ATA
(poema-epos)
Söhrab
Tahirin iri həcmli “Ata” poema-eposu xalqımızın bizim
eradan əvvəl olan tarixini, adət-ənənəsini, məişətini
və s. özündə əks etdirir. Tarixi sənədlər,
Azərbaycanın və bir çox xarici ölkələrin
arxiv materiallları əsasında 14 ilə yazılib,
tamamlanmış bu poema-epos xalqımızın
varlığını dananlara, Azərbaycanın dövlətçilik
ənənəsinin olmadığını deyən
düşmənlərimizə çox tutarlı bir cavabdr. Ona görə də “Təzadlar” olaraq Xalq şairi,
“Şöhrət” ordenli Söhrab Tahirin “Ata” poema-eposunu hissə-hissə
dərc etmək qərarına gəldik. İnanırıq
ki, ürəyi həmişə vətən eşqi ilə
döyünən hər bir kəs bu poema-eposu sevə-sevə
oxuyacaq.
(Əvvəli
ötən saylarda)
***
Kəllər
baxdı gözü qanlı,
Uçan quşdur, ya qayadır.
Qurdlar,
quşlar, buynuzlular,
Uçan quşdur, ya qayadır.
Qanadlılar
duruxdular,
Buynuzlular
vurnuxdular,
Naxırlaşıb
karıxdılar,
Uçan quşdur, ya qayadır.
Göyün
yaylıq silgiləri,
Bulud-bulud
hörgüləri,
Dedi axmaz
güzgüləri,
Uçan quşdur, ya qayadır.
***
-
Qayaquşum, dözüm göstər,
Miniyim yox, dayağım ol.
Məni
çatdır itginlərə,
Miniyim yox, dayağım ol.
Gedək
gəzək yurd-yuvanı,
Hər
düşərgə, hər obanı,
Alım sənin
quş qadanı,
Miniyim yox, dayağım ol.
Uç
buluddan, yeldən iti,
Səs
eşitsən, ya hənirti,
Məni
tezcə ora yetir,
Miniyim yox, dayağım ol.
***
“- Ay
dağlardan o yanlarım,
Məni yada salan varmı?
Anam, atam,
bacılarım,
Məni yada salan varmı?
Ay
bulaqlar, ay yamaclar,
Qaqqıldaşan
çil turaclar,
Dağ
gövdəli göy ağaclar ,
Məni yada salan varmı?
Külək,
çap get çapa-çapa,
Göz
yaşımı götür apar,
Gör mənimlə
toxdaq tapan,
Məni yada salan varmı”?
***
- Ay
buludlar, hardan belə?
Yorta-yorta uçursunuz.
Yükünüzdə
qarla yağış,
Yorta-yorta uçursunuz.
Geyimiz
yox, yeyimiz yox,
Diliniz
yox, deyimiz yox,
Bir bucaqda
eviniz yox,
Yorta-yorta uçursunuz.
Dönübsünüz
yel quşuna,
Hara gəldi
özxoşuna,
Enişinə,
yoxuşuna
Yorta-yorta uçursunuz.
***
Yolun iki
ayrıcı var,
Çatdırandır, ayırandır.
Yol
yolçunun ayaq izi
Çatdırandır, ayırandır.
Ayrılığı,
görüşü var,
Dağa-daşa
yürüşü var,
Yoxuş-yoxuş
yerişi var,
Çatdırandır, ayırandır.
Səni
ordan bura atır,
Yavaş
gedən yurda çatır,
Yol diləyin
kəhər atı,
Çatdırandır, ayırandır.
***
Sudur,
oddur, yaydır, qışdır,
Buz ürəyim, odlu başım.
Məni
çəkir sonsuzluğa,
Buz ürəyim, odlu başım.
***
Bir-birinə
yapışmayır,
Yaxalaşır,
çarpışmayır,
Çətinlikdə
qarpışmayır
Buz ürəyim, odlu başım.
Pıçıltısı,
sözü boldur,
Bir
varlıqda iki yoldur,
Biri
sağdır, biri soldur
Buz ürəyim, odlu başım.
***
Gecə-gündüz
bacı-qardaş,
Biri gəlir, biri gedir.
Odlu
Günəş, sozaran ay
Biri gəlir, biri gedir.
Südyolunun
qoşa gözü,
Yerin-göyün
iki üzü,
Gəlişinin
geci, tezi,
Biri gəlir, biri gedir.
Qardaş
çıxır, bacı batır,
Gündə
bir il yaşı artır,
Gün
oyadır, ay yatırır
Biri gəlir, biri gedir.
***
Bir
düzəndən keçirdilər,
Daş atdılar Qayaquşa.
Hay
saldılar, hoy dedilər,
Daş atdılar Qayaquşa.
Qorxaqları,
ürkəkləri,
Dişiləri,
erkəkləri,
Əlsiz-dilsiz
kövrəkləri,
Daş atdılar Qayaquşa.
Əllərində
yoğun paya,
Güc
verdilər hay-haraya,
Tökülüşüb
çölə-çaya,
Daş atdılar Qayaquşa.
***
Yekəbaşdır,
içiboşdur
Özgəsinə daş atanlar.
Özü
daşdır, özü daşdır,
Özgəsinə daş atanlar.
İtə
dönüb itlənəcək,
Qurdla,
quşla cütlənəcək,
Daşlar
kimi lütlənəcək
Özgəsinə daş atanlar.
Daşı
yoldan götürərlər,
Keçənləri
ötürərlər,
Hər
gün bir daş itirərlər
Özgəsinə daş atanlar.
***
Daş
çatmadı Qayaquşa,
Onlar yerə enmədilər.
Düz
getdilər yollarını,
Onlar yerə enmədilər.
Haray-həşir,
səs-küy, qırğın,
Neçə
qızğın, neçə azğın,
Ac idilər,
yorğun-arğın,
Onlar yerə enmədilər.
Sovuşdular
geniş düzdən,
Altı
çaydan, bir dənizdən,
Öç
gecədən, üç gündüzdən,
Onlar yerə enmədilər.
***
Bir kənd
vardır, adamları
Mal dərisi geyənlərdir.
Tuk
papaqlı, xəz əlcəkli
Mal dərisi geyənlərdi.
Ocaq
üstə mahnı qoşan,
Mahnıları
dağlar aşan,
Çaylar
kimi coşub daşan,
Mal dərisi geyənlərdi.
Altlarında
at dərisi,
Su
ölüsü, ət dirisi,
Həm
xırdası, həm irisi,
Mal dərisi geyənlərdir.
***
-Mal dərisi
geyən qardaş,
Burdan bir köç sovuşubmu?
Qurd dərisi
geyimində
Burdan bir köç sovuşubmu?
Özlərində
soyuq ürkü,
Gözlərində
isti-bürkü,
Dillərində
qonaq ərki
Burdan bir köç sovuşubmu?
Yer
axtaran, yuva gəzən,
Qıçlarından
yollar bezən,
Dağlar
aşan, çaylar üzən,
Burdan bir köç sovuşubmu?
***
-Qayaquşla
gələn iyid,
Ötən köçü görməmişik.
Mən
özüm də bir köçkünəm,
Ötən köçü görməmişik.
Qovub bizi
daş atanlar,
Çöldə-düzdə
at yortanlar,
Ay
ovçular, ay çobanlar,
Ötən köçü görməmişik.
Çox
görmüşük yol yortanı,
Daş
yükündən yük dartanı,
Tutub burda
qan ortanı,
Ötən köçü görməmişik.
***
Yaxalaşıb
bağıranlar,
O yan, bu
yan vuruşurdu.
At
otarıb, ot biçənlər
O yan, bu
yan vuruşurdu.
Qaya əldə,
daş sapandda,
Biri yerdə,
biri atda,
İki
qanlı bir elatda
O yan, bu
yan vuruşurdu.
Səs
tutmuşdu dağı-daşı,
Qan
almışdı döşü, başı,
Ölüm,
dirim cüt yanaşı,
O yan, bu
yan vuruşurdu.
***
Gücər
düşdü Qayaquşdan,
Bu nə qırğın, nə savaşdır.
Qızmışları
harayladı,
Bu nə qırğın, nə savaşdır?
-Ölənlərin
sayı itib,
Ölçü-biçi,
cızıq ötüb
Bu
qan-qada, ölüm-itim,
Bu nə qırğın, nə savaşdır?
Bir
dayanın, əl saxlayın,
Vur deyəni
qulaqlayın,
Bir
söz deyim, siz yoxlayın,
Bu nə qırğın, nə savaşdır?
***
Qayaquşu
görüb hamı
Hamı qorxub əl saxladı.
Qızıxmışlar,
karıxmışlar,
Hamı qorxub əl saxladı.
Bu nə
quşdur, nə biçimdir,
Bu quş nədir, yolçu kimdir?
Ya
dirrikdir, ya ölümdür
Hamı qorxub əl saxladı.
Gücər
çıxdı önlərinə,
Baxdı
qanlı günlərinə,
Yüzlərinə,
minlərinə,
Hamı qorxub əl saxladı.
***
-Mən
yolçuyam, ellər, sizi
Barışığa
çağırıram,
Adım
Gücər, özüm ovçu,
Barışığa çağırıram.
Bir
dayanın, durun görüm,
Sola geri,
sağa geri,
Ağsaqqallar
gəlsin, bəri,
Barışığa çağırıram.
Hamı
güclü, hamı ərən,
Elat olub pərən-pərən,
Sizi
ölüb öldürməkdən
Barışığa çağırıram.
***
-Ay yol gedən
yolçu qardaş,
Bu yan-yövrə bizim yerdir.
Yüz
illərdir yurd salmışıq,
Bu yan-yövrə bizim yerdir.
Burda mənim
soy köklərim,
Dədəmgilin
sümükləri,
Dam-daşları,
sökükləri,
Bu yan-yövrə bizim yerdir.
Bu yerləri
çox-çox belə
Qorumuşuq
ölə-ölə,
Daldan gələn
iti gələr,
Bu yan-yövrə bizim yerdir.
***
-Mənim
adım Daşdalaşdır,
Bunlar burdan çıxmalıdır.
Bu otlaqlar
bizimkidir,
Bunlar burdan çıxmalıdır.
Dalaşqanam,
vuruşqanam,
Sudan,
oddan alışqanam,
Tək
torpağa qovuşqanam
Bunlar burdan çıxmalıdır.
Bu
otlağın yiyəsiyəm,
Ot,
tayası, pəyəsiyəm,
Gücün
iti tiyəsiyəm,
Bunlar burdan çıxmalıdır.
***
-Sən
dalaşqan, mən vuruşqan,
Gəl, güləşək, güc yoxlayaq.
Çox
da ölçmə əl-qolunu,
Gəl, güləşək, güc yoxlayaq.
Bassan məni,
bağla götür,
Basıldınsa geri otur.
Yoxsa burda
bir el batır,
Gəl güləşək, güc yoxlayaq.
Ta bir
özgə sözüm yoxdur,
Bu
yer-yurdda gözüm yoxdur,
Bir
qalası izim yoxdur,
Gəl güləşək, güc yoxlayaq.
***
Hamı gəldi,
qol oynatdı
Güləşəndə iki önər.
Haray, həşir,
səs, bağırtı...
Güləşəndə iki ənər.
Hamı
dedi, güc bizdədir,
Güc beldədir, güc dizdədir.
Vur
qoldadır, vur sözdədir,
Tutaşanda iki önər.
Yer
şumlandı dizə çatdı,
Diz
qatdandı, yerə batdı,
Kol, ot, ağac sınıb yatdı
Tutaşanda iki önər.
***
- Dədəm
Günəş, əl tut mənə,
Anam torpaq, mənə güc ver.
Bu yerlərdə
kimsəsizəm,
Anam torpaq, mənə güc ver.
O
yoğundur, mənsə arıq
O tərlidir,
mənsə yanıq,
Qoyma məni
gözüqıpıq
Anam torpaq, mənə güc ver.
Mən
yıxılsam düzlər sınar,
Əyri
düzü basıq sanar,
Mən də
yannam, düz də yanar,
Anam torpaq, mənə güc ver.
***
Bir
güc duydu qollarında
Qurd dərisi geyən oğlan.
Daşdalaşı
süpürrədi
Qurd dərisi geyən oğlan.
Qurşağını
tutub sıxdı,
Burub onu
yerə yıxdı,
Cumub
döşü üstə çıxdı,
Qurd dərisi geyən oğlan.
Sonra
qalxdı, durdu geri,
Daşlaşdan
bir az bəri,
Diz
qatdadı, öpdü yeri,
Qurd dərisi geyən oğlan.
***
-Anam torpaq, öpüm səni,
Gücü mənə sən vermisən.
Mənim dadım-duzum sənsən,
Güçü mənə sən vermisən.
Səni duydum ürəyimdə,
Dizim, qolum, dirsəyimdə,
Yapışmışam ətəyindən,
Gücü mənə sən vermisən.
Anam,
Tanrım, damarımsan,
Təpərimsən,
taparımsan,
Yolum,
yalım, çaparımsan,
Gücü mənə sən vermisən.
***
-Ey
Tanrılar, uca göylər,
Güc
veribsən, yatım da ver,
Ulduz
çıxıb, ay sozarır,
Güc veribsən, yatım da ver.
Burda
güclü yerböləndir,
Ağsaqqaldır,
başbiləndir,
Başçı
kimdir, güc gələndir,
Güc veribsən, yatım da ver.
Gücün
vuran güclü qolu,
Yan-yövrəsi
varla dolu,
Çox
ağırdır onun yolu
Güc veribsən, yatım da ver.
(Davamı
var)
Hazırladı
və təqdim etdi:
Elçin MƏMMƏDLİ
Təzadlar.- 2014.- 16 oktyabr.- S.11.