Bizim dərdimizin dərmanı “üçlük

 

(Minsk Qrupunun həmsədrlərinə)

 

20 ildi ölkəmizdə at çapır,

Qaçqınlara, köçkünlərə naz satır,

Gedir-gəlir, hərdən bir səhv tapır,

Guya dərdimizin dərmanıüçlük”.

 

Maşın sürür gah sağa, gah da sola,

Güc veribdi həm ayağa, həm qola.

Kötük kimi dığırlanıbdı yola,

Guya dərdimizin dərmanıüçlük”.

 

Bu “üçlüyünüç ayağı, üç başı,

Başlarda oynadır göz ilə qaşı,

Ağlı kəsmir, onlar kəsə savaşı,

Guya dərdimizin dərmanıüçlük”.

 

Asta gəl, usta gəl - onların işi,

Səyahətdi ağaların vərdişi,

Kimə lazım bu tısbağa yerişi?

Guya dərdimizin dərmanıüçlük”.

İşğalçını vermirsiniz ayağa,

Bu, ikibaşlı oyundur, qağa?

Hər gələndə güc verirsiz arağa,

Guya dərdimizin dərmanıüçlük”.

 

Dürüst olmaq hakimlərin borcudu,

Faktlar deyir, kim haqlı, kim suçludu.

Qanunlar da tərəzidi, ölçüdü,

Guya dərdimizin dərmanıüçlük”.

 

Böyük ölkələrin böyükləri siz,

üçün suçluya suçlu demirsiz?

Hüququ, əxlaqı şikəst edirsiz,

Guya dərdimizin dərmanıüçlük”.

 

Sizlər Volskini salırsız yada,

Həmin sirk oyunu, həminki əda.

İşğalçıya xidmət edir bu qayda,

Guya dərdimizin dərmanıüçlük”.

 

Ucuz alıb, ucuzluğa gedirsiz,

Ucuzlaşa-ucuzlaşa gedirsiz.

Siz bu xalqı axı diltəng edirsiz,

Guya dərdimizin dərmanıüçlük”.

 

Çaylardan güclüymüş erməni arxı,

Fırlada bilirmiş üç böyük çarxı.

Tülkünün quyruğu görünür axı,

Guya dərdimizin dərmanıüçlük”.

Soyan soyulanla bərabər imiş,

Beynəlxalq ədalət bax belə imiş.

Çoxmu uzanacaq bu saxta gediş?

Guya dərdimizin dərmanıüçlük”.

 

Xırdalanan xırdalar

 

Özündən müştəbehdi,

naşı, səfehdi,

Alğı-satqıda behdi,

Xırdalanan xırdalar.

 

Hər biri xırda kündə,

Böyüklərin əlində,

Böyüyürlər bir gündə

Xırdalanan xırdalar.

 

Toyun, yasın ağası,

Min bir dərdin davası,

Allahın bir bəlası,

Xırdalanan xırdalar.

 

Üzə gülmək adətdi,

Gözə girmək sənətdi,

Saxtadı məhəbbəti,

Xırdalanan xırdalar.

 

Göyəribdi hər yanda,

Döşəmədə, tavanda,

At çapırlar ekranda

Xırdalanan xırdalar.

 

Zəmanənin xətası,

Xətalıdı ədası,

Xırdaların xırdası

Xırdalanan xırdalar.

 

 

Şeytanın balasıdı

 

Oğrun insaflı olsa,

Halal elə, qoy yesin,

Oğlun insafsız olsa,

Oğlun - demə, qoy getsin...

İnsaf dinin yarsıdı,

Hələ bəlkə, hamısıdı.

İnsafdan xalı olan,

Şeytanın balasıdı.

 

İlahi, bunlara ağıl ver, ağıl

 

Şeytan bazarıdı, nizamı yoxdu,

Bazarın üzü yox, insafı yoxdu.

Sərxoş şeytanların gödəni toxdu,

İlahi, bunlara ağıl ver, ağıl.

 

Yarı insan, yarı şeytan bu məxluq,

Fitnəsindən, fəsadından yorulduq.

Halbuki bir insan kimi doğulduq,

İlahi, bunlara ağıl ver, ağıl.

 

gülmək bacarır, ağlamaq,

Qəlb qırmaq bacarır, könül dağlamaq.

Həm dostdu, həm düşmən, axmaqdı, axmaq,

İlahi, bunlara ağıl ver, ağıl.

 

Gücü var, bilmir ki, sərf etsin hara,

Boynu kəl boynudu, özü avara.

haya hay verər, havara,

İlahi, bunlara ağıl ver, ağıl.

 

Sən verdiyin dərdi fürsət bilirlər,

Hələ yatmamışdan yuxu görürlər.

Ağlamalı yerdə bunlar gülürlər,

İlahi, bunlara ağıl ver, ağıl.

 

Tərbiyə yarımçıq, təhsil yarımçıq,

Dörd baldan ən azı ikisini çıx.

İlahi, bu yerdə mənə qəhmər çıx,

İlahi, bunlara ağıl ver, ağıl.

 

Dərd bir olsa, ona dərman tapılar,

Yara olsa, o, kəsilib atılar.

Bir ordunu tək bir xain batırar,

İlahi, bunlara ağıl ver, ağıl.

 

Bunlar düşmən olsa, etməm şikayət,

Doğmaları düşmən gördüm, nəhayət,

Bu şeytan bazarı dəhşətdi, dəhşət,

İlahi, bunlara ağıl ver, ağıl.

 

Zeynalabdin Novruzoğlu,

Naxçıvan MR, Kəngərli rayonu,

Xok kəndi

Təzadlar.- 2014.- 28 oktyabr.- S.15.