Xalq rəssamı Nadir
Qasımovun yaradıcılığında
portret janrı
..Xalq rəssamı Nadir Qasımov 1953-cü ildə
Leninqradda təhsilini bitirdikdən sonra Bakıya gəlir. Bu zaman müasirlərinin obrazlarının yaradılması
onun əsas diqqət mərkəzində
olur. Artıq
1953-54-cü illərin beynəlxalq
və respublika sərgilərində onun mənzərə əsərləri
ilə yanaşı portretləri də uğurla nümayiş etdirilmişdir. Onların sırasında SSRİ Xalq
artisti Bülbülün,
SSRİ Xalq artisti Mərziyə Davudovanın,
qocaman neft ustası Gülbala Əliyevin, Xalq şairi Süleyman Rüstəmin, professor Mirqasımovun,
Adil Məmmədovun və digər görkəmli şəxslərin
portretləri vardır.Rəssam
Nadir Qasımovun portretlərində
insanın daxili psixologiyasını ustalıqla,
dəqiqliklə vermək
üçün çox
zaman “qəhrəmanı”
ilə canlı görüşlər təşkil
edib, onunla münasibət yaradırdı.
Məsələn, neftçi
Gülbala Əliyevin portreti Abşeron neft mədənlərinin mənzərəsi fonunda təsvir edilib. Portret üzərində çalışarkən rəssam
tez-tez neft mədənlərinə gedir,
ustanın işi ilə tanış olur, onun maraqlı
söhbətlərini dinləyirdi.
O, neft daşlarında
olarkən üç
neftçinin obrazını
yaratmışdır: qocaman
usta Gülbala Əliyevin, orta nəslin təmsilçisi
Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasovun (“Neftçi Qurban”) və gənc neftçi Dövlət Mükafatı
laureatı İsrafil Məmmədovun.Göründüyü kimi, rəssam eyni məsləyin 3 fərqli nəslinin, yaşın nümayəndəsini
təsvir etməklə
onların hər birinin həm fərdi, həm də oxşar xüsusiyyətlərini yaratmışdır.
Portret Azərbaycan rəngkarlığında həmişə
əsas yerlərdən
birini tutur. Rəngkarlığın peşəkar
məktəbi yarandığı
vaxtdan portret Azərbaycan rəssamlarının
yaradıcılığında nəzər diqqəti cəlb edir. Təbii ki, portret janrının əsas obyekti insandır, buna görə də onun mənəvi aləmi və cəmiyyətdəki mövqeyinin
təsviri sənətin
əsas mövzusunu təşkil edir.Bu mənada rəssamın Xalq artisti Mərziyə
Davudovaya həsr etdiyi portret xüsusi əhval-ruhiyyə
yaradır. Burada Mərziyyə
xanımı sadə, adi görünüşü diqqəti
cəlb edir. Onun üz cizgilərinin ifadəliyi, sadə
görkəmi portretə ciddi, təvazökar bir sima bəxş
etmişdir. Obrazın əllərini bir-birinin üzərində
sakit formada çarpazlaması bu təəssüratı daha
da artırır. 1960-cı illərdən başlayaraq Azərbaycan
rəngkarlığında portret konsepsiyası dəyişir:
məşhur mədəniyyət xadimlərinin obrazı
ümumiləşdirilmiş formada görünür. Rəssamlar
bu və ya digər şəxsiyyətin müəyyən
xüsusiyyətlərini qabartmağı üstün
tuturdular. Təbii ki, bu tendensiya o dövrdə sovet incəsənətində
baş verən ümumi dəyişikliklərlə əlaqədar
idi.N.Qasımovun belə portretləri sırasında çox
nümunələri misal gətirə bilərik. Məsələn,
Xalq artisti Bülbülün portreti, professor Mirqasımovun
portreti, şair Süleyman Rüstəmovun portreti, Qurban
Abbasovun portreti və s.Bülbülün portreti çox əzəmətli,
vüqarlı təsvir olunmuşdur. Şux qara kostyumu, ağ
köynəyi, qalstuk, yaxaya taxılmış medallar, əyləşərək
ayaqlarını bir-birinin üzərinə keçirməsi
bu möhtəşəmliyi artıran nüanslardır. Opera
müğənnisi əlində not tutaraq sanki yeni əsər
üzərində çalışır. Onu
tamaşaçılara necə təqdim edəcəyini
götür-qoy edir. Əsərdə möhtəşəmlik
və təvazökarlıq elə bil ki, eyni anda birləşmişdir.
Şair Süleyman Rüstəmin portretini də bu qəbil əsərlərdən
hesab etmək olar. Şairin təbiətindəki romantikliyi,
şairin ruhi psixoloji əhval-ruhiyyəsindən irəli gələrək
arxa fonda dəniz təsviri verilmişdir. Öndə isə sənətkarın
düşüncəli, əlində siqaret tutan formada xəyala
dalmış görkəmi təsvir olunmuşdur. Əsərə
tamaşa edərkən sanki biz onun həyatı,
dünyanı düşünən daxili dünyasını,
mənəviyyatını görürük. N.Qurbanovun bu qəbildən
olan digər bir maraqlı portreti Adil Qurbanova həsr etdiyi əsəridir.
Burada obraz olduqca xoş əhval-ruhiyyədə, təmiz aurada
təsvir olunub. Plaşını çiyninə ataraq dənizin
küləkli, xoş havasından obrazın ümumilikdə həyatdan,
yaşamaqdan zövq aldığı anları ilə
tanış oluruq. 1970-80-cı illərin növbəti mərhələsində
bir tərəfdən obrazların ümumiləşməsində,
digər tərəfdən isə modellərin seçilməsində
daha demokratik yanaşma özünü göstərir. Zaman
keçdikcə portretlərin personajları rəssamların
yaxın adamları, dostları, qohumları, yaxud sadəcə
zahiri görkəmi ilə cəlb edən tanınmayan insanlar
olur. Getdikcə portret özünün “portret özünəməxsusluğunu”
itirir, yəni konkret “kiçik” insanın mənəvi aləmi,
onun psixi vəziyyəti, nəhayət, xarici
görünüşü başqa formada görünür.Bu
baxımdan rəssam N.Qasımovun həyat yoldaşına həsr
etdiyi portreti xüsusilə diqqəti cəlb edir. Rəssam əsəri
xüsusilə məhəbbətlə kətana
köçürmüşdür. Biz burada təbii olaraq
yaradılmış obrazın nəcib, səmimi cizgilərlə
təsvir olunduğunun şahidi oluruq. Burada rəssam
obrazın zahiri görünüşünə, xarakterinə,
üz cizgilərinin son dərəcə formal ifadəsinə,
rəng və fakturaya daha da diqqət yönəlirdi. Azərbaycan
rəngkarlığında uşaq portretləri (bir qayda olaraq
rəssamların övladlarının) əsas mövzulardan
biridir. Bu əsərlər reallıqdan kənar
çıxaraq daha geniş təsvir olunmuşdur. Uşaq
dünyası - parlaq rənglər, təmizlik, saflıq, sadəlik,
təbiilik dünyasıdır. “Teymurun porterti” bu silsilədən
olan maraqlı əsərlərdəndir. Uşaq
maşınında oturaraq saf baxışlarla baxan obraz uzaq aləminin
saf aəlimi bizə təqdim edir. Düm ağ rəngli geyim
sanki bu ləklənməmiş saf aləmə bir işarə
edərək əsərin təsir qüvvəsini daha da
artırır. Professor Mirqasımovun portreti də diqqətəlayiqdir.
Peşə səviyyəsini tərənnüm etdirmək məqsədilə
rəssam onu iş başında həkim geyimində əllərinə
əlcək geyinərkən əməliyyat otağında təsvir
etmişdir. Əsərdə maraqlı bir dinamika var. Arxada təsvir
olunmuş obrazlar - tibb bacıları, əməliyyat stoluna
uzadılmış xəstə - əsərdəki ruhi vəziyyəti
daha dəqiqliklə ifadə edir. Əməliyyata
hazırlaşan həkimin görkəmi olduqca sakit və səbirli
görünür ki, bu da onun öz peşəsinin professional
olduğunu göstərən amil hesab etmək olar. Ümumiyyətlə,
Nadir Qasımovun portretlərindəki xüsusi əhval-ruhiyyə,
özünəməxsusluq hər zaman
tamaşaçıların diqqət mərkəzində
olmuşdur.
Elnarə
Misirli
rəssam
Təzadlar.- 2014.- 18 oktyabr.- S.10.