ATA

 

(poema-epos)

 

Söhrab Tahirin iri həcmli “Ata” poema-eposu xalqımızın bizim eradan əvvəl olan tarixini, adət-ənənəsini, məişətini və s. özündə əks etdirir. Tarixi sənədlər, Azərbaycanın və bir çox xarici ölkələrin arxiv materiallları əsasında 14 ilə yazılib, tamamlanmış bu poema-epos xalqımızın varlığını dananlara, Azərbaycanın dövlətçilik ənənəsinin olmadığını deyən düşmənlərimizə çox tutarlı bir cavabdr. Ona görə də “Təzadlar” olaraq Xalq şairi, “Şöhrət” ordenli Söhrab Tahirin “Ata” poema-eposunu hissə-hissə dərc etmək qərarına gəldik. İnanırıq ki, ürəyi həmişə vətən eşqi ilə döyünən hər bir kəs bu poema-eposu sevə-sevə oxuyacaq.

(Əvvəli ötən saylarda)

 

***

-Ey qanadı qayalarca,

Sən hayana hara belə?

Gəldim ovda ova döndüm,

Sən haraya hara belə?

 

Bu dağların qanadı mən,

Qayaqanad inadı mən,

Çirvələrin Qa? adı mən,

Sən haraya hara belə?

 

Burda quşdur hamı bizdə,

Dağlar bizim kölgəmizdə,

Gəlib keçib ölkəmizdən

Sən haraya hara belə?

***

- Mən Güneydən yol gəlirəm,

Öz dillimi axtarıram.

Düzən, meşə, dağ yolunda,

Öz dillimi axtarıram.

 

Östlərində dəri geyim,

Bir az teztov, bir az yeyin,

Barmaq sayda, ta nə deyim,

Öz dillimi axtarıram.

 

Bu dağların yolu dardır,

Ucalıqlar buzdur, qardır,

Hələ çox-çox yolum vardır,

Öz dillimi axtarıram.

***

-Biz də doğma itirmişik,

Min ildir ki, axtarırıq.

Belimizdə tük göyərib,

Min ildir ki, axtarırıq.

 

Yelçəkəndən, yeləsən,

Su qızandan buz kəsənə,

Yol düzünə, yol tərsinə

Min ildir ki, axtarırıq.

 

Qanad aldıq qartallardan,

Uçar olduq sərt yallarda,

Dik yollarda, düz yollarda

Min ildir ki, axtarırıq,

***

-Qancılımız adamlaradır,

Bizdən qorxub qaçır onlar.

Doğduları gözəl-göyçək,

Bizdən qorxub qaçır onlar.

 

Daş atırlar, ov vururlar,

İlişgənli ip qururlar,

Usanırlar, yorulurlar,

Bizdən qorxub qaçır onlar.

 

Adamıydıq, quşlaşmışıq,

Daşa qonub daşlaşmışıq,

Adamlarla tuşlaşmışıq,

Bizdən qorxub qaçır onlar.

***

- Gedək mənlə, adamcıl quş,

Tapaq itkin doğmaları.

Mənimkilər, səninkilər,

Tapaq itkin doğmaları .

 

Mən də dönüb bir quş olum,

Qanadlansın qoşa qolum,

Araşdıraq yalı-yolu,

Tapaq tkin doğmaları.

 

Qolumdan tut quş qardaşım,

Biz üz tutaq yelə qarşı,

Gedək, gəzək cüt-yanaşı,

Tapaq tkin doğmaları.

***

Daşlar qopub zirvələrdən,

Qanadlanıb uçar olub.

Dilək, istək, qoşa bacı,

Qanadlanıb uçar olub.

 

Bir az sevgi, bir az duyğu,

Bir az danlaq, bir az qayğı,

Olub qartal, çalı qırğı,

Qanadlanıb uçar olub.

 

O ürəkdir, göydə uçar,

O uyğudur, qanad açar,

Düşəncədə uçarlıq var,

Qanadlanıb uçar olub.

***

- Qurd döşünü əmmişəm mən,

Süd dirriyin anasıdır.

Döşüm vurumbatmaz, olub,

Süd dirriyin anasıdır.

 

Məni doğan ana ölüb,

Bir qurd mənə ana olub,

Gücüm ondan dözüm alıb,

Süd dirriyin anasıdır.

 

Dartımlarım qatdam-qatdam,

Qollarımda dəri xalta,

Məni tutmur biçaq, balta,

Süd dirriyin anasıdır.

***

Qurd dərisi oxbatmazdır,

Dəmirdözdü qurd dərisi:

Mən də ondan guç almışam,

Dəmirdözdü qurd dərisi.

 

Həm yüngüldur, həm də isti,

Sudan oynaq, oddan iti,

Yaralanmır dərim, ətim,

Dəmirdözdü qurd dərisi.

 

Durumları ötürür o,

Güc, qorxmazlıq gətirir o,

Hər çəkimi götürür o,

Dəmirdözdü qurd dərisi.

***

Öç ay qaldı zirvələrdə,

Lələklənər burda daş da.

Qol yelləndi, qanad açdı,

Lələklənər burda daş da.

 

Daşlar boylan-boylan baxır,

Yerə yol yox, göyə cığır,

Göydən bura ulduz yağır,

Lələklənər burda daş da.

 

Haradadır Qayaquşum,

Quş boyuna mahnı qoşum,

Adam kimi gözü-qaşı,

Lələklənər burda daş da.

***

- Gözəl, məni yerə endir,

Sevgi səndən, sevmək məndən,

Gedək tapaq doğmamızı,

Sevgi səndən, sevmək məndən.

 

Gündüz quşsan gecə qadın,

Heç bilmirəm nədir, adın,

Uçaq, gedək burdan, haydı,

Sevgi səndən, sevmək məndən.

 

Gəl, bağlaşaq, biz and içək,

Birgə uçub bir yol keçək,

Yeri alın yolu seçək,

Sevgi səndən, sevmək məndən.

***

Uzaq yollar yol göstərdi,

Qayaquşa yolyorana,

Qalan quşlar baş əydilər

Qayaquşa, yolyorana.

 

Quş onu tərkinə aldı,

Dağlar üstən qanad çaldı,

Göllər, çaylar güzgü oldu,

Qayaquşa, yolyorana.

 

Oba, meşə, dağ, uçurum,

Cığır yollar burum-burum,

Bulud dedi, bəsdir, durun

Qayaquşa, yolyorana.

***

Çox getdilər, az getdilər,

Göydə, yerdə bağlaşanlar.

Dolaq yolu düz keçdilər

Göydə, yerdə bağlaşanlar.

 

Bir yol qanad gərmədilər,

Hər obaya girmədilər,

Bir tərpəniş görmədilər

Göydə, yerdə bağlaşanlar.

 

Öşüdülər ayazlardan,

Yaz qışlarda, qış yazlarda,

Dənizləşən axmazlarda,

Göydə, yerdə bağlaşanlar.

***

Yumaq bulud, çəkil yoldan,

Gözü yolda qalanım var.

Ulu Tanrı, yardım elə

Gözü yolda qalanım var.

 

Qayaquşum, uç, yorulma,

Gündən isti, al, qovrulma,

Məndən daha sən ayrılma,

Gözü yolda qalanım var.

 

Ucalıqlar əlçatmazdır,

Quşqonmaz yer daştutmazdır,

Gedək, əynim oxbatmazdır,

Gözü yolda qalanım var.

***

- Bərk-bərk otur qu tərkimdə,

Bərkə çəkib bizi yollar.

Yorulmayaq dağda-daşda

Bərkə çəkib bizi yollar.

 

Uçaq, bir də yorulmayaq,

Buza dönüb qırılmayaq,

Yerə-göyə sovrulmayaq,

Bərkə çəkib bizi yollar.

 

Biz taparıq itənləri,

Baş götürüb gedənləri,

Bu yollardan ötənləri,

Bərkə çəkib bizi yollar.

***

-Uç Qayaquş, qadan mənə,

Mən yorulsam, sən yorulma.

Məni çatdır itginlərə

Mən yorulsam, sən yorulma.

 

Dən götürüm, su götürum,

Göydə sənə yem yetirim,

Qu belində ot bitirim,

Mən yorulsam, sən yorulma.

 

Keç gölləri, keç çayları,

Burum-burum dolayları,

Ötüb getsin qış ayları,

Mən yorulsam, sən yorulma.

Təkbuynuzlular söylənci

 

Çox yaşayıb, çox qocalıb

Yaranışla yer çevrəsi,

Çox yolçunu yolda qoyub

Yaranışla yer çevrəsi.

 

Ona hər şey gülünc olub,

Həm qabarıb, həm dinc olub,

Dolanaraq çoxkünc olub.

Yaranışla, yer çevrəsi.

 

Gülüb göydə uçanlara,

Öz-özündən qaçanlara,

Yer-yer çığır açanlara,

Yaranışla yer çevrəsi.

***

Yaşıl dağlar- yastı-yastı,

Bu yerlərin, çəkimi var.

Qanad saxla, Qayaquşum,

Bu yerlərin çəkimi var.

 

Deyən doğmam burdan keçib.

Yurd salmağa yuva seçib

Burda olub, burdan köçüb

Bu yerlərin çəkimi var.

 

Deyir meşə xışıltısı,

Ağ quşların pırıltısı,

Örəyimin pıçıltısı,

Bu yerlərin çəkimi var.

***

Ovçu gəlib qondu yerə

Qayaquşun qanadında.

Görən hara gəlib çıxıb

Qayaquşun qanadında.

 

Doğma yerlər harda qaldı,

Bunu quşdan soraq aldı,

Hardan hara cığır saldı

Qayaquşun qanadında.

 

Bura hara olan yerdir,

İtginlərdən çəkim gürdüm,

Göylər ona haray verdi

Qayaquşun qanadında.

***

Təkbuynuzlu kəl naxırı,

Güllu yalda, yaşıl döşdə.

Gələzdənir bir-birinə

Güllü yalda, yaşıl döşdə.

 

Qırğıları, quzqunları,

Qışqırışma qırğınları,

Göz bərəldir çılğınları,

Güllü yalda, yaşıl döşdə.

 

Neçə ağac sallaq qalıb,

Biri çinar, biri palıd,

Xırda quşlar bulud-bulud,

Güllü yalda, yaşıl döşdə.

***

-Mən dönürəm öz yurduma,

Ovçu qardaş, sağlıqla qal.

Gedim çatım öz yuvama,

Ovçu qardaş, sağlıqla qal.

 

Doğulmuşam Bulud-quşdan,

Ayrılmışam körpə yaşdan,

Dən tapmışam dağda-daşda,

Ovçu qardaş, sağlıqla qal.

 

Bulud-quşu görsən, görüş,

O anamdır, məni soruş,

Tanımasa sözü dəyiş,

Ovçu qardaş, sağlıqla qal.

***

-Getmə, getmə, Qayaquşum,

Getsən burda təklənərəm.

Öyrənmişəm sənə artıq,

Getsən burda təklənərəm.

 

Bu yolların burumu çox,

Burumların yorumu çox,

Ölümü çox, qırımı çox,

Getsən burda təklənərəm.

 

Göz gördükcə yaşıl çöldür,

Axar-axmaz çaydır, göldür,

Bataqlıqdır, qara gildir,

Getsən burda təklənərəm.

***

Gözü qızıq kəl sıçradı

Ötənlərə kələzdəndi.

Yaxın gəlib buynuz atdı,

Ötənlərə kələzləndi.

 

Ovçu yerə dığırlandı,

Gözlərində göy ?ırlandı,

Kəl ?ınxırdı, ayğırlandı,

Ötənlərə kələzdəndi.

 

Ovçu onu balaqladı,

Qıçlarını qucaqladı,

Kəl yıxıldı oynaqladı,

Ötənlərə kələzdəndi.

***

Gücər burdu buynuzunu,

- Kəl, boynunu sındıraram.

Bir də burdu, bir də yıxdı,

Kəl, boynunu sındıraram.

 

Bu yerlərdə qonağıq biz,

Yol yolçusu hər ikimiz,

Səndən üstün tək-təkimiz,

Kəl, boynunu sındıraram.

 

Bizə yol ver, keçib gedək,

Bu kövşəndən, yaldan ötək,

Doğmamızı tapaq gərək,

Kəl, boynunu sındıraram.

***

Kəl böyürdü, kəl ağnadı,

“Məni öldürmə, öldürmə”.

Çölə düşdü böyürtüsü,

“Məni öldürmə, öldürmə”.

 

Bu yerlərin düzü dedi,

Kəl elə bil özü dedi,

Dili, üzü-gözü dedi,

“Məni öldürmə, öldürmə”.

 

Bunu görüb kəllər busdu,

Budaqlarda quşlar susdu.

Dağ-daş, meşə qulaq asdı,

“Məni öldürmə, öldürmə”.

***

Güc ver dözüm, bu duruşa,

Göy Tanrısı, güc ver mənə

Kəli basım, yolu keçim,

Göy Tanrısı, güc ver mənə.

 

Qoyma burda mən yem olum

Enmə dizim, sınma qolum,

Düyünlənmə, açıl, yolum,

Göy Tanrısı, güc ver mənə.

 

Uzaq yollar gilinciyəm,

Öz özümün gülüncüyəm,

Yorğunluğun öyrənciyəm,

Göy Tanrısı, güc ver mənə.

***

Bir səs gəldi dağdan-daşdan,

Bu yerlərdən keçməz olmaz.

Yollar dedi, yallar dedi,

Bu yerlərdən keçmək olmaz.

 

Kəllər ürküb buynuzlaşdı,

Qurdlar qızıb quduzlaşdı,

Quyruqları toppuzlaşdı,

Bu yerlərdən keçmək olmaz.

 

Quşum, qayıt gəl dağına,

Tək qalmışın sorağına,

Al Gücəri caynağına,

Bu yerlərdən keçmək olmaz.

***

Qılınc beldə, paya əldə,

Neçə kəli yıxdı Gücər.

Gah arxadan, gah böyürdən

Neçə kəli yıxdı Gücər.

 

Yer titrədi nəriltidən,

Meşə, ağac kişnərtidən,

Qanlı, boğuq bəyirtidən

Neçə kəli yıxdı Gücər.

 

O batarkən qan gölünə,

Sıçradı quşun belinə,

Quş çevrildi dağ yelinə

Neçə kəli yıxdı Gücər.

(Davamı var)

Hazırladı və təqdim etdi:

 

Elçin MƏMMƏDLİ

Təzadlar.- 2014.- 14 oktyabr.- S.11.