“Sən kimsən, cənab polkovnik?”
Mirsədi Daşdəmirovun bu kitabı ömrünü milis peşəsinə həsr edən Hacı Yaşar Şaban oğlu İsmayılovun keçdiyi şərəfli yoldan bəhs edir
...Yurdun əsgəri varsa, yurdun sahibi var. Ləyaqət sahibi olan hər oğul ata yurduna, baba yurduna bir əsgərdir. Ulu Dədə Qorqudun ölməz qəhrəmanlarının ruhlarını yaşadan müasirlərimizin həyat yoluna işıq tutmaqla gənc nəslin mənəvi tərbiyəsinə müsbət təsir göstəra bilərik. Dövlətçilik yolunda, əmin-amfnlıq yolunda, ictimai-siyasi sabitlik yolunda, hər bir şəxsin həyatının təhlükəsizliyi yolunda ömür sərf eləmək, ömür xərcləmzk... bax, həyatı yaşamaq budur.
...Dədə Qorqudun qəhrəmanlarını dedik, Dədə Qorqudun boy-boyladığı, söz söylədiyi qəhrəmanların adını çəkmək müasirlərimiz arasında da arayıb tapmaq olar. Bugünkü ata yurdunun əsgəri, sabahkı tariximizdi. Və o həmişə tərənnümə layiqdir.
...Həyat yollarında əzmkarlıq, mənəvi dəyanət və güc kəsb etmək hamıya eyni dərəcədə nəsib olmur. Çox tez sınan, ən müxtəlif niyyətlərə qurban gedənlər azdırmı? Ancaq qəlbində bəşər nəslinin yaratdığı ən qiymətli sərvətlərə səxavətlə yer ayıran adamları, xeyirxahlıqları və alicənablıqları həyatında məqsədə və mərama çevirənləri cəmiyyətin həmişə əzız tutdıığunu sübut etməya ehtiyac qalmır.
İnsan nəsli əbədi qanunauyğunluğa əsasən bir-birini daim əvəz edir. Hər kəsin bu sonsuz karvanda öz yeri olduğu kimi, bu karvanın hərəkəti gələcəyə gedən yolunda da müəyyən rolu var...
Bu sətirlər Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mirsədi Daşdəmirovun “Sən kimsən, cənab polkovnik?” kitabındandır. Kitab ömrünü-gününü milis peşəsinə həsr edən və uzun illərdir istefaya çıxmasına baxmayaraq, fəaliyyətdən qalmayan, vaxtilə “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətində məsul vəzifə daşıyan Hacı Yaşar Şaban oğlu İsmayılovun keçdiyi şərəfli yoldan bəhs edir.
Müəllif yazır ki, bu kamil insanın keçdiyi həyat yolunun başqalarına örnək olduğunu nəzərə alaraq onun haqqında publisistik qeydlər yazmaq fikrinə düşüb: “Axı hər birimiz Azərbaycan polisinin daşıdığı şərəfli vazifə, milli atributlarla, rəmzlərimizlə fəxr edə bilərik. Çox çətin uşaqlıq və gənclik illəri keçirən adi kəndli balasının daxili işlər orqanlarında sıravi xidmətdən başlayaraq yüksək vəzifələrə və polkovnik rütbəsinədək yüksəlməsi, Astara rayon, Mingəçevir Şəhər Daxili İşlər şöbələrinin, Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, Bakı Şəhər Daxili İşlər İdarəsinin və Respublika Daxili İşlər Nazirliyinin aparıcı şöbələrinə rəhbərlik etməsi dediklərimizin sübutudur.
Yaşamağın mənasını insanlara gərəkli olmaqda görən Yaşar müəllim heç vaxt cılızlaşmayıb, şan-şöhrət, var-dövlət arxasınca qaçmayıb, ədalətsiz qərar çıxarmağa tələsməyib, haqqı tapdalayıb, nahaqqı tutmayıb. Böyüklə böyük, kiçiklə kiçik olub. Cinayətkarı alçaltmaqdan yox, onu islah etməkdən zövq alıb. Qanunu şah sayıb, insanı ona itaət etməyə çağırıb, Təmiz vicdana, saf duyğuya, doğruçuluğa, düzlüyə haqq qazandırıb.
Bu yolda təqiblərdən, hədələrdən, təzyiqlərdən qorxmayıb. Yeri gəldikcə onlara kəsərli cavablar verib.
Yaşar müəllim bəm də gözal ailə başçısıdır. İki qız, bir oğul atasıdır. İstəkli nəvələri var. 54 illik ailə həyatında Nazilə xanımla mehriban dost, səmimi yoldaş olub.
Təbii ki, kitabda keçilən həyatın bütün cizgilərinə toxunulmayıb. Bəzi məqamları olduğu kimi yox, müəyyən ştrixlərlə vermək məcburiyyəti də var. Əlbəttə, hadisələrin şərhində səhvlər də ola bilər. Güman edirəm ki, buna görə oxucular məni qınamaz. Əsas odur ki, sabitliyin, əmin-amanlığın qorunmasında öz töhfəsini verən bir insan ömründən cizgilər qələmə alınaraq onun qarşılaşdığı çətinliklər açılıb göstərilib, dostlarının, yoldaşlarının fikirləri üzə çıxarılıb.
Kitabda həmçinin onun haqqında yazılara, məqalə və mülahizələrə və Yaşar müəllimin öz qeydlərinə də yer verilib.
Yaşamaq gözəldir. Şərəflə yaşamaq daha gözəldir. Şərəflə yaşamış insanlara hər birimiz qibtə ilə baxır, onun məqamını uca tutur, şəxsiyyətinə hörmət bəsləyirik.
Hər bir insan özünün fərdi xüsusiyyətləri, mənəvi keyfiyyətləri ilə oxunmağa layiq bir kitabdır. İnsan ömrünün elə mənalı anları var ki, onlar bir daha təkrar olunmur”.
Müəllif kitabın “Vicdan dammarı, yaxud görünməyən insan mənzərələri” baldıqlı bölməsində yazır: “...İnsanın sonuncu qənaətə çatmasına qədər uzun bir yol var. Nağıl qəhrəmanı məqsədinə çatmaq üçün illərlə bağlı qalan qapılara açar salmalı, şər qüvvələrin yol üstündə qurduğu tələlərdən keçməli, ən doğrusu, özünün mənəvi tərəzisinin nizamını düzəltməlidir.
Hacı Yaşar İsmayılov. Bu ad polis işçilərindən çoxlarına tanışdır. Əsl orqan sahibi kimi hadisələrin baş vermə səbəblərini, daxili qanunauyğunluqlarını axtaran musahib təsiri bağışlayır. Fikrini aydınlaşdırmaq, arqumentlərini, dəlillərinin kəsərini artırmaq məqsədilə öz həyatı boyu şahidi olduğu məqamları aşkarlamağa üstünlük verir.
Elə buradaca bir sufi deyimi: “Mən peyğəmbərin izlərinin orada olmağını güman edərək Allahın evini və müqəddəs yerləri axtarıb tapmaq üçün səhralardan və xəlvət yerlərdən keçənlərə təəccüb edirəm. Nə üçün onlar Allah izi olan öz ürəklərini ələ almaq üçün şəxsi səy və ehtiraslarını nəzərdə tutmurlar?”
Bax elə buradaca təsdiq etməlisən: Tanrı səndən uzaqda deyildir. Bəlkə bir vaxt maşat meşələrində zabitəli bir şeyxin balaca körpə oğlan uşağını zənbilə qoyub ağacdan asanda düşünməmişdi ki, tarixin yeni bir cığırına işıq salır.
Əlbəttə, bu bir ibrətli hekayədir. Sərlövhəyə çıxardığım “Vicdan damarı” deyimini burada kitabın əsl sahibinin həyat və tale ilə bağlı çözümü diqtə edir.
Hacı Yaşar Şaban oğlu İsmayılov 1934-cü il oktyabr ayının 15-də Ağdaş rayonunun Şıxlı kəndində anadan olub. O, çox erkən yaşında ata və anasını itirib, əmi və yeznəsinin himayəsində böyüyüb. Orta təhsilini əvvəlcə Şıxlı yeddi illik məktəbində, sonra isə Ağdaş şəhər Nizami adına 2 nömrəli məktəbdə başa vurub. 1957-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (Neft Akademiyasının) energetika fakültəsini bitirərək mühəndis-energetik ixtisasına, 1971-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Ali Məktəbinin Rostov filialını bitirərək hüquqşünas ixtisasına yiyələnib. Əmək fəaliyyəfinə Sumqayıt boru-prokat zavodundan başlayıb. Usta köməkçisi, usta vəzifələrində çalışıb. 1958-ci ildə Azərbaycan Energetika və Elektrikləşdirmə (“Azərenerji”) Baş İdarəsinə işə qəbul olunaraq mühəndis, böyük mühəndis, şöbə rəisi vəzifələrinə irəli çəkilib. 1965-ci ilin mart ayından təqdimatla Respublika Daxili İşlər Nazirliyi sisteminə işə qəbul olunub. Müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1970-ci ildən 1973-cü ilədək Astara rayon Daxili İşlər Şöbəsinin rəisi olub. 1973-cü ildən 1977-ci ilədək Mingəçevir şəhər Daxili İşlər Şöbəsinə rəhbərlik edib. 1978-ci ildən 1981-ci ilədək Respublika Daxili İşlər Nazirliyinin Əməliyyat Texniki və Kriminalistika şöbəsinin rəisi olub. 1981-ci ilin avqustundan 1987-ci ilin may ayına kimi Gəncə şəhər Daxili İşlər İdarəsinin rəisi vəzifəsində çalışıb, 1987-ci ildən 1990-cı ilədək Bakı şəhər Daxili İşlər İdarəsində şöbə rəisi, 1990-cı ilin avqustundan 1991-ci ilin aprel ayına kimi DİN-in Cinayət Axtarış İdarəsində şöbə rəisi vəzifəsində işləmiş, elə həmin vəzifədən da istefaya getmişdir. 1991-ci ilin aprel ayından “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətində çalışıb. Hüquq məsələləri üzrə bölmə rəisi, Kadrlar və xüsusi şöbəsinin rəisi, İşlər İdarəsinin rəisi və s. rəhbər vəzifələrdə işləyib.
Nümunəvi işinə görə fəxri mükafatlara, müxtəlif rəğbətləndirmə nişanlarına layiq görülüb”.
Kitabda bir-birindən
maraqlı yazılar çoxdur. Onlardan biri də “Nazirlə
söhbət və...”
başlıqlı yazıdır:
“Mingəçevirdə işlədiyinin
dördüncü ili
idi. Bir qədər əvvəl
Bakı şəhərində
yaşayan bacısının
vəfat etməsi və məktəb yaşlı uşaqlarının
başsız qalması
Yaşar İsmayılovu
daxili işlər naziri Arif Heydərova
müraciət etməyə
məcbur etdi.
- Yoldaş nazir, çətinliyim var, ailə vəziyyətim narahatlıq yaradır, mümkünsə məni
Bakı şəhərində
müvafiq işlə
təmin edin.
Arif Heydərov onu diqqətlə dinlədikdən
sonra:
- Bakı şəhərində
Daxili İşlər
Şöbələrindən birində rəis işləmnək istəyirsən?
- deyə soruşduqda, Yaşar İsmayılov cavab verir ki, xeyr,
yoldaş nazir, mən Bakı şəhərində milis
rəisi vəzifəsində
işləyə bilmərəm,
- deyir.
Nazir çox maraqla soruşur:
- Nə üçün?
Y.İsmayıiov deyir ki, yoldaş
nazir, Bakı şəhərində rəis
işləsəm, gərək
hər dəfə işim barədə yalan vədlər verəm, mən isə onu bacarmaram.
Nazir çox məmnunluqla deyir:
- Hələlik ailənlə
birlikdə istirahət
et, sonrasına baxarıq.
Vilnüs şəhərində keçən
məzuniyyət günləri
yaddaqalan olur. Bakıya
dönərkən onu
mehribanlıqla qarşılayıb,
nazirin göstərişinə
əsasən Mingəçevir
Daxili İşlər
Şöbəsi rəisi
vəzifəsindən azad
edərək, 1977-ci ilin
noyabrında Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsində profilaktika
şöbəsi rəisinin
müavini vəzifəsinə
təyin edirlər. Bir müddət həmin vəzifədə çalışır.
1978-ci ilin əvvəllərində
nazir Y.İsmayılovu
yanına çağırtdırır:
- Sən Əməliyyat Texniki şöbənin fəaliyyətini yadından
çıxartmamısan ki?
Yaşar İsmayılov məsələnin
nə yerdə olduğunu başa düşür. Bir neçə ay idi
ki, həmin şöbənin rəisi
polkovnik Abdulla Əliyev
rəhmətə getmişdi.
Ora rəis təyin olunmalı idi. Odur ki:
- Xeyr, - deyə nazirə cavab verir.
- Necədir, orada işi lazımi səviyyədə təşkil
edə bilərsənmi?
- Sizin köməkliyinizlə
hər şey mümkündür.
- Yenədəmi o işçi,
bu işçi pis işləyir, deyib təmizləmə aparacaqsan?
Y.İsmayılov::
- Yoldaş nazir, iş işdir.
Özünüz bizi belə
öyrətmisiniz, işçinin
pisi hər yerdə yarıtmazdır.
Nazir:
- Səni bu vəzifəyə
təyin edirik. Şöbədə işə başlayarsan.
Bu şöbə vacib şöbədir.
Burada başqa qabaqcıl respublikaların təcrübəsini
tətbiq etmək lazımdır”.
Əminik ki, kitab polkovnik
Yaşar İsmayılovu
tanıyanlar və sevənlər üçün
gözəl bir hədiyyə olub.
Təqdim etdi: Elbar
ŞİRİNOV
Təzadlar.- 2014.- 16 oktyabr.- S.15.