.,.”

 

Gəldi gördü yurdu itib;

Yerində ot, tikan bitib,

Baş götürüb burdan gedib

Ata, ana, bacı, qardaş!

 

Necə oldu yurdun yeri,

Sizi bir də necə görum,

Hardasınız bir səs verin,

Ata, ana, bacı, qardaş!

***

Səs gəlmədi dağdan, daşdan,

Meşə susdu, tala susdu.

Çox soruşdu, soraqlaşdı,

Meşə susdu, tala susdu.

 

Gəzdi eli diyar-diyar,

Danışmadı uçar, çapar,

Dilsiz qaldı uzaq yollar

Meşə susdu, tala susdu.

 

“Doğmalarım mənim harda,

Ovdadırlar, yoxsa darda,

Dilə gəlin dilsiz yollar”

Meşə susdu, tala susdu.

 

***

- Dilibirim, sözübirim,

Burdan gəlib kimlər keçib?

Mən gəzirəm itginləri,

Burdan gəlib kimlər keçib.

 

Burda hər yer göl-battaqdır,

Göz gördükçə göy otlaqdır,

Bizdən sizə kim qonaqdır,

Burdan gəlib kimlər keçib?

 

Yağışında ipək yatım,

Sisi seyrək, çəni qatı,

Bir dilə gəl el-elatım,

Burdan gəlib kimlər keçib?

 

***

Gücər döndü evə gəldi,

Hərənin bir yolu vardır.

-Bağışlayın balalarım,

Hərənin bir yolu vardır.

 

Sil gözünü gül sevgilim,

Qobuyerin qız gözəli,

Bu nə işdir, mən nə bilim,

Hərənin bir yolu vardır.

 

Duman ollam, bulud ollam,

Sürünərəm yolla, yalla,

Dönüb gəlləm mən bu yolla,

Hərənin bir yolu vardır.

 

***

- Balalarım,-Turum, Baxım,

Ata gərək yolda olsun.

Siz böyüyün, yola çıxın,

Ata gərək yolda olsun.

 

Yollar dolaşdı boynuma,

Baş vuraram dörd bir yana,

Hardasınız, ata, ana,

Ata gərək yolda olsun.

 

Qayıtmasam, məni tapın,

Soraq alın qapı-qapı,

Atla, itlə, qurdla çapın

Ata gərək yolda olsun.

***

-Mənim yerim yelçəkəndir,

Yelçəkənin suyu isti.

Burda sular diştökəndir,

Yelçəkənin suyu isti.

 

Mənim yerim oymaqlaradı,

Yaşıl-yaşıl oylaqlardır,

Gül-çiçəkli torpaqlardır,

Yelçəkənin suyu isti.

 

O dağların başı iti,

Buludlara girib, itib,

Salxım buzlar daşda bitib,

Yelçəkənin suyu isti.

***

Qurd dərisi oxbatmazdır,

Dəmirdözdür qurd dərisi.

Gücər ondan güc almışdı,

Dəmirdözdür qurd dərisi.

 

Həm burdayam, həm də itkin,

Həm yaşlıyam, həm də yetkin,

Bircə sizə çatır ərkim,

Dəmirdözdür qurd dərisi.

 

Qurumları* ötürəcək,

Güc, qorxmazlıq gətirəcək,

Hər çəkimi götürəcək,

Dəmirdözdür qurd dərisi.

 

***

Qurd döşünu əmmişəm mən,

Süd dirriyin anasıdır.

Döşüm vurumbatmaz olub

Süd dirriyin anasıdır.

 

Çərbə

 

Məni doğan ana ölüb

Mənə bir qurd ana olub,

Qolum qurtdan güc-hey alıb,

Süd dirriyin anasıdır.

 

Dartımlarım* qatdam-qatdam,

Hər bir yanım dəri xalta,

Məni tutmur bıçaq, balta,

Süd dirriyin anasıdır.

***

Yollar yordu, çarıq yırtdı,

Qurd dərisi geyən oğlan.

Gəlib çıxdı dağ yerinə

Qurd dərisi geyən oğlan.

 

Doğduları** göyçək gördü.

Bığlıları kövrək gördü,

Çağaları seyrək gördü

Qurd dərisi geyən oğlan.

 

Gözləmədi, düz atdadı,

Önlərində diz qatdadı,

Boğazını arıtdadı

Qurd dərisi geyən oğlan.

 

***

-Ovuq-ovuq qayalarım,

Mənimkilər hayandadır?

Qazıq-qazma obalarım,

Mənimkilər hayandadır?

 

Östlərində dəri geyim,

Bir az teztov, bir az yeyin,

Görübsünüz mənə deyin,

Mənimkilər hayandadır?

 

Qadın

 

Yorub məni uzaq yollar,

Sıx meşələr, uca yallar,

Əl yetirin, ay oğullar.

Mənimkilər hayandadır?

 

***

-Burdan gəlib keçən çoxdur,

Qal bizimlə yorğun ovçu.

Özulürsən ayaq üstə

Qal bizimlə yorğun ovçu.

 

Bu yerlərin gül bitimi,

Öz oxşayan yel ötümü,

Bal havası, su qurtumu,

Qal bizimlə yorğun ovçu.

 

Doğmaların tapılınca,

Doğma olluq sənə bunca.

Dincələrsən lap doyunca,

Qal bizimlə yorğun ovçu.

 

***

Yorğun ovçu diz qatdadı,

Baş söykədi qayalığa.

Ürəyindən bir ah qopdu,

Baş söykədi qayalığa.

 

Qurşağını beldən açdı.

Payasını yerə sancdı,

Həm yorğundu, həm də acdı,

Baş söykədi qayalığa.

 

Bir qız gəldi yüngülayaq,

Çöhrədodaq, almayanaq,

Diz qatdadı ovçusayaq

Baş söykədi qayalığa.

 

(Davamı var)

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

Təzadlar.- 2014.- 9 oktyabr.- S.11.