ATA
(poema-epos)
Söhrab
Tahirin iri həcmli “Ata” poema-eposu xalqımızın bizim
eradan əvvəl olan tarixini, adət-ənənəsini, məişətini
və s. özündə əks etdirir. Tarixi sənədlər,
Azərbaycanın və bir çox xarici ölkələrin
arxiv materiallları əsasında 14 ilə yazılib,
tamamlanmış bu poema-epos xalqımızın
varlığını dananlara, Azərbaycanın dövlətçilik
ənənəsinin olmadığını deyən
düşmənlərimizə çox tutarlı bir cavabdr.
Ona görə də “Təzadlar” olaraq Xalq şairi,
“Şöhrət” ordenli Söhrab Tahirin “Ata” poema-eposunu hissə-hissə
dərc etmək qərarına gəldik. İnanırıq
ki, ürəyi həmişə vətən eşqi ilə
döyünən hər bir kəs bu poema-eposu sevə-sevə
oxuyacaq.
(Əvvəli
ötən saylarda)
***
- Gözəl,
baxma üst-başıma,
Dəmirdözdü
qurd dərisi.
Bu geyimdən
güc alıram,
Dəmirdözdü
qurd dərisi.
Həm
yüngüldür, həm də isti,
Sudan sərin,
oddan iti,
Yaralanmır
dərim, ətim
Dəmirdözdü
qurd dərisi.
Burumları
ötürəcək.
Güc,
qorxmazlıq gətirəcək,
Hər
çəkimi götürəcək,
Dəmirdözdü
qurd dərisi.
***
Qurd
döşünü əmmişəm mən,
Süd
dirriyin anasıdır.
Döşüm
vurumbatmaz olub
Süd
dirriyin anasıdır.
Balaları
lapdan ölüb,
Gəlib
mənə ana olub,
Qolum
qurtdan güc-hey alıb
Süd
dirriyin anasıdır.
Dartımlarım
qatdam-qatdam,
Qollarımda
dəri xalta.
Məni.
tutmur biçaq, balta
Süd
dirriyin anasıdır.
***
- Söylə,
kimsən, kimlərdənsən
Məni
yoldan qoyan gözəl.
Özüyola,
başaşağı,
Məni
yoldan qoyan gözəl.
Bir az
küsgün, bir az solğun,
Sözü
ipək, dili çılğın,
Baxış
quzu, gözü dalğın
Məni
yoldan qoyan gözəl.
Gəl
bir yerdə yola çıxaq,
Bu
dağlardan uzaqlaşaq,
Sən
bir çiçək, mən bir bulaq
Məni
yoldan qoyan gözəl.
***
- Mən
bir qızam, güclü, göyçək
Ancaq
üzüm gülməmişdir.
Atam, anam
olub, nəsə
Ancaq
üzüm gülməmişdir.
Quş
ovunda başbilənəm,
Öz
ovumu dörd bölənəm,
Öl desələr
mən ölənəm
Ancaq
üzüm gülməmişdir.
Bu yaz
günü səni gördüm
İsinmişdim,
könül verdim,
Kölgən
mənə qanad gərdi
Ancaq
üzüm gülməmişdir.
***
- Ay
tutqunum, ay solğunum,
Mənim
kimi dalqın olma.
Mən də
səni istəyirəm
Mənim
kimi dalğın olma.
Çıxaq
çayın o tayına,
Qarışaq
qurd-quş hayına.
Baxım
o bəstə boyuna,
Mənim
kimi dalğın olma.
Bəyənmişəm
qulluğunu,
Hər
qayğını, qılığını,
Yama mənim
sınığımı,
Mənim
kimi dalğın olma.
***
Qışı
qaldı bu yerlərdə,
Doğdu
ona doğmalaşdı.
Örəyini
açdı ona,
Doğdu
ona doğmalaşdı.
Çox
danışdı hərdən-birdən,
Orda qalan
o yerlərdən.
Gülüşdülər
onlar hərdən,
Doğdu
ona doğmalaşdı.
İsinişdi
qayğılara,
Qartallara,
qırğılara.
Sorğu
oldu sorğulara,
Doğdu
ona doğmalaşdı.
***
İki
könlü bir eyləyir,
Hərdən-birdən
isinişmək.
Sevgidən
də güclü olur,
Hərdən-birdən
isinişmək.
Sevgi odsa,
o, işıqdır,
Ondan,
bundan qarışıqdır.
Evdə,
çöldə yaraşıqdır,
Hərdən-birdən
isinişmək.
İsinişdi,
gözəl olur,
İlk
sevgiyə özəl olur.
Hərdən
yaşı yüz il olur,
Hərdən-birdən
isinişmək.
Qayaquş
söylənci
Başı
qarlı sıra dağlar
Nə
ucadır, nə qorxulu.
Qayalarda
quş yuvası
Nə
ucadır, nə qorxulu.
Qı?ıldayıb
çaylar keçir,
Boz
buludlar pərçim-pərçim.
Qapqaranlıq
meşə içi
Nə
ucadır, nə qorxulu.
Göydə
quşlar enli, iri,
Qartal udur
diri-diri,
Kölgələri
örtür yeri,
Nə
ucadır, nə qorxulu.
***
-Doğdum,
bunlar dağdı, nədi,
Bu boyda
quş görməmişəm.
Hər
qanadı boylu ağac
Bu boyda
quş görməmişəm.
Kəl
ovuna çıxdıq, ancaq
Quşlar
bizi ovlayacaq,
Əyri
dimdik, dəmir caynaq,
Bu boyda
quş görməmişəm.
Bəs eləyər
bizə biri,
Qoyun udur
diri-diri,
Quş
görmüşəm kəldən iri,
Bu boyda
quş görməmişəm.
***
-Gücər,
bunlar dilbiləndir,
Gündüz
quşdur, gecə adam.
Min illərdir
bu yerlərdə
Gündüz
quşdur, gecə adam.
Çay
daşıdır darıları,
Cüt
qayalıq Tanrıları,
Qaraları,
sarıları
Gündüz
quşdur, gecə adam.
Bizdən
neçə qız qapıblar,
Oba
yıxıb, ev çapıblar,
O
qızları dul tapıblar
Gündüz
quşdur, gecə adam.
***
Nə
güclüsən, Görgör* baba,
Qapalısan,
dolambacsan.
Döşün
dolu, daşın susqun,
Qapalısan,
dolambacsan.
Təbiət
Sözlü
qalıb çayın, gölün,
Açılmayıb
hələ dilin,
Dağın,
daşın, suyun, yelin,
Qapalısan,
dolambacsan.
Quşlarından
qanad qapım,
Ocağında
dinclik tapım,
Buludunu
minib çapım,
Qapalısan,
dolambacsan.
***
- Hara
uçub gedirsiniz,
Yer
sonevdir* quşlara da.
Enin, gəlin
döşləşməyə
Yer
sonevdir quşlara da.
Ucalıqlar
sizə qalsın,
Yer-yurdunuz
geniş olsun,
Bulud
keçsin, çən yarılsın,
Yer
sonevdir quşlara da.
Mənə
bir cüt qanad verin,
Uçum
sizlə sizdən bəri,
Görüm
harda qalıb yerim,
Yer
sonevdir quşlara da.
***
-
Doğmalarım görünürmü,
Adam dili
bilən quşlar?
Yoldadırlar
yoxsa darda,
Adam dili
bilən quşlar?
Qanad
çalın, gəlib keçin,
Yolda
tükü tükdən seçin,
Qayalıqdan
uçun, keçin
Adam dili
bilən quşlar.
Qəbir
Biri
doğdu, biri bığlı,
Dallarında
körpə bağlı
Onlar
üçün könlüm dağlı,
Adam dili
bilən quşlar.
***
- Adam yeyən
qanadlıyam,
Gündüz
quşam, gecə adam.
Yırtıb
yedim çox ovçunu,
Gündüz
quşam, gecə adam.
Parçalaram
ikinizi,
Yuxanızı,
bərkinizi,
Dağıdaram
tükünüzü,
Gündüz
quşam, gecə adam.
Gəmirərəm
qayanı da,
Əlindəki
payanı da,
O yanı
da, bu yanı da
Gündüz
quşam, gecə adam.
***
Ovçu
vurdu payasını
Enən
quşun gövdəsinə.
İti
paya yara atdı
Enən
quşun gövdəsinə.
O
yıxıldı, yenə durdu,
Çəngələşmə
quşu yordu,
Bir də
çəkdi, bir də vurdu
Enən
quşun gövdəsinə.
Quşun
döşü dərin yara,
O
çırpıldı qayalara,
Qalxıb
mindi o bu ara
Enən
quşun gövdəsinə.
***
O görmədi
başqa quşu,
Quş
şığıyıb aldı onu.
Qanadıyla
vurdu yıxdı.
Quş
şığıyıb aldı onu.
Boz
buludlar paralandı,
Gücər
aşdı yaralandı,
Doğdu
qaçıb aralandı,
Quş
şığıyıb aldı onu.
Ovçu
ovun caynağında,
Qanlı
ölüm ayağında,
Son
sözləri dodağında
Quş
şığıyıb aldı onu.
***
-
Özuyolam, quş olaram,
Qayıdaram
yuvamıza.
Səni
burda tək qoymaram,
Qayıdaram
yuvamıza.
Ölsəm,
quşa yem olaram,
Qalsam,
burda yurd salaram,
Son
günümdən gün alaram,
Qayıdaram
yuvamıza.
Balamızı
doğub böyüt,
Südün
dadlı, sözün öyüd,
De,
gözləsin məni iyid,
Qayıdaram
yuvamıza.
***
Quş
baş vurdu buludlara,
- Nə
deyirdin ovçu oğlan?
Dartışdırdı,
sıxışdırdı,
- Nə
deyirdin, ovçu oğlan?
- Quş
olsam da dil bilənəm,
Çağırsalar,
mən gələnəm,
Öl desələr,
mən ölənəm,
Nə
deyirdin ovçu oğlan?
Hər
adamın bir olmuşu,
Yerimizdən
qovulmuşuq,
Gəzə-gəzə
quş olmuşuq,
Nə
deyirdin ovçu oğlan?
***
Öldürdüyün
o quş ki var,
O
quşların başçısıydı,
Bizi didib
dağıdırdı,
O
quşların başçısıydı.
Qaynağında
qaya gücü,
Dimdiyinin
iti ucu,
Gözü
qızğın, dili acı,
O
quşların başçısıydı.
Nə
yaxşı ki, onu vurdun,
Vurub qaya
döşün yardın,
Ölümünü
gendən gördüm,
O
quşların başçısıydı.
***
İnnən
belə mən arxanam,
Sənsən
mənim başbilənim.
Nə istəsən
eləyərəm,
Sənsən
mənim başbılənim.
Hara getsəm,
harda olsam,
Hansı
yerdə yuva salsam,
Dara
düşsəm, darda qalsam,
Sənsən
mənim başbilənim.
Yuvam sənə
yuva olsun,
Döşün
arxam, qayam olsun,
Sözün
mənə hayan olsun,
Sənsən
mənim başbilənim.
***
Ovçu
oğlan inanmadı,
Bu,
quş ola, yoxsa adam.
Ha
qışqırdı, ha vurnuxdu,
Bu,
quş ola, yoxsa adam.
Quş az
getdi, quş çox getdi,
Yerdəkilər
gözdən itdi,
Buludları
dəlib ötdü
Bu,
quş ola, yoxsa adam.
Çaylar
qıvrım, yollar yorğun,
Ağ
buludlar səpik, dalğın,
Uçub
keçdi neçə dağı,
Bu,
quş ola, yoxsa adam.
***
Doğdu
yerdən haraylandı,
-
Quşlar, bizi ayırmayın,
Biz bir
yerdə iki yoluq,
Quşlar,
bizi ayırmayın.
Yollar onu
atıb, tutub,
İçimizə
istək qatıb,
Mənə
çağa yükü çatıb,
Quşlar
bizi ayırmayın,
O, ərimdir,
iyid, ərən,
O olmasa
neynəyərəm,
Yanıb-yanıb
göynəyərəm,
Quşlar
bizi ayırmayın.
***
-Gözlə,
gözlə, ayrılanım
Könül
vermə ayrılığa.
Dözərliyə
bir sınaq ol,
Könül
vermə ayrılığa.
Dediyinə
uyma onun,
Toy tutsa
da sayma onu,
Yaxınına
qoyma onu
Könül
vermə ayrılığa.
Sarısını
üzündə gör,
Ölümünü
dözümdə gör,
Östünlüyü
özündə gör,
Könül
vermə ayrılığa.
***
- Məni
gözlə, gələcəyəm,
Hər
gedişin gəlişi var.
Ötsə
min il getməyimdən,
Hər
gedişin gəlişi var.
-
Ovçu, qalma burda qışa,
Yoxsa dəyər
oxun daşa,
O qız
duldur ölən quşa,
Hər
gedişin gəlişi var.
-
İnanmaram sənə, qancıl,
Burax məni
əl-qol açım,
Belə
demə acı-acı,
Hər
gedişin gəlişi var.
***
Söz çatmadı Qayaquşa
Caynağında yem apardı.
Qaplan kimi nərildədi,
Caynağında yem apardı.
Hər yarğanın dibi yuva,
Yad quşları qova-qova
Ovçunu dəndərdi ova,
Caynağında yem apardı.
“Bu quş görən hara qonar,
Məni çəkər qızıl qana”,
Yox, dəymədi ovçu ona,
Caynağında yem apardı.
***
Çil qaranlıq gecə düşdü,
Quş çevrilib bir qız oldu.
Ulduzların işığında,
Quş çevrilib bir qız oldu.
Beli incə, boyu uca
Bu nə işdir, nə oyuncaq,
Gözgörəki bir tapmaca,
Quş çevrilib bir qız oldu.
Tük qalmışdı quş belində
Pipiyində, kəkilində.
Danışırdı öz dilində
Quş çevrilib bir qız oldu.
(Davamı var)
Hazırladı və təqdim etdi:
Elçin MƏMMƏDLİ
Təzadlar.- 2014.- 11 oktyabr.- S.11.